ZüLMƏt gecəLƏR



Yüklə 5,34 Kb.
Pdf görüntüsü
səhifə13/60
tarix30.04.2018
ölçüsü5,34 Kb.
#40617
1   ...   9   10   11   12   13   14   15   16   ...   60

 
40
“Mən Bakıdanam, bir-neçə günlüyə burda qonağam. Özüm də 
Riqaya neft məhsulları göndərilməsi məsələsini həll etmək 
üçün  şəhər rəhbərliyiylə danışıqlar aparmağa gəlmişəm. Meh-
manxanada çay içmək üçün yarım kilo konfet almaq istədim, 
vermədilər. Deyir, olmaz. Deyirəm, niyə olmaz? Deyir, ona gö-
rə ki, sən buralı deyilsən. Deyirəm, yarım kilo konfet nədi ki, 
ondan ötəri oralı, buralı söhbəti salırsınız? Deyir, bizdə belədi, 
olmaz. Dedim, inciməyin, üzünüzə deyirəm, siz çox ağını  çı-
xardırsınız.” 
Onu çox məmnuniyyətlə dinlədilər, riqa konfetiylə çay 
içmək istəyinin baş tutmamasına görə  təəssüfləndilər, gülüm-
səyib, başlarını buladılar, müstəqillik yolunda inamla irəliləyən 
latış xalqına hər cür əngəllər törədən, o cümlədən, neft məh-
sulları qıtlığı yaradan Rusiyadan fərqli olaraq, çətin məqamda 
onlara yardım əli uzatmaq niyyətində olan azərbaycan xalqına, 
neft emalı zavodunun kollektivinə və şəxsən onun özünə min-
nətdarlıq ifadə elədilər, amma yarımca kilo konfet almaqda kö-
mək eləmədilər. Qərar qəbul olunub ki, əksəriyyət mallar, o 
cümlədən, riqa konfetləri gəlmələrə satılmasın və başqa cür 
mümkün deyil: olmaz, vəssalam. 
Bakıda heç vaxt qonağa belə üz göstərməzdilər,  ələl-
xüsus da o qonağa ki, çətin məqamda ölkə üçün strateji əhə-
miyyəti olan bir məsələnin həllinə kömək üçün gəlmiş ola. 
– Yarım kilo konfet lazımdı? O nə sözdü, qardaş, ayıb 
deyilmi? Götür bir karobka apar, pul-zad da lazım deyil. Başqa 
nə lazımdı? A kişi, sənə dedilər ki, nə lazımdı de, utanıb
−eləmə, 
bura sənin öz evindi. Qardaş canı, düz sözümdü. Sənin kimi 
oğula can qurbandı. Ay uşaqlar, ordan bir karobka konfet gö-
türün, aparın, bu kişinin qaldığı mehmanxanaya qoyun gəlin. 
Bir qəpik də pul-zad almayın. Eşitdinizmi? – Bakıda belə de-
yərdilər və eləyərdilər. Amma bunlar “yox” deyib durublar və 
uzaq eldən gəlmiş qonağa yarım kilo konfet nədi, onu da sat-


 
41
maq istəmirlər. Başa düşmək olmur bu nədi belə: xalqın zəif 
damarıdı, yoxsa xarakterindəki güclü cəhətdi? 
Hər halda, ciddi analiz göstərir ki, latışlar düz eləyir: 
qərar qəbul olunubdu və hansısa bir qadağa qoyulubdu, deməli, 
kimliyindən asılı olmayaraq, heç kimə olmaz. Xalq öz iradə-
sinə –  qəbul elədiyi qərara hörmətlə yanaşır, bu isə onun zəif-
liyini yox, gücünü, qüdrətini nümayiş elətdirir. 
Qəribəliklərdən biri də oydu ki, latışlar öz müstəqilliyi 
uğrunda mübarizə apardığı çətin məqamda Riqada yaşayan rus-
lar bunun əleyhinə  çıxır,  şəhərin mərkəzi meydan və küçələ-
rində izdihamlı mitinqlər təşkil eləyir, əsla çəkinib eləmədən öz 
mövqelərini bildirirdilər. Amma nə polis, nə də mülki adamlar-
dan heç kim onlara mane olmurdu. Heç olmasa bircə nəfər ya-
xınlaşıb demirdi ki: “Ey, İvan, sən bura ayran içməyə gəlmisən, 
yoxsa ara seçməyə? Xoşun gəlirsə, qal bu məmləkətdə yaşa; 
gəlmirsə, gəmidə oturub, gəmiçiylə dava eləmə: çıx get bur-
dan!” Heç kim dinib-danışmırdı, ruslara fikir verən də yox idi. 
– Latış xalqıdı bu, neylədiyini bilir: qarşısına məqsəd qoyub ki, 
SSRİ-nin tərkibindən çıxıb, öz müstəqil dövlətini yaratsın və 
bu yolla dönmədən irəliləyir, xırda məsələlərə baş qoşub
vaxtını itirmək istəmir. Necə deyərlər, it hürər, karvan keçər. 
Yanağından qan daman şaqqalı bir latış  gəlini kolbasa 
tikəsini ona tərəf uzadıb dedi: “Gəl,dadına bax. Utanma, ye. 
Xoşuna gəlməsə, almazsan.” – Ezamiyyətin son günüdü, bütün 
qadağalara rəğmən, evə, özünə lazım olan bəzi  şeyləri ala 
bilibdi,  ən  əsası da, uşaqlar üçün qəşəng məktəbli formaları 
alıb. Mehmanxanada süpürgəçi işləyən bir rus qadını kömək 
elədi, sağ olsun. Bu da əvəzində arvada təşəkkür elədi və bir 
butulka Bakı arağı verdi. Riqada benzin qıtlığı olduğu kimi, 
araq qıtlığı da var idi, qadın çox sevindi. 
Riqa bazarına gəlib ki, elə-belə özü üçün gəzsin, baxsın, 
heç nə almaq fikri yoxdu. Mer-meyvə satanların sir-sifətindən 
o saat bildi ki, azərbaycanlılardı, onlara tərəf gedib, tanışlıq 


 
42
vermədi. Ona elə  gəlirdi ki, Sakit Okeanın hansısa uzaq bir 
adasına yolu düşsə və bazara getməli olsa, orda da mer-meyvə 
satanların öz həmyerliləri olduğunu görəcək. Latış  kəndliləri 
təzə mal və donuz əti, özlərinin istehsal elədikləri kolbasa və 
sosisqa satırdılar. Hamısı da çox böyük səxavətlə təklif eləyir: 
“Gəlin yeyin, dadına baxın.” 
Latış gəlini düz onun gözünün içinə baxıb, elə ciddi bir 
ədayla danışırdı ki, gülməyi tutdu, ayaq saxlayıb, kolbasa tikə-
sini aldı: çox dadlı  şeydi. Fikirləşdi ki, yaxşıca saz gəlindi,  
bunun sözünü yerə salmaq düz deyil. “Bir kilo çək ”, – dedi. 
Latış  gəlin təəccübləndi: “Bir kilo nədi ki? Belə gözəl ne-
mətdən çox almaq lazımdı.” 
  – Yox, – dedi, – bir kilo bəsdi. Onu da sənin xətrinə 
alıram. 
Azca aralanmışdı ki, bir kişi də inadla xahiş elədi: “Çox 
yaxşı kolbasadı. Yaxın gəlin, yeyin, dadına baxın, görün necə 
məhsuldu”. Ötüb keçəcəkdi, amma bu vaxt kişinin yanında on 
bir-on iki yaşlarında bir oğlan uşağı gördü: uşaq yavan çörəyi 
iştahla yeyir, arabir də əlində tutduğu stəkandakı yaxantıya ox-
şayan kakaodan bir qurtum içirdi. Uşaq çörəyi niyə yavan yeyir, 
o cür dadlı kolbasadan bir-iki tikə götürüb, yavanlıq eləyə bil-
məzdimi? – fikir götürmüşdü onu. 
Əslində, kənd uşaqlarının həyatı romantika deyil, 
amansız məhrumiyyətlər və məşəqqətlə doludu o həyat. Roman-
tika sonralar xatirələrdə yaranır. Ovcunun içi kimi bilir niyə o 
uşaq yavan çörəyi gəvələyir: hardasa on beş-iyirmi kilo 
kolbasa götürüb, oğluyla bazara gəlibdi bu kişi, mətahını satıb, 
ailəsinin ehtiyacına xərcləyəcək. Hər şey qəpiyinəcən hesabla-
nıbdı: kolbasanın bir qədərini müştərilər haqq ödəmədən da-
dına baxmaq adıyla yeyəcəklər, qalanına  əl vurmaq olmaz. 
Ötüb-keçən hər kəsə  səxavətlə  təklif olunan kolbasanın ikicə 
tikəsini öz doğma balasına qıymır kişi. Ehtiyac içində yaşamaq 
belədi, ona bax, yazıq uşaq yavan çörəyi gör necə  gəvələyir. 


Yüklə 5,34 Kb.

Dostları ilə paylaş:
1   ...   9   10   11   12   13   14   15   16   ...   60




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə