Zavər Qafarov, Ataxan Əbilov Beynəlxalq xüsusi hüquq Yenidən işlənmiş ikinci nəşr Bakı ~ Qanun 2007


§ 2. Əmək münasibəllərinin beynəlxalq-hüquqi tonzimİ



Yüklə 2,45 Mb.
Pdf görüntüsü
səhifə91/124
tarix31.08.2018
ölçüsü2,45 Mb.
#65554
1   ...   87   88   89   90   91   92   93   94   ...   124

§ 2. Əmək münasibəllərinin beynəlxalq-hüquqi tonzimİ 
Azərbaycan  Respublikasımn  xarici  dövlətlərlə  bağladığı 
ikitərəfli  müqavilələr  arasında  sırf  əmək  münasibətləri  və  sosial 
təminat  məsələlərini  tənzimləyən  müqavilələrə  də  rast  gəlinir. 
1997-ci  ildə  Azərbaycan  Respublikası  və  Qırğızıstan  Respublikası 
hökumətləri 
arasmda 
bağlanan 
əmək 
fəaliyyəti 
və 
əməkçi-miqrantlann  sosial  müdafiəsi  sahəsində  əməkdaşlıq  barədə 
Saziş  bu  qəbildəndir.  Saziş  Azərbaycan  Respublikasının  və  ya 
Qırğızıstan  Respublikasının  vətəndaşlan  olan  və  bu  dövlətlərdən 
birinin ərazisində daimi yaşayan, həmin Sazişə müvafiq olaraq digər 
tərəfin  ərazisində  əmək  fəaliyyətini  həyata  keçirən  şəxslərə 
(əməkçi-miqrantlara),  həmçinin  onlann  ailə  üzvlərinə  tətbiq  edilir. 
Sazişin  həyata  keçirilməsinə  cavabdehlik  hər  iki  tərəfin  Əmək  və 
Sosial MüdaTıə nazirliklərinin üzərinə qoyulmuşdur. 
Əməkçi-miqrantlann  əmək  fəaliyyətinə  cəlb  edilməsi  qaydası 
onlan  işlə  təmin  edən  Tərəfin  qanunvericiliyinə  əsasən  müəyyən 
edilir.  Əməkçi-miqrantlann  və  onların  ailə  üzvlərinin  onları  işlə 
təmin  edən  Tərəfin  ərazisinə  gəlməsi,  orada  qalması  və  oradan 
getməsi  qaydası  həmin  dövlətin  qanunvericiliyinə  əsasən  həyata 
keçirilir. Səlahiyyətli orqanlar öz səlahiyyətləri çərçivəsində əməkçi 
miqrantları  işlə  təmin  edən  Tərəfin  ərazisində  əmək  fəaliyyətini 
həyata keçirmələri üçün lazımi sənədlərin rəsmiləşdirilməsi ilə bağlı 
əməliyyatların  həyata  keçirilməsini  sürətləndirmək  İstiqamətində 
zəruri tədbirlər görməlidirlər. 
Sazişə əsasən işlə təmin edən Tərəfin ərazisində əmək fəaliyyəti 
ilə  bağlı  əməkçi-miqrantın  səhhətinə  dəymiş  ziyanın  ödənilməsinə 
MDB  çərçivəsində  1994-cü  ildə  imzalanmış  “Əmək  vəzifələrinin 
icrası ilə bağlı şikəst olan, peşə xəstəliyinə tutulan, yaxud başqa zədə 
alan  işçilərə  dəymiş  ziyanın  ödənilməsi  hüququnun  qarşılıqlı 
tanınması haqqmda” Sazişin müddəaları tətbiq edilir. İşlə təmin edən 
Tərəfin işə götürənin təsərrüfat fəaliyyətinin dayandı- nlması, habelə 
əmək fəaliyyətini həyata keçirən əməkçi-mİqrant- ların sayının və ya 
ştatının  ixtisarı  ilə  bağlı  əmək  müqaviləsinin  pozulması  hallarında 
əməkçi-miqrantlara işlə təmin edən Tərəfin qa 
279 


Fəsil 16, Beynəlxalq xüsusi hüquqda əmək münasibətləri 
nunvericiliyinə  əsasən  imtiyazlar  və  kompensasiyalar  verilməlidir. 
Bu  zaman  işə  götürən  azad  edilmiş  əməkçİ-miqranta  onun  və  ailə 
üzvlərinin daimi yaşayış yerinə qayıtması üçün kifayət qədər vəsait 
təqdim etməlidir. 
§ 3. Əcnəbilərin Azərbaycan Respublikasına 
əmək miqrasiyası 
Azərbaycan Respublikasının Konstitusiyasının 35-ci maddəsində 
təsbit  edilən  əmək  hüqtıqunun  subyekti  “hər  kəs”dir.  Yənİ 
Respublika  Konstitusiyası  vətəndaşlıqdan  asılı  olmayaraq  hər  kəsə 
əməyə olan qabiliyyəti əsasında sərbəst surətdə özünə fəaliyyət növü, 
peşə, məşğuliyyət və iş yeri seçmək hüququnu verir. Heç kəs zorla 
işlədilə  bilməz.  Konstitutsion  normaya  görə  əmək  müqavilələri 
sərbəst bağlanılır. Heç kəs əmək müqaviləsi bağlamağa məcbur edilə 
bilməz.  Hər  kəsin  təhlükəsiz  və  sağlam  şəraitdə  işləmək,  heç  bir 
ayrı-seçkilik qoyulmadan öz işinə görə dövlətin  müəyyənləşdirdiyi 
minimum əmək haqqı miqdarından az olmayan haqq almaq hüququ 
vardır.  Əsas  Qanun,  eyni  zamanda,  hər  kəsin  istirahət  hüququna 
təminat  verir.  Əmək  müqaviləsi  ilə  işləyənlərə  qanunla  müəyyən 
edilmiş,  lakin  gündə  8  saatdan  artıq  olmayan  iş  günü,  istirahət  və 
bayram  günləri,  ildə  azı  bir  dəfə  21  təqvim  günündən  az  olmayan 
ödənişli  məzuniyyət  verilməsi  nəzərdə  tutulmuşdur.  Bunlardan 
əlavə.  Konstitusiya  hər  kəsin  sosial  təminat  hüququna  fmaddə  38) 
malik olmasını elan edir. 
Sadalanan  hüquqlann  subyekt  dairəsi  müəyyən  edilərkən  "hər 
kəs"  ifadəsindən  Konstitusiyada  istifadə  edilməsi  bu  sahədə 
əcnəbilərin  və  vətəndaşlığı  olmayan  şəxslərin  Azərbaycan 
Respublikası və- təndaşlanna bərabər tutulmasının göstəricisidir. Bu 
barədə Konstitusiyanın 69-cu maddəsinin birinci hissəsində düzünə 
göstəriş vardır. 
Azərbaycan  Respublikasının  ərazisində  əmək  münasibətləri 
sferasında əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə milli rejim 
280 


§ 3. Əcnəbilərin Azərbaycan Respublikasına əmək miqrasiyası 
verilməsi haqqında konstitusion norma cari qanunvericilikdə inkişaf 
etdirilmişdir.  1997-ci  İl  “Əcnəbilərin  və  vətəndaşlığı  olmayan 
şəxslərin  hüquqi  vəziyyəti  haqqında”  Azərbaycan  Respublikası 
Qanununun  11-ci  maddəsinə  görə  Azərbaycan  Respublikasının 
qanunvericiliyi  və  Azərbaycan  Respublikasının  iştirakçısı  olduğu 
beynəlxalq  müqavilələri  ilə  digər  qaydalar  müəyyən  olunmayıbsa, 
əcnəbilər  və  vətəndaşlığı  olmayan  şəxslər  əmək  münasibətlərində 
Azərbaycan  Respublikasının  vətəndaşları  ilə  eyni  hüquqlardan 
istifadə edir və eyni vəzifələri daşıyırlar. 
Qanuna görə Azərbaycan Respublikasına müəyyən müddət əmək 
fəaliyyəti  ilə  məşğul  olmaq  üçün  gəlmiş  əcnəbilər  və  vətəndaşlığı 
olmayan  şəxslər  əmək  fəaliyyəti  ilə  müəyyən  olunmuş  qaydada 
məşğul  ola  bilərlər.  Yalnız  müəyyən  vəzifələri  tutmaq,  yaxud 
müəyyən  fəaliyyət  növləri  ilə  məşğul  olmaq  Azərbaycan 
Respublikası  vətəndaşlığı  ilə  şərtləndirildiyi  hallarda  əcnəbilər  və 
vətəndaşlığı olmayan şəxslər belə vəzifələr tuta və belə foaliy>'ət!ə 
məşğul ola bilməzlər. 
Əcnəbilərin əmək fəaliyyəti ilə məşğul olmaq üçün Azərbaycan 
Respublikasına  gəlməsi,  bir  qayda  olaraq,  onların  yaşayış  yerinin 
dəyişməsi  ilə  müşayiət  olunur.  Bütövlükdə  bu  proses  əmək 
miqrasiyası  adlandmlır.  Azərbaycan  Respublikasında  əmək 
miqrasiyası proseslərinin hüquqi, iqtisadi və sosial əsaslan 1999-cu il 
“Əmək miqrasiyası haqqında” Azərbaycan Respublikası Qanunu ilə 
müəyyən edilmişdir. 
Qanunun  4-cü  maddəsinə  görə  18  yaşma  çatmış  hər  bir  əcnəbi 
haqqı ödənilən əmək fəaliyyəti ilə məşğul olmaq üçün Azərbaycan 
Respublikasına  gələ  bilər.  Əcnəbinin  Azərbaycan  Respublikasının 
ərazisində  haqqı  ödənilən  əmək  fəaliyyəti  ilə  məşğul  olması  üçün 
aşağıdakı iki şərtin gözlənilməsi tələb olunur: 1) iş yerinin tələblərinə 
cavab  verən  peşə  hazırlığına  və  ixtisasa  malik  Azərbaycan 
Respublikası  vətəndaşının  iddİa  etmədiyi  boş  iş  yerlərinin 
mövcudluğu; 2) məşğulluq xidməti orqanlarının işəgötürənlərin işçi 
qüvvəsinə  olan  ehtiyaclarını  yerli  əmək  ehtiyatları  hesabına  təmin 
etmək imkanının olmaması. 
281 


Yüklə 2,45 Mb.

Dostları ilə paylaş:
1   ...   87   88   89   90   91   92   93   94   ...   124




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə