Görkəmli dilçi alim, ədib professor



Yüklə 4,33 Mb.
Pdf görüntüsü
səhifə45/158
tarix21.07.2018
ölçüsü4,33 Mb.
#57605
1   ...   41   42   43   44   45   46   47   48   ...   158

97 
 
oğuz tayfalarındandır. Göytürklərin qərb qanadından əmələ gələn onokların varislə                      
ri olan peçeneqlərin VI yüzillikdə  İssık gölü  və  Balxaş gölü ətrafında  yaşadıqları 
güman edilir. VIII yüzillikdə oğuzların təzyiqi ilə Qara dənizin şimalına və balkan-  
lara köç etmiş, güclü dövlət qurmuşlar. Krım tatar etnoniminin və mədəniyyətinin 
formalaşmasına  qıpçaq  tayfaları  güclü  təsir  göstərmişdir.  Qıpçaqlar  X  yüzilliyin 
sonlarında  peçeneqləri  məğlub  edərək  Krımı  və  çöl  rayonlarını  nəzarət  altına 
almışlar. Onlar Qazaxıstanın cənub- qərbi, Volqa və Donun aşağı axarı və Krımın 
çöl  rayonları  daxil  olmaqla  Dəşti-  Qıpçaq  adlanan  ərazidə  200  ilə  yaxın  güclü 
dövlət yaratmışlar. Aramsız monqol hücümları qıpçaq dövlətinə də son qoydu. Çin 
giz xanın orduları 1223- cü ildə bütün qıpçaq çöllərini Rusiya, Ukrayna və Krımı 
işğal  etdi.  Monqol  imperatorluğu  parçalanandan  sonra  dövlətin  qərbində  əhalisi 
türklərdən ibarət Qızıl Orda yarandı. 1357- ci ildə Əmir Teymurun qoşunlarının hü 
cumları  nəticəsində  Qızıl  Orda  bölündü  və  Krım,  Kazan,  Sibir,  Asrtaxan,  Noqay  
xanlıqları meydana çıxdı. XV yüzilliyin ilk yarısında  Krım- tatar dilinin təşəkkülü 
prosesi  başa  çatdı  və  müstəqil  inkişaf  yoluna  qədəm  qoydu.  1475-ci  ildə  Krım 
türklərini daxili və xarici təzyiqlərdən qorumaq məqsədi ilə Osmanlı donanmaları 
bölgəyə  daxil oldu. Bu dövrdə  Osmanlı dövləti ilə  sıx əlaqələr Krım-  tatar dilinə 
oğuz  təsirini  artırmışdır.  Sonralar  (  XIX  yüzillikdə)  İ.B.Qaspralının  təşəbbüsü  ilə 
dildə, fikirdə, işdə birlik şüarı ilə başlayan hərəkat nəticəsində də bu dilə Türkiyə 
türkcəsinin təsiri güclənmişdir. 1783- cü ildən başlanan rus işğalı dilin və mədəniy- 
yətin  milli  zəmində  inkişafının  qarşısını  aldı.  Krım  tatarlarının  1792,  1860-  63,  
1874-75,1899-1902-ci  illərdə  leqal  şəkildə  Türkiyəyə,  Rumuniyaya  və  Bolqa- 
rıstana  miqrasiyası  başlandı.  Krımda  qalan  əhali  1941-  ci  ildə  alman  faşistlərinin  
1944- cü ildən isə yenidən rusların işğalına məruz  qaldılar( 12). 1944- cü il mayın 
18-  də  Krım  tatarları  Orta  Asiyaya  sürgün  edilir.  Keçən  yüzilliyin  90-cı  illərində 
onlar vətənə qayıtmaq hüququ qazanırlar. Krım- tatar xalqı və onun dili qeyd olun- 
duğu kimi, mürəkkəb şəraitdə qədim qıpçaq tayfalarının dili əsasında oğuz və kar- 
luq tayfaları ilə əlaqədə formalaşmışdır.   
Krım tatarları Orta Asiyaya sürgün edilənə qədər onların iki dialekti var idi: 
şimal  və  cənub  dialektləri.  Şimal  dialektində  qıpçaq,  cənub  dialektində  isə  oğuz 
xüsusiyyətləri üstünlük təşkil edirdi (2, 154). Hazırda Krım-tatar dilinin üç dialekti 
vardır:  1)  qıpçaq-noqay  və  ya  şimal  dialekti;  2)  qıpçaq-kuman  və  ya  orta  yol 
dialekti; 3) qıpçaq-oğuz və ya cənub dialekti (10,8). Ədəbi dilin koyne dialekti orta 
yol və ya Bağçasaray dialektidir. Bu dialektin əsasında qıpçaq və oğuz xüsusiyyət- 
ləri dayanır. 
Azərbaycan  və  Krım-tatar  dilləri  arasında  ümumi  xüsusiyyətlər  həm  ədəbi 
dil,  həm  də  dialekt  səviyyəsində  özünü  göstərir.  Müasir  Krım-tatar  dilində 
əflifbada  [ə]  səsi  yoxdur.  Bu  səsin  mövqeyində  [e]  səsi  işlənir.  «Tarixən  Krım-
tatarların dilində [e] səsi yalnız söz köklərində, şəkilçilərdə isə [ə] səsi işlənmişdir: 
məs.:  menda,  bizlar,  yerda  və  s.  (10,  9).  Söz  əvvəlində  p,  t,  k  samitləri  b,  d,  g 
samitləri  ilə  əvəzlə-  nir.  Eyni  zamanda  söz  əvvəlində  b,  d,  q  samitləri  geniş 
işləkliyə malikdir: məs.: bas ma, bekmez, dam, demir, gemi və s.  


98 
 
Velyar  ŋ  səsi  Krım-tatar  dilində  fonematik  məna  kəsb  etdiyindən  əlifbada 
xü-susi  işarəsi  vardır.  Bu  dildə  velyar  ŋ  səsi  sözün  ortasında  və  sonunda  işlənir. 
İkinci  şəxs  mənsubiyyət  şəkilçili  isimlər  hallanma  prosesində  üçüncü  şəxsdən 
velyar  ŋ  səsinin  vasitəsilə  fərqlənir.  Oğuz  dillərində,  o  cumlədən  də  Azərbaycan 
dilində  tari xən bu  səs  mövcud olmuş,  hazırda  dialekt səviyyəsinə  enmiş və  qərb 
ləhcəsində qorunub saxlanmışdır.  
[w]  səsi  Krım-tatar  sözlərində  intervokal  mövqedə  və  söz  sonunda 
dodaqlanan  saitlərdən  sonra  işlənir;  məs.:  suw,  oquw,  quwus,  suwarmaq  (6,  48). 
Qoşаdodaq,  sonor  və  novlu  [w]  səsi  Azərbaycan  ədəbi  dilində  v  foneminin 
variasiyası kimi soözün ortasında və sonunda muşahidə edilir; məs.: həwəs, dəwə, 
butow və s. (1, 114).  
Bu səs qədimdən  türk dillərində  mövcud olmuşdur. M.Kaşğarı [w] səsinin 
oğuzlara  deyil,  digər  türklərə  aid  olmasını  xüsusi  qeyd  etmişdir:  «Turklərin  əw 
dediyi şeyə oğuzlar əv deyirlər. Türklər ova aw, oğuzlar isə av deyirlər (7, 106).  
Hazırda  qoşаdodaq  [w]  səsi  Azərbaycan  dilinin  Zaqatala  şivəsində  və 
Kərkuk türkmanlarının dilində mühafizə olunur; məs.: war, watan, ew, dawşan və 
s.  Hər  iki  dildə  [w]  səsi  müstəqil  fonem  kimi  deyil,  v  samitinin  variantı  kimi 
fəaliyyət göstərir.  
Azərbaycan və Krım-tatar dillərində fonetik hadisələrin eyni tipləri işləkdir: 
gunnər-kunner,  xannar-xannar  (assimilyasiya);  qaşdı,  koşdu  (Azərb.)  –  zelze-
le>zenzele  (k.t.)  (dissimilyasiya);  əmoğlu,  ikinci  (Azərb.)  –  noldı  (k.t.) 
(səsduşumu);  burun-burnu,  boyun-boynu,  qoyun-qoynu//  koynu  (Azərb;  k.-t.) 
(qapalı saitlərin duşməsi); istəkan, şıkaf, dovur (Azərb.) – urum, urus, pılan (k.-t) 
(səsartımı);  təcrubə>tərcumə,  tərcumə>təcrumə,  məşhur>məhşur  (Azərb.)  – 
oqrenmek>orqenmek, bayram>baryam, sunnet>usnet  (k.-t.) (səslərin yerdəyişmə-  
si) və s.  
Samit səslər türk dillərində müxtəlif şəkildə təzahür edir. Qıpcaq dillərində 
karlaşma  hadisəsi,  oğuz  dillərində  isə  cingiltiləşmə  hadisəsi  güclüdür.  Krım-tatar 
dili  üçün  karlaşma  hadisəsi  xarakterik  olsa  da,  oğuz  dillərində  olduğu  kimi 
cingiltiləşmə  elementləri  də  muşahidə  olunur  (k~q,  t~d,  b~m):  qemi,  qol  «gol», 
qizli, dort, dinle, bin, burun, boynuz və s.  
Krım-tatar dilində on bir nitq hissəsi vardır. Bunlardan 6-sı əsas (isim, sifət, 
say, əvəzlik, feil, zərf), 5-i koməkci nitq hissəsidir (qoşma, bağlayıcı, ədat, kömək- 
çi adlar, nida və təqlidi sözlər). İsmə xas olan kateqoriyalar kəmiyyət, hal, mənsu- 
biyyət və xəbərlikdir. Xəbərlik kateqoriyası həm adları, həm də feilləri əhatə edir.  
Kəmiyyət kateqoriyasının əsas ifadə vasitəsi -lar

şəkilçisidir. Bundan əlavə, 
-lar morfemi Azərbaycan dilindəki – gil şəkilçisinin funksiyasını da yerinə yetirir; 
məs.:  Aydarlar  «Heydər,  onun  ailəsi  və  dostları»,  Nirimanlar.  «Nəriman  və 
dostları» və s. Bu xüsusiyyət Azərbaycan dilinin Dərbənd və Tabasaran şivələrində 
geniş  yayılmışdır;  məs.:  Mən  getmişdim  Bahadurrara  və  s.  -gil  morfeminin 
əvəzinə  -lar  şəkilçisinin  topluluq  bildirməsi  oğuz  dilləri  ilə  muqayisədə  qıpçaq 


Yüklə 4,33 Mb.

Dostları ilə paylaş:
1   ...   41   42   43   44   45   46   47   48   ...   158




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə