4
Gülsüm Hüseynova. Tat dili leksik fondunun genealoji təhlili
etməsi baxımından diqqəti ən çox cəlb edən ərazi Azərbaycandır.
Ona görə də Azərbaycanda müxtəlif dillər arasındakı əlaqələr daim
tədqiqat obyekti olur.
Azərbaycan ərazisində yayılmış dillərdən biri də tat dili-dir.
Tatlar irandilli xalq olub, Xəzəryanı ərazilərdə, xüsusən, İranda,
Azərbaycanın şimal-şərq rayonlarında, Abşeron yarımadasında,
Dağıstanın cənub-şərqində, Dərbənd və Mahaçqala şəhərlərində
məskunlaşmışlar.
Azərbaycan
ərazi-sində
tatlar,
əsasən,
respublikanın İsmayıllı, Xızı, Şamaxı, Quba, Dəvəçi və Abşeron
ərazilərində daha kompakt şəkildə yaşayırlar. Tatlar bu ərazilərə
hələ VI əsrdə İrandan köçürülməsi ədəbiyyatda qeyd olunur. XIX
əsr yazılı mənbələrində Cavad, Naxçıvan və Zəngəzur qəzalarında
da tatların yaşaması haqqında məlumatlara təsadüf olunur.
Göründüyü kimi tatlar Azərbayjanın müxtəlif regionlarında
qədim dövrlərdən yaşayırlar. Bu, bir tərəfdən, tat dili ilə Azər
baycan dili arasındakı əlaqələrin əsrlər boyu getməsini və bu gün
davam etməsi, digər tərəfdən isə respublikanın müxtəlif ərazilərində
qarşılıqlı təsirdə olması baxımından linqvistik tədqiqat
üçün mühüm
əhəmiyyət kəsb edir. Çünki hər bir ərazinin öz dil mühiti, öz təsir
şərtləri vardır. Məsələn, Bakı ərazisində Azərbaycan tat - dil
əlaqələri uzun müddət həm də rus-Azərbaycan dil əlaqələri
prosesində gerçəkləşmişdirsə,
Quba ərazisində bu
dillərin
əlaqələrinə Dağıstan dilləri də öz təsirini göstərmişdir. Bu isə
çoxtərəfli dil əlaqələrini, daha doğrusu, əlaqədə olan dillərin
çoxluğunu və müxtəlifliyini şərtləndirmişdir.
Hər bir dilin genealoji mənzərəsi bu dildə istifadə olunun dil
vahidləri əsasında müəyyənləşdirilir. Belə bir mənzərənin tam şə
kildə açılması həmin dili müxtəlif səviyyələrdə genetik baxımdan
araşdırmağı tələb edir. Bu kitabda tat dilinin genealoji mənzərəsi
onun müxtəlif yaruslarına aid vahidlərin mənşəyi əsasında öyrənilir.
Təbii ki, uzaq keçmişdə Azərbaycan gəlmiş tatlar ilk əvvəl öz
dillərinə aid vahidlərdən, sözlərdən, qrammatik vahidlərdən,
sintaktik konstruksiyalardan istifadə etmişlər. Onlar məskun-