214
Xarici Ticarətin Vahid Əmtəə Nomenklaturası 1962-1991-ci illərdə Sovet İttifaqının
xarici iqtisadi fəaliyyətində əsas təsnifatlandırıcı idi. Əmtəə nomenklaturasının bitkin
varianti 1962-ci ildə qəbul edildi.
Qarşılıqlı İqtisadi Yardım Şurası üzvlərinin XT Vahid Əmtəə nomenklaturası mallrı
mal təsərrüfatında təyinatına, onların mənşəyinə və əmal dərəcəsinə görə birləşdirirdi.
Bundan başqa nomenklaturanın təsnifat sistemi malları istehsal vasitələrinə və istehklak
əş
yalarına, əsas və dövriyyə vəsaitlərinə, sənayə və kənd təsərrüfatı mallarına bölməyə
imkan verirdi. Təsnifat mallarin idxal və ixracını əlavə olaraq müxtəlif iqtisadi əlamətlərə
görə qruplaşdırmağa şərait yaradıldı.
Qarşılıqlı İqtisadi Yardım Şurası üzvlərinin XT Vahid Əmtəə nomenklaturası 9 bölmə
57 mal qrupu, 325 yarımqrup, 4200 mal mövqeyi və 10 mindən artıq submövqedən ibarət
idi.
XT VƏN-in digər nomenklaturalarından səciyyəvi fərq onda əlavə “sıfır” bölməsinin
olmasında idi. Bu bölməyə maddi xarakterli istehsalat əməliyyatları (xidmətləri) aid edilirdi.
XT VƏN tətbiqi xarici ticarət göstəricələrinin həm bir ölkə hüdudunda, həm də ölkələrarası
müqayisəsinə imkan verirdi. Digər beynəlxalq təsnifatlarla əlaqə keçid cədvəlləri vasitəsiylə
həyata keçirilirdi.
XT VƏN-də yeddirəqəmli kod qəbul edilmişdi. Birinci işarə bölməni, ilk iki işarə
qrupu, üç – yarımqrupu, beş işarə mal mövqeyinivə yeddi işarə mal submövqeyini ifadə
edirdi. Bu nomenklatiranın ən mühüm keyfiyyətlərindən biri də qəbul edilmiş nömrələmə ilə
bağlı olub, lazım gəldikdə nomenklaturanın genişləndirilə bilməsi imkanı ilə bağlı idi.
Bu imkan yarımqrup və mal mövqelərində boş nömrələrin olması ilə reallaşdırıldı.
Beləliklə, VƏN statistik üçotun təkçə əmtəə adları hüdudunda aparılmasını deyil, həmçinin
lazım gəldikdə ayrı-ayrı malların növ, çeşid və markalarını ayırmağa imkan verirdi.
Ümumiyyətlə nomenklaturanın təsnifat sistemi xarici ticarətin əmtəə strukturunu əks etdirə
bilirdi, lakin malların siyahısı əmtəələrin Təsviri və Kodlaşdırılması harmonik Sisteminin
siyahasından kiçik idi.
215
VƏN ilk öncə statistik əmtəə nomenklaturası kimi hazırlansa da, eyni zamanda SSRİ
gömrük tarifinin əsasını təşkil edirdi. Bununla bərabər malların təsnifat sistemi müdafiə-
proteksionist tədbirlərin həyata keçirilməsi üçün kifayət qədər uyğunlaşdırılmamışdı. Bu isə
öz növbəsində gömrük tarifinə səmərəli ticarət-siyasi vasitə olmaqla və xarici ticarət-iqtisadi
tənzimləmə funksiyasını yerinə yetirməyə imkan vermirdi.
3.Əsas beyəlxalq əmtəə nomenklarutasında, müxtəlif təsnifat prinsiplərinin tətbiq
edilməsindən irəli gələn çətinliklərin aradan qaldırılması üçün vahid beynəlxalq
təsnifatlandırıcının yaradılması zəruriyəti meydana çıxdı. Bu elə bir təsnifatlandırıcı olmalı
idi ki, bütün ölkələrdə xarici iqtisadi fəaliyyət iştirakçıların tərəfindən xarici ticarət
ə
məliyyatlarının gömrük idarələrində rəsmiləşdirilməsində istifadə edilə bilsin. Bundan
başqa belə təsnifatlandırıcı həm də ayrı-ayrı mallar, mal qrupları və mövqeləri üzrə xarici
ticarət analızını aparmağa imkan verməli idi.
Müxtəlif vaxtlarda hazırlanmış beynəlxalq nomenklaturaların heç biri ayrı-ayrı
ölkələrin və beynəlxalq təşkilatların tələblərinə tam cavab verə bilmirdi.
Müxtəlif ölkələr və təşkilatların nöqtəyi nəzərincə nomenklaturalarının hər biri
üstünlüklərlə bərabər, müəyyən qusurlara malik idi. Beləliklə, beynəlxalq ictimayyətin
qarşısında ticarət sənədlərinin göstəricilərinin səmərəmələşdirilməsi və ahəngdarlaşdırılması
məsələsi öz həllini tələb edirdi. Birləşmış Millətlər Təşkilatının Avropa İqtisadi
Komussuyası (AİK) Gömrük Əməkdaşlığı Şurasına vahid beynəlxalq əmtəə təsnifat
sisteminin yaradılmasınnı mümkünlüyünü araşdırmaq tapşırığı verdi. Bu sistem Malların
Təsviri və Kodlaşdırılmasının Ahəngdar (Harmonik) sistemi adını aldı. Hazırlanan
nomenklatura həm gömrük, həm də statistika məqsədləri üçün yararlı olmalı idi.
Xarici ticarətin milli və beynəlxalq göstəricilərinin müqayisə edilə bilinməsi prinsipi
sistemin əsas prinsiplərindən biri oldu.
Ahəngdar Sistemin Əmtəə Nomenklaturası (ASƏN) 21 bölmədən, 99 qrupdan, 33
yarımrqup, 1241 mal mövqeyi, 5019 submövqeyindən ibarətdir. 3 qrupun, o çümlədən 77,
98, 99-cu qrupların gələcək üçün ehtiyat saxlanmasl nəzərdə tutulur. Bununla belə bu
qruplar müxtəlif ölkələrin əmtəə nomenklaturalarında spesifik malların qeydiyyatı üçün
216
istifadə edilə bilər. ASƏN-in 21 bölməsi üzrə malların təsnifatının özəyini təşkil edən
müxtəlif əlamətlərin əsasları aşağıdakılardlr:
- mənşə (1,2,5);
- funksional təyinat (4,11,12,17,18,19,20,21) ;
- kimyəvi tərkib (3,6,7);
- əmtəənin hazırlandığı material (8,9,10,13,14,15).
ASƏN-də qruplar əmələ gələrkən malların emal ardıcılığı prinsipi – xammaldan
yarımfabrikat və hazır məhsul alınması – istifadə olunur, malların qruplaşdırılması mövqe və
submövqe səviyyəsində aparılır. Bir qayda olaraq, mövqe və submövqedən xarici ticarətdə
geniş dövriyyəyə olan bir və ya bir neçə məhsul növü seçilir, qalan növlər üçün isə
ümumiləşdirilmiş “digərlər” təsnifat qrublaşması nəzərdə tutulur.
4.Hal-hazırda Az R-nın gömrük orqanlarında MDB ölkələrinin vahid əmtəə
nomenklaturasından istifadə edilir. Bu sənəd dövlətlərarası təsnifatlandırıcı kimi MDB
hökümət başçılarının qərarı ilə 3 noyabr 1995-ci ildə təstiq edilmişdir. MDB XİFƏN dünya
təcrübəsində istifadə edilən malların Təsviri və Kodlaşdırılması Ahəngdar (Harmonik)
sistemin əsasında qurulmuşdur. Harmonik sistemin yaradılmasının özünəməxsus tarixi
vardır.
Ilk öncə onu qeyd etmək lazımdır ki, Az R-da hal hazırda tətbiq edilən xarici iqtisadi
fəaliyyətin əmtəə nomenklaturası Ahəngdar sistem və Avropa Birliyinin kombinə edilmiş
ə
mtəə nomenklaturasının əsasında və onlara uyğun tərtib edilmişdir.
XİFƏN tətbiq edilən malın işarə kodu 9 rəqəmdən ibarətdir: 1-6-ci rəqəmlər ASN qəbul
edilmiş kod işarəsinə, 7-8-ci rəqəmlər ABKN koduna uyğun gəlir, 9-cu dərəcə isə ən-ənəvi
milli mallara uyğun olaraq tətbiq edilir. Hələlik mal mövqeləri daha dərin
detallaşdırılmadığından 9-cu rəqəm sıfır qəbul edilir.
Malların kodunun düzgün təyin edilməsi üçün MDB XİFƏN-in üç tərtib hissəsindən:
nomenklatura hissəsi, bölmə və qruplara qeydlər, MDB XİFƏN-in əsas interpritasiya
qaydalarından istifadə edilməlidir.
Dostları ilə paylaş: |