72
Hələ inqilabdan əvvəl Tiflisdə təşkil olunmuş “Qafqaz qadınlarının
xeyriyyə
cəmiyyətinə” ömürlük üzv seçilən Nigar xanım inqilabdan sonra Azərbaycan qadınlarının
azadlığı və təhsili ilə xüsusi məşğul olmuşdur.
1921-ci ildə Nigar xanım “Yeni fikir” qəzetində Azərbaycan ədəbiyyatına dair sanballı
bir məqalə ilə çıxış etmiş, dilin saflığını korlayan çığırdaş qələm sahiblərini tənqid atəşinə
tutmuşdu. “Axır vaxtarda çox yazır və söyləyirlər ki, molla dili, kitab dili ilə yazmaq lazım deyil;
yazı el, camaat diliycə yazılmalıdır ki, “hamı onu qansın”. Belə sözləri oxuyanda, eşidəndə adam
fikir edir ki, kişi doğru deyir, camaat dili ilə yazılsa hamı başa düşər. Amma bu doğru deyən
kişinin dediyini yerinə yetirmək çox çətin işdir. Camaat dili ilə demək asandır. Amma camaat
dili - “Azərbaycan oxumamış dili” hansıdır? Hamının
məlumdur ki, Azərbaycan camaatı
növbənöv şivədə danışır: Şəki, Şirvan, Gəncə... hər biri bir başqa şivədə, El dili ilə yazmaq
istəyən hansı camaatın şivəsi ilə yazılmışdır? Məsələn: “bayır” desin, yoxsa “eşik”, “külək”
desin, yoxsa “yel”, “necə” desin, yoxsa “hancarı”, “nöşün” desin, yoxsa “niyə”, “ana” desin,
yoxsa “cici”, “cici”, “dəgil” desin, yoxsa “dögü”, “deyil”, “döyül” və i.a. Bu camaatın hansının
şivəsində yazılsa, o birinin xoşuna gəlməyəcəkdir. Demək ki, həmişə və hər yerdə camaat
söylədiyi dildə yazmaq olmaz. Hər millətin və camaatın növbənöv şivəsi vardır, amma ədəbi dili
birdir. Yazan özü hər nə şivədə danışsa da, yazdığını ədəbi dildə yazır”. Nigar xanım Şıxlinskaya
zəngin klassik ədəbiyyatımızı, mədəni irsimizi qoruyub saxlamağı gənc nəslə tövsiyə edir,
ədəbiyyatımızı, dilimizi yad ləhcələrdən təmizləməyin doğru-dürüst yolunu göstərirdi.
* * *
Çölə baxdım, qaranlıq düşmüşdü.
Dərhal xatirimdən keçdi ki, görəsən, kitab tapıldımı?
Sifarişlərimin cavabı indi necədi? Şəhərə çatana kimi kitabxana bağlanacaqmı? Özümə təsəlli
üçün bir el məsəlini xatırladım: axşamın xeyrindən səhərin şəri yaxşıdır. Ona görə də birbaşa
mehmanxanaya qayıtmağı qət elədim.
Ayrılanda Nina Aleksandrovnanı fikirli gördüm. Düzü, əvvəl ürək eləmədim soruşmağa.
Nəhayət, dözə bilməyib:
- Niyə belə fikirlisiniz, Nina Aleksandrovna? - deyə soruşdum, - nəsə sözlü adama
oxşayırsınız? Bəlkə mənim çıxışımda xətrinizə dəyən söz...
O, gülümsəyə-gülümsəyə başını buladı və soruşdu:
- Hər adın bir mənası var. Nigar nə deməkdir? Mənası nədir?
- Nigar, - dedim, - sevgili, şəkil kimi gözəl deməkdir.
- Onda mümkünsə, Nigar xanımın şəklinin birini yazıb mənə bağışlayın. Bircə qızım
var, - dedi, - tale mənə onu qoca yaşlarımda qismət edib.
Bir neçə ay olar ki, ərə vermişəm.
Nəvəm qız olsa adını Nigar qoyacağam...
Nədənsə məni qəribə, kövrək bir hiss bürüdü. Özümü cəmləşdirib dedim:
- Çarskoye Seloda yetmiş il əvvəl kişi qeyrətli bir Nigar yaşayıb. Özünün şəfalı əllərilə
yaralı əsgərlərə şəfa verib. Qoy gözəl Puşkin şəhəri heç vaxt Nigarsız olmasın. Sizin Nigar
bizim Nigar xanımın adına layiq böyüsün, elinə-obasına gərəkli övlad olsun, - deyib
xudahafizləşdim.
* * *
Leninqradda ən çox sevindiyim 1984-cü ilin bir oktyabr günü oldu. İntizarında olduğum
kitab nəhayət, tapıldı. “Səhra toplarının cəbhədə işlədilməsi”, müəllifi polkovnik Şıxlinski, Luqa
şəhəri, 1910-cu il.
Artilleriyanın, xüsusən rus-yapon müharibəsində, səhra artilleriyasında
döyuşdə istifadə
olunması qaydaları konkret şəkildə işlənib hazırlanmış və elmi cəhətdən əsaslandırılmışdır. Kitab
altı fəsildən ibarətdir.
Bu uğurlu gündə V.Bertelsin 1912-ci ildə Varşavada çap etdirdiyi “Quru qala qoşunları
və ağır səhra artilleriyası tərəfindən atəş açılmasında artilleriya cinahlarından istifadə edilməsi
73
haqqında məlumatlar” kitabını əldə edib, hər ikisinin surətini çıxartdırdım. V.Bertels kitabının
ikinci hissəsində polkovnik Şıxlinski “Üçbucağı”nın artilleriyada böyük, əvəzsiz əhəmiyyətindən
bəhs edir: “Artilleriya atəşinin aparılmasında “Şıxlinski üçbucağı” böyük rol oynamışdır.
“Üçbucağın” ətraflı şərhi və yazılışı ilk dəfə 1912-ci ildə çap olunmuşdur.
“Şıxlinski üçbucağı” təkcə rus artilleriyasında deyil” Fransa, İsveçrə, Norveç və Avstriya
artilleriyasında da böyük şöhrət qazanmışdır”.
ÖMRÜN SON GÜNLƏRİ
Təbiət Əliağaya böyük bir ağıl,
müstəsna bir qabiliyyət və hərbi istedad,
mərdlik və nəcib sifətlər, Vətən müdafiəsi
üçün çox faydalı olan fəaliyyət ehtirası ilə
dolu coşğun bir enerji vermişdi.
Artilleriya
professoru
Yevgeni Barsukov.
General qocalmışdı, elə qocalmışdı ki, nə gözü əməlli-başlı görürdü, nə də qulağı
eşidirdi. Yerişi də o yeriş deyildi. At belində, piyada cəbhələr gəzən, batalyonlara, alaylara,
orduya sərkərdəlik edən generalın indi tərpənməyə halı qalmamışdı.
Dövlətin ona verdiyi bir neçə otaqdan özü üçün ancaq birini saxlamışdı. Onda da tək-
tənha yaşayırdı. Oğulsuz-qızsız, nəvəsiz-nəticəsiz. Tale onu bu nemətdən məhrum etmişdi.
Həyat onun üçün hələ adiləşməmişdi. Nikbin baxışı, əzəmətli vüqarı, yaşamaq ehtirası və dərin
ağlı tam üstündə idi. Kim onu küçədə, bayırda görürdüsə fəxrlə tanımayana göstərirdi: “Port-
Artur qəhrəmanı Əliağa Şıxlinski!”.
Bu adı o, 1906-cı ildən qazanmışdı. Hər yerdə onu belə nişan verirdilər.
...
Uzaqlarda toplar dinir, tüfənglər atılır, insanlar qırılır, kəndlər, şəhərlər dağılırdı.
Onun topçuluq və artilleriya haqqındakı təklifləri bu müharibədə də əsgərlərimizin köməyinə
gəlirdi. Rus topçuluq elmindəki kəşflərindən, xüsusən “Şıxlinski üçbucağından” və “Şıxlinski
formulu”ndan geniş istifadə olunurdu.
General isə dəmir darvaza arxasında saxlanan pələng kimi tək-tənha qalmışdı. Səksən
illik ömür yolunda general, yaşamağına, dünyaya gəlməsinə zərrəcə heyfsilənmirdi. Keçmişdən
söhbət düşəndə o, fəxrlə deyirdi:
- Mən öz keçmişimə sakit bir vicdanla nəzər salır və müasirlərimin
gözlərinə cürətlə
baxıram. - Stola söykənib qalın bığlarını eşər, xeyli sükut etdikdən sonra gülümsünən general -
bu günlər də bizim ömrümüzün qocalıq çağına düşdü, - deyərdi.
Altmış ildən çox nümunəvi hərbi qulluğu ona şan-şöhrət gətirmişdi. Uzaq Şərqdəki
xidməti, rus-yapon və Birinci dünya müharibələrində, Oktyabr inqilabındakı sabit fəaliyyəti
bütün hərbçilərə nümunə göstərilirdi. General xidmət illərini xatırlayanda qəlbi nurla dolur,
gözünə işıq gəlirdi. Sanki uzaqlarda atılan qələbə soraqlı topların səsini belə eşidirdi.
Onu yalnız tənhalıq sıxırdı. Bu anlarda dünyada ən çox sevdiyi bir adamla səssizcə
danışmaq ona təsəlli verirdi. Bu adam şəkil olub divardan asılmışdı.
Düz on iki ildən çox idi
şəklə dönən insan onun pıçıltılarına cavab vermirdi. Onunla danışanda generalın səsi boş otaqda
əks-səda verib özünə qayıdırdı.
O, özü kimi “qoca kreslo”da sakitcə əyləşmişdi. Ötən günləri qovub xəyalından,
yaddaşından silmək istəyirdi. Keçmişə qayıtmaq istər-istəməz əziz Nigarını xatırlamaq demək
idi. O, bunsuz keçinə bilmirdi. Bu mümkün də deyildi. Bütün xidməti boyu Nigar onunla qoşa
addımlamışdı. Saysız-hesabsız əsgərlərə zərif əllərilə şəfa verib həyata qaytarmışdı. Otaq buz
kimi soyumuşdu. Bayır qatı dumana bürünmüşdü. Gözəgörünməz çisəkdən nəmlənmiş asfalt
parıldayırdı. Küçələrdən gediş-gəliş kəsilmişdi. Cəbhə həyatı keçirən şəhər sanki köçmüşdü.