Zavər Qafarov, Ataxan Əbilov Beynəlxalq xüsusi hüquq Yenidən işlənmiş ikinci nəşr Bakı ~ Qanun 2007


Fosil 16. Beynəlxalq xü.su.si hüquqda əmək münasibətləri



Yüklə 2,45 Mb.
Pdf görüntüsü
səhifə92/124
tarix31.08.2018
ölçüsü2,45 Mb.
#65554
1   ...   88   89   90   91   92   93   94   95   ...   124

Fosil 16. Beynəlxalq xü.su.si hüquqda əmək münasibətləri 
Əcnəbiləri işə cəlb  etmək təşəbbüsü ilə hüquqi  şəxslər, hüquqi 
şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslər 
və  xarici  hüquqi  şəxslərin  filial  və  nümayəndəlikləri  çıxış  edə 
bilərlər. Bu zaman onlar qanunvericiliklə müəyyən olunmuş qaydada 
müvafiq  icra  hakimiyyəti  orqanından  xüsusi  razılıq  almalıdırlar. 
Belə olan təqdirdə hüquqi və fiziki şəxslər razılıq əsasında işə cəlb 
etdikləri  əcnəbiləri  yalnız  öz  yanlarında  işlə  təmin  etməli  və  bu 
barədə  əcnəbilərlə  qabaqcadan  əmək  müqaviləsi  bağlamalıdırlar. 
Əcnəbi  öz  ölkəsini  tərk  etməzdən  əvvəl  həmin  müqavilənin  bir 
nüsxəsi  ona  çatdırılmalıdır.  Hüquqi  və  fızİki  şəxslər  tərəfindən 
əcnəbilərin başqa hüquqi və ya fiziki şəxsin yanında işlə təmin etmək 
məqsədi  ilə  Azərbaycan  Respublikasında  işə  cəlb  olunmasına  yol 
verilmir. 
Müvafiq icra hakimiyyəti orqanından əcnəbiləri işə cəlb etməklə 
bağlı xüsusi razılıq aşağıdakı şəxslərə münasibətdə tələb olunmur; 1) 
Azərbaycan  Respublikasında  fəaliyyət  göstərən  xarici  hüquqi 
şəxslərin  rəhbərlən;  2)  xarici  hüquqi  şəxslərin  filial  və 
nümayəndəliklərinin rəhbərləri; 3) onların müavinləri; 4) sahibkarlıq 
fəaliyyəti  ilə  məşğul  olan  əcnəbilər.  Qanuna  görə  müvafiq  icra 
hakimiyyətinə,  eyni  zamanda,  əcnəbilərlə  əmək  müqaviləsinin 
pozulması haqqında da məlumat verilməlidir. 
Əcnəbi  onu  işə  qəbul  etmək  istəyən  hüquqi  və  fiziki  şəxslər 
vasitəsi ilə müvafiq icra hakimiyyəti orqanından fərdi icazə aldıqdan 
sonra Azərbaycan Respublikasında əmək fəaliyyətinə başlaya bilər. 
Qanuni 
əsaslarla 
Azərbaycan 
Respublikasına 
gələn 
və 
qanunvericiliklə 
müəyyən 
edilmiş 
qaydada 
Azərbaycan 
Respublikasında  haqqı  ödənilən  əmək  fəaliyyəti  ilə  məşğul  olmaq 
üçün fərdi icazə alan əcnəbilər əməkçi miqrant hesab edilirlər. Fərdi 
icazə müəyyən müddətə verilir. Lakin əməkçi miqrant həmin müddət 
bitməmiş  qanunvericilikdə  müəyyən  olunmuş  qaydada  əmək 
müqaviləsini pozmaq və Azərbaycan Respublikasmı azad tərk etmək 
hüququna  malikdir.  Əmək  müqaviləsi  əməkçi  miqrantdan  asılı 
olmayan səbəblərdən vaxtından əvvəl pozulduqda əməkçi miqrantın 
və 
282 


§ 3. Əcnəbilərin Azərbaycan Respublikasına əmək miqrasiyası 
onun ailə üzvlərinin geriyə qayıtması ilə bağlı xərclər onu işə qəbul 
edən hüquqi və ya fizikİ şəxs tərəfindən ödənilir. 
Fərdi  icazənin  müddəti  bitdikdə  və  ya  əmək  müqaviləsi 
pozulduqda  əməkçi  miqrant  Azərbaycan  Respublikasını  tərk 
etməlidir.  Əməkçi  miqrant  “Əmək  miqrasiyası  haqqında” 
Azərbaycan  Respublikası  Qanununun  tələbləri  pozulmaqla 
Azərbaycan  Respublikasında  haqqı  ödənilən  əmək  fəaliyyəti  ilə 
məşğul  olduqda  Azərbaycan  Respublikasından  çıxarılır  və  onun 
geriyə qayıtması ilə bağlı bütün xərclər onu işə qəbul edən hüquqi və 
ya fiziki şəxs tərəfindən ödənilməlidir. 
Azərbaycan  Respublikasında  əməkçi  miqrant  statusunda  olan 
əcnəbiyə  Azərbaycan  Respublikasına  əmək  miqrasiyasına  təkrar 
icazə  onun  burada  axırıncı  əmək  fəaliyyətinin  başa  çatdığı  gündən 
etibarən bir ildən az olmayan müddətdə Azərbaycan Respublikasının 
hüdudlarından kənarda yaşadıqdan sonra verilə bilər. 
Əcnəbilərin  Azərbaycan  Respublikasına  əmək  miqrasiyasını 
tənzimləmək  məqsədi  ilə  əmək  miqrasiyası  kvotası  -  bir  il  ərzində 
əmək fəaliyyətini həyata keçirmək üçün Azərbaycan Respublikasına 
gəlmələrinə  icazə  verilən  əcnəbilərin  sayının  son  həddi  müəyyən 
edilir. 
Azərbaycan  Respublikası  ərazisində  qanuni  əsaslarla  fəaliyyət 
göstərən 
əməkçi 
miqrant 
Azərbaycan 
Respublikasının 
qanunvericiliyi  ilə  nəzərdə  tutulmuş  vergiləri  ödəyir.  Onların 
qazandığı  vəsaitin  və  bu  vəsaitlə  əldə  etdiyi  əşyaların,  məişət 
avadanlıqlannın, həmçinin əmək fəaliyyəti üçün zəruri olan alətlərin, 
əməkçi  miqrant  əmək  fəaliyyətinə  başladıqda  və  əmək  fəaliyyəti 
sona  çatdıqda,  Azərbaycan  Respublikasına  gətirilməsinə  və 
Azərbaycan Respublikasından çıxanimasına görə rüsum ödəmirlər. 
Əməkçi miqrantlara və onların ailə üzvlərinə sosial müdafiə hü- 
quqlannın  təminatı  sahəsində  də  milli  rejim  verilir.  Onlar 
Azərbaycan  Respublikasının  vətəndaşları  ilə  eyni  sosial  müdafiə 
hüquqlarına malikdirlər. Onlann pensiya təminatı ilə bağlı məsələlər 
Azərbaycan  Respublikasının  ikitərəfli  və  çoxtərəfli  beynəlxalq 
müqavilələri ilə tənzimlənir. 
283 


Fəsil 16. Beynəlxalq xüsusi hüquqda əmək münasibətləri 
“Əmək miqrasiyası haqqında” Azərbaycan Respublikası Qanunu 
aşağıdakı əcnəbilərə şamil edilmir; 
1)
 
Azərbaycan Respublikasında daimi yaşayanlara: 
2)
 
sahibkarlıq fəaliyyəti ilə məşğul olanlara; 
3)
 
beynəlxalq  müqavilələr  əsasında  yaradılmış  təşkilatların 
rəhbər işçilərinə; 
4)
 
diplomatik nümayəndəlik və konsulluqlarda işləyənlərə; 
5)
 
beynəlxalq təşkilatlarda İşləyənlərə; 
6)
 
üç aydan çox olmayan müddətə ezamiyyətdə olanlara; 
7)
 
müvafiq  icra  hakimiyyəti  orqanı  tərəfindən  işə  cəlb 
edilənlərə; 
8)
 
dövlət qeydiyyatına alınmış dini təşkilat və cəmiyyətlərdə dini 
fəaliyyətlə məşğul olanlara; 
9)
 
kütləvi  informasiya  vasitələrinin  akkreditə  olunmuş 
əməkdaşlarına; 
10)
 
dənizçilərə; 
11)
 
idmançılara və incəsənət işçilərinə; 
12)
 
ali təhsil müəssisələrində mühazirə kursların oxunması üçün 
dəvət  edilən  professor-müəllim  heyətinə,  mühazirəçilərə  və 
elmi-tədqiqat işləri aparan mütəxəssislərə. 
Azərbaycan Respublikası ilə həmsərhəd olan dövlətlər arasında 
bağlanmış müqavilələrlə sərhədyanı əmək miqrasiyası ilə bağlı daha 
sadə  qaydalar  müəyyən  edilə  bilər.  Sərhədyam  əmək  miqrasiyası 
sərhədyanı  yaşayış  məntəqələrində  daimi  yaşayan  şəxslərin  əmək 
fəaliyyəti  ilə  məşğul  olmaq  üçün  gün  ərzində  həmsərhəd  dövlətin 
ərazisinə gedib-qayıtmasmı nəzərdə tutur. 
Bütövlükdə, Azərbaycan Respublikasının ərazisində əcnəbilərin 
əmək  fəaliyyəti  1999-cu  il  Azərbaycan  Respublikasının  Əmək 
Məcəlləsi  ilə  tənzimlənir.  Bu  barədə  Əmək  Məcəlləsinin  5-ci 
maddəsində  düzünə  göstəriş  vardır.  Orada  deyilir  ki,  Azərbaycan 
Respublikasının xarici dövlətlərlə, beynəlxalq təşkilatlarla bağladığı 
müqavilələrində  başqa  hal  nəzərdə  tutulmayıbsa,  həmin  məcəllə 
müvafiq  xarici  dövlətlərin,  onların  fiziki  və  hüquqi  şəxslərinin 
beynəlxalq 
284 


Yüklə 2,45 Mb.

Dostları ilə paylaş:
1   ...   88   89   90   91   92   93   94   95   ...   124




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə