Zavər Qafarov, Ataxan Əbilov Beynəlxalq xüsusi hüquq Yenidən işlənmiş ikinci nəşr Bakı ~ Qanun 2007


fi 1. Xarici elementti omak münasibətləri sahəsində kəllizion məsələlər



Yüklə 2,45 Mb.
Pdf görüntüsü
səhifə89/124
tarix31.08.2018
ölçüsü2,45 Mb.
#65554
1   ...   85   86   87   88   89   90   91   92   ...   124

fi 1. Xarici elementti omak münasibətləri sahəsində kəllizion məsələlər 
xarici dövlətlərdə keçirirsə, beİə hüquq münasibətlərinə Macarıstan 
qanunu tətbiq edilməlidir. 
5.
 
Bu  sahədə  rast  gəlinən  kollizion  bağlanmalardan  biri  də 
bayrağın  qanunu  (lex  banderae)  hesab  edilir.  Bayrağın  qanunu 
dedikdə  bayrağın  mənsub  olduğu  dövlətin  qanunu  başa  düşülür. 
Qeyd  edilən  kollizion  bağlanmanın  tətbiqi  nəqliyyatın  bəzİ 
növlərində görülən əmək fəaliyyəti ilə əlaqədardır. Əgər avtomobil 
və dəmir yolu nəqliyyatında işçilərin əmək fəaliyyəti həmin nəqliyyat 
təşkilatlarının yerləşdiyi yerin qanunu ilə tənzimlənirsə, çay və hava 
nəqliyyatı  zamanı  müvafiq  nəqliyyat  vasitələrinin  qeydə  alındığı 
ölkənin  qanunu  əsas  götürülür.  Dəniz  nəqliyyatında  işçilərin  əmək 
fəaliyyətinə  isə  gəmi  hansı  dövlətin  bayrağı  altında  üzürsə,  həmin 
dövlətin qanunu tətbiq edilir. Məsələn, 1978-ci il dənizçilər haqqında 
Finlandiya  qanunu  ilə  müəyyən  edilən  birtərəfli  kollizion 
bağlanmaya  görə  adı  çəkilən  qanun  Finlandiya  gəmilərinin 
göyərtəsində görülən bütün işlərə tətbiq edilir. Göstərilən qaydadan 
istisnalar  yalnız  müvafiq  səialıiyyətli  orqanın  göstərişi  ilə  fərdi 
qaydada ola bilər. 
6.
 
Bəzi  hallarda  əmək  münasibətlərinə  müqavilənin  bağlandığı 
yerin qanunu (lex loci contractus), hüquqi şəxsin təsis olunduğu yerin 
qanunu (lex societatis), işin daha sıx əlaqəli olduğu ölkənin qanunu 
(proper lavv) və s. kollizion bağlanmalar tətbiq edilə bilər. Məsələn, 
1987-ci il beynəlxalq xüsusi hüquq haqqında İsveçrə qanununda bu 
istiqamətdə iki əsas kollizion bağlanmaya: a) tərəflərin iradələrinin 
muxtariyyətinə;  b)  münasibətin  daha  sıx  əlaqəli  olduğu  hüquqa 
istinad ediIİr. Subsidiar alternativ kollizion bağlanma kimi nəzərdə 
tutulan daha sıx əlaqəli olduğu hüquq altında, bir qayda olaraq, işin 
görüldüyü ölkənin hüququ başa düşülür. 
“Beynəlxalq  xüsusi  hüquq  haqqında”  Azərbaycan  Respublikası 
Qanununda  xarici  elementli  əmək  münasibətləri  sferasında  tətbiq 
edilməli  olan  kollizion  normalara  rast  gəlinmir.  Lakin  Ticarət 
Gəmiçiliyi sahəsində əmək münasibətlərinin tənzimlənməsi zamanı 
Azərbaycan Respublikasının Ticarət  Gəmiçiliyi  Məcəlləsinin 326.2 
maddəsinə görə bayrağın mənsub olduğu dövlətin hüququna istinad 
edilmişdir. Bu barədə də XII fəsildə daha ətraflı şərh verilmişdir. 
273 


Fəsil 16. Beynəlxalq xüsusi hüquqda əmək münasibətləri 
§ 2. Əmək münasibətlərinin beynəlxalq-hüquqi tənzimi
 
İnsan  hüquqlan  sferasında  əsas  beynəlxalq  hüquqi  sənədlərdə 
əmək hüququ ilə əlaqədar bütün fiziki şəxslərə şamİl edilən xüsusi 
norma  nəzərdə  tutulmuşdur.  1948-ci  il  İnsan  hüquqlan  haqqında 
ümumi  bəyannamənin  23-cü  maddəsində  hər  bir  insanın  əmək, 
sərbəst  şəkildə  iş  seçmək,  ədalətli  və  əlverişli  əmək  şəraiti, 
işsizlikdən müdafiə hüququ təsbit edilmişdir. Bəyannaməyə görə hər 
bir insan heç bir ayrı-seçkilik qoyulmadan eyni əmək üçün bərabər 
haqq almaq, hər bir işçi özünün və ailəsinin insana layiq yaşamasını 
təmin  edən  və  lazım  gəldikdə  digər  sosial  təminat  vasitələri  ilə 
tamamlanan ədalətli və qənaətbəxş haqq almaq hüququna malikdir. 
Bu  müddəalar  1966-cı  il  “İqtisadi,  sosial  və  mədəni  hüquqlar 
haqqında” beynəlxalq paktda inkişaf etdirilmişdir. Paktın iştirakçısı 
olan  dövlətlər  hər  kəsin,  ruzi  qazanmaq  imkanı  daxil  olmaqla, 
sərbəst  şəkildə  seçdiyi,  yaxud  sərbəst  şəkildə  razılaşdığı  əmək 
hüququnu  tanıyır  və  bu  hüququn  təmin  olunması  üçün  lazımi 
addımlar  atacaqlarmı  öhdələrinə  götürürlər.  Həmİn  sənədin  7-ci 
maddəsinə görə iştirakçı dövlətlər hər bir insanın ədalətli və əlverişli 
əmək  şəraiti  hüququnu  tanıyır.  Bütün  zəhmətkeşlərə  heç  bir  fərq 
qoyulmadan eynİ  dəyərə malik  əmək üçün  ədalətli əmək haqqı və 
bərabər  ödəniş,  habelə  həmin  Paktın  normalarına  müvafiq  olaraq 
onların  özləri  və  ailələri  üçün  qənaətbəxş  güzəranın  təmini  bu 
hüququn tərkib elementi kİmi göstərilir. Bundan əlavə təhlükəsizlik 
və gigiyena tələblərinə cavab verən iş şəraitinə, həmçinin müvafiq 
olaraq daha yüksək vəzifələrə irəli çəkilmək üçün hamıya yalnız iş 
stajı və ixhsas səviyyəsi əsasında eyni şəraitin yaradılmasına təminat 
verilməlidir. 
Müəyyən  kateqoriya  şəxslərlə  bağlı  əmək  münasibətləri 
sferasında özbaşınalığın baş vermə ehtimalı yüksək olduğundan ayn- 
ayn  sazişlərdə  bu  barədə  xüsusi  nonnalar  nəzərdə  tutulmuşdur. 
Məsələn,  1951-ci  il  "Qaçqınlann  statusu  haqqında”  Konvensiyada 
qaçqınların hüquqi statusu ilə əlaqədar iştirakçı dövlətlər üçün 
274 


§ 2. Əmək münasibətlərinin bcynəlxalq-hüquqi tənzimi 
minimum  tələblər  müəyyən  edilmişdir.  Konvensiyada  qaçqınların 
məşğuliyyəti  ilə  əlaqədar  xüsusi  bölmə  mövcuddur  (17-19-cu 
maddələr). Sazişə gələn dövlətlər onların ərazisində qanuni surətdə 
yaşayan  qaçqınların  muzdlu  iş  hüququ  barəsində  onları  xarici 
dövlətlərin vətəndaşlarının eyni şəraitdə istifadə etdikləri ən əlverişli 
hüquqi  şəraitlə  təmin  edəcəklər.  Bu  zaman  daxili  əmək  bazarını 
qorumaq məqsədilə xaricilərə və ya xaricilərin işə götürülməsinə aİd 
məhdudlaşdırıcı tədbirlər qaçqınlara tətbiq edilməməlidir. 
Bundan əlavə, iştirakçı dövlətlər bütün qaçqınların, o cümlədən 
onlann  ərazisinə  İşçi  qüvvəsi  toplamaq  proqramlarının  yerinə 
yetirilməsi çərçivəsində və ya immiqrasiya planlarına əsasən gəlmiş 
qaçqınların muzdlu  İş barəsində hüquqlarının vətəndaşların  hüquq- 
lan ilə bərabərləşdirilməsi imkanlarına xeyirxahlıqla yanaşacaqlarını 
öhdələrinə  götürürlər.  Konvensiya,  eyni  zamanda,  dövlətlərin 
üzərinə  onların  ərazisində  qanuni  surətdə  yaşayan  qaçqınları 
mümkün qədər əlverişli hüquqi şəraitlə, hər halda, əcnəbilərin eyni 
şəraitdə  müstəqil  şəkildə  kənd  təsərrüfatı,  sənaye,  sənətkarlıq  və 
ticarətlə  məşğul  olmaq  barəsində  istifadə  etdiklərindən  əlverişsiz 
olmayan şəraitlə təmin etmək öhdəliyini qoyur. 
Konvensiyaya  əsasən  iştirakçı  dövlətlər  onların  ərazisində 
qanuni surətdə yaşayan qaçqınlara aşağıdakı məsələlərə münasibətdə 
milli rejim verir; qanun və sərəncamlarla tənzimləndiyi və ya inzibati 
hakimiyyətin nəzarətində olduğu qədər əməyə görə haqq; ailə üçün 
müavinətlər (belə müavinətlər əmək haqqına daxildirsə); iş gününün 
uzunluğu;  iş  vaxtından  əlavə  iş;  ödənişli  məzuniyyətlər;  muzdla 
işləyənlərin  yaşı;  şagirdlik  və  peşə  hazırlığı;  qadın  və  yeniyetmə 
əməyi; kollektiv müqavilələrindən istifadə etmək məsələləri. Daxili 
qanun  və  sərəncamlara  əsasən  sosial  təminat  sistemi  iiə  nəzərdə 
tutulan  işdə  bədbəxt  hadisələrə,  peşə  xəstəliklərinə,  analığa, 
xəstəliklərə, əlilliyə, qocalığa, ölümə, işsizliyə, ailə qarşısında borca 
və  digər  hallara  aid  qanunlar  da  Konvensiyaya  əsasən  qaçqınlara 
bərabər əsaslarla şamİl edilməlidir. Əgər bədbəxt hadisə və 
275 


Yüklə 2,45 Mb.

Dostları ilə paylaş:
1   ...   85   86   87   88   89   90   91   92   ...   124




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə