Genealoji TƏHLİLİ (Azərbaycan tatlarının dilinin materialları əsasında)


Gülsüm Hüseynova. Tat dili leksik fondunun genealoji təhlili



Yüklə 53,1 Kb.
Pdf görüntüsü
səhifə27/45
tarix20.01.2018
ölçüsü53,1 Kb.
#21798
1   ...   23   24   25   26   27   28   29   30   ...   45

82
Gülsüm Hüseynova. Tat dili leksik fondunun genealoji təhlili
qarşılaşır;  bu  xüsusiyyət  bütün  türk  dillərində  özünü  göstərir 
(48,  10).  Qarşılaşma  bir  qayda  olaraq  funksional  -üslubi  dife­
rensiasiyanın  ədəbi  dildəki  dərinliyi  ilə  idarə  olunur,  belə  ki, 
adətən,  beynəlmiləl  söz  elmi,  yaxud  elmi-texniki  ədəbiyyatın, 
milli  (eləcə  də  milliləşmiş)  söz  isə,  məsələn,  bədii  ədəbiyyatın 
dilində  mühafizə  edilir.  Şübhəsiz  ki,  h əm  beynəlmiləl  olanı, 
həm  də  milli  olanı  yaşadan  i ctimai-mədəni  baza  mövcuddur  və 
bunlar  dil  təfəkküründə  öz  proyeksiyasını  tapır,  nəticədə,  lüğət 
tərkibində  paralel-sinonim  vahidlərin  yaşaması  üçün  şərait 
yaranır.
Azərbaycan  tatlarının  dilinin  lüğət  tərkibinin  inkişaf  və 
zənginləşməsində  iştirak  edən  alınma  Avropa  mənşəli  sözlər 
kifayət  qədər  çox  olmasa  da,  var. Bir  zamanlar  bu  dilə  keçmiş 
amnistiya,  kosmopolit,  bazis,  plenum,  kommu nist,  anarxiya, 
avanqard,  baykot,  biznes,  büdc ə,  turist,  turizm,  teletayp, 
pioner,  anonim,  lider,  mitinq,  taktika,  de putat,  kadr,  kollektiv, 
konstitusiya,  protokol,  strategiya,  podrat  sözləri  ilə  yanaşı, 
kompüter,  internet,  spiker,  parlament,  kriminal,  telestar,  şou, 
rep  və  s. bu  kimi  sözlər  də  indi  tat  dilində  özünə  yer  tapır. Tat 
dilindəki  Avropa  mənşəli  sözləri  müəyyənləşdirmək,  onları 
etimoloji  təhlilə  cəlb  etmək  tat  dilinin  leksikasının  öyr ənilməsi 
səviyyəsində  böyük  əhəmiyyət  kəsb  etmir.  Bununla  yanaşı, 
onu  da  qeyd  etmək  lazımdır  ki,  Azərbaycan  dilçiliyində 
Avropa  mənşəli  sözlərin  alın-masının  müxtəlif  məsələləri 
tədqiq  edilir. Tat  dilində  bu  və  ya  digər  Avropa  mənşəli  sözün 
işlədilməsi  zamanı  baş  verən  fonetik,  eləcə  də  semantik 
dəyişmələr  Azərbaycan  dili  vasitəsi  ilə  alınmış  rus  və  başqa 
dillərə  məxsus  sözlərdə  olduğu  kimidir.  Bu  baxımdan  h əmin 
məsələlərə  də  kifayət  qədər  geniş  yer  verməyə  ehtiyac 
duyulmur.


83
Gülsüm Hüseynova. Tat dili leksik fondunun genealoji təhlili
NƏTİCƏ
Tatlar  irandilli  xalq  olub,  Xəzəryanı  ərazilərdə,  əsasən, 
İranda, 
Azərbaycanın 
şimal-şərq 
rayonlarında, 
Abşeron
yarımadasında,  Dağıstanın  c ənub-şərqində,  Dərbənd  və  Ma- 
haçqala  şəhərlərində  məskunlaşmışlar.  Azərbaycan  ərazisində 
tatlar,  əsasən  respublikanın  İsmayıllı,  Xızı,  Şamaxı,  Quba, 
Dəvəçi  və Abşeron  ərazilərində  daha  sıx  şəkildə yaşayırlar.
Yazısız  dillərin  tarixinin  öyrənilməsi  üçün  başqa  material 
olmadığından,  dialekt  və  şivələrin  lüğət  və  nitq  nümunələri 
müstəsna  əhəmiyyət  verdiyi  kəsb  edir.  Dialekt  fakt larına 
əsaslanmaqla,  dilin  öz  inkişafı  boyu  onda  baş  vermiş  d ə- 
yişikliklər  və  ona  təsirləri  üzə  çıxarmaq  olur.  Daha  qədim 
dövrlərdə  baş  vermiş  dəyişikliklər  haqqında  təsəvvürləri  isə  bu 
dili  qohum  dillərlə,  xüsusən  də,  yazılı  abidələri  olan  dillərlə 
müqayisə  etməklə,  üzə  çıxarmaq mümkündür.
Aparılan  tədqiqatlara  əsaslanmaqla,  belə  demək  olar  ki, 
elmə  iki  tat  dili  məlumdur.  Bunlardan  btirincisi  «məx susən  tat 
dili»,  ikincisi  isə  dağ  yəhudilərinin  istifadə  etdiyi  «yə hudi-tat 
dili»  adlandırılır.  Hər  iki  dil  mənşəcə  hind  -Avropa  dillərinin 
İran  qrupuna  daxildir.  Tarixi-dialektoloji  təsnifata  görə,  «tat» 
və  «yəhudi-tat»  dilləri  cənub-qərbi  İran  dillərinə  aid  olub,  fars 
və tacik dillərinə yaxındır.
Tat  dili  ilə  yəhudi  tatlarının  dili  arasında  quruluş  ya xın- 
lığı  ilə  yanaşı,  əhəmiyyətli  dil  fərqləri  də  var.  Bu,  həmin  dil  - 
lərin  daşı yıcılarının  ünsiyyət  prosesində  bir -birini  tam  başa 
düşməməsinə  səbəb  olur.  Tat  dili  Azərbaycan,  dilinin,  yə hudi 
tat  dili  isə  daha çox  ivritin təsirinə məruz  qalmışdır.
Tat  dilinin  tədqiqi  XIX  əsrin  axırları,  XX  əsrin  əv vəllə­
rindən başlanmışdır.
Azərbaycanda  yaşayan  tatların  dilindəki  ləhcə  fərqlərinin


84
Gülsüm Hüseynova. Tat dili leksik fondunun genealoji təhlili
müəyyənləşdirilməsi  və  həmin  ləhcələrin  sərhədinin  təyin 
edilməsi  üçün  fonetik,  leksik-qrammatik  fərqlərlə  yanaşı,  dini 
fərqlər  də  əsas  götürülmüşdür.  Tat  l əhcələrinin  ilkin  təs- 
nifinina  görə,  bu  dilin  1)  şimal  (sünni)  şiv ələri  -   Quba,  Də- 
vəçi,  Qonaqkənd  rayonları  və  Xızı  rayonunun  Qızıl  Qaz ma 
kənd  sovetliyi  ərazisində  yayılmış  şivələr; 
2)  mərkəzi  (şiə) 
şivəsi  -   Xızı  rayonunun  Ərüsküş  v ə  Dağquşçu  kənd  sovetliyi 
ərazisində  yayılmış  şivə;  3)  cənub  (şiə)  şivələri  -   Xızı 
rayonunun  digər  ərazilərində  və  Siyəzən  rayonu  ərazisində 
yayılmış  şivələri  var.  Bu  təsnifata  Abşeron  və  Lahıc  şivələri 
daxil  edilməmişdir.  Sonralar  tat  dilinin  Az ərbaycanda  yayılmış 
ləhcələrinin  cənub  qrupuna  Abşeron,  Balaxanı,  Sura xanı, 
Lahıc  və  Məlhəm  (Şamaxı)  tatlarının  ləhcələri  də  əlavə 
edilmişdir.
Azərbaycan  ərazisində  yaşayan  tatlar  dini  m ənsubiyyət- 
lərinə  görə  aşağıdakı  3  qrupa  bölünür:  1)  müs əlman  tatlar;  2) 
yəhudi  tatlar;  3) xristian tatlar.
Dini  mənsubiyyətinə  görə  fərqlənən  qrupların  ləhcələrin­
də  oxşar cəhətlərlə yanaşı,  fərqli  xüsusiyyətlər də var.
Tat  dilinin  həmin  bölgülər  üzrə  öyrənilməsinə  əsa s  yara­
dan  amil  tədqiqatçıların  eyni  qrupa  mənsub  dil  daşıyıcıla rının 
kompakt  şəkildə  yaşadıqları  ərazilərdən  materiallar  top  laması 
olmuşdur.
Tat  dilinin  İran  dill əri  arasındakı  yerini  mü ə yyənləşdiril- 
məsi,  onun  İran  dillərinin  dialekt  v ə  ləhcələri  ilə  müqayisəli 
şəkildə  öyrənilməsi  üçün  dəqiq  elmi  təsnifat  prinsiplərinə 
əsaslanmalıdır.  Mahiyyət  etibarilə  geniş  dil  materialını  əhatə 
edən  bu  cür  tədqiqatlar  tat  dili  l  əhcə  və  şivələrinin  hərtərəfli 
öyrənilməsi  zəminində  həyata keçirilə bilər.
Azərbaycan  ərazisində  yaşayan  tatların  dil  əlaqələri  sis­
temində  Azərbaycan-tat  dil  əlaqələri  əsas  yer  tutur.  İran  əra-


Yüklə 53,1 Kb.

Dostları ilə paylaş:
1   ...   23   24   25   26   27   28   29   30   ...   45




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə