Ziyaos-salehin az ziaossalehin ir



Yüklə 1,66 Mb.
Pdf görüntüsü
səhifə29/67
tarix26.10.2018
ölçüsü1,66 Mb.
#75763
1   ...   25   26   27   28   29   30   31   32   ...   67

Ziyaos-salehin
                                                                               
az.ziaossalehin.ir
 
Kurt Frişler «İmam Hüseyn və İran» adlı kitabında yazır 
«Zeynəb (ə) İmam Hüseyn (ə) şəhid edildikdən sonra şəraitin 
olduqca ağır və dəhşətli həddə pis olmasına baxmayaraq, 
əsirlərin idarəçilik və mühafizə işlərini öhdəsinə aldı. O, hətta 
hər dəfə xütbə və çıxışlarına başlamazdan əvvəl, əsirləri sayır 
heç kimin itkin düşməməsinə çalışırdı. Buna əmin olduqdan 
sonra isə sözə başlayırdı. Əlində az miqdarda olan çörəyi 
digər əsir qadın və uşaqların arasında bölür, çox vaxt özü ac 
qalırdı
)2(
 ». 
Xanım Zeynəb (ə) əzəmətli elmi 
)3(
və bacarığı ilə vəziyyəti 
lazımı formada idarə edirdi. Keçən bəhslərimizdə işarə 
etdiyimiz kimi Fatimənin Yezid kimi zalımın sarayında 
iffətinin qorunması, İmam Səccadın (ə) İbni 
səh:109 
 
1
-
 [
1
 . ]
Şeyx Müfid, «İrşad», s ə h. 479; «Tarixi-T ə b ə ri», c. 
3, s ə h. 339; «M ə qatilüt-Talibin», s ə h. 120 . 
2
-
 [
2
 . ]
K. Frişler,«İmam Hüseyn»,s ə h. 477 . 
3
-
 [
3
« . ]
S ə fin ə tül-B ə har», c. 1, s ə h. 558 . 
Ziyadın iqamətgahında ölümdən qurtulması da bir başa 
Zeynəbin (ə) cəsarəti və hünəri nəticəsində mümkün oldu. 
6
-
  Şəhadəti dirçəltmək 
Əhli-beyt (ə) xanımları həyat yoldaşı, qardaş və övlad şəhidi 
verdilər. Hətta şəhid olan övladlarının arasında yetkinlik 
yaşına çatmayan uşaqlar da belə var idi 
)1(
.Unutmayaq ki, 


Ziyaos-salehin
                                                                               
az.ziaossalehin.ir
 
İmam Hüseynin (ə) üç yaşlı qızı Səkinə də, ağır və məşəqqətli 
əsirlik yolunda şəhid oldu. 
səh:110 
 
1
-
 [
1
« . ]
R ə yahinüş-ş ə ri ə », c. 3, s ə h. 311-312; M ə h ə mm 
ə d Baqir M ə lbubi, « Ə l-v ə qaye v ə l-h ə vadis» c. 3, s ə h. 
89-92 . 
Aşura qiyamının nəticəsi nə oldu? 
İmam Hüseyn (ə) zalım hökumətə qarşı məlum səbəblər 
üzündən qiyam edərək öz ailə və əshabı ilə birlikdə şəhadət 
məqamına nail oldu. Lakin bu məğlubiyyət demək deyildi. 
Çünki İmamın (ə) qiyamı müsəlmanların ayılması, İslamın 
yenidən dirçəlməsi və bu kimi böyük səmərələrlə nəticələndi. 
Və biz o səmərələrin bir neçəsini nəzərinizə çatdırırıq: 
1
 ) Bəni-Üməyyə dövlətinin rüsvay olması 
Bəni-Üməyyə hakimləri müxtəlif metodlarla öz hökumətlərini 
dini göstərməyə çalışıb və bu hədəf yolunda öz şənlərinə 
hədislər qondarıb, şerlər yazdırsalar da, Aşura faciəsi onların 
iç üzünü açıb xalqın arasında rüsvay etdi. Yezidin qoşununun 
Aşura günü suyun qabağını bağlası, uşaqları öldürüb qadınları 
əsir götürməsi, İmamın (ə) başını kəsib mübarək cəsədinin 
üstündə at çapması və bu kimi namərd hərəkətləri mövcud 
hakimiyyətin dinsiz-imansız olduğunu sübut etdi. Mücahid, o 
günləri görən bir şəxs kimi deyir: «Allaha and olsun ki, bütün 
camaat Yezidə nifrət hissi ilə lə`nət göndərirdilər
)1(
 ». 
səh:111 


Ziyaos-salehin
                                                                               
az.ziaossalehin.ir
 
 
1
-
 [
1
 . ]
İbn Cövzi, «T ə zkir ə tül-x ə vas», 262 . 
Yezidin Aşura hadisəsindən sonra olan qüruru və sevinci çox 
çəkmədi. O, xalqın İmam Hüseyni (ə) öldürdüyü üçün ona 
qarşı olan nifrət və qəzəbini yaxından hiss etməyə başladı. 
Xalqın ona qarşı olan ikrahına dözə bilməyən Yezid, İmamın 
(ə) ölümünü Kufənin hakimi Ubeydullah ibn Ziyadın boynuna 
atdı. 
Tarixçilər bu barədə yazırlar: 
Yezid Aşura hadisəsindən sonra sevinclə Ubeydullahı 
Dəməşqə dəvət edib ona çoxlu ənamlar bəxş etdi. Onu öz 
yanında əyləşdirib dərəcəsini yuxarı qaldırdı. Sonra onu öz 
hərəmsərasına aparıb birlikdə qadınlarla əyyaşlığa məşğul 
oldular
)1(
 ... 
Amma xalqın kütləvi şəkildə ona qarşı çıxmasını gördükdə 
dözə bilməyib İmam Hüseynin (ə) qətlini Ubeydullahın 
üstünə atdı. Və bu məğlubiyyəti öz üzərindən götürmək üçün 
əlindən gələni etdi. 
İbni Əsir yazır: 
«İmam Hüseynin (ə) kəsilmiş başını Yezidin yanına gətirdilər. 
Yezid bu vəziyyəti gördükdə şad oldu. Və Ubeydullahı 
tərifləyərək onu mükafatlandırdı. Lakin çox keçmədi ki, 
Yezidə camaatın qəzəblənməsini, söyüş və lə`nət 
göndərməsini xəbər verdilər. Bu üzdən Yezid İmam Hüseyni 
(ə) öldürtməkdən peşman olub deyirdi: “Allah Mərcanənin 
oğluna (Ubeydullaha) lə`nət etsin! ... O Hüseyni (ə) qətlə 


Ziyaos-salehin
                                                                               
az.ziaossalehin.ir
 
yetirməklə camaatın mənə qarşı çıxmasına səbəb oldu. İndi 
xalq məni lə`nətləyir və məni özlərinə düşmən bilirlər. 
Mərcanənin oğlu mənim başımı bəlaya saldı. Əgər bilsəydim 
Hüseyni (ə) öldürtdürdüyümə görə lə`nətlənəcəm heç vaxt 
onu öldürtdürməzdim»
)2(
  . 
səh:112 
 
1
-
 [
1
 . ]
İbn Cövzi, «T ə zkir ə tül-x ə vas», 290 . 
2
-
 [
2
 « . ]
Ə lkamil fil-tarix», c. 4, s ə h. 84 . 
Həmçinin Yezid əvvəllər Aşurada əsir düşmüş uşaq və 
qadınlara qarşı təkəbbürlə rəftar etdi. Onların xarabalıqda 
məskunlaşdırılmasına əmr etdi. Lakin az bir müddətdə xalqın 
etiraz səsi qalxdı. Yezid məcbur qalıb əsirlərə qarşı öz 
rəftarını dəyişdi. Və onların istədikləri vaxt Mədinəyə 
qayıtmalarına icazə verdi
)1(

İmadəddin Təbəri yazır: 
«Həzrət Zeynəb Yezidin yanına bir nəfər göndərdi ki, onların 
əzadarlıq keçirmələrinə icazə verilsin. Yezid göstəriş verdi ki, 
əsirlər «Darul-hicarə»yə aparılsın və orada istədikləri qədər 
ağlasınlar. Əsirlər yeddi gün əza məclisi təşkil etdilər. Əza 
məclisinin təsiri altına düşən camaat hətta Yezidin sarayına 
girib onu öldürmək fikrinə düşdülər
)2(
». 
Yezid Aşura faciəsindən sonra dörd ildən çox yaşamadı, lakin 
insanların nifrət və lənətini həmişəlik Bəni-Üməyyə üçün 
miras qoydu. 


Yüklə 1,66 Mb.

Dostları ilə paylaş:
1   ...   25   26   27   28   29   30   31   32   ...   67




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə