Giriş. Elektron qurğularının təsnifatı. Elektronika



Yüklə 1,09 Mb.
Pdf görüntüsü
səhifə42/43
tarix30.12.2023
ölçüsü1,09 Mb.
#167950
1   ...   35   36   37   38   39   40   41   42   43
Giri . Elektron qur ular n n t snifat . Elektronika

idarəetmə qurğusu
8 bitli əmr registri və əmr deşifratorundan 
ibarətdir. Əmrlər verilənlər şininindən əmr registrinə verilənlər şininin bufer sxemi 
vasitəsilə yüklənir. 
INTEL 8080 MP- nin 
hesab qurğusu
8 bitli HMQ- dan, onluq korreksiya 
sxemindən, 5 işarə (əlamət) registrindən, akkumlyatordan və bufer registrindən 
(müvəqqəti saxlama registri) ibarətdir. 
Hesab-məntiq qurğusu
toplama, çıxma, 4 əsas (VƏ, VƏ YA, VƏ YA – YOX, və 
YOX) məntiqi funksiyaları və sürüşdürmə əməliyyatını həyata keçirən cxemlərdən 
ibarətdir. Hesab- məntiq əməliyyatları y/y+-kən operandlardan biri akkumlyatordan, digəri 


isə müvəqqəti saxlama registrindən (bufer registrindən) götürülür. Axırıncı operand 
istənilən ümumi təyinatlı registrin məzmunundan və ya H və L registrlər çütünün 
unvanlaşdırdığı yaddaş yuvasından yüklənə bilər. O 8 bitli daxili şin vasitəsilə yuklənirki, 
bu da əmrin yerinə yetirilmə dövrünün bir hissəsidir. 
Onluq korreksiya sxemi
xüsusi əmrlə qoşulur və ikilik hesablamadan istifadə edən 
HMQ-na hesabi əməllərin ikilik – onluq kolaşdırmaya uyıun cəmləməni həyata 
kecirməsinə imkan verir 
Əmr sistemləri. 
Prosessorun əmrləri 3 ümumi növə ayrılırlar.
Birinci növ əmrlərə
prosessorun reqistrləri ilə yaddaş arasında verilənlərin ötürülməsi 
əmrləridir. Belə əmrlərə - yüklənmə əmrləri (Load), qoruma (Store), göndərmə (Move) və 
ötürmə (Transfer) aiddir. Prosessorun yaddaş kartında registrlər çoxdur. Hər hansı baytın 
ötürülməsi üçün xüsusi əməliyat kodu tələb olunur və bu səbəbdən əmr sistemində çoxlu 
bu tip əmrlər var. Proqramlarda belə əmrlərə ümumi işin 75% -i düşür. 
İkinci növ əmrlərə
elə əmrlər aiddir ki, onlar akkumlyatorda operandların emalını 
yerinə yetirsinlər. Onlar hesabi və məntiqi əməliyyatları yerinı yetirirlər və həmçinin 
sürüşmə, inkrement, atılma və əlavə əməliyyatlarını təmin edirlər. 

Yüklə 1,09 Mb.

Dostları ilə paylaş:
1   ...   35   36   37   38   39   40   41   42   43




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə