Ziyaos-salehin az ziaossalehin ir



Yüklə 1,66 Mb.
Pdf görüntüsü
səhifə34/67
tarix26.10.2018
ölçüsü1,66 Mb.
#75763
1   ...   30   31   32   33   34   35   36   37   ...   67

Ziyaos-salehin
                                                                               
az.ziaossalehin.ir
 
Aydındır ki, eşq və məhəbbət özünə məxsus qanunlara 
malikdir. Əsl dost və aşiq dostluğun zəruri qanunlarını yerinə 
yetirən şəxsə deyilir. Belə qanunlardan biri də, ehtiram 
bəslədiyin şəxsin xoş günündə sevinmək, hüzünlü 
səh:127 
 
1
-
 [
1
« . ]
Möc ə mül-k ə bir», c. 22, s ə h. 247; «K ə nzül-
ümmal», c. 13, s ə h. 662 . 
və kədərli olduğu vaxtlarda isə onun qəminə şərik olaraq, 
kədərlənməkdir 
)1(
 .Elə buna görə də, hədislərdə Əhli-beytin 
(ə) şad günlərində sevinməyə, qəmli günlərində isə 
qüssələnməyə tə`kid edilmişdir. Həzrət Əli (ə) buyurur: 
“Bizim dostlarımız fərəhli günlərimizdə sevinir, hüzünlü 
günlərimizdə isə qəmli olurlar
)2(
 . 
Ümumiyyətlə unutmaq lazım deyil ki, belə günlərdə öz 
sevincini, ya qəmini fərdi və ictimai davranışlarla göstərmək, 
dostluğun və məhəbbətin qayda-qanunlarından sayılır. 
2
- Mənəvi tərbiyə 
 Belə mərasimləri qeyd etdikdə biz, İlahi kamillik və misilsiz 
mə`nəvi xüsusiyyətlərə malik olan İmam Hüseynin (ə) 
həyatını təhlil edərək xalqa açıqlamaqla «nümunəvi insana» 
xas olan keyfiyyətləri anladırıq. Bu da, fərdi və ictimai sahədə 
olduqca müsbət xarakter daşıyır. İmam Hüseynin (ə) əzadarlıq 
mərasimində iştirak edən insan məzlumların, din yolunda 
canını fəda edənlərin halına acıyır, zülmə və zalıma qarşı öz 
nifrətini bildirir. Və İmam Hüseyndən (ə) ilham alaraq fərdi 


Ziyaos-salehin
                                                                               
az.ziaossalehin.ir
 
və ictimai həyatında mə`nəvi islahata sarı meyllənir. Necə ki, 
İmam Sadiq (ə) buyurur: «İmam Hüseyn (ə) hər mömin üçün 
həm ağlamaq həm də, ibrət deməkdir
)3(
». 
Gördüyünüz kimi, hal-hazırda əzadarlıq mərasimləri lazımı 
formada qurulur, olduğu kimi qeyd edildikdə, yalnlz insani 
hisslərin cəmiyyətimizdə formalaşmasına və mə`nəvi 
dəyərlərin hakim olmasına xidmət göstərir. 
Elə bu səbəbə görə də, hədislərimizdə İmam Hüseyn (ə) 
müsibətinə ağlayanın bir qətrə göz yaşına behişt və`d 
səh:128 
 
1
-
 [
1
 « . ]
Ə l- M ə h ə bb ə fil-kitab v ə s-sünn ə », s ə h. 169-
170; «Suallar v ə cavablar», s ə h 166 . 
2
-
 [
2
« . ]
Biharül- ə nvar», c. 44, s ə h. 287 . 
3
-
 [
3
« . ]
Biharül- ə nvar», c. 44, s ə h. 291; «Kamilüz-ziyarat», s 
ə h. 100 . 
edilmişdir 
)1(
.Peyğəmbərlə (s) birgə cihad etmək kimi dəyərli 
məqamla bərabər tutulmuşdur
)2(
 . 
Əgər Aşura mərasimlərinin qeyd edilmə fəlsəfəsinə, oradan 
ibrət ala biləcəyimiz şəhadət, ədalət, izzət və bu kimi şüarlara 
real yanaşsaq , 
  daxilimizdəki mə`nəvi boşluğun hökm sürdüyü 
bir zamanda , 
  onlara necə də ehtiyaclı olduğumuzu gözəl 
anlayarıq. 


Ziyaos-salehin
                                                                               
az.ziaossalehin.ir
 
3
-
  İlahi xatirəni əbədiləşdirmək 
Kərbəla müsibəti olduqca əzəmətli
  İlahi bir şüar və xatirə 
sayılaraq , 
  dinimizin izzəti və müsəlmanların iftixarı kimi 
tanınır. Həmçinin digər dini şüarlar kimi insanları Allahı yad 
etməyə, Ona doğru dönməyə çağırır. Belə İlahi xatirələri 
unutmamaq, onları həmişə diri saxlamaq Qurani-Kərimdə 
vacib edilmişdir: «Hər kəs
  İlahi şüarlarını dirçəltsə şübhəsiz 
ki, bu qəlblərin (onun qəlbinin) təqvasından xəbər verir.» 
(Həcc surəsi, ayə 32) 
Unutmayaq ki, mərhəmət və izzət sahibi Uca Tanrı, Onun 
yolunda sidq ürəklə candan keçməyə hazır olan şəxsləri 
«özünün sadiq dostları» adlandıraraq onların xatirəsini əbədi 
yaşatmaqla insanlara nümunə göstərir. Necə ki, Həzrət 
İsmayıl (ə) Allah yolunda qurban kimi kəsilməyə razı olaraq 
Allahın sevimlisinə çevrildi. Artıq min illərdir ki, «qurbanlıq 
bayramı» bütün dünya müsəlmanları tərəfindən qeyd 
edilməkdədir. İmam Hüseyn (ə) isə təkcə özünü deyil, bütün 
yaxınlarını da Allah yolunda qurban verərək , 
  İlahi şüara 
çevrildi. Deməli Aşura mərasimlərini qeyd edərək göz yaşı 
tökmək və bu
  İlahi xatirəni əbədiləşdirmək, hər müsəlmanın 
borcudur. 
səh:129 
 
1
-
 [
1
« . ]
Kamilüz-ziyarat», s ə h. 173; «Biharül- ə nvar», c. 44, s 
ə h. 291  
2
-
 [
2
« . ]
Kamilüz-ziyarat», s ə h. 171 . 
4
-
  Milli – mə`nəvi dəyərlərimizin qorunması 


Ziyaos-salehin
                                                                               
az.ziaossalehin.ir
 
Hər bir cəmiyyətin keçmişi, o cəmiyyətin gələcəyinə böyük 
tə`sir göstərir. Həmçinin hansısa bir hadisənin müəyyən 
faydaları və səmərələri olubsa, deməli bu gün o hadisəni yad 
etmək və diri saxlamaqla, həmin nəticəyə yetişmək olar. 
Beləliklə, əgər İmam Hüseyn (ə) və onun səhabələri Allaha 
xatir canlarından keçib, şəhadət məktəbini diri saxlamışlarsa, 
biz də onların xatirələrini diri saxlamaqla, Allah yolunda 
bütün şəhid olanlara öz məhəbbətimizi göstərə bilərik. 
Bundan əlavə hər bir ümmət öz keçmişini yada salır və 
tarixinə hörmət bəsləyir. Hər bir millət, əsrlər keçsə də 
alimlərinə, qəhrəmanlarına və tarixdə iz qoymuş 
şəxsiyyətlərinə il dönümü keçirir və bu işi özlərinə insani borc 
bilirlər. Biz də Məhəmməd Peyğəmbərin (s) bir ümməti kimi, 
İslam yolunda və müqəddəs kitabımız olan Qurani-Kərim 
uğrunda canından və hətta əhli-əyalından belə keçən 
şəhidlərin matəmini qeyd etməyi özümüzə müqəddəs bir 
vəzifə hesab edirik. 
səh:130 
Nə üçün Aşura məclislərini əzadarlıqla qeyd edirik? 
Bəzən sual verirlər ki, nəyə görə İmam Hüseynin (ə) xatirəsini 
başqa dahi şəxsiyyətlərə keçirtdiyimiz il dönümləri və digər 
dövlət səviyyəsində qurulan konfrans və seminarlar şəklində 
qeyd etmirik? Bu suallara belə cavab veririk ki, İmam 
Hüseynin (ə) şəxsiyyəti barəsində elmi və mədəni 
yığıncaqların keçirilməsi çox yaxşı və gərəklidir. Hətta belə 
yığıncaqların davamlı şəkildə olması, cəmiyyətimizin Kərbəla 
hadisəsinə baxışlarının elmi cəhətdən formalaşmasına səbəb 
ola bilər. Ancaq, bu hadisəni sırf elmi və mədəni formada 
cəmiyyətə çatdırmaqla, istənilən nəticəni əldə etmək olmaz. 
Ona görə ki, insanın zahiri rəftarları təkcə elmi və agahlıq 
üzündən baş vermir. Əksinə, bu rəftarların böyük bir qismi 


Yüklə 1,66 Mb.

Dostları ilə paylaş:
1   ...   30   31   32   33   34   35   36   37   ...   67




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə