Ziyaos-salehin az ziaossalehin ir



Yüklə 1,66 Mb.
Pdf görüntüsü
səhifə31/67
tarix26.10.2018
ölçüsü1,66 Mb.
#75763
1   ...   27   28   29   30   31   32   33   34   ...   67

Ziyaos-salehin
                                                                               
az.ziaossalehin.ir
 
İmam Hüseynin (ə) zalım hökumətə qarşı qiyam etməsi bu 
acınacaqlı vəziyyətin dəyişməsinə səbəb oldu. İmam (ə) öz 
qiyamı ilə müsəlmanlara xatırlatdı ki, İslamda dünyanı 
qazanmaq müqabilində vicdanın satılmasına icazə verilmir. 
İlahi dinində zülmə qarşı döyüşüb ölmək səhadət və mə`nəvi 
zirvəyə yetişmək, zülmü qəbul edib yaşamaq isə alçalmaq və 
zəlillikdir. 
İmam Hüseynin (ə) şəhadəti, şəhadət ruhiyyəsini 
müsəlmanların arasında yenidən dirçəltdi. Aşura hadisəsi 
bütün azadlıq sevərlərə örnək dərsi oldu. Aşuradan qabaq 
iyirmi il istibdadın qarşısında sakit qalmaq, Aşuradan 
səh:116 
 
1
-
 [
1
 « . ]
M ə h ə mm ə d peyğ ə mb ə rin tarixind ə n hiss ə l ə 
r», 176 . 
sonra isə ardıcıl qiyamların başlanması söylədiklərimizə bir 
daha aydınlıq gətirir. 
Doğrudan da Kərbəla faciəsindən sonra müsəlmanların 
vicdanlarının oyanması, Məhəmməd Peyğəmbərin (s) 
gətirdiyi həqiqi İslamın və şəhadət kimi mə`nəvi dəyərlərin 
yenidən dirçəlməsi bu qiyamın zəruri olmasına ən böyük dəlil 
sayılır. 
3
 ) Bəni-Üməyyənin əleyhinə qiyamlar 
Aşura vaqiəsindən sonra Bəni-Üməyyənin əleyhinə ardıcıl 
şəkildə qiyamlar, bu vaqiənin əsas nəticələrindən biri kimi 
sayılır. Ona görə ki, bu qiyamların rəhbərləri Aşura 


Ziyaos-salehin
                                                                               
az.ziaossalehin.ir
 
hadisəsindən ilham alır və özlərini İmamın (ə) ardıcılları və 
fədailəri kimi tanıtdırırdılar. Biz bu qiyamların bir neçəsini 
çox ixtisarla bəyan etmək istəyirik: 
1
 . Abdullah ibn Əfifin qiyamı 
Abdullah mö`min və mücahid bir şəxs idi. O Əhli-beytə (ə) 
olan zülm və sitəmlərə dözə bilməyib Ubeydullah ibn Ziyada 
qarşı qiyama qalxdı. Abdullah qorxmaz və cəsur olduğu üçün 
Ubeydullahla sərt danışır və bu işi camaatın gözü qabağında 
edirdi. Abdullahın şücaəti böyük bir qrupun ürəyindən 
qorxunu götürüb Ubeydullaha qarşı üsyan etməyə 
həvəsləndirdi. Və nəhayət bu qəhrəman şəxsin rəhbərliyi 
altında xalqın bir qismi Yezid və Ubeydullahın hakimiyyətinə 
qarşı ayağa qalxdılar
)1(
 . 
2
 . Mədinəlilərin qiyamı 
Kərbəla qəhrəmanı sayılan Həzrət Zeynəb (ə) qardaşı oğlu 
İmam Zeynülabidinlə (ə) birgə
  bu hadisənin təbliğatçısı 
sayıldılar. Bütün müsəlmanların qeyrətini cuşa gətirən bu iki 
İlahi şəxsiyyət Mədinə camaatının da ayağa qalxmalarına 
səbəb oldular. Hətta iş o yerə yetişdi ki, Mədinənin hakimi 
Ömər ibn Səid, Mədinə camaatının 
səh:117 
 
1
-
 [
1
« . ]
İmam Hüseyn ( ə ) M ə din ə d ə », c. 1, s ə h. 151 . 
hakimiyyətə qarşı çıxmasını xəlifə Yezidə yazdı və Yezid 
Həzrət Zeynəbi xalqdan uzaq saxlamağı əmr etdi
)1(
 . 


Ziyaos-salehin
                                                                               
az.ziaossalehin.ir
 
3
 . Təvvabin (tövbə edənlər) qiyamı 
Təvvabin İmam Hüseynin (ə) qiyamı zamanı ona kömək 
etməyən və sonradan peşman olaraq bir yerə cəmləşib Yezidin 
əleyhinə qiyam etmək istəyən tövbə edənlər idi. Peşmançılıq 
hissi və vicdan əzabına dözə bilməyən bu kütlə, günahlarının 
bağışlanmasını İmamın (ə) qatillərini öldürməkdə və bu yolda 
cihad etməkdə gördülər. Bu kütləyə rəhbərlik edən Süleyman 
ibn Surəd Xəzai Aşura hadisəsindən sonra xalqı Bəni-
Üməyyənin əleyhinə təhrik etməyə başladı. Bu iş Yezidin 
ölümünə qədər davam etdi. 
İnqilabçılar hicrətin 65-ci ili Yezidin ölümündən sonra İmam 
Hüseynin (ə) qəbrini ziyarət etmək üçün yola düşdülər. 
İmamın (ə) mübarək mərqədinə çatdıqdan sonra fəryad 
çəkərək zar-zar ağlamağa başladılar. Ah-nalə içində qərq 
olmuş Təvvabin hönkür-hönkür ağlayaraq deyirdilər: «İlahi! 
İmam Hüseyn şəhid və şəhidin oğlu, haqqa yönəlmiş, haqq 
sahibinin oğlu, doğru danışan və vicdanlı kişinin oğlu idi. Ey 
Rəbbimiz, özün onu rəhmətinə qərq et! İlahi! Biz İmamımızın 
(ə) dinində və onun yolunda olmağımıza şəhadət veririk. Biz 
İmamın (ə) dostları ilə dost, düşmənləri ilə düşmənik. İlahi! 
Biz Peyğəmbərin (s) balasını tək qoyduğumuz üçün tövbə 
edirik və sən özün bizi bağışla
)2(
» ... 
Dualarını oxuduqdan sonra Şam şəhərinə tərəf hərəkət etdilər. 
Çünki, Təvvabin İmam Hüseynin (ə) qətlini yalnız Şamda 
yerləşən hökumət idarəçiliyində görürdü. Yolun yarısında 
Üməvilərin qoşunu ilə üzbəüz gələn Təvvabin çox gərgin 
vuruşmalardan sonra şəhadətə yetişsələr də 
səh:118 


Ziyaos-salehin
                                                                               
az.ziaossalehin.ir
 
 
1
-
 [
1
« . ]
Zeyn ə bül-Kübra», s ə h. 142 . 
2
-
 [
2
 « . ]
Ə lkamil fil-t arix», c. 4, s ə h. 178 . 
onların bu qiyamının Üməvilərin hakimiyyət sütunlarının 
titrətməsində çox böyük rolu oldu
)1(
 . 
4
 . Muxtarın qiyamı 
Təvvabinin İmam Hüseyn (ə) uğrunda qiyam edib şəhadətə 
yetişdiklərindən sonra, bu ağır vəzifənin davamını Muxtar 
Səqəfi öz öhdəsinə götürdü. Muxtar İmam Hüseynin (ə) 
qanının intiqamını almaq üçün başına 24-mindən çox qoşun 
toplaya bildi 
)2(
 .O, Həzrət Əlinin övladlarından biri olan 
“Məhəmməd ibn Hənəfiyyə”dən öz qiyamı üçün göstəriş 
almağını deməklə xalqın bu qiyama olan etimadını bir az da 
çoxaldırdı. 
Muxtar qismən də olsa, İmam Hüseynin (ə) intiqamını ala 
bildi. O, hətta bir gündə Kərbəla qatillərindən 280 nəfəri həlak 
etdi. Və cinayət başçılarından bir çoxunun evlərini viran etdi. 
Xarab olmuş evlərin arasında Kərbəlada baş vermiş 
cinayətlərdə böyük rolu olan «Məhəmməd ibn Əşəs»in də evi 
var idi. Muxtar göstəriş verdi ki, o evin ləvazimatı ilə Ziyad 
ibn Əbihin əmrinə əsasən sökülmüş Həzrət Əlinin (ə) 
yavərlərindən olan «Hicr ibn Ədi»nin evini bərpa etsinlər
)3(
 . 
5
 . Abbasilərin qiyamı 
Aşura hadisəsindən sonra Üməvi hakimiyyətinin süqutuna 
səbəb olan ən böyük qiyam, Abbasilərin qiyamı idi. Abbasilər 
hicrətin 132-ci ilində dövlət çevrilişi etməklə hakimiyyətə 


Yüklə 1,66 Mb.

Dostları ilə paylaş:
1   ...   27   28   29   30   31   32   33   34   ...   67




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə