Genealoji TƏHLİLİ (Azərbaycan tatlarının dilinin materialları əsasında)


Gülsüm Hüseynova. Tat dili leksik fondunun genealoji təhlili



Yüklə 53,1 Kb.
Pdf görüntüsü
səhifə26/45
tarix20.01.2018
ölçüsü53,1 Kb.
#21798
1   ...   22   23   24   25   26   27   28   29   ...   45

79
Gülsüm Hüseynova. Tat dili leksik fondunun genealoji təhlili
omin  «amin»,  paroşo  «müqəddəs  kitab»,  pesax  «pasxa»,  rabi 
«savad»,  rav  «alim»,  roqiyaq  «göy»;  rufi  «həkim»;  rəşoq 
«zalım»,  «günahkar»;  sedağa  «sədəqə»,  sisid «kəbin  kəsiləndə 
təzəbəylə  gəlinin  üstünə  salınan  örtük»;  sifir  «kitab»,  suko 
«novruz»;  su f  «son»,  tahnit  «oruc»;  tiro  «tövrat»;  təlmid 
«şagird»,  «köməkçi»;  təfilim  «dua-səna»,  «alqış»;  təşuvo 
«tövbə»;  xa la f «əvəz  edən»,  «nəslin  davamçı sı»,  «xələt»;  xələt 
«xalat»,  hazzon  «ruhani»,  hazzir  «donuz  əti»,  haton  «bəy 
(evlənən 
oğlan)»,  müq.et: 
azərb. 
xatun/xatın; 
haham
«başkəsmə 
mərasimi»; 
həşqoho 
«allah 
nəzəri», 
şədar 
«şəxsiyyət  vəsiqəsi»;  şiro  «dini  nəğmə»;  şobot  «şənbə»;  şovo 
«and  içmək»;  şolum  «salam»;  şolumi  «əmin-amanlıq»;  «dost- 
luq»;  şomoş  «yəhudi  məbədində  xidmət  edən  şəxs»,  ivri 
«yəhudi»;  ozun  «günah;  hədinoy  «bir  allah»,  milix  «məlik», 
«padşah»;  ərif  «axşam  qaranlığı»,  «toran»,  «alatoranlıq»; 
ətiyüt «dövr»,  «zaman»  (30,  80-82).
Tat  dilində  türk-monqol  elementləri  (1,  304-329).  Azər­
baycan  dili  ilə  ortaq  olan  bir  sıra  türk-monqol  elementləri 
mövcuddur  ki,  həmin  leksik  vahidlər  Azərbaycan  dili  vasitəsilə 
tat  dilinə  keçmişdir.  Həmin  leksik  vahidlər  aşağıdakılardır:  tat. 
tatar  (azərb.,  monq.  ib.);  tat.  kağaz/kağəz/koğəz  (azərb.  kağız, 
monq.  çaas);  tat.  seyrəq/seyrey  (azərb.  seyrək,  monq.  siyrəq); 
tat.  sərün/sərin  (azərb.  sərin,  monq.  sərüün);  tat.  buğa/büğo 
(azərb.  buğa,  monq.  bux);  tat.  bez  (azərb.  bez,  monq.  bes);  tat. 
çiçəg/çiçeq  (azərb.  çiçək,  monq.  çeçeq);  tat.  zöendun/şoindun 
(azərb. 
gecə 
donu, 
monq. 
şöniygən); 
tat.
quymağ//quymoğ//qiymoğ  (azərb.  quymaq,  monq.  xuymaq);  tat. 
çöl//çul  (azərb.,  monq.  çöl);  tat.  qaburğa//qaburğo  (azərb. 
qabırğa,  monq.  xavirqa(n));  tat.  başmağ/başmoğ  (azərb.  əd. 
başmaq//dial.  başmağ,  türk.  başmak);  tat.  yapunci//yapuncü 
(azərb.  yapıncı,  türk.  yapınca);  tat.  sanduğ//sanduğ  (azərb.  san-


80
Gülsüm Hüseynova. Tat dili leksik fondunun genealoji təhlili
dıq,  türk.  sunduk);  tat.  cülgi//cülqi  (azərb.  corab,  müq.et:  cılqı 
«tükü  təmizlənmiş  dəri»  türk.  çulok);  tat.  kərpic  (azərb.  kər-pic, 
türk.  kərpic);  tat.  ambar//ambor  (azərb.  ambar,  türk.  am- 
bar//anbar);  tat.  palaz//paloz  (azərb.  palaz,  türk.  palas);  tat. 
saray//səroy  (azərb.  saray,  türk.  saray);  tat.  tapança//tapançö 
(azərb.  tapança,  türk.  tapança) və s.
Azərbaycan  tatlarının  dili  ilə  Avropa  dilləri  arasında 
əlaqə  yoxdur.  Lakin  Azərbaycan-tat  dil  əlaqələri  prosesində 
Avropa  mənşəli  sözlərin  tat  dilinə  keçməsi  də  müşahidə 
olunur.  Avropa  mənşəli  sözlər  tat  dilin ə  yalnız  Azərbaycan  dili 
vasitəsi  ilə  keçir.  Azərbaycan  dilinin  aldığı  v ə  artıq  onun  lüğət 
tərkibinin  ümumişlək  leksik  layında  qərarlaşmış  sözlərin  bir 
qismi  Azərbaycan  dilinin təmasda olduğu başqa dillərə keçir.
L.P.Krısin  göstərir  ki,  sözalmanın  əsas  səbəbi  və  şəraiti 
müxtəlif  xalqlar  arasında  dil  əlaqələrinin  nəticəsidir  (142). 
İkidillilik  oxuma,  tərcümə,  xarici  mətbuat  sahələrində  çap 
olunmuş  yazıların  şərhi,  beynəlxalq  tədbirlərdə  iştirak  kimi 
nitq  fəaliyyətlərini  əhatə  edən  proseslərdə  yeni  anlayışları 
ifadə  edən  sözlərin miqdarı  çoxalır.
Müasir  dövrdə  mövcud  ictimai-siyasi  şəraitlə  bağlı 
olaraq,  Azərbaycan  dilinə  keçən  Avropa  mənşəli  sözlərin  sayı 
artmağa  başlamışdır.  Bu  sözlərin  heç  də  az  olmayan  bir  qismi 
tat  dilinə  də  keçir  və  bu  dildə  də  onların  işlənmə  dairəsi 
tədricən  genişl ənir.  «Müasir  adam  50  il,  30  il  əvvəlki  adam 
deyil.  Kütləvi  savadlanma,  gündəlik  mütailə,  təbliğat  və 
təşviqat  müasir  zəhmət  adamını  çox  irəli  aparmışdır.  Qəzet  və 
jurnallar,  radio  və  televiziya,  kino  və  teatr,  kitab  hamının 
nəsibi  olmuşdur.  İndi  hər  kəs  müasir  elmlərdən  müəyyən 
hazırlığa  malikdir.  Bu  isə  o  deməkdir  ki,  müxtəlif  elmlərə 
məxsus  çoxlu  terminlər  indi  ümumxalq  sözünə  çevril­
məkdədir»  (2,  49).


81
Gülsüm Hüseynova. Tat dili leksik fondunun genealoji təhlili
Avropa  mənşəli  alınma  sözlər  arasında  kommersiya  və 
bank  terminləri  xüsusi  yer  tutur.  Hazırda  Azərbaycan  dilində 
işlənən  barter,  diler,  biznes,  biznesmen,  distributer,  in vesti- 
siya,  investor,  market,  supermarket,  minimarket,  infi lyasiya, 
denominasiya,  lizinq,  aqrolizinq,  biznes-klub,  ipoteka,  kredit, 
dinamik  kredit,  klirinq  və  s.  kimi  Avropa  mənşəli  sözlər  gen- 
bol  işlədilir.  Qeyd  olunan  sözlərin  əksəriyyəti  iqtisadiyyat 
terminləridir.  Onlardan  bəziləri  ümumişl ək  leksik  laya  da  yol 
tapa  bilir  və  danışıq  dilinə  də  keçir.  Azərbaycan  tatları 
bankdan,  kreditdən  istifadə  edirlər.  Tatlar  arasında  da  biznes 
fəaliyyəti  ilə  məşğul  olanlar var.  Tatlar yaşayan  k əndlərdə  yeni 
açılmış  mağazanın  «market»  adlandırılması  özünü  göst ərir. 
Qeyd  etmək  lazımdır  ki,  Avropa  mənşəli  sözlər  tat  dilinə  yenə 
də  Azərbaycan  dili  vasitəsi  ilə  gəlir.  Bu  bir  növ  beyn əlmiləl 
bir  prosesdir.  «Xarici  leksika  müasir  rus  c əmiyyətinin  bütün 
sferalarına  nüfuz  edir,  günd əlik  məişətə  daxil  olur,  rus  dili 
üçün 
adi 
olan 
sözləri 
əvəz 
edir, 
əvvəllər  kapitalizm 
cəmiyyətinə  aid  edilən  anlayışları  adlandırır»  (142).  Eyni 
proses  Azərbaycan  dili  üçün  də  səciyyəvidir.  Əvvəllər 
Azərbaycan  dilində  bank  sözü  işlənmişdir.  Bank  dövlət 
müəssisəsi  olduğundan  bank  müdiri  v əzifəsi  də  olmuşdur. 
Hazırda  xüsusi  banklar,  öz əl  banklar  əksəriyyət  təşkil  edir. 
Ona  görə  də  bank  sözü  ilə  yanaşı,  bankir  termini  də  işləklik 
qazanmışdır.  Bu  söz  də Azərbaycan tatlarının  dilinə keçmişdir.
Elmi-texniki  terminologiya  öz  mahiyyəti  etibarilə  əhə­
miyyətli  dərəcədə  beynəlmiləl  xarakter  daşıyır,  çünki  müasir 
dövrdə  hər  bir  yeni  kəşf,  elm  və  texnikanın  yeni  nailiyyəti  bü­
tün  xalqların  malı  olur.  Xalqların  i ctimai-siyasi  inkişafı  da 
qanunauyğun  şəkildə  beynəlxalq  ictimai-siyasi  terminolo­
giyanın  yaranması  ilə bağlıdır (48,  9-10).
Milli  (yaxud  artıq  milliləşmiş)  olanla  beynəlmiləl  olan


Yüklə 53,1 Kb.

Dostları ilə paylaş:
1   ...   22   23   24   25   26   27   28   29   ...   45




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə