Zəhirəddin Məhəmməd BABUR
32
müharibəsində də yaxşı vuruşmuşdu.
Qazaxlıq zamanımda Məsiha dağlarında ikən Sultan Mahmud xanın
yanına getməyə qərar verdiyim zaman bizdən ayrılaraq Xosrov şahın yanına
getdi. 910-cu ildə [=1504] Xosrov şahı ələ keçirib Kabildə Müqimi [Mə-
həmməd Müqim Arğun] mühasirəyə aldığım zaman Qasım bəy təkrar yanı-
ma gəldi. Əvvəllər olduğu kimi ona yenə də diqqət və iltifat göstərdim.
Dəreyi-Xoşda türkmən xəzərləri
1
üzərinə hücum etdiyimiz zaman
[=1505] Qasım bəy qocalığına baxmayaraq cavanlardan daha yaxşı yürüdü.
Buna görə də ona culdu [mükafat] olaraq Bəngiş vilayətini verdim. Sonra
(14 b) Kabilə gəlincə, onu Hümayuna bəy-atəkə təyin etdim. Zəmindavər
alındığı zaman [=1522] Allahın rəhmətinə qovuşdu.
Müsəlman, dindar, günahdan və haramdan qorxan bir adamdı. Şübhəli
yeməkləri yeməzdi. Düşüncəli və tədbirli idi. Çox zarafatcıl idi. Savadsız ol-
duğu halda çox xoş nüktələr söyləyirdi.
Başqa bir əmiri Babaqulu bəy Babaəli bəy oğlu idi. O, Şeyx Əli Ba-
hadırın nəslindəndir. Şeyx Məzid bəy öləndən sonra onu mənə bəy-atəkə tə-
yin etdilər. [Baburun əmisi] Sultan Əhməd Mirzə Əndicana qoşun çəkəndə
Ura-Təpəni ona təslim edərək Əhməd Mirzəyə qoşuldu. [Baburun digər bir
əmisi] Sultan Mahmud Mirzənin ölümündən sonra Səmərqənddən qaçıb gə-
lərkən qarşısına Ura-Təpədən [Sultan Mahmud Mirzənin oğlu] Sultan Əli
Mirzə çıxdı və müharibədə məğlub olaraq öldürüldü. İdarəsi və yarağı yaxşı
idi. Əsgərinə yaxşı baxırdı. Namaz qılmaz, oruc tutmazdı. Zalım və kafirsa-
yaq bir adamdı.
Başqa bir əmiri olan Əli Dost Tağayi sağarıçı tümən bəylərindən idi.
Mənim anamın anası İsən Dövlət bəyimlə qohum idi. Ona Ömər Şeyx Mirzə
zamanındakından daha çox iltifat etdim. Dedilər ki, bacarıqlı adamdır, an-
caq neçə illər yanımda qaldığı halda əməlli-başlı bir işini görmədim desəm,
(15 a) doğrudur. Sultan Əbu Səid Mirzənin xidmətində olduğu zamanlarda
yada daşı
2
ilə yağış yağdırdığını iddia edirdi. Quşbazdı. Əxlaqı və xasiyyəti
pis idi. Paxıl, fitnəkar, namussuz, münafıq, özündən razı, sərt sözlü, soyuq
üzlü bir adam idi.
Veys Lağari Səmərqəndin toxçu tayfasından idi. Ömər
Şeyx Mirzənin
son dövrlərində ən yaxın adamlarından olmuşdu. Mənimlə birlikdə qazax-
lıqlarda oldu. Fikri və tədbiri çox yaxşı idi, ancaq bir az fitnəkar idi.
Mir Qiyas Tağayi Əli Dostun kiçık qardaşı idi. Moğolun soylu ailə-
ləri arasında Sultan Əbu Səid Mirzənin qapısında ondan daha irəli adam yox
1
Xəzərilər:
mənşəcə monqol olan, tacikcə danışan Əfqanıstan əhalisi. Adları Xəzər sö-
zündən deyil, farsca həzar (min) sözündəndir.
2
Yadaçılıq: yağış, qar yağdırmaq, külək qoparmaq üçün yada daşından istifadə edil-
məsi. Mahmud Kaşğari bu barədə geniş məlumat vermişdir (bax: Divanü lüğat-it-türk.
Tərcümə edən və nəşrə hazırlayan: Ramiz Əskər. Bakı, Ozan, 2006, III cild, s. 11; 159;
276).
BABURNAMƏ
33
idi. Sultan Əbu Səid Mirzənin böyük möhürü onda idi. Ömər Şeyx Mirzənin
son dövrlərində ən yaxın adamlarından biri olmuşdu. Veys Lağarinin çox
yaxın dostu idi. Kasan Sultan Mahmud xana veriləndən sonra ömrünün so-
nuna qədər xanın xidmətində oldu. Xan da ona çox iltifat etmişdi. Gülərüz
və zarafatçı bir adamdı. Fisqdən çəkinməzdi.
Başqa bir əmiri Əli DərviĢ xorasanlıydı. Sultan Əbu Səid Mirzənin
yanında Xorasan gənclər bölüyündə xidmət edirdi. Xorasan və Səmərqənd
Sultan Əbu Səid Mirzənin idarəsinə (15 b) keçəndə bu iki paytaxtın işə ya-
rayan igidlərini xassə bölüklərinə ayıraraq bunlara Xorasan çöhrə bölüyü və
Səmərqənd çöhrə bölüyü adlarını vermişdi.
Mənim yanımda Səmərqənd önündə yaxşı çarpışdı. Cəsur bir adam idi.
Nəstəliq yazısını əla yazırdı. Məddahlıq edirdi, təbiətcə həsədçi idi.
Başqa bir əmiri Qənbər Əli moğoldu və axtaçılardan idi
1
. Atası vila-
yətə girib bir neçə dəfə sallaxlıq etdiyi üçün Qənbər Əli Sallax da deyirdilər.
Yunus xanın yanında əvvəlcə avtafaçı, sonra da bəy olmuşdu.
Ona mənim hüzurumda da çox iltifat göstərilmişdi. İşə başlayana qə-
dər çox inamlı idi, ancaq işə başladığı vaxt yersiz qorxulara qapılırdı. Gəvə-
zə idi, dağınıq danışırdı. Məlumdur ki, gəvəzələr hətərən-pətərən danışırlar.
Kəmhövsələ və beyinsiz bir adam idi.
Ömər Şeyx Mirzə vəfat etəndə mən Əndicanda, çarbağda
2
idim. Bu
xəbər Əndicana ramazan ayının beşində, çərşənbə axşamı günü [=10 iyun
1494] mənə çatdı. Çox mütəəssir oldum. Ata minib yanımdakı adamlarımla
kurqana hərəkət etdim. Mirzə qapısına çatanda Şirim Tağayi atımın cilovu-
nu tutub namazgah
311
tərəfinə çəkdi. Hər halda belə düşünmüş olmalı idi:
«Sultan Əhməd Mirzə böyük
(16 a) bir padşahdır. Əgər çox əsgərlə gəlsə,
bəylər məni və vilayəti ona təslim edərlər. Bu görə də onu [məni] Özgənd
və Ala-Tağ ətəyinə doğru götürüm. Əgər vilayəti təslim etsələr, barı o, ələ
keçmədən dayılarının yanına, Alaca xanın və ya Sultan Mahmud xanın ya-
nına getsin».
Xoca Mövlana qazı (o, Sultan Əhməd qazının oğlu olub Şeyx Bürha-
nəddin Qılınc nəslindəndir; ana tərəfi isə Sultan İlig Maziyə gedib çıxır.
Bunlar nəsillikcə o vilayətə müfti və şeyxülislam olmuşlar və daha sonra on-
lardan yenə bəhs ediləcək) və kurqanın içindəki bəylər bu xəbəri alınca,
Ömər Şeyx Mirzənin yaxın adamı və bir qızının tərbiyəçisi olan Xoca Mə-
həmməd Dərzini yanımıza göndərdilər. Biz namazgaha yaxınlaşanda gəldi,
könüllərdəki vəsvəsəni aldı və məni geri apardı. Ərkə endim. Xoca Mövlana
1
Axtaçı: hökmdarın atları ilə məşğul olanlar üçün işlənən bir termindir.
2
Çarbağ: "çahar bağ, dörd bağça". Bu sözlə bir qismi park, bir qismi üzümlük, bir qis-
mi meyvə ağacı, bir qismi də bostan olan hovuzlu bağlar nəzərdə tutulur. Babur öz haki-
miyyəti dövründə çoxlu bağ saldırmışdır.
3
Namazgah: əskidən şəhər kənarında düzəldilən və xalqın toplu halda namaz qıla bil-
diyi açıq bir meydan.