34
- İsrafil
bəy ucaboylu, enlikürəkli, qarayanız adam idi. Hüseyn dayı ilə birgə
Yadigarovların həyətini, bərbad hala düşmüş bağlarını gəzirik. O, mənə nəvə İsrafil bəydən
söhbət açır.. - Bəy İngiltərədən bir at gətirtmişdi. Od parçası idi. Mən onda gənç idim, on dörd-
on beş yaşım ancaq olardı... Atam, əmilərim danışardılar ki, rus-yapon müharibəsində İsrafil bəy,
döyüşlərin birində yaponların topunu qılınc gücünə əsir almışdı.
Qafqaz süvari briqadasının tərkibində vuruşan mayor İsrafil bəy Yadigarov (nəvə) 1905-
ci ildə zabitlərə məxsus müqəddəs Georgi ordeninin ikinci dərəcəsi ilə təltif olunmuşdur. O,
böyük dramaturqumuz Mirzə Fətəli Axundovla yaxın dost olmuşdur.
1916-cı ildə çar soldatları kasıb kəndliləri çox incidirmişlər. Ağır vergi, müharibəyə əsgər
toplanışı camaatı cana doydurubmuş. Yanı soldatlı pristav, uryadnikli qubernator kəndi çapıb
talayırmış. Qaçağanlı Mustafa Tağı oğlu, Məmmədtağı Axundoğlu və Qasımlı Kərəm
qubernatorun iki soldatını öldürürlər. Az
keçmir ki, iki polk əsgər Qaçağan kəndini mühasirəyə
alıb kasıb kəndliləri döyür, işgəncə verib cinayətkarları tələb edir. Kəndin bir neçə bəyi, hətta
ortancıl qardaş Sadıq bəy Yadigarov da qubernatordan təvəqqe edir ki, camaatı nahaqdan
incitməsin. Həsən bəy kənddə yox imiş, Tiflisdə imiş. Ona xəbər göndərirlər. O, dərhal kəndə
gəlir. Çamaatı döydürən qubernator faytondan general düşdüyünü görüb özünü yığışdırır.
Həsən bəy: - Bu nə özbaşınalıqdır, mənim kəndimdə?
Qubernator:
- Əlahəzrət, mən onlardan soldatları öldürən cinayətkarları tələb edirəm.
-
Cənab qubernator, siz kasıb kəndlilərə vurduğunuz zərəri ödəyin, mən də bu saat sizin
öldürülmüş əsgərlərin qan pulunu artıqlaması ilə verərəm. O ki, qaldı cinayətkar kəndlilərin sizə
divan üçün verilməsinə... Nə qədər ki, mən sağam, siz onları (heç vaxt ala bilməyəcəksiniz...
Dodaqaltı donquldanan qubernator:
- Əlahəzrət, məndə o qədər pul hardandı?
- Onda gedin işi divan-məhkəməyə verin...
Suyu süzülən qubernator əsərləri də yığıb kəndi tərk edir. Bir daha geri qayıtmır.
Ağsaqqal Hüseyn Eyyuboğlunun söhbəti:
- İnsani keyfiyyətlərə məxsus olan Həsən bəy çox rəhmli və səxavətli adam idi.
Kəndlilərə icarəyə verdiyi yerin bəhrəsini məhsula görə alardı. Bacarıb verə bilməyənlərə, külfəti
çox olanlara güzəştə gedərdi. Həyat yoldaşı Rüxsarə xanım əmisi qızı idi.
Atalar məsəlidir, ərlə
arvadın torpağı bir yerdən götürülər. Həsən bəy kimi Rüxsarə xanım da kəndin, Borçalı
mahalının bütün xeyir-şər işlərində iştirak edərdi. Kasıb da, ortabab da bəyin bəzəkli faytonunda
gəlin gətirər, qız köçürərdi. Onlar heç kəsdən, heç nəyi əsirgəməzdilər. Xoşxasiyyət və rəhmli
Rüxsarə nənə kənd qızlarının toylarına gedər, qız-gəlinlərə hədiyyə alardı. Toyun bəyinə isə
hədiyyəni Həsən bəyin özü alardı. Kasıblar üçün ayrıca qazan asdırardılar, onları yedizdirib-
içirdərdilər.
Sadıq bəy Yadigarovun arvadı gürcü qızı idi. Üç oğlu vardı: Arçil bəy,
Vəli bəy və
Davud bəy. Otuz yeddinci il onları kəndimizdən yox, bütün ölkədən didərgin saldı. Heç kəsə də
pislikləri dəyməmişdi. Çox sadə, əliaçıq adamlardılar: rəiyyətlə rəiyyət, bəylə bəy idilər.
Deyirlər, Sadıq bəyin kiçik oğlu Davud bəy bir neçə il əvvəl gəlib nənəsinin qəbrini
ziyarət edib. Deyib ki, Zestafoni şəhərində yaşayır. Azərbaycanlı familiyası ilə ona dinclik
vermirmişlər. Ona görə də Davud Sadıqoviç Yadigaraşvili olub.
İllər nə qədər amansız və sərt olsa da bu əsilzadə nəslin oğullarının əvəzsiz
xidmətini nə
hafizəmizdən silə bilib, nə də daş yaddaşlardan. Tbilisindən Gəncəyə qədər elə bir məclis yoxdur
ki, onların adı anılıb, sözləri danışılmasın. Tiflis də imarəti, Borçalıda yurdu, qədim Gəncədə
səxavəti qalıb bu nəslin oğullarının. Əgər yolunuz Gəncəyə düşsə XVII əsrdə inşa edilmiş
“İmamzadə” kompleksinə baş çəkin. Bu qədim memarlıq abidəsinin giriş qapısındakı qızılı
rəngli yazıları oxuyun:
“1296-cı ildə (1917-ci ildə) Tiflisin Borçalı qəzasından olan mayor İsrafil bəy Yadigarov
bu müqəddəs qəbrin günbəzini öz pulu ilə ucaltdırmışdır”.
35
Burda kiçicik bir haşiyə çıxıb XIX əsrin əvvəllərində yaşayıb-yaratmış qazaxlı şair
Mustafa ağa Arif Şıxlinskinin Borçalı bəyləri haqqında olan bir şeri ilə oxucuları tanış etmək
istəyirəm.
“Yeni dövrün möcüzəli məxluqu” titulunu qazanmış general
Aleksey Petroviç Yermolov
Qafqaza hakim təyin olunan gündən yerli bəylərdən, ziyalılardan çar hökumətinə dönüklüyə görə
şübhələnənləri dəstə-dəstə Sibirə sürgün etdirirdi. Mustafa ağanın sürgündən yazdığı
“Düşmüşəm” qoşmasından məlum olur ki, bəylərdən biri namərdlik edib nahaqdan onun üzünə
durub şər atmışdır. Buna görə də hökumət onu zaval təriqi ilə Rusiyaya sürgün etmişdir.
“Ağlaram” qoşmasında isə Mustafa ağa Arif Qazax, Şəmşəddin və Borçalı bəylərinin mərdliyini,
on dörd il həsrətini çəkdiyi sərçeşməli bulaqlarımızı, süsənli-sünbüllü dağlarımızı tərənnüm edir.
Bu tuthatut günlərdə Borçalı bəylərinin elinə, obasına sadiq qaldığını, ağır
günlərdə, namərd
zəmanədə möhkəm və dönməz olduqlarını iftixarla yazır:
Qaldı paydar Borçalının bəyləri,
Meydan günü bir-birindən yegləri,
Mehman qarşısına mərd gəlməkləri,
Yadıma düşəndə onlar, ağlaram!
Hanı Qazax? Mehribanlıq gedibdir,
Ağalıq, sultanlıq, xanlıq gedibdir,
Nücəbədan alişanlıq gedibdir,
İtibdir şövkətü şanlar, ağlaram!
Təkəli kəndinin üst yanında kiçicik bir təpə var. Əsrləri yola salmış Babkər dağının
ətəyindəki
bu boz təpədə, salxım söyüdlər altındakı məzarda bir igid, bir bəy uyuyur. Vaxtilə
onun kəhəri Suqovuşanda kişnəyəndə Gümrüdə bəd xəyallara düşənlər diksinib qorxardı. Bu
kişnərtindən Çubuxlunun göy yaylaqları, Cəlaloğlu meşələri lərzəyə gələrdi. Lori dərəsinin
yalçın qayaları bu kəsilməyən kişnərtidən əks-səda verərdi. İndi bu təmtəraqsız məzar daşında
çox qısa bir yazı var: general-mayor Həsən bəy İsrafil ağa oğlu Yadigarov, 1854-1934”.
Çoxdan unudulmuş general babamızın məzarını gec də olsa yad etdik. Ruhuna rəhmət
oxuduq. Dağılıb talan olmuş həyət-bacasına baş çəkdik. Ovlağından ötüb keçdik. Vaxtilə tərlan
ilə şikar elədiyi süsənli-sünbüllü dağlarını gəzdik. Gəzdikçə kövrələ-kövrələ əzabkeş şair
Mustafa ağa Arif Şıxlinskinin şerinə üz tutduq.
Ellərimiz vardı bəyli-paşalı,
Dağlarımız vardı əlvan meşəli.
Süsənli, sünbüllü,
tər bənövşəli
Qaldı bağlar, xiyabanlar, ağlaram!
NƏRMİN XANIMLA KİÇİK MÜSAHİBƏ
General babasının sənədləri ilə tanış olmaq üçün Rəna xanımla yenidən görüşdüm. O
dedi ki, Yadigarovun şəklini Azərbaycan Dövlət Tarix Muzeyinin elmi işçisi Nərmin xanım
Tahirzadəyə göstərin, bəlkə o tanıdı. Məncə o, mərhum Sara xanım Talışinskaya-Xurramoviçlə
görüşmüşdü. Sara xanım general Mirkazım xanın qızı idi. O, inqilabdan əvvəl Kiyev
Universitetinin hüquq fakültəsini bitirmişdi...
Belə axtarışlarda həmişə köməyimə çatan xeyirxah Nərmin xanım məni neçə aylıq
intizardan qurtardı. Şəklə baxan kimi:
- Bu, Ağabəy Yadigarovdur, - dedi, - Rusiyada təhsil almış ilk azərbaycanlı ziyalılardan
biridir. M.F.Axundovun əlifba islahatı haqqında olan məktublarının birində Ağabəy