336
şıq və birləşmələrdən istifadə olunur. Bu maddələr quruda tor-
pağı, dənizdə isə canlıları və onların yem mənbələrini məhv
edirlər. Bununla yanaşı quyuların mənimsənilməsində ətraf
mühit gilli məhlul, neft, neftli su, neft-qaz tullantıları, səthi ak-
tiv maddələr, turşu, kimyəvi həlledicilər, çirkli su və s. ilə
çirkləndirirlər.
Neftin nəqli və saxlanılması zamanı boru birləşmələrin-
dən, siyirtmə və kipgeclərdən və s. sızma, ətraf mühiti çirklən-
dirən mənbələrdəndir.
Neft-qaz toplanan yerlərdə, neftin boşaldılması, rezervu-
arların yuyulması, onların dibində neftdən ayrılan suların kə-
narlaşdırılmasında və s. ətraf mühiti, suyu, torpağı hədsiz dərə-
cədə çirkləndirilir. Yeraltı rezervuarlarda həm yer təkini və
həm də yerin üst qatını çirkləndirən mənbələr sırasındadır. Sü-
but edilmişdir ki, 2 ton torpağa dağılmış neft bir kvadrat kilo-
metrdən çox torpaq sahəsini əkinə yararsız edir. Neftin, neft-
qaz yığımı kollektorlardan və texnoloji qurğulardan qəza nəti-
cəsində ətrafa dağılması halları hələ də qalmaqdadır və xariclə-
rin bu sahədəki vurduqları zərərlər daha çoxdur. Digər tərəfdən
bu tip çirkli, zəhərli, zərərli tullantılar ətraf torpaqlarla yanaşı,
su hövzələrini, bataqlıqları, qurunt sularını və s. biryolluq
çirkləndirir ki, buda öz növbəsində digər fəsadlar yaradır.
Yada salsaq ki, dünya neft hasilatının 2 faizi ətraf mühitə
atılan itki kimi qiymətləndirilsə də, onun buxarlanaraq havaya,
suya, torpağa qarışması və bu prosesin ildən-ilə çoxalması, ət-
raf mühitə nə kimi zərərlər gətirdiyini təsəvvür etmək o qədər-
də çətin olmaz.
14.3. Dünya neft-qaz tarixindən
Neft-qaz tarixindən məlumdur ki, neft insanlara çox qə-
dimlərdən məlum olmuşdur. Həmin dövrlərdə nefti axtarmağa
ehtiyac yox idi. O Yer təkindən üzə çıxırdı. Krım arxeoloqları
tədqiqatlar zamanı gildən hazırlanmış və neftlə doldurulmuş
337
küp aşkar etmişlər. Mütəxəssislərə görə, həmin neftin çıxarıldı-
ğı vaxt 15 əsr dövrümüzdən əvvələ təsadüf edir.
Hələ XIX əsrin 2-ci yarısında, daha dəqiq 1859-cu ildə
bütün dünyada istehsal edilən neftin miqdarı 5 min ton idi. 20
ildən sonra bu rəqəm 3,8 milyon tona, 1900-cu ildə isə 20 mil-
yon tona çatmışdır. XIX əsrin əvvəllərində dünyada neft çıxa-
rılmasının 53 faizi (10,6 mln.ton) Rusiyanın (Azərbaycanın),
43 faizi (8,6 mln.ton) ABŞ-ın, digər hissəsi isə (0,8 mln.ton)
digər ölkələrin payına düşürdü. Lakin çox keçmir ki, neft çıxa-
rılması böyük miqyas alır. Bütün dünyada istehsal edilən neftin
miqdarı 1950-ci ildə 520 milyon ton olmaqla -1900-cu illə mü-
qayisədə 26 dəfə çox idi.
Qaz istehsalı isə sənaye üsulu ilə 1920-ci ildən çıxarılır.
Həmin ildə dünyada istehsal olunan təbii qazın miqdarı 3,5 mi-
lyard m
3
və 1950-ci ildə bu rəqəm 192-yə qədər yüksəlmişdir.
1975-ci ildə dünyada istehsal edilən neftin miqdarı 2878 mil-
yon ton, qaz istehsalı isə 1359 milyard m
3
olmuşdur. İkinci
dünya müharibəsindən sonra neft və qaz istehsal edən ölkələrin
sayı sürətlə artmışdır. Əgər 1940-cı ildə bunların sayı 39 idisə-
1950-ci ildə 43, 1975-ci ildə 70, 1994-cü ildə isə 100-dən artıq
ölkədə neft və 60-dan artıq ölkədə qaz istehsal edilməkdə idi.
Dünya ölkələri arasında neft və qazdan ən çox istifadə
edən ABŞ olmuş və indidə belədir. Əlbətdə ətraf mühiti korla-
yanlar arasında da ABŞ birinci yerdədir. ABŞ həmdə neft idxal
edən ölkədir və ildə 430 milyon ton neft çıxardığı halda xarici
ölkələrdən hər il 110 milyon ton neft məhsulları və 265 milyon
tondan çox xam neft alır.
Laylarda olan neftin hamısını mənimsəmək mümkün ol-
masa da, o tükənəndir. Dünya neft ehtiyatı haqqında birmənalı
rəqəm yoxdur. Bununla belə müəyyən olunmuş neftin ehtiyatı
dünya üzrə 200-250 milyard ton hesab olunur və əlbətdə bu son
rəqəm deyildir.
Mütəxəssisələrə görə neft ehtiyatının 66 %-dən çoxu Orta
Şərqdə, 6% isə keçmiş SSRİ ərazilərindəndir. Qaz ehtiyatları
338
isə əksinə 40%-dən çoxu keçmiş SSRİ-də, 32 % isə Orta Şərq
dövlətlərindədir.
Dünyada məlum olan neft-qaz ehtiyatlarının təqribən
72%-i, hasilatı isə 42 % Orta Şərq və keçmiş SSRİ ərazilərinin
payına düşdüyü halda, neft istehlakının 28%-i Şimali Ameri-
kanın, 31%-i Avropanın, 24%-i Asiya və Avstraliyanın, təbii
qaz istehlakının isə 33%-i Şimali Amerikanın, 45%-i Avro-
panın, 9%-i Asiya və Avstraliyanın payına düşür.
Son dövrlər okean və dənizlərdə neft-qaz yataqlarının ax-
tarışına və kəşfıyyatına xüsusi diqqət yetirilir. Dünyada neft h-
asil edən 100-dən çox ölkələr - 45-i dəniz və okeanlarda yerlə-
şən neft-qaz yataqlarının axtarışı, kəşfiyyatı və işlənməsi ilə
məşğuldular. ABŞ-da dəniz, dəniz neft yataqları Luizana və Te-
xas ştatlarının kontinental şelf sahəsində, qərb sahil zonasında,
Alyaska ştanın Kuk körfəzində və həmin ştatın şimal hissəsində-
dir.
Böyük ehtiyata malik olan neft-qaz yataqları Meksikanın
dəniz akvatoriyasında da kəşf edilmişdir. Venesuelanın ümumi
neft ehtiyatının üçdə iki hissəsi də Marakaib gölündə aşkarlan-
mışdır. Böyük neft-qaz ehtiyatlarına malik olan laylar Şimal
dənizində Britaniyada, Niderlandda və Norveçdə də aşkarlan-
mışdır. Hind, Atlantik okeanlarında, Fars körfəzində, İndonezi-
yaının Yavna dənizində, Aralıq dənizində, Atlantik okeanının
şərq sahillərində, Latın Amerikasının qərb bölgələrində, Benqal
körfəzində, Avstraliya qitəsi sahillərində və s. ərazilərdə neft-
qaz yataqları aşkar edilmişdir. Bununla yanaşı, Xəzər dənizin-
də, Şimal Buzlu okeanında, Qara dənizdə, Azov dənizində,
Baltik dənizində, Sakit okeanda kəşf olunan yataqlardan istis-
mara verilənləridə vardır. Xəzər nisbətən daha çox araşdırılan
dənizdir və ətraf dövlətlərdən Azərbaycan, İran, Türkmənistan,
Qazaxıstan, Dağıstan neft-qaz yataqlarının istismarı ilə məşğul-
dular və bu işlər sürətlə inkişaf etdirilir.
Dostları ilə paylaş: |