S 4. Ai'orbaycan Respublikası vətəndaşlanmn xarici ölkolərə əmək miqrasiyası
təşkilatlann, eləcə də vətəndaşlığı olmayan şəxslərin Azərbaycan
Respublikasında təsis etdikləri və qanunvericilikdə nəzərdə tutulmuş
qaydada dövlət qeydiyyatına alınıb, fəaliyyət göstərən iş yerlərində
heç bir şərt qoyulmadan tətbiq edilir. Bu qayda xarici ölkənin hüquqi
şəxsi ilə həmin ölkədə əmək müqaviləsi bağlayıb əmək funksiyasını
Azərbaycan Respublikasında fəaliyyət göstərən müəssisədə yerinə
yetirən əcnəbilərin əmək fəaliyyətinə şamil edilmir,
§ 4. Azərbaycan Respublikası vətəndaşlarının
xarici ölkələrə əmək miqrasiyası
Azərbaycan Respublikasının vətəndaşları xarici dövlətin
ərazisində əmək fəaliyyəti ilə məşğul ola bilərlər. Xaricdə
Azərbaycan vətondaşlannın iştirakı ilə meydana gələn əmək
münasibətləri, bir qayda olaraq, xarici dövlətin qanunvericiliyi ilə
tənzimlənir. Lakin bəzi hallarda belə münasibətlərə Azərbaycan
Respublikasının əmək qanunvericiliyi də tətbiq edilə bilər. Məsələn,
Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 4-cü maddəsində
birbaşa göstərilir ki, həmin məcəllə həmçinin Azərbaycan
Respublikasımn hüdudla- nndan kənarda fəaliyyət göstərən
Azərbaycan Respublikasının səfirliklərində, konsulluqlannda,
beynəlxalq sularda Azərbaycan Respublikasının bayrağı altında üzən
gəmilərdə tətbiq edilir. Azərbaycan Respublikasının müəssisələri
tərəfindən xaricə ezam olunanların, orada təhsilini artırmağa
göndərilmiş şəxslərin də əmək fəaliyyəti Azərbaycan qanunvericiliyi
ilə tənzimlənir.
Azərbaycan Respublikası vətəndaşları xarici hüquqi və ya fiziki
şəxslərin birbaşa dəvəti, Azərbaycan Respublikasında dövlət
qeydiyyatından keçmiş hüquqi şəxslərin vasitəçiliyi ilə və ya fərdi
yolla xarici ölkələrdə işə düzələ bilərlər. Qüvvədə olan
qanunvericiliyə əsasən dövlət qeydiyyatmdan keçmiş xüsusi hüquqi
şəxslər də vətəndaşlann xarici dövlətlərdə işə düzəlmələrində
vasitəçilik edə bilərlər. Hüquqi şəxslərin bu sahədə fəaliyyət
göstərmələri üçün
285
F;>sil 16, Beynəlxalq xüsusi hüquqda əmək münasibətləri
onlar qanunvericiliklə müəyyən olunmuş qaydada xüsusi razıhq
almalıdırlar. Belə hüquqi şəxslərin xarici ölkələrin hüquqi və ya fiziki
şəxsləri ilə bağladıqları müqavilələr Azərbaycan Respublikasının
müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edildikdən sonra
onlar həmin müqavilələr əsasında vətəndaşları xarici ölkələrdə haqqı
ödənilən əmək fəaliyyətinə cəlb edə bilərlər. Bu zaman təklif olunan
əmək müqaviləsinin bir nüsxəsini əməkçi miq- rant Azərbaycan
Respublikasını tərk etməzdən əvvəl almalıdır.
Vasitəçilik fəaliyyətini həyata keçirən hüquqi şəxslərin xarici
ölkələrin hüquqi və fiziki şəxsləri ilə bağladıqları müqavilələrdə və
təklif olunan əmək müqavilələrində Azərbaycan Respublikasının
vətəndaşlarının sosial müdafiəsinin beynəlxalq normalara müvafiq
təmin olunması nəzərdə tutulmalıdır. Həmin hüquqi şəxslər xarici
ölkələrdə haqqı ödənilən əmək fəaliyyətinə cəlb etdikləri vətəndaşlar
haqqında müvafiq icra hakimiyyəti orqanına da məlumat
verməlidirlər. Əməkçi miqrantlara göstərilən belə xidmətə görə haqq
alınmasına isə yol verilmir.
1999-cu il Əmək miqrasiyası haqqında Azərbaycan Respublikası
Oanununa görə qanunvericilikdə nəzərdə tutulmuş hallarda
Azərbaycan Respublikası vətəndaşlarının xarici ölkələrə əmək
miqrasiyasına ayrı-ayrı İxtisaslar üzrə müvəqqəti məhdudiyyətlər
qoyula bilər.
Qanunvericiliyə görə Azərbaycan Respublikası vətəndaşlan
xarici ölkələrdə haqqı ödənilən əmək fəaliyyəti ilə məşğul olduqda
bir ay müddətində Azərbaycan Respublikasının həmin ölkədəki
diplomatik nümayəndəliklərində qeydiyyatdan keçməlidirlər. Belə
nümayəndəlik olmadıqda isə onlar bu barədə müvafiq icra
hakimiyyəti orqanına rəsmi sənəd göndənnəlidirlər. Bu prosedura,
hər şeydən əwəl, Azərbaycandan olan əməkçi miqrantlann
hüquqlarının müdafiəsinin dövlət səviyyəsində təşkil edilməsinə
yönəlmişdir.
286
III
B Ö L M Ə
B E Y N Ə L X A L Q M Ü L K İ V Ə
A R B İ T R A J P R O S E S İ
Fəsil 17.
Beynəlxalq
mülki
proses
§ 1. Beynəlxalq mülki prosesin anlayışı
Ümumi yurisdiksİyah məhkəmələrdə, arbitraj və münsillər
məhkəmələrində xarici elementli mülki işlərə baxılarkən bu iş- lərin
ümumi və xüsusi əlamətlərini özündə əks etdirən məhkəmə icraatı
əmələ gəlir. Xarici elementli mülki işlər üzrə məhkəmə icraatının
xüsusi məsələləri beynəlxalq mülki prosesi təşkil edir.
Beynəlxalq mülki proses - xarici elementli mülki hüquq
münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə baxışı
xüsusiyyətləri və qaydaları ilə bağlı kompleks məsələləri özündə
birləşdirən ümumiləşdirilmiş anlayışdır.
Beynəlxalq mülki proses mövzusunda öyrənilən məsələlərə
aşağıdakılar aiddir:
1) tətbiq edilən xarici hüququn məzmununun müəyyən edilməsi
qaydası;
2)
əcnəbi vətəndaşlann, əcnəbi hüquqi şəxslərin və vətəndaşlığı
olmayan şəxslərin, xarici dövlətlərin, beynəlxalq təşkilatların,
hökumətlərarası və xarici dövlət nümayəndəliklərinin prosessual
hüquq və vəzifələri;
3)
beynəlxalq məhkəmə aidiyyətinin anlayışı və proroqasiya
sazişinin bağlanma qaydası;
4)
məhkəmə və ədliyyə idarələrinin tapşmqlanmn icrası qayda-
lan və üsullan;
5)
xarici dövlətin ərazisində məhkəmə qərarlannın tanınması və
icrası əsaslan;
6)
xarici elementli mülki işlərdə məhkəmə siibutlan;
287
Dostları ilə paylaş: |