Genealoji TƏHLİLİ (Azərbaycan tatlarının dilinin materialları əsasında)


Gülsüm Hüseynova. Tat dili leksik fondunun genealoji təhlili



Yüklə 53,1 Kb.
Pdf görüntüsü
səhifə18/45
tarix20.01.2018
ölçüsü53,1 Kb.
#21798
1   ...   14   15   16   17   18   19   20   21   ...   45

55
Gülsüm Hüseynova. Tat dili leksik fondunun genealoji təhlili
mədəniyyətə  və  incəsənətə  aid  anlayışları  ifadə  edən  sözlərə 
beynəilmiləl  sözlər  deyilir.  Məs.:  Proletar,  demokrat,  roman, 
opera  (44,  204-205).
Alınma  sözlər  ehtiyaca  görə  daxil  olduğu  dilin  lüğət  tər­
kibinin  zənginləşməsinə  kömək  edirsə,  bu  müsbət  təsirdir  (47, 
121).  Tat  və  Azərbaycan  dillərinin  qarşılıqlı  əlaqəsi  nəticə­
sində  tat  dilinin  lüğət  tərkibinin  zənginləşməsi  hadisəsi  baş 
verir.  Tat  dilinin  Azərbaycan  dilindən  sözalma  prosesi  eh­
tiyacdan  irəli  gəlir.  Yeni  əşya,  predmet  və  anlayışların  ad­
landırılması  məqsədilə  Azərbaycan  dilindən  alınan  sözlərin 
sayı  artır.  Onu  da  qeyd  etm ək  lazımdır  ki,  tat  dili  h əm  də 
Azərbaycan  dili  vasitəsi  ilə  başqa  dillərə  məxsus  sözləri  alır. 
Həmin  sözlər  əvvəlcə  Azərbaycan  dilində  sınaqdan  keçir, 
sonra  tat  dili  bu  sözləri  alır.  Tat  dilinin  mənşəyi  məlum 
olmayan  sözlərinin  əksəriyyəti  vasitəli  alınmadır.  Tat  dili  üçün 
vasitəçi  dil  funksiyasını  Azərbaycan  dili  oynayır.  Bu nunla 
yanaşı,  tat  dilinin  bəzi  dillərdən  birbaşa  sözalması  hadisəsi  də 
baş verir.
Tat  dilindəki  alınma  sözləri  aşağıdakı  qruplara  ayır maq 
olur:  1)  Azərbaycan-türk  mənşəli  alınmalar;  2)  rus  m ənşəli 
alınmalar;  3)  Avropa  dilləriinə  aid  alınmalar;  4)  ərəb 
alınmaları;  5)  digər dillərdən  alınmalar.
Azərbaycan  dilindən  alınmalar.
Tat  dilində  çoxlu  miqdarda  Az ərbaycan  mənşəli  sözlərin 
olduğunu  qeyd  etmiş  M.Hacıyev  sağdış,  solduş,  turac,  bu xov, 
dovdaq  (quş  adı),  qırğı,  balaban,  qaşqaldaq,  sıqnaq,  sığnacaq, 
qayğılı,  qolçomaq,  qızılala,  yataq,  asma,  b əzək,  dən,  ovçu,  pis, 
boğaz,  səs,  damğa,  iz,  yağı,  ətlik,  adaş,  ayırd,  ağnamaq,  ağu, 
ağız,  anqırmaq,  alaçıq,  alda  -   (aldatmaq),  alqış,  anduz  (su


56
Gülsüm Hüseynova. Tat dili leksik fondunun genealoji təhlili
həşəratı),  çolaq,  azqın,  ara,  arx,  bəqə  (bağa),  barış,  batman, 
bülöv,  bilək,  biliş  (tanış-biliş),  buyuruq,  boğ  -   (boğmaq), 
bölük,  buğa,  bütrüm  (bütöv),  bayraq,  çalpaş  (qarışıq),  çaq 
(çağ),  çülpək  (irin),  çəpiş,  cırıq,  çil,  yalqız,  çolaq,  darğa,  qılıq, 
qayıq,  qab,  tuluq,  yan  (tərəf),  yügrüg,  körpü,  qayın,  qayış, 
qayıq,  koğuş,  qulac,  qarı,  qapaq,  qart,  qazmaq,  qıdıq,  qılınc, 
kimiz,  qısır,  sağrı,  şalqam,  sırt,  söyüş,  sırtıq,  ülgü,  hörük,  uyuq 
kimi  sözlərin,  tat  dilində  işlənmə  xüsusiyyətləri  haqqında 
məlumat  vermişdir.  Tədqiqatçı  Azərbaycan  dilindən  alınma 
sözləri  tematik  qruplar  və  nitq  hissələri  üzrə  ayırmaş, 
nümunələr göstərmişdir (30,  41-64).
Azərbaycan  dilindən  alınma  sözlər  tat  dilində  struktur  də­
yişikliyə  uğrayır.  Məlumdur  ki,  «başqa  dillərdən  keçmiş  istər 
düzəltmə  və  istərsə  də,  mürəkkəb  sözlər  o  zaman  düzəltmə  və 
ya  mürəkkəb  sözlər  kimi  qəbul  etmək  olar  ki,  həmin  sözlərin 
tərkibində  iştirak  edən  leksik  vahidlər  bu  dildə  də  ayrıca  leksik 
vahidlər  kimi  işlənmiş  olsun,  eyni  zamanda  düz əltmə  sözləri 
əmələ  gətirən  ünsür  dilimizdə  bir  çox  sözləri  əmələ  gətirə  bilən 
şəkilçi  kimi  özünü göstərə bilsin»  (18,  12).
Tat  dilinə  keçmiş  sadə  olmayan  söz  tat  dilində  sadə  söz 
kimi  qəbul  olunur.  Məsələn,  Azərbaycan  dilində  düzəltmə  olan 
qışlaq,  aylıq;  mürəkkəb  olan  qırxayaq,  qaraqaş.  Tat  dilində 
belə  alınmlar  az  deyil.  Məsələn:  gündəlik,  sınıqçı,  illik, 
yüzlük//yuzduğ,  pisduğ//pislik,  tu tuquşu//tutiquşi,  yelbeyin,  do - 
daqaltı//dudaqaltı və  s.
Bu  sözlər  qiymətli  mülahizələr  olub,  dil  əlaqələrinin 
muxtar  səciyyə  daşıdığı  hallara  aiddir.  Bu  n ə  deməkdir?  Bu  o 
deməkdir  ki,  həmin  mülahiz ə  dillərin  əlaqəsi  bir-birinə  (və  bir- 
birindən)  söz  alıb-vermə  prosesi  çərçivəsində  özünü  doğruldur. 
Amma  Azərbaycan  dili  ilə  tat  dilinin  münasibəti  bu  standarta 
uyğundurmu?  Bizcə,  yox.


57
Gülsüm Hüseynova. Tat dili leksik fondunun genealoji təhlili
Tat  əhalisi  çoxdan  və  hal-hazırda  bilinqvizm  şəraitində 
yaşayır.  Hətta  deyə  bilərik  ki,  onun  həyatında  Azərbaycan  dili 
tat  dilinə  nisbətən  daha  mühüm  rol  oynayır.  Azərbaycan  dili 
Azərbaycan  respublikasının  dövl ət  dili  olmaqla,  tatların 
həyatında  mühüm  kommunikativ  rol  oynayır.  Bu  dil,  hamı 
kimi,  tatlar  üçün  də  məktəb,  mətbuat,  kütləvi  informasiya 
vasitələri  dilidir.  Tat  övladı  Azərbaycan  dilində  orta  təhsil 
alırsa,  ali  məktəbi  bu  dildə  bitirirsə,  yaxud  əmək  fəaliyyətinə 
bu  dildə  başlayırsa,  onun  Azərbaycan  dili  haqqında  məlumatı 
tat  dili  barəsində  məlumatından  artıq  olur.  Bel  ə  olan  surətdə 
inanmaq  olmur  ki,  tat  mənşəli  gənc  Azərbaycan  dilindən  tat 
dilinə  keçmiş  düzəltmə  və  mürəkkəb  sözün  əmələgəlmə  üsulu, 
rolu  və  motivlənməsi  barəsində  heç  nə  bilməsin,  onları  sadə 
söz  hesab  etsin.  Yadımıza  salaq  ki,  Azərbaycan  ədəbiyyatının, 
mədəniyyətinin 
bir 
çox 
görkəmli  nümayəndələri 
tatlar
arasından  çıxmışlar.  Bu,  dili  mü kəmməl  bilmədən  mümkün 
deyil.
Azərbaycan  dilindən  alınma  sözlərin  tat  dilində  mənaca 
daralması  və  genişlənməsi  müşahidə  olunur.  Bununla  bağlı  bir 
neçə  nümunəni  nəzərdən keçirək.
Qol  1.  İnsanın  b ədən  üzvü.  2.  Paltarın  qola  düşən  v ə  qolu 
örtən  hissəsi.  3.  Ağac  budağı,  şaxə.  4.  Cinah,  tərəf,  səmt.  5. 
İmza  və  s.  (7,  338).  Bu  söz  tat  dilind ə  qul  şəklində  «imza» 
mənasında işlənir.
Qoşma  1.  Qoşulan,  özü  hərəkət  edə  bilməyən.  2.  Bir-biri­
nə  qoşulan,  bağlanan,  birl əşdirilən.  3.  Hər bəndi  dörd  misradan 
ibarət  lirik  şer  forması.  4.  nitq  hiss ələrindən  biri  və  s.  Tat 
dilində quşmə  sözü  şer formasının  adını  bildirir.
Qərə  «qara»  1.  Rəng  adı.  2.  Yer  kür əsinin  torpaqla  örtülü 
hissəsi.  3.  Plovun  üz ərinə,  qoyulan  xuruş  v ə  s.  Tat  dilində 
sonuncu  məna işləkdir.


Yüklə 53,1 Kb.

Dostları ilə paylaş:
1   ...   14   15   16   17   18   19   20   21   ...   45




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə