Fosil 17. Beynəlxalq mülki proses
quqi münasibətlorə baxılmasının xüsusiyyətləri ilə bağlı əsas
müddəalar bu Konvensiyanın normalannın təhlili əsasında
aydınlaşdın!ır.
Beynəlxalq mülki proses xarici elementli mülkİ hüquqi
mübahisələrin ümumi yurisdiksiya məhkəmələrində baxılması ilə
yanaşı arbitraj məhkəmələrində də baxılmasını əhatə edir. Bu
onunla
əlaqədardır ki, bir çox dövləüərdə hüquq münasibətlərinin
subyektlərini hüquqi şəxslər təşkil etdikdə mübaliisənin həlli arbitraj
məhkəməsinin aidiyyətinə keçir. Nəzərə almaq lazımdır ki, bəzi
Ölkələrdə, o cümlədən Rusiya Federasiyasının qanunvericiliyində bir
çox
dövlətlərin,
məsələn,
Azərbaycan
Respublikasının
qanunvericiliyindən fərqli olaraq həm beynəlxalq kommersiya
arbitraj məhkəmə sistemində, həm də dövlət arbitraj məhkəmə
sistemində “arbitraj” terminindən istifadə edilir. Bununla bağlı qeyd
edilməlidir ki, növbəti - XVIII fəsildə yalnız beynəlxalq kommersiya
arbitraj məhkəmə sistemindən söhbət gedəcəkdir.
§ 2. Mülki prosesdə əcnəbi şəxslərin
hüquqi vəziyyəti
Əcnəbi şəxslərin məhkəmə müdafiəsi hüququnun həyata
keçirilməsi zamanı əsas prinsip milli rejim prinsipidir. Bu prinsipə
əsasən əcnəbi şəxslər məhkəmə müdafiəsi hüququnu həyata keçirdiyi
dövlətin vətəndaşlarının və hüquqi şəxslərinin malik olduqlan mülki
prosessual hüquqlardan bərabər istifadə edirlər. Azərbaycan
Respublikası MPM-in 439-cu maddəsinə müvafiq olaraq əcnəbilər və
vətəndaşlığı olmayan şəxslər məhkəmələrə müraciət etmək
hüququna malikdirlər və yerli vətəndaşlarla bərabər prosessual
hüquqlardan istifadə edir və prosessual vəzifələri daşıyırlar.
Azərbaycan mülki-prosessual və arbitraj qanunvericiliyində
əcnəbi şəxslərin məhkəmə baxışında iştirakını tənzimləyən xüsusi
normalar nəzərdə tutulmur. Əcnəbi vətəndaşlara MPM-in ümumi
normaları şamil edilir, yəni əcnəbi şəxslər prosesdə iddiaçı,
cavabdeh, üçüncü şəxs kimi çıxış edə bİlər, ümumi əsaslarla sübutlar
təqdim
edə bilər, iddianın əsasını və predmetini dəyişdirə bilər və s.
290