70
Gülsüm Hüseynova. Tat dili leksik fondunun genealoji təhlili
245).
Qədim türk sözləri lüğətində «amra-» sözü «sevmək» mə
nasında verilmiş, onun bir sıra derivatları - amrak «sevmək»,
amrançığ «sevgili», «yar», amranmaq - «məhəbbət, sevgi, gös
tərmək», amranmağlıq «sevgi, məhəbbət oyadan» və nəhayət,
amraq - «sevgili», «yar» derivatları qeyd edilmişdir (78, 41-42).
Müq.et: imrənmək «mehr göstərmək» (7, 257).
Qiziz «xəsis» (Q.). Qədim türk sözü olan qiz eyni seman-
tikaya malikdir. Türk dill ərində bu söz kökünün müxtəlif
mənaları - müasir dildə işlənən «qız », «bahalı, qiymətli»,
«xəsis», «ac» mənalarını ifadə etməsi göstərilmişdir (78, 449
450). Azərbaycan dilində «qızırğanmaq» «əsirgəmək», «xə-
sislik etmək», «verməyə əli gəlməmək», «bir şeyi başqasına
çox görmək» mənasında mühafizə olunmuşdur (18, 507).
Həmçinin müq.et: qirnis «xəsis» (7, 336).
Qizluq «çatışmazlıq», «qıtlıq» (Q., D əv., Xaçm.). Tat
dilində bu söz «quraqlıq nəticəsində taxıl çatışmamazlığı» m ə-
nasında işl ənir. Onun «qiz» kökünd ən -luq şəkilçisi ilə
düzəlməsi şübhə doğurmur. Qeyd edək ki, bu söz «qıtlıq»,
«qəhətdik», «aclıq», «bahalıq» m ənalarında Azərbaycan dilin
də işlənmişdir. Ş.Xəlilov bu sözün göstərilən mənalarına aid
konkret nümunələr vermişdir: Qızluq dünyayı dutdı... Qızlığ ilə
qamusı zar oldılar. Müəllif Mustafa Zəririn «Yusif və Züleyxa»
poemasının dilində işlənmiş türk mənşəli arxaizmlərdən bəhs
edərkən, bu sözü qeyd etmiş, onun «Təfsir»də (XII-XIII),
Qütbün «Xosrov və
Şirin»,
Seyfi
Sarainin «Gü lüstan»
poemalarında, həmçinin, orta əsr türk ədəbiyyatında da
«bahalıq», «qıtlıq», «aclıq» və s. məna çalarlıqları yaratmasını
göstərmişdir (40, 34). Qıtlıq taxılın olmaması, aclıq v ə ça
tışmazlığı bildirir. Bu mənada quraqlıq nəticəsində taxıl ça
tışmazlığını bildirmək üçün tatların bu sözü işlətməsi qədim
71
Gülsüm Hüseynova. Tat dili leksik fondunun genealoji təhlili
türk sözünün semantikasına tam müvafiq g əlir.
Q art «qoca», «əldən düşmüş» (insan haqqında) (Lah.,
Məl.). Qədim türk leksik qatına aid sözdür. Şübh ə yoxdur ki,
qarı sözü də bununla bağlıdır. V.Aslanov göst ərir ki, qarı
sözünə «qoca, qocalmaq» mənalarında bütün abidələrdə rast
gəlinir. Müasir Az ərbaycan dilində «qoca qadın» mənasında
işlənir. Sözün kökünün «qar» olması ehtimalı var. Qart m əhz
bu kökdən törəmədir .
Qisqi «sıxma», «t əzyiq». Əsasən, lahıc l əhcəsində qeydə
alınmışdır. Mənə qe qısqi məti. «Mənə çox təzyiq göstərmə»
(Lah.). Qədim türk. qis sözündəndir. Müasir dildə işlənən
qısmaq feli də yaxın semantika daşıyır. Az ərbaycan dilində
işlənən «boynunu qısmaq» sıxıntı v ə və çətinliklə bağlı
olduğundan, tərkibdəki qıs «sıxma» anlamına yaxındır.
D iriq «arıq». Türk dil ərində işlənən turuk sözü ilə eyni
anlamdadır və şübhəsiz ki, bu söz əsasında formalaşmışdır.
Müasir Azərbaycan dilində arıq-tırıq ifadəsində qorunub sax
lanmışdır.
D irrik//dirlik «ailənin ehtiyacını ödəyən, bostan», «bağ».
Mənbə etibarilə qəd. türk. tirilik «həyat» sözü ilə bağlıdır.
Dəzgəçi «ovçu» (Qon. k.). Bu söz qədim türk sözü olan
tuzaq//duzaq «tələ» sözünün əsasında formalaşmışdır. Lap q ə-
dimdə ov, silahla yanaşı, t ələ ilə tutulmuşdur. Tələ ilə ov
edənlər tuzaqçı demişdir.
Bo(bö) «böyə». Türk dillərində bu söz böq fonetik vari
antında işlənir. Maraqlıdır ki, tat dilind ə bu sözün böqcə de-
rivatı var. Həmin söz «qorxulu» anlamında işl ənir. Derivatın
tərkibindəki -ca şəkilçisinin türk dill ərinə məxsusluğu heç bir
şübhə doğurmur.
Suqra//suvra «gil qab» (Dəv., Xaçm.).
Ostin «paltarın qolu» (Lah.). Pəncəkə ostini qutəhi «Pen-
72
Gülsüm Hüseynova. Tat dili leksik fondunun genealoji təhlili
cəyin qolu qısadır». Qədim türk dilində bu söz (astın) «aşağı»
mənasını bildirmişdir (78, 61).
Çığrığ «qarqara, makara, sap çarxı» (Lah.). Umh əli
nəneman əzin çığrığhon bafuruxtanbı. «O vaxtlar n ənəm bu
sap çarxından satırdı». Bu söz türk dillərində müəyyən fonetik
dəyişikliklə həmin mənada işlənmişdir (78, 148).
Q ırt «az, kəsik» (Lah.). Mü sərə qırt-qırt soxte «Başının
tükünü kəsik-kəsik edib». Həmin söz türk dillərində eyni
fonetik t ərkibdə və eyni mənada işlənmişdir (78, 442).
Dağar «mal, qoyun, keçi d ərisindən tikilmiş kisə» (Lah.).
Dağara biyor bərə «Dağarı gətir bura». Bu söz lüğətlərdə
müəyyən fonetik dəyişikliklə «kisə, torba» mənasında qeydə
alınmışdır (78, 588). Müq.et: az. əd. dağarcıq, az. dial. dagar
(7, 116).
Tuş «tuş gəlmək, rast gəlmək» (Lah.). Tuş umoran «rast
gəlmək». Qədim türk dillərində də bu söz tuş formasında,
həmin mənada işlənmişdir (78, 590). Müq.et: az. əd. tuş
gəlmək, tuşlamaq, tay-tuş.
U ruğ-turuğ «nəsil, nəvə, nəticə» (Lah.). Mənə uruğ-tu-
ruğman həmmeyi misgəri sənətirə kor fidoştond. «Mənim
uruğ-turuğumun hamısı misgərlik sənəti ilə məşğul olmuşdur».
Lüğətlərdə bu sözlər ayrı-ayrılıqda müvafiq olaraq «n əsil,
kök» və «arıq, əldən düşmüş» mənalarında işlənmişdir (78,
588, 615).
Ütüg «zirək», «diribaş» (Xaç., D əv., Q.). Bə bore ə dəst
ütügi. «İş barədə əldən itidir». Mahmud Kaşğirinin lü ğətində
bu söz həmin mənada göstərilmişdir (42, 99).
Arxış «dua» (Lah.). Um ruz ye arxışi qazanc soxti. «Bu
gün bir arxış (alqış) qazandın». Qədim türk dillərində bu söz
«səs, səda» mənasını ifadə etmişdir (42, 123).
Kəsüy «yazıq», «fağır», «q əlbisınıq» (Q., Dəv.). Kəsüyə
Dostları ilə paylaş: |