Zġyadxan nəBĠBƏYLĠ



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə112/118
tarix26.01.2018
ölçüsü2,8 Kb.
#22527
1   ...   108   109   110   111   112   113   114   115   ...   118

 
342 
olunmuşdur.  Körpünün  ekoloji  baxımdan  ümumi  vəziyyəti 
qeyri-qənaətbəxşdir,  körpü  ətrafında  mütəmadi  olaraq  neftlə 
çirklənmə halları müşahidə olunur. 
İDNDİ-nin  tabeliyində  olan  Sahil  qəsəbəsində  yerləşən 
"Qaradağ körpüsü"ndə dəniz suyu nümunəsində mikrobiolo-
ji  çirklənmə  var  və  bağırsaq  çöpü  bakteriyalarının  miqdarı-47 
000 ədəd/litrdir. 
XDNDİ-nin  tabeliyində  olan  Cənub  Bölgə  Dəniz  Neft 
Donanma  İdarəsinin  (CRDNDİ)  "ġimal  körpüsü"nün  eni  30 
m,  uzunluğu  100  m-dir.  Körpü  yaxınlığında  yerləşən  idarə  və 
təşkilatların,  fərdi  yaşayış  evlərinin  məişət-fekal  çirkab  suları 
bu ərazidən Xəzər dənizinə axıdılır. 
CRDNDİ-nin  "ġimal  körpüsü"ndə  dəniz  suyunda  neft 
məhsullarının miqdarı 2,4 dəfə tələbdən artıqdır. Aparılmış mi-
krobioloji tədqiqatların nəticəsinə görə nümunə çirklidir, bağır-
saq çöpü bakteriyalarının miqdarı-270 000 ədəd/litrdir. 
CRDNDİ-nin tabeliyində olan Sahil qəsəbəsində yerləşən 
"Qaradağ limanı" 3 körpüdən ibarətdir. 1-ci körpünün eni 3,5 
m,  uzunluğu  210  m-dir,  2-ci  körpünün  eni  3,5  m,  uzunluğu  50 
m-dir, 3-cü körpünün eni 3,5 m, uzunluğu 90 m-dir. Körpü hər-
tərəfli içməli su xətti ilə təchiz olunmuşdur. Gəmilərdə formala-
şan tullantıları təhvil vermək üçün körpüdə məişət tullantıları qə-
bulu məntəqəsi var. Burada tullantılar yığılaraq, Qaradağ bölgə-
sində yerləşən Sanitar İstismar Kommunal İdarəsi ilə bağlanmış 
müqaviləyə əsasən tullantılar şəhər zibilxanasına daşınır.  
CRDNDİ-nin tabeliyində olan Sahil qəsəbəsində yerləşən 
"Qaradağ  körpüsü"ndə  dəniz  suyu  mikrobioloji  cəhətdən 
çox  çirklidir,  bağırsaq  çöpü  bakteriyalarının  miqdarı-81  000 
ədəd/litrdir. 
Bakı  Beynəlxalq  Dəniz  Ticarət  Limanının  ərazisi  11 
körpüdən ibarətdir, onlardan 7-si işlək vəziyyətdə, digər 4-ü isə 
hazırda  işləmir.  Bu  körpülərdə  gəmilərdən  yükaşırma  işləri 
aparılır.  Limanın  ərazisində  yerləşən  "qaztoztutucu"  qurğu-
larının  inventarlaşması  aparılmayıb və texniki  pasportları  yox-


 
343 
dur,  buna  baxmayaraq  qurğu  işlək  vəziyyətdədir.  Ticarət  Li-
manın  tabeliyində  18  gəmi  fəaliyyət  göstərir,  bunlardan  10-u 
işlək, 5-i istismara yararsız, 3-ü isə təmirdədir. İşlək vəziyyətdə 
olan  gəmilərdə  formalaşan  məişət-fekal  çirkab  suları  limanın 
ərazisində  yerləşən  kanalizasiya  xəttinə,  döşəməaltı  suları 
"Monolit" LTD Ģirkətinə, məişət tullantılarını isə liman tərə-
findən bağlanmış müqaviləyə əsasən "Kasco" birgə müəssisə-
sinə  təhvil  verilir.  Körpünün  ümumi  vəziyyəti  ekoloji  baxım-
dan qeyri qənaətbəxşdir. Körpü ətrafında (cənub və cənub-şərq 
küləklərinin təsiri ilə) mütəmadi olaraq neftlə çirklənmə halları 
müşahidə edilir. Baxmayaraq ki, limanın tabeliyində 2 ədəd xü-
susi  neft-zibilyığan  (NMS-21  və  NMS-73)  gəmiləri  var.  Am-
ma, bu gəmilərdən körpünün ətrafını və Bakı buxtasının təmiz-
ləməsində istifadə olunmur. 
Bakı  Beynəlxalq  Dəniz  Ticarət  Limanının  ərazisində 
yerləşən "Donanmaya xidmət terminalının körpüsü"nün ət-
rafında dəniz suyunda neft məhsulları-1,7; nitritlər (N02)-2,l və 
sintetik  səthi  aktiv  maddələri  (SSAM)-3,0  dəfə  tələbdən  artıq-
dır. Aparılmış mikrobioloji tədqiqatların nəticəsinə görə nümu-
nə  çirklidir,  bağırsaq  çöpü  bakteriyalarının  miqdarı-209  000 
ədəd/litrdir. 
 
 
14.6. Ġstehsalat iĢləri aparılan adaların ekoloji durumu 
 
Sahəsi 1256 hektar olan Pirallahı adası Abşeron arxipe-
laqının  ən  böyük  adası  olmaqla,  Bakı  şəhərinin  Xəzər  bölgəsi 
inzibati  ərazi  vahidliyindədir.  Adanın  uzunluğu  11  km,  ən  ge-
niş yerinin eni isə 4-5 km-dir. 
Ada  Abşeron  yarımadasının  şimal-şərqində  yerləşməklə 
şimal-qərbdən  cənub-qərbə  doğru  uzanır.  Cənuba  doğru  tədri-
cən nazilir və ensiz  "qum  dili" ilə qurtarır. Adanın dəniz sə-
viyyəsindən hündürlüyü 8-10 m-ə, bəzən də 14 m-ə çatır. Ada-


 
344 
da yerləşən Pirallahı qəsəbəsində müxtəlif inzibati binalar, uşaq 
bağçaları, məktəblər, xəstəxanalar və s. fəaliyyət göstərir. 
Adada  əhaliyə  ARDNġ-nin  Sosial  ĠnkiĢaf  Departa-
menti və Kanalizasiya Xidməti Ġdarəsi tərəfindən sosial xid-
mət göstərilir. Adanın orta hissəsində neftçilər üçün abad qəsə-
bə salınmışdır. 
Adanın  texniki  məqsədlər  üçün  suya  olan  tələbatı  Zirə 
qəsəbəsi artezian quyularından nəql edilən su hesabına, içməli 
suya  olan  tələbat  isə  avtonəqliyyat  vasitələri  ilə  daşınmaqla 
ödənilir. Gün ərzində istifadə edilən 6 min m
3
  sudan,  4,7  min 
m
3
-i suvarmada, 1,3 min m
3
-i isə məişətdə istifadə olunur. 
Adada  qrunt  suları  və  antropogen  təsirlər  nəticəsində 
ümumi  sahəsi  70  min  m
2
  olan  5  gölməçə  formalaşmışdır  ki, 
bunlardan ikisi "AbĢeronneft" NQÇĠ-nin ərazisinə düşür. Hə-
min  2  gölməçə  yay  mövsümündə  tamamilə  quruyur,  payızda 
isə yenidən formalaşır. 
Ərazidə mövcud ekoloji nöqsanların həll edilməsi məqsə-
di ilə Dövlət Neft ġirkəti tərəfindən çirkab suları yığılması və 
nasoslar vasitəsi ilə təmizləyici qurğuya ötürülməsi üçün Piral-
lahı  adasında  sahil  xətti  boyunca  6  ədəd,  Gürgan  qəsəbəsində 
isə 1 ədəd nasos stansiyası inşa edilmiş və mövcud nasoslar da-
ha güclüləri ilə əvəz edilmişdir. Adada yerləşən BTQ-da 2007-
ci ildən yenidənqurma işlərinə başlanılmış və onun davamı ola-
raq ilin birinci rübündə yeni təmizləyici qurğular istismara ve-
rilmişdir. 
Pirallahı  adasındakı  BTQ-nin  bir  neçə  ilə  yaxın  istismar 
olunmasına  baxmayaraq  bu  qurğular  yalnız  mexaniki  təmizlə-
mə  qurğuları  kimi  istismar  edilmişdir.  Bunu  qurğuların  çıxış 
kanallarına  baxdıqda  hiss  etmək  mümkündür.  Bu  kanallarda 
xeyli miqdarda çöküntülər yığılıb qalmışdır. Qurğularda bioloji 
təmizləmə getdiyi halda belə çöküntülərin çıxış kanalına yığıl-
ması qeyri-mümkündür. 
Pirallahı  BTQ-nin  çıxışında  sudakı  asılı  maddələr-2,8; 
sintetik səthi aktiv maddələr-4,8; neft məhsulları-7,4; ammoni-


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   108   109   110   111   112   113   114   115   ...   118




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə