Zavər Qafarov, Ataxan Əbilov Beynəlxalq xüsusi hüquq Yenidən işlənmiş ikinci nəşr Bakı ~ Qanun 2007



Yüklə 2,45 Mb.
Pdf görüntüsü
səhifə86/124
tarix31.08.2018
ölçüsü2,45 Mb.
#65554
1   ...   82   83   84   85   86   87   88   89   ...   124

§ 2. Xarici eletnentli vərəsəlik münasibətləri və beynəlxalq müqavilələr 
§ 2. Xarici elementli vərəsəlik 
münasibətləri və beynəlxalq müqavilələr 
Xarici  elementli  vərəsəlik  münasibətləri  ilə  əlaqədar  qəbul 
edilən çoxtərəfli müqavilələrdə daha çox bu istiqamətdə mövcud 
olan  kollizion  hüquq  normalannın  unifikasiyasma  üstünlük 
verilir.  Digər  tərəfdən  indiyə  kimi  bu  sahədə  qəbul  edilən 
beynəlxalq 
müqavilələrdə 
mövcud 
kollizion 
problem 
bütövlükdə  deyil,  ayn-ayn  məsələlər  səviyyəsində  (məsələn, 
tətbiq  edilən  hüquq  haqqında,  vəsiyyətnamənin  forması 
haqqında və s.) öz həllini tapmışdır. 
Xarici elementli vərəsəlik münasibətlərinin tənzimlənməsi ilə 
əlaqədar  aşağıdakı  beynəlxalq  müqavilələri  göstermək  olar:  ’ 
“Vəsiyyətnamənin  forması  ilə  əlaqədar  qanunların  kolliziyası 
haqqında'’  5  oktyabr  196l-ci  il  Haaqa  Konvensiyası;  “Vəfat 
etmiş  şəxsin  əmlakının  beynəlxalq  idarəçiliyi  haqqında”  
oktyabr  1973-  '  cü  il  Haaqa  Konvensiyası;  “Beynəlxalq 
vəsiyyətnamənin foıması ilə bağlı eynitipii qamın haqqında” 26 
oktyabr 1973-cü il Vaşinqton Konvensiyası; “Daşınmaz əmlakın 
vərəsəliyinə tətbiq edilməli hüquq haqqında” 1 avqust 1989-cu il 
Haaqa Konvensiyası və s. 
Qeyd edilən konvensiyalardan 1961 -ci il və 1989-cu Haaqa 
kon-  vensiyalan  müvafiq  məsələ  ilə  bağlı  kollizion  normalar 
nəzərdə  tutmuşdur.  Həmin  sənədlərdə  səlahiyyətli  hüquq 
sistemini  müəyyən etmək üçün müxtəlif kollizion bağlanmalar 
təklif edilir. Bura aiddir: şəxsin vəfat etdiyi və ya vəsiyyətnamə 
tərtib  etdiyi  vaxtda  vətəndaşı  olduğu  ölkənin  qanunu;  şəxsin 
vəfat  etdiyi  və  ya  vəsiyyətnamə  tərtib  etdiyi  vaxtda  adi  və  ya 
daimi  yaşadığı  yerin  qanunu;  vərəseliyin  predmeti  olan 
daşınmaz əmlakın olduğu yerin qanunu. 
Hər  iki  konvensiya  ilə  vəsiyyətnamənin  formasına  və 
məzmununa aid, habelə digər tələblərin vəsiyyətnamənin tərtib 
edildiyi  yerin  qanuntma  əsasən  həlli  nəzərdə  tutulmuşdur. 
Alternativ  kollizion  bağlanma  kimi  miras  qoyanın  daha  sıx 
bağlı olduğu ölkənin hüququna istinad edilir. 
263 


Fosİl i5. Vorosoİik hüququ 
“Vəfat etmiş şəxsin əmlakının beynəlxalq idarəçiliyi haqqında” 
Haaqa Konvensiyası isə miras qoyulan daşınar və daşınmaz əmlakın 
idarəçiliyi  ilə  əlaqədar  beynəlxalq  sertifikatın  təsİs  edilməsini 
nəzərdə tutur. Belə sertifikat vəfat etmiş şəxsin adi yaşayış yeri üzrə 
səlahiyyətli dövlət orqanı tərəfindən tərtib edilir. Sertifikatı təqdim 
etmiş şəxsin miras qoyulan əmlaka münasibətdə hər hansı müdafiə 
və ya təcili tədbirləri gönnək səlahiyyəti vardır. 
1973-cü il Vaşinqton Konvensiyası isə beynəlxalq vəsiyyətnamə 
fomıası  ilə  əlaqədar  eynitiph  qanunun  tətbiqini  təklif  edir. 
Konvensiyaya qoşulan dövlət beynəlxalq vəsiyyətnamənin tərtibi ilə 
əlaqədar  öz  qanunvericiliyinə  dəyişiklik  etməli  və  bu  zaman 
Konvensiyanın  I  saylı  əlavəsi  olan  eynitipli  qanunun  mətnindən 
istifadə etməlidir. Konvensiyaya əsasən iştirakçı dövlətlər beynəlxalq 
vəsiyyətnamənin  tərtibi  ilə  əlaqədar  səlahiyyətli  şəxs  institutu 
yaratmalıdırlar.  Vəsiyyətnamə  vəsiyyət  edənin  öz  xətti  ilə 
doldumimah  və  imzalamnahdır.  Vəsiyyət  edən  bunu  səlahiyyətli 
şəxsin  və  iki  şahidin  hüzumnda  et-  .  məlidir.  Vəsiyyət  edən 
vəsiyyətnaməni  imza  etmək  iqtidannda  olına-  dıqda,  bu  barədə 
səlahiyyətli 
şəxsi 
məlumatlandırmalı 
və 
onun 
əvəzində 
vəsiyyətnaməni kİmin imzalayacağını göstərməlidir. 
Azərbaycan  Respublikası  sadalanan  çoxtərəfli  beynəlxalq 
müqavilələrə  qoşulmamışdır.  Lakin  Azərbaycan  Respublikasının 
bir  sıra  dövlətlərlə  imzaladığı  ikitərəfli  müqavilələrdə  xarici 
element-  li  vərəsəlik  münasibətlərinin  tənzimlənməsi  İlə  əlaqədar 
müəyyən  normalar  öz  əksini  tapmışdır.  Həmin  müqavilələri 
məzmununa görə iki qrupa bölmək olar: 1) hüquqi yardım haqqında 
müqavilələr; 
2)
 
konsul konvensiyaları. 
Azərbaycan Respublikasının qonşu dövlətlərlə bağladığı hüquqi, 
yardım  haqqında  müqavilələrin  tam  əksəriyyətində  (Türkiyə 
Respublikası ilə bağlanan hüquqi yardım haqqında müqavilə istisna 
olmaqla) xarici elementli vərəsəlik münasibətlərinin tənzimlənməsinə 
xüsusi  diqqət  verilir.  Həmin  konvensiyalarda  vərəsəlik  hüququ  ilə 
bağlı aşağıdakı məsələlər nəzərdə tutulmuşdur. Birincisi, Razı 
264 


§ 2. Xarici elememli vərəsəlik münasibətləri və beynəlxalq müqavilələr 
lığa  Gələn  Tərəflər  öz  aralannda  vərəsəlik  işlərində  bərabərlik 
prinsipini  üstün  tuturlar.  Bu  prinsipə  görə  Razılığa  Gələn 
Tərəflərdən  birinin  vətəndaşları  digər  Razılığa  Gələn  Tərəfin 
ərazisində  olan  əmlaka  vəsiyyət  tərtib  etmək  və  ya  ləğv  etmək 
qabiliyyətinə  və  orada  həyata  keçirilməli  olan  hüquqlara,  habelə 
vərəsəlik  üzrə  əmlak  və  hüquqların  əldə  edilməsi  qabiliyyətinə 
münasibətdə  digər  Razılığa  Gələn  Tərəfin  vətəndaşlarına  bərabər 
tutulurlar. Əmlak və hüquqlar onlara həmin Razılığa Gələn Tərəfin 
öz vətəndaşları üçün müəyyən edilmiş şərtlərlə keçir. 
İkincisi,  həmin  konvensiyalarda  vərəsəlik  hüquqlarının  realizə 
olunması ilə bağlı tətbiq edilməli olan hüquq müəyyən edilmişdir. Bu 
zaman  daşınar  və  daşınmaz  əmlakın  hüquqi  statusu  fərqləndirilir. 
Daşınar  əmlak  üzərində  vərəsəlik  hüququ  miras  qoyanın  vəfat 
edərkən vətəndaşı olduğu Razılığa Gələn Tərəfin qanunvericiliyi ilə 
müəyyən  edilir.  Daşınmaz  əmlak  üzərində  vərəsəlik  hüququ  isə 
əmlakın  yerləşdiyi  ölkənin  qanunvericiliyi  ilə  tənzim  edilir.  Miras 
qalmış  əmlakın  daşmar,  yaxud  daşınmaz  sayılması  məsələsi  də 
əmlakın  yerləşdiyi  ölkənin  qanunvericiliyinə  müvafiq  surətdə  həll 
edilir. 
Qeyd  etmək  lazımdır  kİ,  daşınar  əmlakla  əlaqədar  bəzi 
müqavilələrdə  (məsələn,  Azərbaycan  Respublikası  ilə  Rusiya 
Federasiyası arasında 22 dekabr 1992-ci ildə bağlanmış mülki, ailə və 
cinayət işləri üzrə hüquqi  yardım və hüquq mimasibətləri haqqında 
Müqavilə  və  ya  23  oktyabr  2001  -cİ  il  tarixli  Azərbaycan 
Respublikası  və  Litva  Respublikası  arasında  mülki,  aİlə  və  cinayət 
işləri  üzrə  hüquqi  yardım  və  hüquqi  münasibətlər  haqqında 
Müqavilə) miras qoyanın sonuncu daimi yaşayış yeri olduğu Razılığa 
Gələn Tərəfin qanunvericiliyinin tətbiqi nəzərdə tutulur. 
Üçüncüsü,  hüquqi  yardım  haqqında  müqavilələrdə  vərəsəsiz 
əmlakın hüquqi statusu müəyyən edilmişdir. Vərəsəsiz daşınar əmlak 
əmlakın  sahibi  olmuş  şəxs  ölərkən  vətəndaşı  olmuş  Razılığa  Gələn 
Tərəfə  verilir,  vərəsəsiz  daşınmaz  əmlak  isə  ərazisində  yerləşdiyi 
Razılığa Gələn Tərəfin mülkiyyətinə keçir. 
265 


Yüklə 2,45 Mb.

Dostları ilə paylaş:
1   ...   82   83   84   85   86   87   88   89   ...   124




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə