Genealoji TƏHLİLİ (Azərbaycan tatlarının dilinin materialları əsasında)


Gülsüm Hüseynova. Tat dili leksik fondunun genealoji təhlili



Yüklə 53,1 Kb.
Pdf görüntüsü
səhifə28/45
tarix20.01.2018
ölçüsü53,1 Kb.
#21798
1   ...   24   25   26   27   28   29   30   31   ...   45

85
Gülsüm Hüseynova. Tat dili leksik fondunun genealoji təhlili
zisində  bu,  başqa  İran  dilləri  ilə  olan  əlaqələri  özündə  bir - 
ləşdirir.  Dağıstan  ərazisində  yaşayan  tatların  dili  Dağıs tan 
dilləri  və rus  dili  ilə  qarşılıqlı  əlaqələr  şəraitindədir.
Azərbaycan-tat  dil  əlaqələri  çox  qədim  tarixə  malikdir  və 
bu  məsələ  haqqında  tat  dilinin  ilk  t ədqiqatçıları  da  fikirlər 
söyləmişlər.
Mövcud  tədqiqatlardan  aydın  olur  ki,  Xəzərətrafı  ərazidə 
yayılmış  tat  dili  ilə  digər  İran  dillərinin  dialekt  və  ləhcələrinin 
fərqləndirilməsində  dilçilər  arasında  fikir  müxtəlifliyi  özünü 
göstərir.  Tat  dilinin  İran  dilləri  ailəsində  tutduğu  yer,  bu  dilin 
onun  ayrı-ayrı  ləhcələrinin  fərqi  məsələsi  də  dilçilər  arasında 
mübahisə  obyektidir.  Lakin  nəzərə  çarpan  fərqlər  dil  əlaqələri 
müstəvisində  nəzərdən  keçirilməmiş,  dil  əlaqələrinin  təsiri  ilə 
bağlı  fərqlərə  fikir verilməmişdir.
Dil  əlaqələri  prosesində  başqa  dilin  təsirinə  ən  tez  və  ən 
çox  məruz  qalan  dilin  leksik  sistem idir.  Hər  bir  dil  əlaqədə 
olduğu  dildən  sözlər  alır.  Tat  dilinin  bütün  l əhcə  və  şivələrində 
Azərbaycan  dilindən  və  ya  Azərbaycan  dili  vasitəsi  ilə  digər 
dillərdən  alınmış  sözlər müəyyən  çoxluq təşkil  edir.
Azərbaycan  və  tat  xalqlarının  uzunəsrlik  tarixi  əlaqələri 
nəticəsində  bu  xalqların  dillərində  qarşılıqlı  şəkildə  söz  alın­
ması  prosesi  baş  vermişdir.  Bu  alınmaların  xarakteri  key fiyyət 
etibarilə 
bir-birindən 
fərqlənir.  Azərbaycan 
dili 
leksik
səviyyədə  ümumən  tat  dilinə  təsir  etdiyi  halda,  tat  dili  daha 
çox  qonşuluqda  yaşayan  bu  v ə  ya  digər  dialekt  nüma­
yəndələrinin məhəlli  şivələrində  iz buraxmışdır.
Ümumiyyətlə,  Azərbaycan  klassiklərinin,  eləcə  də,  şair 
və  yazıçılarının  əsərlərində,  o  cümlədən,  Mikayıl  Müşfiqin, 
Cəfər  Cabbarlının,  Sabirin,  Rəsul  Rzanın  və  başqalarının 
əsərlərində  müasir  tat  dilində  işlənən  bir  sıra  sözlər  qeydə 
alınır.


86
Gülsüm Hüseynova. Tat dili leksik fondunun genealoji təhlili
Azərbaycanda  müxtəlif  xalqların  nümayəndələri  yaşadı­
ğından,  tatların  məskən  saldıqları  ərazilərdə  bu  xalqların 
nümayəndələri  ilə  də  dil  əlaqələri  baş  vermişdir.  Məsələn,  tat- 
qrız  dil  əlaqələri  nəticəsində  bir  sıra  tat  sözləri  qrız  dilinə 
keçmişdir.
Azərbaycan  tatlarının  dilinin  leksik  t ərkibini,  əsasən, 
ümumiran  mənşəli  sözlər  təşkil  edir.  Qeyd  olunmalıdır  ki,  bu 
leksik  vahidlərə  tat  dilinin  digər  ləhcələrində  də  ya  heç  bir 
dəyişikliyə  uğramadan,  ya  da  müəyyən  fonetik  və  semantik 
dəyişikliklərlə  rast  gəlmək  olur.  Tat  dilində  alınma  leksik 
vahidlər  də  xüsusi  yer  tutur.  Bunlar,  əsasən,  Azərbaycan 
dilindən  və  Aərbaycan  dili  vasitəsilə  digər  dillərdən  keçən 
sözlər və terminlərdir.
Azərbaycan-tat  dilinin  leksik  tərkibinin  bir  hissəsini 
müxtəlif  şivələrin  özünəməxsus  leksikası  təşkil  edir,  bu  spe si- 
fika  tat  şivələrini  bir-birindən  fərqləndirir.  Ayrı -ayrı  tat 
şivələrindən  toplanmış  materiallar  əsasında  müəyy ən  sayda 
spesifik  söz  və  terminlər  qeydə  alınmışdır.  Tat  mənşəli  lek si- 
kaya  daxil  olan  söz  və  terminlər,  əsasən,  təsərrüfatın  mü ə yyən 
sahələri  ilə bağlıdır.
Tat  dilinin  ayrı-ayrı  ləhcə  və  şivələrinin  leksikası  ilə 
bağlı  aparılmış  araşdırmalar  göst ərir  ki,  hər  bir  ləhcədə,  bir 
çox  hallarda  hər  bir  şivədə  işlənən  sözlər  arasında  fərqlər  və 
oxşarlıqlar var.
Azərbaycan  tatlarının  dilinin  lüğ ət  tərkibini,  ilk  növbədə 
dörd  əsas  qrup  (spesifik  sözlər;  ümumiran  mənşəli  sözlər; 
alınma  sözlər; hibrid  sözlər) ayırmaq mümkündür.
Tat  dilinin  başqa  türk  dilləri  ilə  əlaqələri  də  qədim  tarixə 
malik  olmuşdur.  Ona  görə  də  bu  dilə  keçmiş  türk  mənşəli 
sözlərin  az  olmayan  bir  qismi  ümumtürk  m ənşəlidir.  Həmin 
alınmaları  türkizmlər  kimi  qruplaşdırmaq  mümkündür.  Tat


87
Gülsüm Hüseynova. Tat dili leksik fondunun genealoji təhlili
dilindəki  başqa  alınma  sözləri  aşağıdakı  qruplara  bölürük:  1) 
müasir  Azərbaycan  dilindən  alınmalar; 
2)  rus  dilindən 
alınmalar;  3)  ərəb-fars  dillərindən  alınmalar;  4)  başqa  dillərdən 
(Dağıstan  dilləri,  ivrit  və  s.)  alınmalar.  Alınmalar  tat  dilinin 
birbaşa  və  dolayısı  ilə  təmasda  olduğu  dill ərdən  aldığı  söz  və 
terminlər hesabına yaranmış leksik layı  əhatə edir.
Azərbaycan  tatlarının  dilindəki  vəlg  (yarpaq),  pustə  (qa­
bıq),  künküro  (soğansu),  guştoy  (bozbaş),  ruşir  (çiyə,  südün 
üzü),  so  (səhəng),  şirəng  (səhəngdən  kiçik  suqabı),  şirdüş  (sər­
nic),  gülpoy  (sacayaq),  lalin  (döşək),  sərmizi  (süfrə,  stolüstü), 
kəndü  (un  saxlamaq  üçün  qab),  tərəçu  (oxlov),  ardəvic  (ələk; 
ard  «un»,  vic  «ələməkdən»),  rusmu,  varə  (sap),  sərçin  (ülgüc; 
sər  -   baş,  çin  -   qırxmaq),  guştəncin  (qıymakeş),  dürəş  (biz), 
dürəzi  (zivə,  paltar  asılan  ip),  corü  (süpürgə),  xiyə  (kürək),  tou 
(otaq),  şiləsər  (eyvan),  lanbun  (ikinci  mərtəbənin  qarşısındakı 
dam),  goudun  (tövlə;  go  «inək»,  dun  «heyvan  saxlamaq  üçün 
yer»),  ələ  (toyuq  hini),  guşəbun  (damın  qırağı),  dərpəncirə 
(pəncərə  qapısı;  dər  «qapı», pəncirə  «pəncərə»),  qiroblü  (qaloş), 
şitəl  (corab),  qilində  (boyunbağı),  gülğün  (qığılcım),  zin  (tələ), 
şavar  (şərq  küləyi),  təkərd  (dolu;  atmosfer  hadisəsi), 
kulak 
(qar),  xür  (duman),  vərəzə  (yoxuş),  pişin  (günorta),  aft ənüş 
(günbatan),  aftəxis  (gündoğan),  hami  (yay),  vasal  (yaz),  bürg 
(qaş),  nuxum  (dırnaq),  kürdə  (böyrək),  pişni  (alın),  müq.  et: 
azərb.  qabaq  «alın»;  zohuz  (yaşıl)  və  s.  sözlər  spesifik  leksik 
layda  yer  tutur.  Onlardan  mürrəkəb  söz  kimi  formalaşanlarda 
tərkib  hissələrindən  birinin  ümumiran  mənşəli  söz  olması  halları 
qeydə  alınır.
Tat  dilində  elə  söz  və  terminlərə  də  rast  gəlmək  olur  ki, 
onlar  digər  İran  dillərində  müxtəlif  fonetik  variantlarda  iş lən- 
sələr  də,  tat  dilindəki  mənanı  ya  heç  vermir,  ya  da  h əmin 
mənanı  qismən  özündə  əks  etdirir.  Tat  dilində  təsərrüfatın


Yüklə 53,1 Kb.

Dostları ilə paylaş:
1   ...   24   25   26   27   28   29   30   31   ...   45




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə