Zavər Qafarov, Ataxan Əbilov Beynəlxalq xüsusi hüquq Yenidən işlənmiş ikinci nəşr Bakı ~ Qanun 2007



Yüklə 2,45 Mb.
Pdf görüntüsü
səhifə87/124
tarix31.08.2018
ölçüsü2,45 Mb.
#65554
1   ...   83   84   85   86   87   88   89   90   ...   124

Fəsil 15. Vərəsəlik hüququ 
Dördüncüsü, 
həmin 
müqavilələrdə 
vəsiyyətnamənin 
formasına  tətbiq  edilməli  olan  hüquq  məsələsi  həll  edilmişdir. 
Şəxsin  vəsiyyətnamə  tərtib  və  ya  ləğv  etmək  qabiliyyəti  və 
həmçinin  vəsiyyətnamənin  və  onun  ləğv  edilməsinin  forması 
vəsiyyətnamə tərtib edilən anda miras qoyanın vətəndaşı olduğu 
Razılığa Gələn Tərəfin qanunvericiliyi ilə müəyyən edilir. Lakin 
vəsiyyətnamə  və  onun  ləğv  olunması  əgər  tərtib  edildiyi  yerin 
qanunvericiliyinin tələblərinə cavab verirsə, forma baxımından 
tələblərə riayət olunma- mağa görə vəsiyyətnamə etibarsız hesab 
edilə bilməz. 
Beşincisi, hüquqi  yardım haqqında müqavilələrdə vərəsəlik 
işlərinin  icraatı  ilə  əlaqədar  səlahiyyətli  idarələr  müəyyən 
edilmişdir.  Daşınan  əmlaka  vərəsəliyə  dair  işlər  üzrə  icraatı 
miras  qoyanın  sonuncu  daimi  yaşayış  yerinin  olduğu  Razılığa 
Gələn  Tərəfin  idarələri  apanr.  Əgər  miras  qoyanın  bütün 
daşınan  əmlakı  onun  sonuncu  daimi  yaşayış  yeri  olmayan 
Razılığa Gələn Tərəfin ərazisində yerləşirsə, bu halda vərəsənin, 
yaxud rədd cavabı alanın ərizəsi üzrə, bütün vərəsələr bununla 
razılaşarsa,  vərəsəlik  haqqında  işə  dair  icraatı  həmin  Razılığa 
Gələn  Tərəfin  idarələri  apanr.  Bəzi  hüquqi  yardım  haqqında 
müqavilələrdə isə (məsələn, 18 iyun 1997-ci il tarixli Azərbaycan 
Respublikası ile Özbəkistan Respublikası arasında mülki, ailə və 
cinayət  işləri  üzrə  hüquqi  yardım  və  hüquqi  münasibətlər 
haqqında  Müqavilə)  bu  zaman  miras  qoyanın  ölən  vaxtı 
vətəndaşı  olduğu  Razılığa  Gələn  Tərəfin  ədliyyə  idarələri 
səlahiyyətli hesab edilir. 
Daşınmaz  əmlaka  dair  vərəsəlik  işləri  üzrə  icraatı  isə  bu 
əmlakın  yerləşdiyi  ölkənin  idarələri  apanr.  Vərəsəlik  İşlərinin 
icraatı  İlə  əlaqədar  qeyd  edilən  qaydalar  vərəsəlik  işləri  üzrə 
mübahisələrə də şamil edilir. 
Altıncısı, bu tip müqavilələrdə İştirakçı dövlətlər, bir qayda 
olaraq, öz qanunvericiliklərinə uyğun olaraq ərazilərində diger 
tərəfin vətəndaşının miras qoyulan əmlakın qorunması və idarə 
olunması  üçün  zəruri  tədbirlərin  görülməsini  öhdələrinə 
götürürlər. Belə gö 
266 


§ 2. Xarici clementli vərəsəlik münasibətləri və beynəlxalq müqavilələr 
rülən 
tədbirlər 
haqqında 
təxirə 
salınmadan 
diplomatik 
nümayəndəliyə  və  ya  konsul  idarəsinə  məlumat  verilməlidir. 
Diplomatik  nümayəndəlik  və  ya  konsul  idarəsi  həmin  tədbirlərin 
həyata keçirilməsində iştirak edə bilər. Onların vəsatəti ilə göstərilən 
tədbirlər dəyişdirilə və ya ləğv edilə bilər. 
Əgər Razılığa Gələn Tərəflərdən birinin vətəndaşı daimi yaşayış 
yeri olmadığı digər Razılığa Gələn Tərəfin ərazisində səfər zamanı 
vəfat  edərsə,  onun  üstündə  olan  pul  və  əşyalar  vətəndaşı  olduğu 
Razılığa Gələn Tərəfin diplomatik nümayəndəliyinə və ya konsulluq 
idarəsinə verilir. 
Yeddincisi, hüquqi yardım haqqında müqavilələrdə, ən nəhayət, 
miras  qalan  əmlakın  verilinəsi  məsələsi  tənzimlənir.  Əgər  daşınar 
vərəsəlik  əmlak,  yaxud  daşınar  və  ya  daşınmaz  əmlakın  satışından 
əldə olunan məbləğ vərəsəlik icraatı qurtardıqdan sonra yaşadıqları 
və  ya  olduqları  yer  digər  Razılığa  Gələn  Tərəfin  ərazisində  olan 
varislərə verİlməlidirsə və miras qoyulan əmlak və ya əldə edilən pul 
məbləği varislərə və ya onların nümayəndələrinə bilavasitə verilməsi 
mümkün olmadıqda, həmin əmlakın və ya pul məbləğinin Razılığa 
Gələn Tərəfin diplomatik nümayəndəliyinə, yaxud konsul idarəsinə 
verilməsi  nəzərdə  tutulmuşdur.  Bu  qayda  aşağıdakı  hallarda  tətbiq 
edilir; 
1)
 
əgər  ərazisində  vərəsəlik  əmlak  olan  Razılığa  Gələn  Tərəfin 
qanunvericiliyi  ilə  müəyyən  edilmiş  müddətlərdə  miras  qoyanın 
kredİtorlannin  irəli  sürdüyü  bütün  tələblər  ödənmiş,  yaxud  təmin 
edilmişdirsə; 
2)
 
vərəsəliklə  əlaqədar bütün vergilər və rüsumlar ödənilmiş və 
təmin edilmişdirsə; 
3)
 
zəruri hallarda səlahiyyətli İdarələr əmlakın aparılmasına və ya 
pul məbləğinin köçürülməsinə icazə vermişlərsə. 
Azərbaycan Respublikasının bir sıra dövlətlərlə bağladığı konsul 
konvensiyalannda  isə  xarici  elementli  vərəsəlik  münasibətlərində 
konsulun iştirakı, onun daşıdığı funksiyalarla bağlı məsələlər 
267 


Fəsil 15. Vaıəsəlik hüququ 
öz  həllini  tapmışdır.  Məsələn,  Azərbaycan  Respublikası  ilə 
Ukray*  na  arasında  24  mart  1997-ci  ildə  bağlanmış  Konsulluq 
Konvensiyasına  görə  (12  dekabr  2000-ci  Üdə  qüvvəyə 
minmişdir) qəbul  edən dövlətin səlahiyyətli orqanları mümkün 
qədər  qısa  müddətdə  konsulluğun  vəzifəli  şəxsinə  konsulluq 
dairəsi  ərazisində  onu  göndərən  dövlətin  vətəndaşının  ölümü 
barədə məlumat verir, habelə konsulluğun vəzifəli şəxsinə miras 
qalmış  əmlakın,  vəsiyyətnamənin  olması,  həmçinin  qəbul  edən 
dövlətin  ərazisində  olan  və  yaxud  təmsil  edilən  hər  hansı  bir 
şəxsin  bu  əmlakın  sərəncamvericisi  təyin  olunması  haqqında 
məlumat verirlər. 
Miras  olduğu  halda  Konsulluğun  vəzifəli  şəxsi  qəbul  edən 
dövlətin  səlahiyyətli  orqanları  tərəfindən  əmlakm  siyahısınm 
tərtib  edilməsində  iştirak  etmək'  hüququna  malikdir  va  miras 
qalmış əmlakın qorunması ilə bağlı tədbirlər görür. 
Göndərən  dövlətin  vətəndaşı,  vətəndaşlığından  asılı 
otmayaraq qəbul edən dövlətin ərazisində ölmüş şəxsin mirasına 
hüququ olarkən həmin dövlətin səlahiyyətli orqanları konsulluq 
idarəsinə bu barədə dərhal məlumat verirlər. 
Əgər göndərən dövlətin vətəndaşı qəbul edən dövlətdə miras 
almaq hüququna malikdirsə və ya bu hüquqa iddia edirsə, lakin 
nə o, nə də onun nümayəndəsi miras haqqmda işin baxılmasmda 
iştirak edə bilmirlərsə, konsulluğun vəzifəli şəxsi şəxsən və ya öz 
nümayəndəsi  vasitəsilə  qəbul  edən  dövlətdə  həmin  vətəndaşı 
məhkəmə, yaxud digər səlahiyyətli orqanlarda təmsil edə bilər, 
həmin  vətəndaşa  təhvil  vermək  üçün  ona  çatası  olan  hər  cür 
mirası ala bilər. 
Göndərən  dövlətin  qəbul  edən  dövlətdə  daimi  yaşamayan 
vətəndaşı  orada  öldükdə  konsulluğun  vəzifəli  şəxsi  varislərə, 
sərən-  camvericiyə,  yaxud  digər  səlahiyyətli  şəxslərə  təhvil 
vermək  üçün  ölən  şəxsin  bütün  sənədlərini,  pul  vəsaitlərini, 
qiymətli  əşyalanm  müvəqqəti  mühafizəyə  götürmək  hüququna 
malikdir. 
Konsulluğun  vəzifəli  şəxsi  göndərən  dövlətin  vətəndaşı 
adından,  əgər  həmin  vətəndaş  qəbul  edən  dövlətin  erazisində 
deyilsə. 
268 


Yüklə 2,45 Mb.

Dostları ilə paylaş:
1   ...   83   84   85   86   87   88   89   90   ...   124




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə