Ziyaos-salehin az ziaossalehin ir



Yüklə 1,66 Mb.
Pdf görüntüsü
səhifə32/67
tarix26.10.2018
ölçüsü1,66 Mb.
#75763
1   ...   28   29   30   31   32   33   34   35   ...   67

Ziyaos-salehin
                                                                               
az.ziaossalehin.ir
 
gəldilər. Abbasilərin qələbəsində rol oynayan ən böyük amil, 
Bəni-Üməyyə hakimiyyətinin Bəni-Haşimə və xüsusi ilə də 
İmam Hüseyn (ə) və onun ailəsinə olan zülmləri xalqa 
xatırlamaq oldu. 
səh:119 
 
1
-
 [
1
« . ]
S ə vr ə tül-Hüseyn ( ə )», s ə h. 154 . 
2
-
 [
2
« . ]
H ə zr ə t İmam Hüseynin ( ə ) yaşayışı», s ə h. 350 . 
3
-
 [
3
« . ]
Tarixi-İbn Ə sir», c. 4, s ə h. 214 . 
Tarixçilər yazırlar: 
«Üməvilərin axırıncı hakimi Mərvanın kəsilmiş başını 
Abbasilərin ilk xəlifəsi Əbul-Abbasın yanına gətirdilər. O, 
şükür səcdəsi etdi. Sonra səcdədən qalxıb Mərvanın kəsilmiş 
başına baxaraq dedi: «Allaha şükürlər olsun ki, mənim 
intiqamımı səndən və sənin qəbiləndən aldı... Artıq mənim 
üçün nə vaxt öləcəyim mühüm deyil. Çünki, Bəni-
Üməyyədən iki min nəfər öldürməklə İmam Hüseynin (ə) 
intiqamını aldım
)1(
 ». 
səh:120 
 
1
-
 [
1
 . ]
İbn Ə bil H ə did, «N ə hcül-b ə lağ ə nin ş ə rhi», c. 7, s 
ə h. 130 . 
Yezid, İmam Hüseyni şəhid etdikdən sonra tövbə etdimi? 


Ziyaos-salehin
                                                                               
az.ziaossalehin.ir
 
Bu sualın mənşəyi bə`zi azsaylı kitablarda yazılmış bir sıra 
mətləblərlə sıx bağlıdır. Bu kitablarda «Aşura müsibətindən 
sonra Yezidin İmam Hüseyni (ə) öldürməyə əmr etmədiyini, 
O Həzrətin (ə) şəhadətinə görə təəssüf hissi keçirib, ağlayaraq 
İbn Ziyadın özbaşınalıq etdiyini bildirərək, onu lə`nətləməsi» 
yazılmışdır. İndi isə bir neçə nöqtəyə diqqət edək: 
1
-
  Tarix boyu şahid olduğumuz bütün məşhur İslam alim və 
mütəfəkkirləri «İmam Hüseyni (ə) qətlə yetirməyin» Yezidin 
birbaşa öz əmri olduğunu və onun görünməmiş səbirsizliklə 
buna israr etdiyini yazmışlar
)1(
 . 
 -2Yezidin, İbn Ziyadı Kufə şəhərinə vali tə`yin etməsi 
)2(
 ,
Hüseynlə (ə) bağlı bütün işlərdə birbaşa onun özü 
səh:121 
 
1
-
 [
1
 . ]
T ə ftazani, «Ş ə rhi- ə qaidi n ə sfiyy ə », 181; Cahiz, 
“R ə sail», s ə h. 298; Alusi, «Ruhül-m ə ani», c. 26, s ə h. 73; 
Ş ə bradi, « Ə l-İthaf bi hubbil- ə şraf», s ə h. 62-66 ;  
2
-
 [
2
« . ]
Tarixi-T ə b ə ri», c. 4, s ə h. 258; İbn Ə sir, «Kamil», 
c. 3, s ə h. 268; İbn K ə sir, « Ə l-Biday ə v ə n-nihay ə », c. 8, 
s ə h. 164 . 
ilə məşvərət etməsinə dair göstərişi 
)1(
 ,Mədinə valisi Vəlidə 
məktub yazaraq; «ya bizə bey`ət al, ya da onu tez öldür!»-
deyə tapşırıq verməsi 
)2(
 ,Məkkədə belə onu terror etməyə 
çalışması 
)3(
 ,İbn Ziyada, «Kərbəlada işi uzatma, onu öldür!» 
məzmunlu məktub yazması 
)4(
,Şimr ibn Zilcövşəni oraya 


Ziyaos-salehin
                                                                               
az.ziaossalehin.ir
 
göndərməsi və sair işləri bu məsələnin əvvəlcədən Yezid 
tərəfindən planlaşdırıldığına danılmaz bir sübutdur. 
İbn Abbasın Yezidin məktubuna yazdığı cavabda da, buna 
tə`kid olunub: «Elə bilirsən ki, sənin Hüseyni (ə) və 
Əbdülmütəllib cavanlarını şəhid etdirdiyini unutmuşam?! Hər 
nəyi unutsam da, Hüseyni (ə) Peyğəmbərin (s) hərəmindən 
uzaqlaşdırdığını, Məkkəyə pənah aparmağa məcbur etdiyini, 
oradan da, hiylə və məkrlə Kufəyə tərəf səfər etməyə sövq 
etdiyini unutmamışam. Sonra isə «Mərcanənin oğlu»na (İbn 
Ziyada) dəfələrlə məktub yazaraq Hüseynlə müzakirəni 
uzatmamağa, onu tez öldürməyə əmr etdin. Elə buna görə də, 
İbn Ziyad Hüseyni (ə) və Əbdülmütəllib cavanlarını öldürdü. 
Halbuki, onlar Peyğəmbərin (s) pak Əhli-beyti (ə) olaraq, 
Allah tərəfindən hər cür çirkinlik və pislikdən uzaq 
olmuşlar
)5(
». 
Unutmayaq ki, Abdullah ibn Ziyadın özü də bunu 
təsdiqləyirdi
)6(

səh:122 
 
1
-
 [
1
« . ]
Tarixi-T ə b ə ri», c. 4, s ə h. 254 v ə 285; «Kamil», c. 
3, s ə h. 298 . 
2
-
 [
2
« . ]
Tarixi-Y ə qubi», c. 2, s ə h. 241; « Ə l-Fütuh», c. 5, s ə 
h. 10-11; «Tarixi-T ə b ə ri», c. 4, s ə h. 251; «Kamil», c. 3, s 
ə h. 264; İbn K ə sir, « Ə l-Biday ə v ə n-nihay ə », c. 8, s ə h. 
157-158; « Ə l-İxbarüt-t ə val», s ə h. 228 . 


Ziyaos-salehin
                                                                               
az.ziaossalehin.ir
 
3
-
 [
3
« . ]
Tarixi-T ə b ə ri», c. 4, s ə h. 289; «Kamil», c. 3, s ə h. 
276; «Lühuf», s ə h. 82 . 
4
-
 [
4
« . ]
Tarixi-D ə meşq», c. 14 s ə h. 208 v ə c. 28, s ə h. 19; « 
Ə l-Fütuh ,»
   c. 5, s ə h. 89 v ə 135; «Tarixi-Y ə qubi» c. 2, s ə 
h. 242; «M ə qt ə l», c. 1, s ə h. 140; « Ə l- Ə qdül-f ə rid», c. 
5, s ə h. 130; «Tarixül-xül ə fa», s ə h. 165 . 
5
-
 [
5
« . ]
Tarixi-Y ə qubi» c. 2, s ə h. 249; «Kamil», c. 3, s ə h. 
318; İbn Cövzi, «T ə zkir ə tül-x ə vas», s ə h. 275 . 
6
-
 [
6
 « . ]
Ə l-Fütuh», c. 5, s ə h. 150; «M ə qt ə l», c. 1, s ə h. 
140; «T ə caribül-üm ə m», c. 2, s ə h. 249 . 
Yezidin oğlu Müaviyə bu barədə deyir: «Atam, Peyğəmbərin 
(s) Əhli-beytini (ə) şəhid etdi, onlara ehtiramsızlıq 
göstərdi
)1(
»... 
3
-
  İmam Hüseynin (ə) kəsilmiş başını Yezidə verdikdə, o 
şadlıq edərək, bu işin şərəfinə böyük bir ziyafət təşkil verdi. 
Orada İmamın (ə) başını ortaya qoyaraq, əlindəki dəmir 
çubuqla onun mübarək dodaqlarına vuraraq, istehzalı şəkildə 
şerlər oxuyub, babalarının qisasını aldığını söyləyirdi 
)2(
.O, 
İmam Hüseynin (ə) başını üç gün dar ağacında saxladı
)3(
 . 
4
-
  Yezid necə tövbə edə bilər ki, heç vaxt İmam Hüseyni (ə) 
öldürdüyü üçün İbn Ziyadı cəzalandırmadı, əksinə ona yüksək 
bəxşişlər, ənamlar hədiyyə etdi. 
Aşura müsibətindən sonra İbn Ziyad, Yezidin yanında daha da 
hörmətli və sevimli oldu. O, Yezidin şəxsi eyş-nuş və kef 


Yüklə 1,66 Mb.

Dostları ilə paylaş:
1   ...   28   29   30   31   32   33   34   35   ...   67




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə