Genealoji TƏHLİLİ (Azərbaycan tatlarının dilinin materialları əsasında)


Gülsüm Hüseynova. Tat dili leksik fondunun genealoji təhlili



Yüklə 53,1 Kb.
Pdf görüntüsü
səhifə24/45
tarix20.01.2018
ölçüsü53,1 Kb.
#21798
1   ...   20   21   22   23   24   25   26   27   ...   45

73
Gülsüm Hüseynova. Tat dili leksik fondunun genealoji təhlili
mərd  ə  dəmicə  bərə  güzət  bə  soxtan  «Yazıq  kişi  bayaqdan 
burada  gözləyir».  M.Kaşğarinin  lüğətində  bu  söz  «yazıq, 
bədbəxt,  yetim»  mənasını  bildirmişdir (78,  302).
Tat  dilinə  Azərbaycan  dilindən  keçmiş  türk  sözlərinin 
tarixi-müqayisəli  və  etimoloji  təhlili  göstərir  ki,  bu  dillər  ara­
sındakı  leksik əlaqələr çox  qədim  tarixə  malikdir.
Aşıq  Ələsgər  yaradıcılığında  da  tülək  sözünə  rast  gəlirik: 
«İtkin  düşdü  tülək tərlan,  Sar da kəklik  alan  oldu».
Azərbaycan  dialekt  və  şivələrində  (tükünü)  tüləmə  «xəs- 
təlik nəticəsində tükü tökmə»  sözü işlənir (39,  74).
Damad//domod  «kürəkən»  (Ab.,  Q.,  Xaç.,  Lah.).  Fars 
mənşəli  söz  olub,  Azərbaycan  dilinin  Quba  şivəsində,  müasir 
türk  dilində  eyni  mənada işlənir.
Tanış-biluş  «tanış-biliş»  (əksər  şivələrdə).  Bo  unca  yə  ta 
tanış//biluş nədərü.  «Orada bir tanış-bilişi yoxdur»  (Ab.).
Tanış  və  biliş  söz  formaları  müvafiq  surətdə  tanımaq  və 
bilmək felləri  ilə bağlıdır.
Qədim  türk  yazılı  abidələrində,  o  cümlədən  Yusif Balasa- 
qunlunun  «Kutadqu-bilik»  əsərində  və  Əhməd  Yuknekinin 
«Ətabat-ül-həqayiq»  («Həqq  qapısı»)  əsərin-də,  eləcə  də 
qədim  türk  lüğətində  bu  söz  «aşağı,  aşağıdakı,  aşağı  hiss ə » 
mənalarda işlənmişdir (14,  21).
E.Sevortyan  astin  sözünün  türkmən,  qaraçay-balkar,  uy­
ğur,  qırğız,  tatar,  başqırd,  qaraim  v ə  s.  dillərdə  və  qədim  yazılı 
abidələrdə  «aşağı  hissə»;  «aşağıda  yerləşən  məkan»  mənalarını 
kəsb  etdiyini  qeyd  edir  (125,  195 -196).  Ast  sözünə  əlavə 
olunan  -ın,  -in  və  s.  şəkilçiləri  kök-əsasın  semantikasına  başqa 
mənalar əlavə  etmir.
Türkmən  dilində  də  ast  (aşağı,  aşağı  hissə)  mənasında 
qeydə  alınmışdır.
Qeyd  etməliyik  ki,  «aşağı»,  «alt»  mənası  müasir  Azər-


74
Gülsüm Hüseynova. Tat dili leksik fondunun genealoji təhlili
baycan  dilində  geniş  surətdə işlənən astar  sözündə  də  qalır.
Saray//saroy  «saray,  imarət»  (Ab.,  Lah.).  Badə  amarən 
bə  saray  bə  huzur  padşəh  «Sonra  saraya,  padşahın  hü zuruna 
gəlir».  İn  saroy  iş  ü  duxtə  soxte.  «Bu  imarəti  də  o  qız tikdirib». 
Əslində  bu  söz  fars  mənşəlidir,  amma  o,  türk  dillərində  də 
müxtəlif məna və  formalarda işl ənmişdir.
Qəzğun/qəjqun  «qazan»  (Ab.,  Q.,  Qon.  k.).  Bel ə  düşün­
mək  olar  ki,  türk.  qazğan  sözünün  tat  dili  mühitində  düşdüyü 
şəkillərdən biridir.  Qazğan  forması  üçün bax:
Yeləq/yeləğ/yələq/yələğ  «yalaq»  (Q.).
Yalaq  sözü  itə  yal  vermək  üçün  yerdə  qazılmış  çalanı  bil­
dirir.  O,  mənşəcə  yal  sözündən  törəmə  olan  yalamaq  feli  ilə 
bağlıdır (58,  412).
Quba  şivəsinə  aid  olan  materiallardan  göründüyü  kimi, 
itə  yal  vermək  üçün  müxtəlif  qab-qacaqlardan  da  istifadə  et­
mişlər.  Bu  bir  növ  həyat  şəraitindən  asılı  olaraq  belə  olmuş dur. 
Yələğ  ə  xürdə  luğnə  qabiş  əbirən,  ə  ahuniş  «Yalaq  sınıq  sax sı 
qabdan  da  olur,  dəmirdən  də».  Yələğ  seg  mundey  bə  zir  poy 
koumiş  həl-hül  birey  «İtin  yalağı  camışın  ayağının  al tında 
qalıb  əzik-üzük olub»  və  s.
Yələğ//yeləğ  «köhnə  qab-qacaq»  leksemi  Lahıc  l əhcəsin- 
də  məcazi  mənada,  «çirkli,  yuyulmamış  qab-qacaq»  məna­
larında  da  işlənir,  Məs.:  Çüstü,  in  yələğ-mələğə  vəçireyi  bə 
tağçə?!  «Nədir bu yalaq-malağı  yığmısan taxçaya?!».
Quba  ləhcəsində  təkcə  yalaq  sözü  yox,  yal  sözü  də  işlə­
nir.  Yal  segə  fukunind  diyə,  hə yvun  mürd  ki,  ə  güsneyi!  «İtin 
yalını  tökün d ə,  heyvan  acından  oldü  ki!».


75
Gülsüm Hüseynova. Tat dili leksik fondunun genealoji təhlili
Tat  dilində  ərəb-fars  dillərindən  alınmalar.
Ərəb  alınmaları  Azərbaycan  tatlarının  dilində  aşağıdakı 
ərəb  alınmalar  qeydə  alır,  alim//ölim  «alim»,  ar//or//ör  «həya, 
utanma,  sıxılma»;  arif//orif  «arif»;  aşura//öşurö  «aşura», 
«onuncu»;  ərəb  qəməri  təqvimində  (hicri-qəməridə)  məhərrəm 
ayının  onuncu  günü  (dini  mat əm);  valideyn//volideyn  «ata- 
ana»;  variş/voriş  «varis»;  vəfadar//vəfodor//vafador  «vəfalı, 
etibarlı,  sadiq»;  ğamət//qomət  «boy-buxun»,  «qamət,  qədd- 
qamət»;  ğeyri//qeyri  «başqa,  özgə,  qeyri»;  ğabz//ğəbz  «alma, 
tutma,  çıxarma;  qəbul  etmə;  pul  və  ya  şeyin  qəbul  edilməsinə 
dair  verilən  sənəd,  kağız;  ğadr//qədr  «qiymət,  dəyər»,  «qədr»; 
«etibar,  şərəf,  məziyyət»;  ğazab//ğəzəb  «acıq,  hirs,  hiddət»; 
qəbohət//ğəbohət  «çirkin  iş,  yaramaz  hərəkət,  eyibli  iş», 
dars//dərs  «elm  və  fənni  öyrənmək  üçün  gündəlik  məşğələ, 
təlim»,  «dərs»;  ayıb//eyb//eyib  «nöqsan,  qüsur»;  «biabırçılıq»; 
«həyasızlıq,  eyib»;  eyzən  «tamam,  hamısı»;  elm//ilm  «bilik, 
məlumat, 
elm»; 
əblah//əbləh 
«axmaq, 
qanmaz, 
ağılsız, 
sarsaq»; 
ağıl//ağl//əğl 
«ağıl, 
düşüncə, 
şüur, 
idrak»;
ağrabə//ağrəbö//əqrəbə  «qohumlar,  yaxın  adamlar,  qohum- 
qardaş»;  ələm  «ağrı,  acı, 
dərd, 
qəm»; 
«dini  bayraq»; 
əndam//əndom  «bədən,  vücud»,  «əndam»;  istiğamət//istiğomət 
«hərəkət  yolu»;  «cəhət,  yön,  tərəf»,  «istiqamət»;  yağut//yəqut 
«qırmızı  rəngli  parlaq  qiymətli  daş»;  kəvin  «kəbin»,  «kəbin 
haqqı»  (boşandıqda  və  ya  öldükdə  şəriətə  görə  qadına  verilən 
pul  və  ya  mal);  kamil//kömil  «ağıllı  adam»;  «hərtərəfli  yetişmiş 
adam»;  «elm  və  mərifət  sahibi»;  «bütöv,  tam,  mük əmməl»; 
məqsəd//maqsəd  «arzu,  istək,  məram»,  «məqsəd»;  mərəz 
«xəstəlik, 
naxoşluq, 
azar», 
köhn. 
«mərəz»; 
«dərd»;
marifat//mərifət  «qanacaq,  tərbiyə»;  «hər  şeyi  başa  düşmə», 
«mərifət»;  məxluq//məxluğ  «xəlq  olunmuş,  yaradılmış  (insan, 
heyvan,  əşya və  s.)»,  «məxluq».
T.Əhmədov  göstərir  ki,  ərəb  mənşəli  sözlərin  cüzi  bir 
hissəsi  tat  dilinə  birbaşa  keçmişdir.  Müəllif xollu  «dayı»,  amu


Yüklə 53,1 Kb.

Dostları ilə paylaş:
1   ...   20   21   22   23   24   25   26   27   ...   45




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə