Giriş. Elektron qurğularının təsnifatı. Elektronika



Yüklə 1,09 Mb.
Pdf görüntüsü
səhifə39/43
tarix30.12.2023
ölçüsü1,09 Mb.
#167950
1   ...   35   36   37   38   39   40   41   42   43
Giri . Elektron qur ular n n t snifat . Elektronika

 
 
 
 
 
 
 
 
 
 


Mikroprocessorlar haqqında anlayış. 
Mikroprosessor (CPU)
(Central Processing Unit) - fərdi 
kompyuterlərin
düşünən 
beyni olub ana plata üzərində yerləşir, ədədlər üzərində hesab-məntiq əməllərini və idarəni 
həyata keçirir. Daha geniş desək: 
Mikroprosessor (MP)-
informasiyanın çevirilməsini verilmiş proqrama uyğun, cəbr 
və məntiqi əməliyyatları, hesablama prosesini idarə edən və sistemin qurğularının işini 
koordinasiya edən EHM- nın mərkəzi qurğusu olmaqla, rəqəmli məlumatı müəyyən 
alqoritm üzrə emal və emal prosesini idarə edən qurğulardır. 
Mikroprosessor hesab-məntiq və idarə qurğusunu özündə birləşdirir. Mikroprsessorları 
əsasən Intel, AMD və Cyrix firmaları istehsal edir. Intel firması öz mikroprosessorlarını 
əsasən Pentium markası ilə istehsal edir. 
Intel firmasının mikroprosessorları aşağıdakılardır: 1) Intel - 8088; 2) Intel - 80286; 3) 
Intel - 80386 (SX və DX modifikasiyaları); 4) Intel - 80486 (SX. SX2. DX. DX2 və DX4 
modifikasiyaları); 
Bu mikroprosessorlar onların işləmə imkanına uyğun artım sırası boyunca 
düzülmüşdür. Bu mikroprosessorların iş imkanları arasındakı fərq çox böyükdür. Belə ki, 
ən yeni Pentium Pro mikroprosessoru ilə IVM RS və IBM RS XT kompyüterlərinin 
əsasını təşkil etmiş Intel - 8088 mikroprosessoru arasındakı fərq bir neçə min dəfədir. 
Hal- hazırda istehsal olunan kompyüterlərin çoxu Pentium mikroprosessorlarına 
əsaslanır, ən güclü kompyüterlər isə Pentium Pro mikroprosessorları ilə təchiz olunur. 
Kompyüterdə həddindən çox sayda riyazi hesablamalar aparmaq lazım olduqda
(mühəndis hesablamalarında, riyazi məsələlərdə və s. ) həqiqi ədədlər üzərindəki riyazi 
əməllərin bilavasitə mikroprosessorun köməyi ilə aparılması tələb olunur. Lakin Intel-
8088, 80286, 80386 və 80486 SX mikroprosessorları bu əməlləri tək başına yerinə 
yetirmək iqtidarında deyillər. Buna görə də həqiqi ədədlər üzərində riyazi əməllər 
aparmaqda kömək üçün mikroprosessorlara uyğun olaraq Intel - 8087, 80287, 80387 və 
80487 SX riyazi soprosessorları qoşulur. Intel firmasının ən yeni mikroprosessorları 
(80486DX, Pentium Pro) və digər firmaların onlara uyğun mikroprosessorları həqiqi 
ədədlər üzərində riyazi əməlləri sərbəst yerinə yetirə bilir və onlara soprosessorun 
qoşulmasına ehtiyac yoxdur. Soprosessor xüsusi təyinatlı prosessor olub, kompyuter 
sisteminin mərkəzi prosessorunun imkanlarını daha da genişlədirir, amma ayrica 
funksional modul kimi verilir. Sopresessorun aşagıdakı müxtəlif növləri vardir: 
-ümumi təyinatlı riyazi soprosessor; 
-giriş-çıxış soprosessoru; 
-hər hansı xırda təyinatlı hesablamaları yerinə yetirmək üçün soprosessorlar 

Yüklə 1,09 Mb.

Dostları ilə paylaş:
1   ...   35   36   37   38   39   40   41   42   43




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə