Ziyaos-salehin az ziaossalehin ir



Yüklə 1,66 Mb.
Pdf görüntüsü
səhifə35/67
tarix26.10.2018
ölçüsü1,66 Mb.
#75763
1   ...   31   32   33   34   35   36   37   38   ...   67

Ziyaos-salehin
                                                                               
az.ziaossalehin.ir
 
həyəcanlar və daxili hisslər nəticəsində həyata keçir .Məsələn, 
biz bilirik ki, yağı düşmənlərimiz, ölkəmizin ən gözəl guşəsi 
olan Qarabağı əlimizdən almış və minlərlə igidlərimizi qətlə 
yetirmiş, uşaq və qocalarımız yandırmaq və doğramaqla 
işgəncə verib, qadınlarımızı əsir götürmüşlər. Bu hadisəni 
eşitmək və bilmək hər bir insan 
səh:131 
üçün ağır və narahatedici haldır. Lakin əyani şəkildə günahsız 
bir körpəni erməni quldurlarının əli ilə yanmasını görmək, 
hətta bu hadisəni film vasitəsilə belə müşahidə etmək hər bir 
azərbaycanlının qeyrətini coşdurur, xalqına və vətəninə olan 
eşqi, onu düşmənlə amansız şəkildə mübarizə etməyə vadar 
edir. Deməli, bizim əməl və rəftarlarımızın çoxu elm və 
agahlığımızla yox, müşahidələrimiz və daxili hisslərimizlə 
əlaqədardır. Kərbəla əzadarlığı da bu ümumi qanundan 
müstəsna deyil. Özümüz dəfələrlə İmam Hüseynin (ə) 
şəhadətini və Aşura hadisəsini minbər və moizə vasitəsilə 
eşitmişik. Və artıq demək olar ki, bu hadisə bizim zehnimizdə 
həkk olunmuşdur. Lakin görürük ki, təkcə bilməklə nə 
gözümüzdən yaş axır, nə ürəyimiz yanır və nə ülvi hisslərimiz 
oyanır. Halbuki, yanıqlı bir mərsiyə sədası eşitmək və qəlbləri 
eşqlə dolmuş bir dəstə cavanın sinə vurmalarını görmək 
insanın dininə və vətəninə olan duyğularının coşqunlaşmasına 
səbəb olur. Doğrudan da, qara libas geymiş əzadarların 
gözlərindəki yaş, onların mə`nəvi saflıqlarından xəbər verir. 
Bunlar hamısı İmam Hüseyn (ə) adına qurulan məclislərin 
bərəkətindəndir. Hətta Məhərrəm ayında ölkəmizdə olan 
əhval-ruhiyyəni və cəmiyyətimizdəki şəfqət və mərhəməti 
başqa aylarda müşahidə etmək qeyri-mümkündür. 


Ziyaos-salehin
                                                                               
az.ziaossalehin.ir
 
Beləliklə məlum olur ki, ata-babalarımızdan yadigar qalmış 
əzadarlıq məclisləri, bizləri Kərbəla faciəsi haqda 
məlumatlandırmaqla yanaşı, imanımızın möhkəmlənməsi və 
ruhumuzun paklaşmasında mühüm rol ifa edir. 
səh:132 
Aşura mərasimləri Səfəvilər dövründən qalma adətdirmi? 
Keçən bəhslərimizdə mə`lum oldu ki, Məhəmməd peyğəmbər 
(s) və digər mə`sumlar İmam Hüseynin (ə) şəhadətinə ağlamış 
və müsəlmanları bu müsibətə ağlamağa tövsiyə etmişlər. 
Hətta bə`zi mənbələrə görə Aşura hadisəsindən sonra 
Peyğəmbərin məscidində və evində, əzadarlıq mərasimi təşkil 
olunmuşdur 
)1(
 .Əzadarlıq mərasimlərinin İmam Səccadın (ə) 
yaşadığı dövrdə keçirilməsində isə heç kimin şübhəsi yoxdur. 
Kufə, Bəsrə, Şam, Mədinə, Məkkə və sair şəhərlərdə, Aşura 
münasibətindən sonra qurulan geniş əzadarlıq mərasimləri də 
buna sübutdur
)2(
 . 
Tarixi mənbələrə əsasən bəzi mərasimlərin bütün mə`sum 
İmamlarımız tərəfindən hər il Aşura günü qurulmasını 
söyləmək olar
)3(
 . 
səh:133 
 
1
-
 [
1
 . ]
İbn Cövzi, «M ə qt ə l», c. 1, s ə h. 164; Xar ə zmi «M ə 
qt ə l», c. 1, s ə h. 88; Hafiz T ə b ə ri, «Z ə xairül-üqba», s ə 
h. 119 . 
2
-
 [
2
« . ]
Tarixün-nihay ə », s ə h. 132 v ə 190; İbn Cövzi, «T ə 
zkir ə tül-x ə vas», s ə h. 240 ;  


Ziyaos-salehin
                                                                               
az.ziaossalehin.ir
 
3
-
 [
3
« . ]
Kamilüz-ziyarat», s ə h. 174; «Tarixün-nihay ə ə l ə l-
Hüseyn», s ə h. 157, “Biharül- ə nvar», c. 44, s ə h. 257 v ə 
284; Hürr Amili, «V ə sailüş-şi ə », c. 10, s ə h. 468; «S ə 
hifeyi-nur», c. 10, s ə h. 217  
Bu əza məclisləri bə`zən gizli və bə`zən də, aşkar şəkildə 
qurulurdu. 
Dövlət səviyyəsində isə rəsmi olaraq hicri qəməri tarixi ilə 
dördüncü əsrin ikinci yarısından e`tibarən Ali-Buyənin 
hakimiyyəti zamanı (352 h. q. ) geniş şəkildə hər il qeyd 
olunmağa başladı. Bu barədə İbn Əsir «Kamil»də, İbn Kəsir 
«Əl-bidayə vən-nihayə»də, Yafei «Miratül-cinan»da, və 
başqaları öz kitablarında mə`lumat vermişlər. 
Məşhur tarixçi İbn Cuzi «Əl-müntəzəmu fi tarixil-muluk vəl-
üməm» adlı kitabında yazır: «352 hicri qəməri ilində 
Muizzud-dövlə Deyləmi müsəlmanlara Aşura günü bir yerə 
yığışaraq, birgə əzadarlıq etməyə icazə verdi. Bazarlar 
bağlandı, alış-veriş işləri tə`til edildi, qəssablar dükanlarına 
qıfıl vurdu, ... Meydanlarda, bazarlarda qara çadırlar quruldu. 
Geniş əzadarlıq mərasiminə başlandı
)1(
». 
Şafei yazır: «Bu, tarixdə Aşura əzadarlığının aşkar şəkildə və 
geniş formada keçirildiyi ilk gün idi
)2(
». 
Ümumiyyətlə hicri-qəməri tarixilə dördüncü əsrin ikinci 
yarısından beşinci əsrin ortalarına qədər olan dövrdə, hər il 
Aşura günündə geniş və təntənəli surətdə əzadarlıq 
mərasimləri keçirildi. Novruz bayramı Məhərrəm ayına 
təsadüf etdikdə isə, bayram mərasimləri təxirə salınırdı
)3(



Ziyaos-salehin
                                                                               
az.ziaossalehin.ir
 
Misir əhli Aşura günü İmam Hüseynin (ə) övladlarının qəbrini 
ziyarət edir, orada böyük əzadarlıq məclisləri təşkil 
edirdilər 
)4(
.Belə məclislər Qahirə cümə məscidində də, 
qurulurdu
)5(
 . 
səh:134 
 
1
-
 [
1
 « . ]
Ə l-münt ə z ə m fi tarixil-muluki v ə l üm ə m», c. 7, s 
ə h. 15; «T ə kmil ə tü-tarixit-T ə bbi», s ə h. 183 . 
2
-
 [
2
« . ]
Miratül-cinan», c. 3, s ə h. 247; «Suallar v ə cavablar», 
s ə h. 31
  
   
3
-
 [
3
 « . ]
Ə n -Nücumuz-zahir ə fi muluki Misir v ə Qahir ə », c. 
4, s ə h. 15 . 
4
-
 [
4
 . ]
M ə qrizi, « Ə l- Xütüt», c. 2, s ə h. 289; « Ə n- 
Nücumüz-zahir ə », c. 4, s ə h. 126; M ə qrizi, «İttiazül-hün ə 
fa», c. 2, s ə h. 67 . 
5
-
 [
5
 . ]
H ə min m ə nb ə l ə r . 
Ali-Buyə hakimiyyətindən sonrakı illərdə hökumətlərin 
yürütdüyü fərqli siyasətlərə uyğun olaraq, Aşura əzadarlığı 
bəzən geniş bəzən də, müxtəsər formada qeyd olunurdu
)1(

Səfəvilərin hakimiyyəti zamanı da, belə əzadarlıq mərasimləri 
özünə məxsus əzəmətlə qeyd olunmuşdur. Lakin bu bizə 
Aşura yas mərasimlərinin o dövrdən ərməğan qalmasını 
söyləməyə əsas vermir. 


Yüklə 1,66 Mb.

Dostları ilə paylaş:
1   ...   31   32   33   34   35   36   37   38   ...   67




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə