82
“Müqəddəs Stanislav”, ikinci dərəcəli “Müqəddəs Anna”, üçüncü dərəcəli “Müqəddəs
Vladimir”, sərkərdələrə məxsus “İgidliyə görə” (qızıl qılıncla birgə)
ali ordenləri ilə təltif
olunmuşdur.
1875-ci ildə Peterburqdakı Konstantin yunkerlər məktəbini bitirən Səməd bəy hərbiyə
olan güclü marağı və fitri istedadı sayəsində bir il keçməmiş podporuçik rütbəsi ilə təltif olunur.
Xidmətdə çox sürətlə irəliləyən Mehmandarov, yeni əsrin başlamasına iki il qalmış
podpolkovnik idi. Bir az əvvələ qayıtsaq görərik ki, cəmi iki il Varşava hərbi dairəsində xidmət
edən mayor Səməd bəy Mehmandarov şəhər hərbi məhkəməsinin üzvü seçilib.
Əliağa Şıxlinski bunları bilirdi və həmyerlisinin Uzaq Şərqdə çinlilərlə döyüşdəki
məharəti ilə haqlı olaraq fəxr edirdi.
Zabaykal topçu divizionunun batareya komandiri Mehmandarov tapşırıq almışdı ki, Kiçik
Xinqan dağ silsiləsini düşməndən müdafiə etsin. Komandir üç sıra səngər qurdurdu. Silsilənin
coğrafi şəraiti çılpaq təpələrdən ibarət olduğuna görə batareya düşmənin atəşi altında özünə
mövqe tutmalı idi. Özgə çıxış yolu yox idi. Bura topların qurulması, topçuların əl-qol açması
üçün münasib deyildi. Batareya döyüşə hazır olan anda Zabaykal vilayətinin rəisi,
general-mayor
Rennenkampf əmr verdi ki çinli əsgərlər Sisikara şəhərindən çıxır, onlara atəş açın. Bu vaxt
silahsız, hərbi paltarda, iki dəstə düşmən əsgərləri təntənə ilə şəhərdən çıxmağa başladı. General
nə qədər qışqırıb bağırdısa, Mehmandarov silahsız adamlara atəş açmadı.
Bu əhvalatın canlı şahidi Əliağa Şıxlinski olub. O yazır, ki, bu hadisəyə görə general
Rennenkampfla Mehmandarov arasında ciddi münaqişə oldu. General Rennenkampf
Mehmandarovu hədələyərək dedi ki, əmri
yerinə yetirmədiyinə görə, batareya komandirliyindən
çıxarılıb məhkəməyə veriləcəksən. Mehmandarov isə silahsız adamlara atəş açmağı qəti rədd
etdi. O, şəhərdən çıxan çinlilərin başı üstündən atəş açdırıb onları geri qaytardı. Sisikara
şəhərində bir nəfərin belə qanı axıdılmayıb bağırdısa, Mehmandarov silahsız adamla atəş
açmadı.
... Polkovnik Səməd bəy Mehmandarovun artilleriya divizionu 1902-ci ildə Mancuriya
ərazisində öz xidməti borcunu yerinə yetirirdi. Komandanlıq ona mühüm bir tapşırıq vermişdi:
Siyan-Sin rayonunda yapon agentləri - xunxuzların quldur dəstələrini ləğv etmək. Az bir
müddətdə quldur dəstələrini ləğv edən polkovnik Mehmandarovun divizionu onların başçısı,
xunxuz generalı Çembeyinin özünü də əsir aldı. Həmin əməliyyatlardakı əla döyüş xidmətlərinə
görə komandir Səməd bəy Mehmandarov üçüncü dərəcəli “Müqəddəs Vladimir”
ordeni ilə təltif
olundu.
1903-cü ilin əvvəllərində Mehmandarov altı aylıq məzuniyyət alıb Peterburqa qayıdır.
Jitomirli Yelizaveta Nikolayevna Teslavla ilə ailə həyatı qurur. Yeddi aylıq topçu zabitləri
məktəbində təhsilini davam etdirir.
Əliağa Şıxlinskinin xatirələrindən:
“Mehmandarov bizdən ayrı olduğu bu müddətdə batareyaya mən komandanlıq edirdim.
O, hissəmizə qayıdanda həyata keçirdiyim bütün tədbirlərlə tanış oldu, çox razı qaldı...
batareyanı qəbul edərkən bütün dəftərlərə və pulun qəbul edilməsi aktına qol çəkdi. Amma
pulları saymadı. Mən təəccüb edərək, pulları niyə saymadığını soruşduqda, gülümsəyərək:
- Siz ki, saymısınız, - dedi - mənim saymağıma ehtiyac yoxdur.
Mehmandarov həmişə kefi saz olanda etdiyi kimi, indi də papağını yan qoyaraq, açarı
cibinə qoydu və evinə getdi. Kiçik rütbəli yoldaşlarım bu işə çox təəccüb etdilər. Çünki onlar
komandirimizin dövlət pulu üçün necə can yandırdığını yaxşı bilirdilər. Mən onlara başa saldım
ki, Mehmandarov kimi adamlar, adama bir dəfəlik inanırlar. Məni isə Səməd bəy Mehmandarov
1888-ci ildən tanıyır”.
PORT-ARTUR DÖYÜŞLƏRİNDƏ
1904-cü ildə rus-yapon müharibəsi başlananda Səməd bəy Mehmandarovun qırx
səkkiz
yaşı vardı. Yelizaveta Nikolayevna ilə evlənmələrinin bir ili tamam olmamışdı. Yelizaveta Kiyev
83
qadın gimnaziyasını bitirmişdi. Port-Artur hərbi səhra xastəxanasında şəfqət bacısı işləyirdi. -
Səməd bəy kimi, o da zadəgan nəslindən idi. İyirmi bir yaşlı - Yelizavetaya həyat, elə bil anadan
olandan səbir dərsi keçmişdi. O, nə ağır hərb işinə, nə də yaralı əsgərlərə qarşı laqeyd deyildi.
Zadəganlara məxsus sadəliklə Yelizaveta əsgərlərlə çox mehriban davranırdı. Yaralıları müalicə
edir, savadsız olanların ailəsinə məktub yazır, müharibə çətinliyinə səbirlə, dəyanətlə dözürdü.
Bir dəfə Səməd bəy ona deyir: - Komandanlıqdan sənin Peterburqa qayıtmağına icazə
almışam. Hazırlıq gör, sabah, ya da birisi gün səni yola salacam.
Ərinin üzünə şax baxan Yelizaveta:
-
Səməd bəy, - demişdi, - ölkədə müharibə gedirsə, səncə əsgərin yeri harada olmalıdır?
- Əlbəttə, cəbhədə!
- Bax, mən də cəbhədəyəm, yoxsa məni qadın görüb əsgər olmağıma şübhə edirsən?
- Axı, sən ana olmağa...
- Bir də bu söhbətə qayıtmayaq. Söz verirsən... Bu mövzudan vaz keçək, əzizim!
Sənsiz mənə Peterburq yox, heç Paris də lazım deyil.
Yanvarın iyirmi altısında gecə yaponlar rusların Port-Artur limanında dayanan
eskadrasına
hücum edib, “Retvizan”, “Sesareviç” zirehli gəmilərini və “Pallada” kreyserini
yandırdılar. Müharibə başlandı. Səhərisi, Səməd bəy Mehmandarovu yeddinci Sibir atıcı topçu
divizionun komandiri təyin etdilər. Bu quru qoşunlarının komandanı, general-mayor Roman
Kondratenkonun əmri idi. Roman İsidoroviç, Mehmandarvun döyüşdə dəyanətinə, komandirlik
bacarığına yaxşı bələd idi. Məhz ona görə də Səməd bəyi Şərq cəbhəsinin rəisi təyin etdi. Bura,
Port-Artur müdafiəsində ən mühüm cəbhə hesab olunurdu. Yaponlar ən güclü qüvvəni də buraya
yeritmişdilər. Onlar şiddətli həmlələr edir və arası kəsilmədən bombalar yağdırırdılar.
Polkovnik
Səməd bəy Mehmandarov komandan Kondratenkonun ən yaxın köməkçilərindən biri idi.
Topçuların əməliyyatına bacarıqla rəhbərlik edən Mehmandarov qala mühasirədə olanda həmişə
ön mövqelərdə və çox təhlükəli yerlərdə sərrast atəşlə samurayların hücumunu dəf edirdi.
Səməd bəy Mehmandarovun ən təhlükəli döyüşdə belə özünü itirmədiyinin şahidi olan
Əliağa Şıxlinski yazır ki, oktyabrın on dördündə qala top atəşinə tutulan zaman Səməd bəy
Mehmandarov mənim mövqeyimə gəldi. Həmin mövqe yaponlar tərəfindən on bir düyməli
topdan, otuz yeddi millimetrlik xırda dəniz topuna qədər müxtəlif toplarla atəşə tutulmuşdu.
Həm də bu mövqe yaponların tüfəng və pulemyot atəşi altında idi. Bu zaman Mehmandarovun
yaxınlığında altıdüymə mərmi partladı və yerdən qalxan qara palçıq onun üstünü buladı, amma
yaralanmadı.
Mehmandarov buna əsla əhəmiyyət verməyərək, böyük bir soyuqqanlılıqla cibindən ağ
dəsmalını çıxarıb, təzə paltosunun üzərinə sıçrayan palçığı silməyə başladı.
Dekabrın ilk günlərində yaponlar qalaya iki ağır zərbə vurdular. Rusların inadlı
müqavimətinə baxmayaraq, onlar qalanın bir neçə mühüm fortlarını tutdular. İkinci ağır
zərbə isə
dekabrın ikisində oldu. Komandan general Roman Kondratenko qəhrəmanlıqla həlak oldu.
Əvəzində iradəcə zəif olan general Fok komandan təyin edildi. On altı gün sonra yaponlar
qalanın taleyini həll edən Drakonovıy Xrebet dağını ələ keçirdilər. Port-Arturun qorxaq və
istedadsız komendantı general Stessel qalanı dərhal düşmənə təslim etmək üçün hərbi şuranın
iclasını çağırdı. Şurada iştirak edən bəzi komandirlər Stesselin təklifinə şərik oldular. Lakin
general-mayor Səməd bəy Mehmandarov, polkovnik Semyonov və bir qrup mərd zabitlər təslim
olmağa qəti etiraz etdilər. Döyüşkən zabitlər inad edirdilər ki, güclü yapon ordusunu geri
oturtmağa hələ qüvvələri çatar. General Mehmandarov başda olmaqla onlar deyirdilər ki, qala
hələ özünü saxlamağa qadirdir.
Nə qədər ki mərmi var, toplardan atəş yağdıracağıq. Nə qədər ki
patron var, tüfənglərdən atəş açacağıq. Mərmi və patron qurtardıqda isə süngü ilə döyüşəcəyik.
Lakin cəsarətsiz general Stessel mərd zabitləri eşitmədi, silahı yerə qoymağı qarnizona
əmr etdi. Sonralar Rusiyaya qayıdanda general Stessel qala müdafiəçilərinin tələbi ilə Port-
Arturu tələsik təslim etdiyinə görə hərbi məhkəməyə verildi.
General-mayor Mehmandarov və onun zabit dostları qala təslim edildikdən sonra da hərbi
anda sadiq qalaraq başqa əsgər və zabitlər üçün nümunə göstərdilər. Yaponların şərtlərinə görə
əsgərlər hərbi əsir alınır, zabitlər isə Yaponiyaya qarşı bir daha müharibədə iştirak etməyəcəkləri