Genealoji TƏHLİLİ (Azərbaycan tatlarının dilinin materialları əsasında)


Gülsüm Hüseynova. Tat dili leksik fondunun genealoji təhlili



Yüklə 53,1 Kb.
Pdf görüntüsü
səhifə20/45
tarix20.01.2018
ölçüsü53,1 Kb.
#21798
1   ...   16   17   18   19   20   21   22   23   ...   45

61
Gülsüm Hüseynova. Tat dili leksik fondunun genealoji təhlili
Azərbaycan  dilində  qeydə  alınmayan  sözlər.  Tədqiqatçı  birinci 
qrupa  süskün,  çig,  ganıx//gonix,  goğuş,  keş,  əbo,  sürt,  üğür, 
gut, 
çuğ, 
geyğulu,  səxən//səxtən, 
kəçü, 
üçüncü 
qrupa
gərliğaz//garinğaz,  gəzğun,  dördüncü  qrupa  qarağaz,  küngür, 
sağat  sözlərini  daxil  etmişdir  (22,  69-79).
Tat  dilindəki  türk  sözlərinin  hərtərəfli  araşdırılması  təkcə 
tat  dilinin  leksik  tərkibini  öyrənmək  üçün  deyil,  eyni  zamanda 
Azərbaycan 
dilinin 
tarixi 
inkişafı 
il ə 
bağlı 
bir 
sıra 
problemlərin  aydınlaşdırılması  üçün  də  xüsusi  əhəmiyyət  kəsb 
edir.
Məlumdur  ki,  dillər  arasındakı  əlaqələr  ədəbi  dil  və  dia- 
lekt  səviyyələrində  baş  verir.  Tarixən  müxtəlif  sistemli  dillər 
arasındakı  əlaqələr  daha  çox  dialekt  səviyyəsində  başlanır; 
ədəbi  dil  səviyyəsindəki  münasibətlər  nisbətən  sonrakı  dövr­
lərdə  formalaşır.  Tatların  Azərbaycan  ərazisində  müxtəlif  dia­
lekt  mənsubiyyətinə  daxil  olan  coğrafi  regionlarda  m əs- 
kunlaşması  onların  di lində  ən  qədim  türk  tayfalarına  məxsus 
leksik  alınmaların  işl ənməsinə  lazımi  şərait  yaratmışdır.  Başqa 
sözlə 
desək, 
Azərbaycan 
dili 
dialekt 
və 
şivələrinin
təşəkkülündə  oğuz  və  qıpçaq  tayfa  dillərinin  təsiri  bu  və  ya 
başqa  dərəcədə  tat  dilinə  keçmiş  türk  sözlərinin  xarakterində 
də  xüsusi  izlər  buraxmış,  alınmaların  tarixi -areal  izoqloslar 
şəklində  yayılmasına  şərait  yaratmışdır.  Bu  baxımdan  həmin 
izoqlosların  müəyyənləşdirilməsi  bir  sıra  alınma  sözlərin 
mənbə  dildəki  ilkin  fonetik  və  semantik  formalarını  dəqiqliklə 
bərpa  etməyə  imkan  verir.  Tat  dilin ə  Azərbaycan  dilindən 
keçmiş  sözlər  mənşə  etibarı  ilə  müxtəlifdir.  Azərbaycan  dili 
başqa  dillərdən  alınmaların  mənimsənilməsində  tat  dili  üçün 
əsas  vasitəçi  rolunu  oynamışdır.  Təbiidir  ki,  Azərbaycan 
dilindən  alınmış,  tarixi-linqvistik  baxımdan  diqq əti  cəlb  edən 
bir  sıra  türk  sözlərinin  geniş  planda  nəzərdən  keçirilməsi


62
Gülsüm Hüseynova. Tat dili leksik fondunun genealoji təhlili
məqsədəuyğundur.
Ağa/əğə  «ağa»,  «böyük»,  «başçı»  (bütün  ləhcə  və  şivələr­
də).  V.Aslanov  bu  sözün  XVII  əsrədək  işlək  olmasını,  sonra 
arxaikləşməsini  qeyd  etmişdir  (3,  243).
R.Məhərrəmova  «Kitabi-Dədə  Qorqud»  dastanlarında 
«çıxmaq,  qalxmaq,  yüksəlmək»  mənalarında,  eyni  mənada 
XIII-XIV  əsrlər  ədəbi  dilində  (Qul  Əli,  Suli  Fəqih),  türk  dili 
lüğətlərində  qeydə  alınmasını,  Füzuli  rayonu  şivələrində  təsa­
düf edilməsini  qeyd  etmişdır (46,  52).
H.Zərinəzadə  «ağa»  sözünün  «ağ-»  felindən  yaranmasını 
Səfəvilər dövründən  əvvəl  və  ondan  sonra «böyümək,  yaşlanmaq», 
«böyük  qardaş»,  «xanın  qardaşı  və  ya  əmisi  oğlanları»,  «el  və 
qəbilə  başçısı»,  «böyük və  başçı»  və  başqa  mənalarda  fars  dilində 
işlənməsini  qeyd  etmişdir  (58,  135-137).  Həmin  söz  Azərbaycan 
dilində  «ağa»  mənasında  qalmışdır.  Azərbaycan  tatlarının  dilində 
«böyük», «ağa» və babaya müraciət forması kimi işləkdir.
Ağu/ağö  -   «zəhər»  (Lah.,  Məl.).  Qeyd  etmək  lazımdır  ki, 
Azərbaycan  tatlarının  dilində  ağu  sözünün  «ağ»  fonetik  variantı  da 
işlənir.  Bu  söz  qədim  dövrlərdən  türk  dillərində  işlənməyə 
başlamışdır (4,  112;  93).  Bu  söz  Orxon-Yenisey  abidələrində  qeydə 
alınmışdır.  Abidələrdə ağu  və ağuluğ yer  adlarına  rast gəlirik.  Eyni 
zamanda  abidələrdə  ağuluğ  sözü  «ağılı,  zəhərli»  sözü  də 
işlənmişdir.  «Uçına  bəgdəməgə  təgir  yəmə  ol  ok  taşın  subı  yaşıl 
bolsar,  kem  özintə  tutsar,  ağuluğ  kurt  konuz  adartu  ımıza  -   Yenə 
eyni  daşın  suyu  yaşıl  olsa,  kim  özündə  tutsa,  zəhərli  qurd  böcəklər 
təhlükəli  olmaz»  (49,  184-185).  Ağu  sözü  Mahmud  Kaşğari 
lüğətində  «zəhər»  mənasında  verilmişdir.  Lüğətdə  ağu  qılmaq  «zə­
hər  düzəltmək,  ağuluğ  «zəhərli,  zəhərlənmiş,  ağuqmaq  «zəhər­
lənmək»  sözləri  də  yer  tutur  (77,  24).  Faruk  Kadri  Timurtaşın  XV 
əsrə  aid  abilər  əsasında  hazırladığı  kitabın  lüğət  bölümündə  ağu 
sözünün  «zəhər»  mənasında  müxtəlif  abidələrdə  işlənməsinə  dair


63
Gülsüm Hüseynova. Tat dili leksik fondunun genealoji təhlili
nümunələr  verilmişdir.  Məsələn:  «İçürsə  firak  ağu  (Şeyfı  Divanı); 
ağu  itmişdi  şerbetini  («Husrev  ü  Şirin»);  Nesihet ağudır  əvvəl,  sonı 
bal  («Vesiyyeti-Nuşiravan»);  Ağuluyum bana ağu  katdılar  (Mevlid. 
«Vesiletün-necat»)  (139,  277).  Təbii  ki,  sözün  qədim  turk  sözü 
olması  heç  bir  şübhə  doğurmur.  Bu  söz  həm  Azərbaycan  klassik 
ədəbiyyatında,  həm  də,  müasir Azərbaycan  dilində  işlənir.  M.P.Va- 
qif,  Ə.Nəbati  və başqa  klassiklərimizin  dilində ağı  formasında təsa­
düf edilir:  Aşiqə vəfalı bir həmdəm gərək, Həmdəmsiz bal yesə,  ona 
ağıdır  (M.P.Vaqif);  Məni  bir  məst  qıl  saqi,  aman,  ey  gözlərin  yağı, 
Şərabın  yox,  gətir  ağı,  Qulağın  niyə  kar  olmuş  (Ə.Nəbati).  Müasir 
dildə  daha  çox  poeziya  nümunələrində  ağu  sözünə  rast  gəlinir. 
Azərbaycan  ədəbi  dilində  arxaikləşərək,  fars  mənşəli  zəhər  sözü  ilə 
əvəz  olunmuşdur.  Müasir türk  dillərində,  əsasən,  ağu  (qumuq,  qara- 
çay-balkar,  qaraqalpaq,  tatar,  karay və  s.)  və ağı/ağu  (türkmən,  türk 
(dial.) və  s.)  fonetik variantlarında işlənməkdədir (128,  67).  Bu  sözə 
krım-tatar  dilində  ağuv,  başqırd  dilində  ağıv  şəkillərində  təsadüf 
edilir.  Tədqiqatçılar  qədim  uyğur  yazılarındakı  ağuk  -   «zəhərlən­
mək»,  qırğız  dilindəki  u:k -   (o:ğ  (ağa  «zəhər» 
formalarına  əsaslanaraq,  sözün  *ağ  -   «zəhərlənmək»  felindən 
yarandığını ehtimal edirlər (128, 67).
Bu  da  maraqlıdır  ki,  q ədim  və  orta  əsrlər  türk  yazılı  abi­
dələrində  həmin  leksik  vahid,  tat  dilind ə  olduğu  kimi,  daima 
sonu  dodaq  saitli  şəkilçi  ilə  -   ağu  şəklində  özünü  göstərir. 
Bunu  ən  qədim  dövrlərdə  söz  sonundakı    şəkilçisinin 
düşməsi  ilə  izah  etmək  mümkündür:  ağığ  >  ağu.  Sifət 
düzəldən  -ığ  şəkilçisinin  tərkibindəki  «ğ»  samitinin  düşməsi 
ilə  sözün  son  hecasının  dodaq lanan  variantda  işlənməsi  qədim 
və  orta  əsr  yazılı  abidələrindəki  aru  (kapu 
(alu  (satu  («satış,  alver»,  saru  (


Yüklə 53,1 Kb.

Dostları ilə paylaş:
1   ...   16   17   18   19   20   21   22   23   ...   45




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə