Genealoji TƏHLİLİ (Azərbaycan tatlarının dilinin materialları əsasında)


Gülsüm Hüseynova. Tat dili leksik fondunun genealoji təhlili



Yüklə 53,1 Kb.
Pdf görüntüsü
səhifə19/45
tarix20.01.2018
ölçüsü53,1 Kb.
#21798
1   ...   15   16   17   18   19   20   21   22   ...   45

58
Gülsüm Hüseynova. Tat dili leksik fondunun genealoji təhlili
Qəri  «qarı»  1.  «Qoca  qadın,  arvad»;  2.  «Arvad»;  3.  Qatı, 
qəddar,  kinli,  hiyləgər və  s.
Quruğ  «qoruq».  1.  Təbii-tarixi  əhəmiyyəti  olan  bitki,  hey­
van  və  s.  cinslərini  qoruyub-saxlamaq  məqsədilə  dövlət  tə­
rəfindən  xüsusi  mühafizə  olunan  yer;  2.  Əkilmiş  yerlər/əkin, 
bostan,  tarla,  otlaq  və  s.;  3.  Keçmişdə  istifadə  edilməsi  qadağan 
olunmuş mülkədar yerləri;  4.  Qarovul,  keşik.
Quç  «qoç».  Azərb.:  qoç  1.  Qoyunun  erk əyi,  döllük  erkək 
qoyun.  2.  məc.  igid,  qoçaq.
Türk  dilindən  alınmalar.
Dilin  yazıyaqədərki  dövrünün  tədqiqində  başqa  dillərə 
aid  materiallar  xüsusi  rol  oynayır.  Yazısı  olan  h ər  bir  dilin  ya- 
zıyaqədərki  dövrü  də  olmuş dur.  Bu  dövrə  aid  faktlar  baş qa 
dillərdə,  onun  öz  tarixi  boyu  əlaqə  və  təmasda  olduğu  dillərdə 
qorunub  saxlanır,  yazılı  abid ələrdə  yer  tutur.  «Hind-Avropa 
dilçiləri,  İran  dillərini,  slavyan  və  başqa  dilləri  öyrənərkən  bu 
dillərdə  kökü  Azərbaycan  dilinə  gəlib  çıxan  turkizmlərin 
qədim  qatını  aşkara  çı xarmışlar»  (73,  3).  80-ci  illərin  ikinci 
yarısından  başlayaraq,  tədqiqatçılar  bu  məsələyə  böyük  diqqət 
göstərmişlər.
Dilin  yazıyaqədərki  dövrünə  aid  qədim  sözlər  onomastik 
vahidlərin  tərkibində  daim  mühafizə  olunur.  Ona  görə  də 
onomastikaya,  eləcə  də  etnogenezə  dair  tədqiqatlarda  qədim 
leksik qat diqqət mərkəzində  olur.
Məlumdur  ki,  dillər  tarixi  inkişaf  prosesind ə  bir-biri  ilə 
birtərəfli  və  ikitərəfli  əlaqədə  olurlar.  Dil  əlaqələri  xalqlar 
arasındakı  mədəni,  siyasi  və  iqtisadi  əlaqələr  zəminində  baş 
tutur.  Xalqların  tarix ən  yaxın  və  ya  eyni  ərazidə  yaşaması 
onların  dilləri  arasında  təmaslı  əlaqələr  yaradır.  Təmaslı


59
Gülsüm Hüseynova. Tat dili leksik fondunun genealoji təhlili
əlaqələr prosesində  dillər bir-birinə təsir göstərir.  Bu təsir  daha 
çox  leksik  səviyyədə baş verir.
Azərbaycanda  İran  dilləri  ailəsinə  mənsub  bir  sıra  dillər 
yayılmışdır.  Bu  dill ər  arasında  tat  dilinin  öz  yeri  var.  Tat lar 
uzun  əsrlər  boyu  azərbaycanlı larla  yanaşı  yaşamış,  Azərbaycan 
dili  tatlar  üçün  canlı  ünsiyyət  vasitəsi  olmuşdur.  Hər  iki  xalq 
arasında  yaranan  davamlı  ictimai,  iqtisadi  v ə  mədəni  əlaqələrin 
təsiri  nəticəsində  tat  dilinin  tərkibində  Azərbaycan  dilindən 
alınmış 
türk 
sözl ərindən 
ibarət 
xüsusi 
leksik 
lay
formalaşmışdır.  Bu  leksik  lay  həm  tematik  zənginliyinə,  həm 
də  qarşılıqlı  əlaqələrin  tarixi  xronologiyasını  əks  etdirməsinə 
görə mühüm  əhəmiyyət kəsb  edir.
Q.Qeybullayev  Zaqafqaziyada  yayılmış  dill ərdə  qədim 
türk  sözlərindən  bəhs  edərkən  tat  dilind ə  işlənən  alınma  söz­
lərə  də  xüsusi  yer  ayırmışdır.  Onun  tat  dilind ə  işlənən  qədim 
türk  sözlərinə  dair  verdiyi  nümunl ərdə  aya  (aya),  aqu  (ağu), 
ağa  (əğə),  baxiçi  (baxıcı),  bo  (bö),  emr əq  (ömrağ),  bilerzik 
(bilərzik),  vergi  (vergi),  qiziz  (qiziz),  qedeş  (ğadaş),  qatanqaz 
(gatangaz),  qizluq  (qizlug),  qed  (gad),  qey qu  (geygu),  qisqi 
(qisqi),  qintir  (qintir),  burk  (qaraqaş),  qeteq  (qətəv),  qovuz, 
qunum  (qunum),  diriq  (diriv),  qu den  (qudön),  qurqut  (qurqut), 
qundaq  (qundağ),  quzur  (qüzür),  dir rik,  dirlik  (dirlik,  dirrik), 
tirilik  (tirilik),  dəzgəçi  (dözğaçi),  dəzkə  (gözgö),  durlu  (dürlü), 
duş,  zırlek  (zırlak),  z ələ  (zölö),  zinqilti  (zingilti),  zırp  (zirp), 
ərəmik  (örömik),  eçur  (açur),  key  (key),  kendu  (köndü),  künqür 
(küngür),  kuruk  (kürük),  kuşek  (kusek),  kube  (kübö),  kuşek 
(ikindi),  kür  (kur),  lalo  (lalo),  m əkəcin  (mökaçin),  oyna,  ovna 
(övna),  uva,  ünkər  (ünkar),  obur-sabur  (ubur-sabur),  sayki, 
sayqi,  tapxur  (tapxur),  sail  (sail),  suqra  (suvra),  öd,  örük,  ürük 
(örük),  tutmac  (tutmoz),  uqur  (uğur),  tanq  (tang),  tutam  (tu - 
tam),  tuvenk  (tuvenk),  çənəx  (çanak),  ciqan  (çigan),  caqra


60
Gülsüm Hüseynova. Tat dili leksik fondunun genealoji təhlili
(çaqra),  cis  (cis!),  çiçirinq  (çiçiring),  çov,  ş ire  (şirə),  hurt 
(hurt),  kərənti  (kərənti),  cir  (zir)  kimi  sözlər  var.  Bunlar 
müəllifin  göstərdiyi  sözlərin  tam  siyahısı  olmayıb,  onun  yalnız 
bir hissəsini təşkil  edir (66,  452-453).
Tat  dilində  işlənən  qədim  türk  sözləri,  şübhəsiz  ki,  tari­
xən  qədim  dövrlərdə  bu  dilin  lüğət  fonduna  daxil  olmuşdur. 
Eyni  ərazidə  yaşayan  bu  xalqlar  arasında  həm  iqtisadi,  həm  də, 
mədəni  əlaqələr  müntəzəm  səciyyə  daşımışdır.  Nəticədə  tat 
dilinə  bir  çox  Azərbaycan  sözləri  keçmişdir.  Qeyd  olun muş 
sözlərin  tarixi  aspektdə  leksik-semantik  təhlilə  cəlb  olunması 
dil  tarixi  üçün  əhəmiyyətli  olduğu  kimi,  tat  dilinin  lek - 
sikologiyasının  öyrənilməsi  baxımından  da  böyük  əhəmiyyət 
daşıyır.
Hər  şeydən  əvvəl,  qeyd  etmək lazımdır ki,  yuxarıda ve ril- 
miş  qədim  türk  sözlərinin  bir  qismi  müasir  Azərbaycan  dili  və 
başqa  türk  dillərində  qalmaqdadır.  Bir  sıra  sözl ərsə  ar­
xaikləşmiş,  dilin  passiv  lüğət  fonduna  keçmişdir.  M əsələn,
Azərbaycan  tatlarının  dilində  işlənən  ağu  -   zəhər,  acı,  bo//bö 
«böyə»,  bilərzik  qizluq,  şirə  «qatı  palçıq»,  dirrik,  soqrak 
«fincan»,  diriq  «arıq»,  qədeş  «qardaş»,  yaxın  «doğma  adam » 
sözləri  müasir  Azərbaycan  ədəbi  dilində,  dialekt  və  şivələrdə, 
o  cümlədən,  danışıq  dilində  işlənir.  Bununla  yanaşı,  həmin 
sözlər  dilin  tarixən  qədim  dövrlərinə  aid  leksik  qata  aid  olan 
sözlərdir.  Qeyd  olunmuş  sözlər  müasir  Azərbaycan  dili  ilə 
müqayisədə tat dilində  daha çox işləkdir.
Tat  dilində  işlənən  türk-Azərbaycan  sözlərini  T.Əhmədov 
dörd  qrupa  ayı rır:  1)  abidələrdə,  eləcə  də,  Azərbaycan  dilinin 
dialekt  və  şivələrində  rast  gəlinən  sözlər;  2)  yalnız  ümumtürk 
abidələrində  və  Azərbaycan  klassiklərinin  əsərlərində  rast 
gəlinən  sözlər;  3)  fonetik  cildinə  görə  qədim  formalara  uyğun 
gələn  sözlər;  4)  türk  sözlərinə  oxşayan,  lakin  abidələrdə  və


Yüklə 53,1 Kb.

Dostları ilə paylaş:
1   ...   15   16   17   18   19   20   21   22   ...   45




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə