Ziyaos-salehin az ziaossalehin ir



Yüklə 1,66 Mb.
Pdf görüntüsü
səhifə16/67
tarix26.10.2018
ölçüsü1,66 Mb.
#75763
1   ...   12   13   14   15   16   17   18   19   ...   67

Ziyaos-salehin
                                                                               
az.ziaossalehin.ir
 
Doğrudan da siz Peyğəmbərə (s) xəyanət edib onun Əhli-beyti 
(ə) ilə çox pis rəftar etdiniz. Əgər elə indi bu saat öz çirkin 
işinizdən tövbə etməsəniz. Tanrı qiyamət günü sizi layiq olan 
əzaba düçar edəcəkdir». 
Hürrün sözü bu yerə çatanda Kufə əsgərləri ona hücum 
etdilər. Hürr döyüşə başladı, onlardan bir neçəsini 
öldürdükdən sonra şəhadətə yetişdi. Hürrün mübarək bədənini 
İmam Hüseynin (ə) yanına gətirdilər. İmam (ə) onun üzündən 
toz-torpağı təmizləyib buyurdu: «Sən dünya və axirətdə 
azadsan, necə ki, anan sənin adını Hürr (azad insan) 
qoymuşdur
)1(
». 
səh:62 
 
1
-
 [
1
« . ]
H ə zr ə t imam Hüseynin ( ə ) h ə yatı», s ə h. 194 . 
4
-
  Günorta namazının camaatla qılınması 
Namaz, müqəddəs İslam dinində vacib əməllərin ən 
əhəmiyyətlisi sayılır. Ona görə ki, rəvayətlərdə namazı qəbul 
olmayan şəxsin başqa əməllərinin də qəbul olmaması 
bildirilmişdir. Məhəmməd peyğəmbər (s) namaz haqqında 
buyurur: «Namaz, dinin sütunudur. Əgər namaz qəbul olsa, 
insanın başqa yaxşı əməlləri də qəbul olunacaq. Yox əgər 
insanın namazı qəbul olmasa, onun başqa əməlləri də, Tanrı 
dərgahında qəbul olunmayacaqdır
)1(
». 
Gördüyünüz kimi, bu hədisdə namaz qılan insanın namazının 
qəbul olub olmamağından söhbət gedir. Və məlum olur ki, 
namaz qılıb pis əməllərə məşğul olan şəxsin namazı qəbul 
deyil. Amma namaz qılmayan və ya onu tərk edən şəxsin 


Ziyaos-salehin
                                                                               
az.ziaossalehin.ir
 
barəsində isə hədislərimizdə nankor, cəhənnəm əhli, Tanrı 
nemətlərinə küfr edən və bu kimi sərt ibarələr işlənmişdir. 
Qurani-Kərim namazın faydasını belə bəyan edir: «Namaz qıl 
ki, doğrudan da (həqiqi qılınan) namaz, insanı çirkin və günah 
işlərdən saxlayır
)2(
». 
Vacib namazını müsəlmanların birliyinə xatir camaatla qılan 
şəxsin barəsində isə deyilən hədislər, doğrudan da hər bir 
müsəlmanı heyrətləndirir. Məsələn, Məhəmməd 
peyğəmbərdən nəql olunan bir rəvayətdə deyilir: «... 
Camaat
  namazında iqtida edənlərin sayı nə qədər çox olsa, 
namazların savabı bir o qədər çox olacaqdır. Əgər camaat 
namazında iştirak edənlərin sayı on nəfərdən çox olsa, bütün 
göy qatları kağız, dəryalar mürəkkəb, ağaclar qələm, ins-cin 
və məlaikələr yazan olsalar belə namazın bir rükətinin 
savabını yazıb qurtara bilməzlər
)3(
». 
səh:63 
 
1
-
 [
1
« . ]
K ə rb ə lada n ə l ə r oldu», s ə h. 344 . 
2
-
 [
2
 . ]
Ə nk ə but sur ə si, 45 . 
3
-
 [
3
 « . ]
Ə hadis ün-N ə b ə vi», s ə h. 196 . 
İmam Hüseyn (ə) Mədinədən Kərbəlaya hərəkət etdiyi neçə 
ay müddətində bütün namazlarını camaatla bərpa edirdi. Hətta 
qanların yerin üzərində su kimi axdığı Aşura günündə belə, 
İmam Hüseyn (ə) camaat namazını bərpa etdi. 
O gün İmam Hüseynin (ə) yaxın səhabələrindən olan Əbu 
Səmamə Seydavi günorta namazının vaxtının yetişdiyini 


Ziyaos-salehin
                                                                               
az.ziaossalehin.ir
 
görüb İmama (ə) yaxınlaşıb dedi: «Ya Əba Əbdullah, sənə 
qurban olum, namaz vaxtıdır»! 
İmam (ə) başını tərpədib buyurdu: «Namazı yada saldığın 
üçün, Allah səni həqiqi namaz qılıb, zikr edənlərdən etsin. 
Bəli, namaz vaxtıdır!» İmam (ə) öz ətrafındakılara buyurdu: 
«Onlara deyin ki, namaz vaxtıdır. Namaz qılmaq üçün döyüşü 
dayandırmaq lazımdır.» Lakin düşmən İmamın (ə) bu təklifini 
qəbul etmədi. İmam (ə) isə qarşısındakı düşmənə, ətrafındakı 
möminlərə və qiyamət gününə qədər hər bir insana namazın 
və xüsusilə də camaat namazının əhəmiyyətini bildirmək üçün 
səhabələrinin namaza hazırlaşmalarına əmr etdi. İmam (ə) 
Züheyr ibn Qeyn və Səid ibn Abdullaha göstəriş verdi ki, bir 
neçə əsgər ilə camaat
  namazının qabağında durub namaz 
qılanları düşmənin hücumundan qorusunlar. İmam (ə) günorta 
namazını digər səhabələr ilə birlikdə (xof namazı olduğu 
üçün) 2 rükət qıldı. Namaz qurtarana kimi onları qoruyan 
əsgərlərin bir çoxu düşmənin namərdcəsinə atdıqları ox və 
nizələrə məruz qalıb şəhadət məqamına çatdılar
)1(

5
-
  Səhabələr və Bəni-Haşim cavanlarının şəhadəti 
Aşura günü əshabın hamısı canlarını İmamları yolunda qurban 
verməyi özlərinə fəxr bilirdilər. Onlar deyirdilər: «Ey 
Peyğəmbər balası, əgər yetmiş dəfə ölüb-dirilək, yenə də 
sənin yolunda can verməyə hazırıq». 
səh:64 
 
1
-
 [
1
 « . ]
Ə ba Ə bdullahül Hüseynin h ə yatı», s ə h. 124 . 


Ziyaos-salehin
                                                                               
az.ziaossalehin.ir
 
Onların hər biri döyüş meydanına getməmişdən əvvəl İmamın 
(ə) hüzuruna gəlib belə söylədilər: «Salam olsun sənə ey 
Peyğəmbər övladı». 
İmam (ə) onların salamının cavabını verib buyururdu: 
«Tezliklə sizə çatacağıq». 
Sonra bu ayəni oxuyurdu: «Onlardan bə`zisi şəhid oldu, 
bə`zisi isə şəhadət intizarında idi
)1(
». 
Səhabələrin şəhadətindən sonra növbə Həzrət Əlinin (ə), 
Cəfər və Əqilin oğullarına, həmçinin İmam Hüseynin 
övladlarına, qardaşı və qardaşı uşaqlarına çatdı. Bu nəsildən 
ilk şəhid olan şəxs İmamın (ə) böyük oğlu Əli Əkbər oldu. O, 
atasına yaxınlaşıb döyüşə getmək üçün izn istədi. İmam (ə) 
fikirləşmədən icazə verdi. Sonra buyurdu: «İlahi, özün şahid 
ol ki, sənin Peyğəmbərinə (ə) yaradılış və əxlaqi 
keyfiyyətlərinə görə ən çox oxşayan cavan döyüşə getdi». 
Əli Əkbər döyüş meydanına daxil olub düşmənlərdən bir neçə 
nəfəri öldürdü. 
Əllamə Məclisi bu haqda yazır: «Əli Əkbər Kufə qoşunundan 
o qədər əsgər öldürdü ki, qoşun bu vəziyyətə dözə bilməyib 
şivən etdi
)2(

Nəhayət bu igid ona dəyən ardıcıl zərbələr nəticəsində 
taqətdən düşüb yerə yıxıldı. Əsgərlər onun üstünə tökülüb 
mübarək bədənini tikə-tikə etdilər. 
Həzrət Əli Əkbərin şəhadətindən sonra İmam Həsənin oğlu 
Qasim döyüş meydanına tərəf hərəkət etdi. İmam Hüseyn (ə) 


Yüklə 1,66 Mb.

Dostları ilə paylaş:
1   ...   12   13   14   15   16   17   18   19   ...   67




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə