79
Gülsüm Hüseynova. Tat dili leksik fondunun genealoji təhlili
omin «amin», paroşo «müqəddəs kitab», pesax «pasxa», rabi
«savad», rav «alim», roqiyaq «göy»; rufi «həkim»; rəşoq
«zalım», «günahkar»; sedağa «sədəqə», sisid «kəbin kəsiləndə
təzəbəylə gəlinin üstünə salınan örtük»; sifir «kitab», suko
«novruz»; su f «son», tahnit «oruc»; tiro «tövrat»; təlmid
«şagird», «köməkçi»; təfilim «dua-səna», «alqış»; təşuvo
«tövbə»; xa la f «əvəz edən», «nəslin davamçı sı», «xələt»; xələt
«xalat», hazzon «ruhani», hazzir «donuz əti», haton «bəy
(evlənən
oğlan)», müq.et:
azərb.
xatun/xatın;
haham
«başkəsmə
mərasimi»;
həşqoho
«allah
nəzəri»,
şədar
«şəxsiyyət vəsiqəsi»; şiro «dini nəğmə»; şobot «şənbə»; şovo
«and içmək»; şolum «salam»; şolumi «əmin-amanlıq»; «dost-
luq»; şomoş «yəhudi məbədində xidmət edən şəxs», ivri
«yəhudi»; ozun «günah; hədinoy «bir allah», milix «məlik»,
«padşah»; ərif «axşam qaranlığı», «toran», «alatoranlıq»;
ətiyüt «dövr», «zaman» (30, 80-82).
Tat dilində türk-monqol elementləri (1, 304-329). Azər
baycan dili ilə ortaq olan bir sıra türk-monqol elementləri
mövcuddur ki, həmin leksik vahidlər Azərbaycan dili vasitəsilə
tat dilinə keçmişdir. Həmin leksik vahidlər aşağıdakılardır: tat.
tatar (azərb., monq. ib.); tat. kağaz/kağəz/koğəz (azərb. kağız,
monq. çaas); tat. seyrəq/seyrey (azərb. seyrək, monq. siyrəq);
tat. sərün/sərin (azərb. sərin, monq. sərüün); tat. buğa/büğo
(azərb. buğa, monq. bux); tat. bez (azərb. bez, monq. bes); tat.
çiçəg/çiçeq (azərb. çiçək, monq. çeçeq); tat. zöendun/şoindun
(azərb.
gecə
donu,
monq.
şöniygən);
tat.
quymağ//quymoğ//qiymoğ (azərb. quymaq, monq. xuymaq); tat.
çöl//çul (azərb., monq. çöl); tat. qaburğa//qaburğo (azərb.
qabırğa, monq. xavirqa(n)); tat. başmağ/başmoğ (azərb. əd.
başmaq//dial. başmağ, türk. başmak); tat. yapunci//yapuncü
(azərb. yapıncı, türk. yapınca); tat. sanduğ//sanduğ (azərb. san-
80
Gülsüm Hüseynova. Tat dili leksik fondunun genealoji təhlili
dıq, türk. sunduk); tat. cülgi//cülqi (azərb. corab, müq.et: cılqı
«tükü təmizlənmiş dəri» türk. çulok); tat. kərpic (azərb. kər-pic,
türk. kərpic); tat. ambar//ambor (azərb. ambar, türk. am-
bar//anbar); tat. palaz//paloz (azərb. palaz, türk. palas); tat.
saray//səroy (azərb. saray, türk. saray); tat. tapança//tapançö
(azərb. tapança, türk. tapança) və s.
Azərbaycan tatlarının dili ilə Avropa dilləri arasında
əlaqə yoxdur. Lakin Azərbaycan-tat dil əlaqələri prosesində
Avropa mənşəli sözlərin tat dilinə keçməsi də müşahidə
olunur. Avropa mənşəli sözlər tat dilin ə yalnız Azərbaycan dili
vasitəsi ilə keçir. Azərbaycan dilinin aldığı v ə artıq onun lüğət
tərkibinin ümumişlək leksik layında qərarlaşmış sözlərin bir
qismi Azərbaycan dilinin təmasda olduğu başqa dillərə keçir.
L.P.Krısin göstərir ki, sözalmanın əsas səbəbi və şəraiti
müxtəlif xalqlar arasında dil əlaqələrinin nəticəsidir (142).
İkidillilik oxuma, tərcümə, xarici mətbuat sahələrində çap
olunmuş yazıların şərhi, beynəlxalq tədbirlərdə iştirak kimi
nitq fəaliyyətlərini əhatə edən proseslərdə yeni anlayışları
ifadə edən sözlərin miqdarı çoxalır.
Müasir dövrdə mövcud ictimai-siyasi şəraitlə bağlı
olaraq, Azərbaycan dilinə keçən Avropa mənşəli sözlərin sayı
artmağa başlamışdır. Bu sözlərin heç də az olmayan bir qismi
tat dilinə də keçir və bu dildə də onların işlənmə dairəsi
tədricən genişl ənir. «Müasir adam 50 il, 30 il əvvəlki adam
deyil. Kütləvi savadlanma, gündəlik mütailə, təbliğat və
təşviqat müasir zəhmət adamını çox irəli aparmışdır. Qəzet və
jurnallar, radio və televiziya, kino və teatr, kitab hamının
nəsibi olmuşdur. İndi hər kəs müasir elmlərdən müəyyən
hazırlığa malikdir. Bu isə o deməkdir ki, müxtəlif elmlərə
məxsus çoxlu terminlər indi ümumxalq sözünə çevril
məkdədir» (2, 49).
81
Gülsüm Hüseynova. Tat dili leksik fondunun genealoji təhlili
Avropa mənşəli alınma sözlər arasında kommersiya və
bank terminləri xüsusi yer tutur. Hazırda Azərbaycan dilində
işlənən barter, diler, biznes, biznesmen, distributer, in vesti-
siya, investor, market, supermarket, minimarket, infi lyasiya,
denominasiya, lizinq, aqrolizinq, biznes-klub, ipoteka, kredit,
dinamik kredit, klirinq və s. kimi Avropa mənşəli sözlər gen-
bol işlədilir. Qeyd olunan sözlərin əksəriyyəti iqtisadiyyat
terminləridir. Onlardan bəziləri ümumişl ək leksik laya da yol
tapa bilir və danışıq dilinə də keçir. Azərbaycan tatları
bankdan, kreditdən istifadə edirlər. Tatlar arasında da biznes
fəaliyyəti ilə məşğul olanlar var. Tatlar yaşayan k əndlərdə yeni
açılmış mağazanın «market» adlandırılması özünü göst ərir.
Qeyd etmək lazımdır ki, Avropa mənşəli sözlər tat dilinə yenə
də Azərbaycan dili vasitəsi ilə gəlir. Bu bir növ beyn əlmiləl
bir prosesdir. «Xarici leksika müasir rus c əmiyyətinin bütün
sferalarına nüfuz edir, günd əlik məişətə daxil olur, rus dili
üçün
adi
olan
sözləri
əvəz
edir,
əvvəllər kapitalizm
cəmiyyətinə aid edilən anlayışları adlandırır» (142). Eyni
proses Azərbaycan dili üçün də səciyyəvidir. Əvvəllər
Azərbaycan dilində bank sözü işlənmişdir. Bank dövlət
müəssisəsi olduğundan bank müdiri v əzifəsi də olmuşdur.
Hazırda xüsusi banklar, öz əl banklar əksəriyyət təşkil edir.
Ona görə də bank sözü ilə yanaşı, bankir termini də işləklik
qazanmışdır. Bu söz də Azərbaycan tatlarının dilinə keçmişdir.
Elmi-texniki terminologiya öz mahiyyəti etibarilə əhə
miyyətli dərəcədə beynəlmiləl xarakter daşıyır, çünki müasir
dövrdə hər bir yeni kəşf, elm və texnikanın yeni nailiyyəti bü
tün xalqların malı olur. Xalqların i ctimai-siyasi inkişafı da
qanunauyğun şəkildə beynəlxalq ictimai-siyasi terminolo
giyanın yaranması ilə bağlıdır (48, 9-10).
Milli (yaxud artıq milliləşmiş) olanla beynəlmiləl olan
Dostları ilə paylaş: |