Ziyaos-salehin
az.ziaossalehin.ir
keçirmək istəyirəm. Tanrım bilir ki, mən namaz qılmağın,
Qur`an oxumağın, dua və istiğfar etməyin aşiqiyəm».
Cənab Abbas qardaşının buyurduğunu onlara çatdırdı. Ömər
Səd öncə imtina etmək istəsə də, öz qoşunundan olan bir əsgər
dedi: «And olsun Allaha, əgər başqa bir
səh:55
qəbilə bizdən bu xahişi etsəydi qəbul edərdik. Rəsulullahın (s)
Əhli-beytinin sözünü nə üçün qəbul etməyək ?
»
Ömər Səd dedi: «Biz sizə sabaha qədər möhlət veririk. Əgər
bizə itaət etməyi qəbul etməsəniz, hamınızı qılıncdan
keçirəcəyik
)1(
».
İmam Hüseynin (ə) öz düşmənlərindən döyüşü saxlaması
üçün bir gün möhlət istəməsinin əxlaqi, mənəvi, etiqadi, həm
də siyasi səbəblərinin olmasında heç bir şəkkimiz yoxdur. Biz
isə bu səbəblərdən bir neçəsini sizin nəzərinizə çatdırmaq
istəyirik:
1
-
Bu bir gün möhlət, İmam Hüseynin (ə) səhabələrinin azad
və sərbəst düşüncə ilə o Həzrətin qarşısında şəhadət yolunu
seçmələrini sübuta yetirdi. Həmin gün İmam Hüseyn (ə)
axşam vaxtı yaxınlaşdıqda öz səhabələrini bir yerə yığıb
onlara belə buyurdu: «Tanrıma hər bir nemətə və müsibətə
görə şükr edirəm... Mən sizdən vəfalı və layiqli əshab, öz
Əhli-beytimdən yaxşı Əhli-beyt tanımıram. Tanrım özü sizə
kömək olsun. Əslində mən bu Kufə əhli haqqında başqa cür
fikirləşirdim. Ona görə ki, onlar (öz yazdıqları məktublara
əsasən) mənə itaət edib tabe olmalı idilər. İndi ki, iş bu yerə
gəlibdir mən öz beyətimi sizdən götürürəm və sizi öz
Ziyaos-salehin
az.ziaossalehin.ir
ixtiyarınıza buraxıram. Hər kim getmək istəyirsə gecənin
qaranlığından istifadə edib gedə bilər. Çünki bu qoşunun
yalnız mənimlə işləri vardır».
İmam (ə) bu sözləri dedikdən sonra onun bütün yaxınları və
səhabələri ayağa qalxıb dedilər: «Biz nəyə görə bu işi
etməliyik? Məgər səndən sonra yaşamağın mənası vardırmı?
Tanrı heç vaxt bizi səndən ayırmasın».
İmam Hüseyn (ə) üzünü Müslim ibn Əqilin oğlanlarına tutub
buyurdu: «Sizin ailənizdən Müslim kimi şəxsiyyət
səh:56
1
-
[
1
« . ]
K ə rb ə lada n ə l ə r oldu», s ə h. 279; « Ə ba Ə
bdullahül Hüseynin ( ə ) h ə yatı”, s ə h. 171; «H ə zr ə t İmam
Hüseynin ( ə ) yaşayışı», s ə h. 179 .
şəhid oldu. Və bu müsibət sizin ailənizə kifayət edər. Siz çıxıb
gedin, mən sizə icazə verirəm».
Onlar İmamın (ə) cavabında ehtiramla dedilər: «Allah
eləməsin biz səndən ayrı düşək .Biz əgər səni burada qoyub
getsək camaata nə cavab verərik? İmamımızı düşmənlə tək
qoyduğumuza görə xəcalət çəkməyəcəyikmi? Allaha and
olsun ki, biz heç vaxt belə şərəfsiz iş görmərik. Qoy canımız
və malımız sənin yolunda qurban olsun»...
Bu zaman İbni Ovsəcə İmama (ə) üzünü tutub belə söylədi:
«Ey Peyğəmbər balası, biz sənə kömək etməsək Allah
yanında üzüqara olarıq. And olsun Allaha ki, əgər məni
Ziyaos-salehin
az.ziaossalehin.ir
yetmiş dəfə öldürüb diriltsələr yenə də sənin hüzurunda şəhid
olmağı arzulayaram. Çünki, sənin yolunda şəhid olmaq əbədi
səadətə qovuşmaq deməkdir».
Digər səhabələr də bir-bir ayağa qalxıb öz istəkləri ilə İmama
(ə) sadiq olduqlarını və bu işə görə fəxr etdiklərini
bildirdilər
)1(
.
Əgər İmam Hüseyn (ə) düşməndən bir gün möhlət almasaydı,
bəlkə də səhabələrinin bu qədər eşq ilə onun yolunda şəhid
olduqlarını tarixin səhifələrinə həkk edə bilməyəcəkdi.
2
-
İmam Hüseynin (ə) öhdəsində olan İmamət və rəhbərlik
məqamı onun insanları hidayət etməsində olan vəzifəsini bir
neçə bərabər artırırdı. Ona görə ki, hər bir İlahi rəhbərin
vəzifəsi başqalarını haqqa yönəltmək və onların dini, mənəvi
dəyərlərə yetişmələri üçün şərait hazırlamaqdır. Elə İmam
Hüseynin (ə) də öz düşmənlərindən bir gün möhlət alması
onun bu İlahi vəzifəsinə sön dərəcə əhəmiyyət verməsinə
dəlalət edir.
səh:57
1
-
[
1
. ]
Şeyx Müfid, «İrşad», s ə h. 250; İbn Ə sir, «Kamil», c.
4, s ə h. 24; «N ə fsül- m ə hmum», s ə h. 137 .
Çünki, İmamın (ə) düşmən qoşunundan möhlət istəməsi,
əslində onlara haqqa və imana gəlmələri üçün daha bir gün
fürsət vermək idi. Lakin təəssüflər olsun ki, onlara verilmiş bu
son şansdan belə yalnız bir nəfər, Hürr ibn Yəzid Riyahi
istifadə edə bildi. Minlərlə dünya düşkünü olan insanlar isə,
Ziyaos-salehin
az.ziaossalehin.ir
heç bir şəkildə haqq yoluna gəlmək istəmədilər. Bir halda ki,
İmam Hüseyn (ə) və onun ətrafındakılar bu bir gündə düşmən
qoşununun hidayət olması üçün əllərindən gələni
əsirgəmədilər.
3
-
İmam Hüseynin (ə) öz düşməninə ağız açıb bir gün möhlət
istəməsinin əsl səbəbi o gecəni sübhə kimi ibadətlə keçirmək
idi. Necə ki, İmam (ə) Həzrət Abbasa deyir: «Qardaşım
Abbas, get onlara de ki, bizə bir gün möhlət versinlər. Mən bu
günü ibadətlə keçirmək istəyirəm»...
Bəli, Məhəmməd Peyğəmbərin (s) İmam Əlinin (ə) və Həzrət
Fatimənin tərbiyəsini görmüş bir kişi heç vaxt ibadət və
minacatdan doymur, ömrünü ibadətə sərf etməsinə
baxmayaraq yenə də bir günü qənimət sayıb raz-niyaz etmək
istəyir!
Rəvayətlərə əsasən, İmam Hüseyn (ə) oğlu Əli Əkbərə,
səhabələrə hətta xeymədə olan qadınlara göstəriş verdi ki, o
gecəni səhərə qədər namaz qılıb, Qur`an oxusunlar. Tanrı
dərgahına dualar oxuyub istiğfar etsinlər.
Doğrudan da İmam Hüseynin (ə) bu davranışı onun nə qədər
Allaha bağlı olduğunu göstərdi. O bu işi ilə bir daha namazın,
Qur`anın, ibadət və münacatın əhəmiyyətini sübuta yetirib,
onu özlərinə İmam, rəhbər seçən bütün insanlara örnək və
ibrət dərsi oldu.
səh:58
Aşura günü hansı mühüm hadisələr baş verdi ?
Dostları ilə paylaş: |