Zavər Qafarov, Ataxan Əbilov Beynəlxalq xüsusi hüquq Yenidən işlənmiş ikinci nəşr Bakı ~ Qanun 2007


Fusil 14. Beynolxalq xüsusi hüquqda ailə münasibətləri



Yüklə 2,45 Mb.
Pdf görüntüsü
səhifə83/124
tarix31.08.2018
ölçüsü2,45 Mb.
#65554
1   ...   79   80   81   82   83   84   85   86   ...   124

Fusil 14. Beynolxalq xüsusi hüquqda ailə münasibətləri 
dən  birinin  ərazisində,  digəri  isə  Razılığa  Gələn  Tərəflərdən  o 
birisinin ərazisində yaşayırsa və ər-arvadın hər ikisi eyni vətəndaşlığa 
malikdirlərsə,  onda  onların  şəxsi  və  əmlak  xarakterli  hüquq 
münasibətləri  vətəndaşlan  olduqlan  Razılığa  Gələn  Tərəfin 
qanunvericiliyi ilə müəyyən edilir. Ər-arvad vətəndaşlıq baxımından 
da ayrı-ayrı Razılığa Gələn Tərəflərə mənsubdurlarsa, onda onlann 
sonuncu  dəfə  ərazisində  birgə  yaşadıqları  Razılığa  Gələn  Tərəfin 
qanunvericiliyi,  bu  da  olmadıqda  isə,  məhkəməsinə  iddİa  təqdim 
edilən Razılığa Gələn Tərəfin qanunvericiliyi tətbiq edilir. 
Analoji  norma  Azərbaycan  Respublikasının  bağladığı  hüquqi 
yardım haqqında digər müqavilələrdə də öz əksini tapmışdır. 
Təqdirəlayiq  haldır  ki,  Azərbaycan  Respublikasının  Ailə 
Məcəlləsində  yetkinlik  yaşına  çatmış  şəxslərin  və  başqa  ailə 
üzvlərinin,  o  cümlədən  ər-arvadın  aliment  vəzifələrinin 
tənzimlənməsi zamanı tətbiq edilən qanunvericiliklə bağlı kollizion 
norma  müəyyən  edilmişdir.  Belə  ki.  Ailə  Məcəlləsinin  154-cü 
maddəsinə  görə  ailə  üzvlərinin  aliment  vəzifələri  ərazisində  birgə 
yaşadıqlan  ölkənin  qanunvericiliyi  ilə  müəyyənləşdirilir.  Birgə 
yaşayış  yeri  olmadıqda  İsə  iddiaçının  yaşadığı  ölkənin 
qanunvericiliyi əsas götürülməlidir. 
§ 4. Beynəlxalq xüsusi hüquqda 
uşaq hüquqlarının müdafiəsi 
Ailə  hüququnun  digər  məsələlərində  olduğu  kimi  uşaq 
hüquqlarının  müdafiəsi  ilə  əlaqədar  institutlarla  bağlı  milli 
qanunvericiliklərdə  mövcud  olan  məzmun  fərqlərinin  yaratdığı 
kollizion  situasiyalar  müvafiq  beynəlxalq  xüsusi  hüquq  normalan 
vasitəsilə həll edilir. Biz həmin institutların maddi-hüquqi məzmunu 
üzərində  dayanmağa  ehtiyac  duymuruq.  Çünki  onlar  beynəlxalq 
xüsusi hüququn predmetinə aid deyildir. 
254 


ij 4. Beynəlxalq xüsusi hüquqda uşaq hüquqlannın müdafiəsi 
Beynəlxalq  xüsusi  hüquq  çərçivəsində  sadalanan  məsələlər 
əsasən kollizion hüquqi metoddan istifadə edilməklə tənzimlənir ki, 
bundan ötrü də əksər dövlətlərin qanunvericiliyində xüsusi normalar 
nəzərdə tutulmuşdur. 
Azərbaycan  Respublikasının  Ailə  Məcəlləsində  uşaqların 
mənafeyinin  müdafiəsi  ilə  əlaqədar  aşağıdakı  məsələlər  üzrə 
kollizion  nomıalar  müəyyən  edilmişdir:  1)  atalığın  (analığın) 
müəyyənləşdirilməsi və buna dair mübahisə açılması; 2) valideyn və 
uşaqların hüquq və vəzifələri; 3) övladlığa götürmə. 
Ailə 
Məcəlləsinin 
I52-ci 
maddəsində 
atalığın 
müəyyənləşdirilməsi və buna dair mübahisə açılması ilə əlaqədar üç 
kollizion  norma  göstərilir.  Birincisi,  ilkin  olaraq  "lex  patriae"-yə 
istinad edilir: "Atalığın (analığın) müəyyənləşdirilməsi və buna dair 
mübahisə  açılması  üçün  uşağın  anadan  olmağa  görə  vətəndaşı 
sayıldığı  ölkənin  qanunvericiliyi  tətbiq  edilir". 
İkincisi, 
respublikadaxİli  məsələlərdə  birtərəfli  qaydada  Azərbaycan 
qanunvericiliyinə  üstünlük  verilir  və  bununla  əlaqədar  olaraq 
göstərilir  ki,  Azərbaycan  Respublikasının  ərazisində  atalığın 
(analığın)  müəyyənləşdirilməsi  və  buna  dair  mübahisə  açılınası 
qaydası 
Azərbaycan 
Respublikasının 
qanunvericiliyi 
iio 
müəyyənləşdirilir.  Üçüncüsü,  bu  funksiyanın  müəyyən  şərtlər 
daxilində Azərbaycan Respublikasının diplomatik nümayəndəliyinin 
və  ya  konsulluq  idarəsinin  yerinə  yetirə  biləcəyinə  istinad  edilir. 
Həmin  şərtlər  sırasına  aşağıdakılar  aid  edilir:  Azərbaycan 
Respublikasının  qanunvericiliyi  ilə  atalığın  (analığın)  müvafiq  icra 
hakimiyyəti  orqanında  müəyyənləşdirilməsinə  yol  verilirsə;  uşağın 
valideynləri Azərbaycan Respublikasında yaşamırlarsa; onlardan heç 
olmasa biri Azərbaycan Respublikasının vətəndaşıdırsa. 
Valideynlərin  və  uşaqlann  hüquq  və  vəzifələrinin  müəyyən 
edilməsinə  münasibətdə  də  Ailə  Məcəlləsində  üç  kollizion  nonna 
müəyyən edilib. Ailə Məcəlləsinin 153-cü maddəsində ifadə olunan 
həmin normalann sıra ardıcıllığı aşağıdakı kimidir. İlkin olaraq lex 
domicilii  prinsipi  əsas  götürülmüşdür:  "Valideynlərin  və  uşaqlann 
hüquq və 
255 


Fasil !4. Beynulxalq xüsusi hüquqda aila münasibətləri 
vəzifələri, 

cümlədən valideynlərin uşağı saxlamaq vəzifəsi onlann 
birgə 
yaşadıqlan 
ölkənin 
qanunvericiliyinə 
uyğun 
müəyyənləşdirilir". Digər iki kollizion norma birinciyə münasibətdə 
subsidiar  xarakter  daşıyır.  Əgər  birgə  yaşayış  yeri  yoxdursa,  onda 
həmin  məsələ  üzrə  səlahiyyətli  hüququ  tapmaq  üçün  ikinci  norma 
kimi uşağın vətəndaşı olduğu ölkənin qanunvericiliyinə istinad edilir. 
Üçüncü kollizion normanın tələbi isə uşağın daimi yaşadığı ölkənin 
qanunvericiliyinin  tətbiqi  imkanıdır.  Amma  bu  normanın  tətbiqinə 
iddiaçının  tələbi  ilə  aliment  öhdəlikləri  və  valideynlərlə  uşaqlar 
arasında  digər  münasibətlər  zamanı  yol  verilə  bilər.  Nəzərə  almaq 
lazımdır  ki,  axırıncı  kollizion  nonna  əvvəlkilərdən  fərqli  olaraq 
dispozitiv  xarakter  daşıyır  və  onun  istinad  etdiyi  qanunvericiliyin 
tətbiqi üzərində dayanmaq məhkəmənin vəzifəsi deyil, hüququ kimi 
qiymətləndirilir. 
Xarici  elementli  övladlığa  götürmə  məsələləri  isə  Ailə 
Məcəlləsinin  155-ci  maddəsi  ilə  tənzimlənir.  Həmin  maddədə 
müxtəlif  kombinasiyalarda  övladlığa  götünnə  məsələlərini 
tənzimləməkdən ötrü bir neçə norma öz əksini tapmışdır. Maddənin 
birinci  hissəsində Azərbaycan Respublikasının ərazisində övladlığa 
götürmə həyata keçirilən zaman tətbiq ediləcək qanun göstərilir. Bu 
zaman müəyyən edilmişdir ki, "Azərbaycan Respublikasının tərəfdar 
çıxdığı  beynəlxalq  müqavilələrdə  nəzərdə  tutulmuş  hallar  istisna 
olmaqla  Azərbaycan  Respublikasının  ərazisində  əcnəbilər  və  ya 
vətəndaşlığı olmayan şəxslər tərəfindən Azərbaycan Respublikasının 
vətəndaşı olan uşağı övladlığa götürmə və ya övladlığa götürmənin 
ləğvi  Azərbaycan  Respublikasının  qanunvericiliyinə  uyğun  olaraq 
həyata keçirilir". Nomıanm mətnindən göründüyü kimi bu qaydadan 
yalnız  Azərbaycan  Respublikasının  tərəfdar  çıxdığı  beynəlxalq 
müqavilələrdə nəzərdə tutulan hallar istisna təşkil edir. Bundan irəli 
gələrək Ailə Məcəlləsinin 155-ci maddəsinin ikinci bəndİ müəyyən 
etmişdir ki, əgər Azərbaycan Respublikasının ərazisində əcnəbi və ya 
vətəndaşlığı  olmayan  şəxs  tərəfindən  Azərbaycan  Respublikasının 
vətənda.şt olan uşaq, övladlığa götürənin ölkəsinin (daimi 
256 


Yüklə 2,45 Mb.

Dostları ilə paylaş:
1   ...   79   80   81   82   83   84   85   86   ...   124




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə