Zavər Qafarov, Ataxan Əbilov Beynəlxalq xüsusi hüquq Yenidən işlənmiş ikinci nəşr Bakı ~ Qanun 2007


Fosil 16. Beynəlxalq xüsusi hüquqda əmok münasibətləri



Yüklə 2,45 Mb.
Pdf görüntüsü
səhifə90/124
tarix31.08.2018
ölçüsü2,45 Mb.
#65554
1   ...   86   87   88   89   90   91   92   93   ...   124

Fosil 16. Beynəlxalq xüsusi hüquqda əmok münasibətləri 
ya  peşə  xəstəliyi  qaçqının  ölümünə  səbəb  olarsa,  belə  halda 
kompensasiya  almağa  hüququ  olan  şəxsin  iştirakçı  dövlətin 
ərazisində yaşamaması onu bu hüquqdan məhrum etmİr. 
Bu  istiqamətdə  mühüm  beynəlxalq-hüquqi  sənədlərdən  biri  də 
1990-cı ildə BMT Baş Məclisi tərəfindən qəbul edilən “Bütün fəh- 
lə-miqrantların  və  onların  ailə  üzvlərinin  hüquqlarının  müdafiəsi 
haqqında”  Konvensiyadır  1!  dekabr  1998-ci  ildən  etibarən 
Azərbaycan  Respublikası  həmin  Konvensiyanın  iştirakçısıdır. 
Konvensiya  əmək  münasibətləri  sahəsində  mövcud  olan  müvafiq 
beynəlxalq  standartlar  əsasında  hazırlanmışdır.  Bununla  yanaşı 
Konvensiyada  fəhiə-miqrantlann  vəziyyəti  ilə  əlaqədar  digər 
hüquqlar da ÜZ ifadəsini tapmışdır. 
Konvensiyaya  görə  "fəhlə-miqrant"  anlayışı  altında  vətəndaşı 
olmadığı dövlətdə muzdlu fəaliyyətlə məşğul olmuş, məşğul olan və 
məşğul olacaq şəxs başa düşülür. Yəni fəhlə miqrantlar muzdlu əmək 
fəaliyyəti ilə məşğul olan xaricilərə deyilir. Konvensiya, hər şeydən 
əvvəl, fəhlə miqrantlara milli rejimin verilməsini nəzərdə tutur. Fəh- 
lə-miqrantlar  muzdlu  əməklə  məşğul  olan  zaman  dövlətin  öz 
vətəndaşlarına  göstərdiyi  münasibətdən  heç  də  az  olmayan 
münasibətdən  istifadə  etməlidirlər.  Bura  aşağıdakı  məsələlər  aid 
edilir: əməyə görə haqq alma; əməyin digər şərtləri, o  cümlədən iş 
va.xtından  artıq  işləmək,  iş  vaxtı,  hər  həftə  istirahət,  ödənilən 
məzuniyyət, 
təhlükəsizlik, 
sağlamlığın 
mühafizəsi, 
əmək 
münasibətlərinin  pozulması  və  habelə  milli  qanunvericiliyə  və 
təcrübəyə  uyğun  olaraq  yayılmış  əməyin  hər  hansı  digər  şərtləri; 
məşğulluğun  digər  şərtləri,  o  cümlədən  məşğulluğun  minimal  yaş 
həddi,  evdə  görülən  işin  məhdudlaşdmiması,  habelə  milli 
qanunvericilik  və  təcrübə  ilə  məşğulluğun  şərti  hesab  edilən  digər 
məsələlər.  Sadalanan  məsələlər  üzrə  milli  rejimdən  hər  hansı 
formada geri çəkilmə qeyri-qanuni hesab edilir. 
Konvensiya  ilə  fəhlə-miqrantlara,  həmçinin  özlərinin  iqtisadi, 
sosial, mədəni və digər maraqlannı təmin və müdafiə etmək məqsədi 
ilə  həmkarlar  iqtisadi  və  assosiasiyalar  yaratmaq,  əmək  haqlannı 
işlədiyi dövlətdən digər dövlətə köçürmək və s. hüquqlar da verilir. 
276 


§ 2. Əmək münasibətlərinin beynəlxalq-hüquqi tənzimi 
Əmək münasibətləri sferasında beynəlxalq standartlann bir qismi 
Beynəlxalq Əmək Təşkilatı (BƏT) çərçivəsində qəbul edilən aktlarda 
öz əksini tapmışdır. Onlann sırasında “Fəhiə-miqrantların hüquqlan 
haqqında”  97  saylı  Konvensiya,  “Sosial  təminat  sahəsində  ölkə 
vətəndaşlarının, xaricilərin və vətəndaşlığı olmayan şəxslərin hüquq 
bərabərliyi  haqqında”  118  saylı  Konvensiya,  “Miqrasiya  sahəsində 
sui-istifadə  haqqında  və  fəhlə-miqrantlara  bərabər  imkanların  və 
münasibətlərin təmini haqqında” 143 saylı Konvensiya xüsusi qeyd 
edilməlidir.  BƏT-in  Baş  Konfransının  18  iyun  1998-ci  ildə  qəbul 
etdiyi  “Əmək  sferasında  əsas  prinsiplər  və  hüquqlar  haqqında” 
Bəyannamədə əmək münasibətləri sferasında aşağıdakı prinsiplərin 
iştirakçı  dövlətlərdən  ciddi  şəkildə  gözlənilməsi  tələb  olunur;  1) 
assosiasiyalar  azadlığı  və  kollektiv  danışıqların  apanlma-  sı 
hüququnun təsirli tanınması; 2) məcburi əməyin bütün formalan- nın 
ləğv  edilməsi;  3)  uşaq  əməyinin  qadağan  edilməsi;  4)  əmək  və 
məşğulluq sahəsində ayn-seçkiliyə yol verməmə və s. 
BƏT  çərçivəsində  qəbul  edilən  konvensiyalar  iştirakçı 
dövlətlərin  ratifikasiyası  və  ya  başqa  formada  təsdiqindən  sonra 
onlann  ərazisində  birbaşa  hüquqi  qüvvəyə  malikdir.  Azərbaycan 
Respublikası  müstəqillik  qazandıqdan  sonra  qısa  müddət  ərzində 
BƏT-ın  50-dən  artıq  konvensiyasına,  o  cümlədən  təhsil 
məzuniyyətlərin ödənilməsi haqqında, məşğulluq xidmətinin təşkili 
haqqında, kənd təsərrüfatı işlərinə buraxılan uşaqların minimal  yaş 
həddi  haqqında,  sənaye  müəssisələrindä  hər  həftəlik  istirahət 
haqqında, məcburi əmək haqqında, iş vaxtının həftədə 40 saata qədər 
qısaldılması  haqqında,  hər  il  ödənilən  məzuniyyətlər  haqqında, 
sənayedə işləməyə buraxılan uşaqların minimal yaş həddi haqqında, 
əmək  haqqının  mühafizəsi  haqqında,  kişi  və  qadınların  əməyinin 
bərabər qiymətləndirilməsi haqqında, analığın mühafizəsi haqqında, 
əmək  və  məşğulluq  sahəsində  ayrı-seçkilik  haqqında,  ticarətdə  və 
müəssisələrdə  gigiyena  haqqında,  məşğulluq  sahəsində  siyasət 
haqqında, işə qəbul etmək üçün minimal yaş həddi haqqında, əməyin 
statistikası haqqında və s* konvensiyalara qoşulmuşdur. 
277 


Fıtsil lö. [Jeynolxalq xüsusi hüquqda omak münasibatləri 
Əmək  münasibətləri  sferastnda  regional  beynəlxalq  hökumət- 
lərarası  təşkilatlar  (Avropa  Birliyi,  Avropa  Şurası,  Müstəqil 
Dövlətlər  Birliyi  və  s.)  çərçivəsində  də  bir  sıra  beynəlxalq 
müqavilələr  bağlanmışdır.  Avropa  Şurasının  üzvü  olan  dövlətlərin 
vətəndaşlarına münasibətdə tətbiq edilən “Fəhlə-miqrantların hüquqi 
statusu haqqında” Konvensiya 1977-ci ildə qəbul edilmiş və 1983-cü 
ildə qüvvəyə minmişdir. Konvensiya ilə fəhlə-miqrantlann işləmək, 
yaşamaq, bir ölkədən digər ölkəyə getmək, sosial təminat hüquqları, 
ailələrin birləşməsi və s. məsələlər tənzimlənir. 
18  oktyabr  196i-ci  ildə  qəbul  edilən  Avropa  Sosial  Xartiyası 
Avropa Şurasının əsas sənədlərindən biri hesab edilir. Xartiya və ona 
əlavə olan 1998-ci il Protokolu bir sıra əsas hüquqlara təminat verir. 
Onları  iki  qrupa  bölürlər:  1)  əhalinin  məşğulluq  şərtlərini 
tənzimləyən  hüquqlar;  2)  sosial  həmrəyliyə  aid  olan  hüquqlar. 
Məşğulluğa  aid  olan  hüquqlar  iş  yerlərində  diskriminasiya 
məsələlərini  tənzimləyir,  məcburi  əməyi  qadağan  edir,  həmkarlar 
ittifaqında  iştirak  hüququnu,  kollektiv  müqavilə  hüququnu,  kişi  və 
qadınların bərabər əməyə görə bərabər əmək haqqı almaq hüququnu 
mühafizə  edir.  Xartiyanın  normalarının  iştirakçı  dövlətlərdə  yerinə 
yetirilməsinə beynəlxalq nəzarət mexanizmi mövcuddur.' 
Universal  və  regional  beynəlxalq  müqavilələrlə  yanaşı  əmək 
münasibətlərinin  beynəlxalq-hüquqi  tənzimi  ilə  əlaqədar  ikitərəfli 
müqavilələrə  də  geniş  təsadüf  edilir.  Keçən  əsrin  60-cı  illərində  iş 
qüvvəsinə olan tələbatla əlaqədar Qərbi Avropanın bir sıra ölkələri, o 
cümlədən  AFR,  Belçika,  İsveçrə,  Niderland,  Fransa  iş  qüvvəsinin 
idxalı haqqında Əlcəzair, İspaniya, Türkiyə, Tunis və s. dövlətlərlə 
ikitərəfli  müqavilələr  bağlamışlar.  Belə  müqavilələrdə,  bir  qayda 
olaraq,  fəhlə-miqrantların  seçilməsi,  onlara  irəli  sürülən  tələblər, 
tibbi  müayinə,  getmə  sənədləri,  əmək  müqaviləsi,  mənzil,  əmək 
mübahisələrinin  yurisdiksiyası  və  s.  bu  kİmi  məsələlər  öz  əksini 
tapmışdır. 
L Aiiixan Əbilov. Azorbaycan Avropa ailəsində. Bakı, 2003, səh. 21 
278 


Yüklə 2,45 Mb.

Dostları ilə paylaş:
1   ...   86   87   88   89   90   91   92   93   ...   124




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə