Görkəmli dilçi alim, ədib professor



Yüklə 4,33 Mb.
Pdf görüntüsü
səhifə48/158
tarix21.07.2018
ölçüsü4,33 Mb.
#57605
1   ...   44   45   46   47   48   49   50   51   ...   158

103 
 
şifahi şəkildə yayıldığı  və bir neçə dəfə yazıya alındığı dövrlərin izlərini bətnində 
yaşatmaqdadır.  Bu  dövrlər  arasındakı  tarixi  -  xronoloji    sərhədlərin  
müəyyənləşdirilməsi  mətn üzərində çox dəqiq araşdırma tələb edir. Bütün bunlar 
mətndəki  söz  və  ifadələri  inventarlaşdırmaq,  onların  fonetik,  leksik  və  sintaktik 
yükünü  mətnin  məzmunu  ilə  tarazlaşdırılmış  şəkildə  əlaqələndirmək  zərurətini 
ortaya  çıxarır.  Dastanın  son  illərdə  S.  Tezcan  və  H.  Böhöten  tərəfindən  həyata 
keçirilmiş  nəşrində  bu  istiqamətdə  müəyyən  işlər  görülsə  də,  vəziyyət  heç  də 
istənilən və tələb olunan səviyyədə deyil. Həmin müəlliflərin nəşr etdikləri mətndə 
bəzi uğurlu tapıntılar olmasına və çətin oxunan söz və ifadələrin yazılı abidələrdən 
tapılıb  müqayisəyə  cəlb  edilməsinə  baxmayaraq  o,  ideal  mətn  olmaqdan  xeyli 
dərəcədə uzaqdır. Tərtibçilərin yalnız Oğuz dilləri materialları və yazılı abidələrinə 
üstünlük  vermələri  başqa  qaynaqlarda  az  rastlanan  və  ya  heç  rastlanmayan  bəzi 
nadir söz və ifadələri yanlış olaraq Oğuz abidələrində qeydə alınmış bənzər söz - 
formalarla  eyniləşdirmələri  heç  də  həmişə  uğurlu  nəticə  almağa  imkan 
verməmişdir; müəyyən hallarda onların təklif etdikləri oxunuş variantları vəziyyəti 
düzəltmək  əvəzinə  daha  da  ağırlaşdırmış,  necə  deyərlər,  “qaş  düzəltdikləri  yerdə 
vurub gözünü də çıxarmışlar”. Buna görə də biz ümumi şəkildə göstərdiyimiz bu 
tipli  faktların bəziləri üzərində  daha ətraflı dayanmağı məqsədəuyğun hesab etdik.       
Qoşuluq
 
 قلشوق “əlaqə, bağlılıq, qoşulma, bir araya gəlmə”: Av avlayu gəzər ikən 
öñindən  bir  paralu  keyik  çıqdı.  Buğanuñ  ardından  erdi,  yay  kirişin  boynuna  atdı. 
Buğa acımışdı, kəndüyi bir yuca yerdən atdı. Bəkil at cılavısın yeñimədi, bilə uçdı. 
Sağ uyluğı qayaya toqındı, sındı. Bəkil örü (mətndə: aru) turdı, ağladı, aydur: “Ulu 
oğlum, ulu qardaşum yoq”. Haman bəlügindən gəz çıqarub atınuñ tərkilərini tartdı, 
ordı
§§§§§§§
.  Qaftanı  altından  bərk  sardı.  At  var  qüvvətilə  [çapdı.  Bəkil]

  atınuñ 
yelisinə  düşdi.  Avcılardan  ayrı,  dülbəndi  boğazına  keçdi.  Ordusını  ucına  gəldi. 
Oğlancuğı  Əmrən  bahadur  atasına  qarşu  gəldı.  Gördi  bəñzi  sararmış,  dülbəndi 
boğazına  keçmiş.Yoldaşlarını  sorub  oğlan  burada  soylamış,  görəlüm,  xanım,  nə 
soylamış: “Qalqubanı yerüñdən turı gəldüñ / Yelisi qara qazılıq atın butun bindüñ / 
Arquru yatan ala tağlar ətəginə ava varduñ / Qara tonlu kafirlərə uğraduñmı? / Ala 
gözlü  yıgıtlərüñ  qırdırduñmı?  /  Ağız  -  dildən  bir  qaç  kəlimə  xəbər  maña  /  Qara 
başum qurban olsun, ağam, saña”, - dedi. Bəkil oğlına soylamış, görəlüm, xanım, 
nə  soylamış.  Aydur:  “Oğul,  [oğul,]  ay  oğul!  /  Qalqubanı  yerümdən  turı  gəldüm  / 
Qara tağlar öñinə ava bindüm / Qara tonlu kafirlərə uğramadum / Sağdur, əsəndir 
yigitlərüm,  oğul,  qayurma  /  Üç  gündür  qoşuluğumمغلشوقyox  /  Oğul,  at  üzərindən 
məni qap, döşəgümə çıqar” - dedi (D. 241 - 242). V. V. Bartold sözü  quşluqkimi 
oxumuş,  “Уже  три  дня,  как  я  не  попадал  в  место  охоты  за  птицами,  сын” 
şəklində  rus dilinə  çevirmişdir (6, 85).H. Araslı,  O. Ş.  Gökyay, M. Ergin, M. S. 
                                                           
§§§§§§§
Bütün nəşrlərdə urdı şəklində oxunmuşdur. Or - feli türkməncədə “kəsmək, biçmək” 
mənası ifadə edir. Müasir Azərbaycan dilində işlənən oraq sözündə bu felin kökü qorunub 
saxlanmışdır. 

Bu sözləri mətnə biz əlavə etdik 


104 
 
Kaçalin  bu  parçadakıqoşuluğumsözünün  yazılışında  katib  xətası  olduğunu 
düşünərək  ona  xoşluğum  şəklində  düzəliş  vermiş,  “hoşluk,  iyilik,  keyif,  sıhhatte 
bulunma”  kimi  mənalandırmışlar  (15,  223;  12,  II,  140;  17,148  ).  S.  Əlizadə 
qoşluğumoxunuşunu  seçərək  müasir  mətndə  həmin  sözün  keçdiyi  cümləni  “Üç 
gündür  ki,əhvalım  yox, xəstəyəm”  kimi  şərh  etmişdir  (13,  106, 204).  Göründüyü 
kimi,  onun  da  şərhində  xoşluq  sözünün  mənasına  və  dolayı  yolla  mətndə  sözün 
köçürülməsi zamanı xoşluqyerinə qoşluq şəklində yazılması məntiqinə əsaslanılır. 
S. Tezcan və H. Böhöten sözü koşlığumşəklində transliterasiya edərək əlavə izahat 
verməmiş  (30,  159),    S.  Özçəlik  isə  koşluğum  kimi  oxuduğu  qrafik  kompleksi 
xoşluğum  sözünün  fonetik  variantı  olaraq  qiymətləndirmişdir  (25,  129  -  130).  
Verdiyimiz  qısa  icmaldan  da  göründüyü  kimi,  naşirlərin,  demək  olar  ki,  hamısı 
cümlənin məzmununu Bəkilin özü haqqında, öz vəziyyəti barədə məlumat verməsi 
faktı ilə bağlamışlar.Doğrudur, abidədə x ilə başlayan ərəb - fars mənşəli sözlərdə 
x-  >  q-  əvəzlənməsinə  aid  bir  neçə  nümunə  vardır:  xütbə    >    qütbə,  xalı  >    qalı, 
xalıça  > qalıça. Buna görə də xoşluğum > koşluğum şəklindəki fonetik dəyişmə 
etiraz  doğurmur.  Lakin    مغلشوقqrafik  kompleksininqoşuluğum  kimi  oxunması  və 
əvvəlki  cümlənin  (Sağdur,  əsəndir  yigitlərüm,  oğul,  qayurma  )  məzmunu  ilə 
bağlanması  mətnin  qrammatik  -  məntiqi  ovqatına  daha  çox  uyğun  görünür. 
“Tarama sözlüğü”ndəqoşuluqقلشوق sözünə aid XVI əsrdə tərtib edilmiş “Babusül - 
vasit”  adlı  ərəbcə  -  türkcə  lüğətdən  bir  nümunə  verilmişdir:  Etba:  Kimseye  uyan 
kişiler ve mâna murad olunan lâfızla koşuluk
 
 قلشوق mânası olmayan elfaz (23, IV, 
2672). Lüğətdə bu sözün mənası  “bir araya  gətirilmiş”  şəklində verilsə də, bizcə, 
“bir araya gətirilmə”  olmalıdır.Sözün  kökü  qoş-“qoşmaq”  felidir:  qoş  -  +  -  u  +  - 
luq>qoşuluq.  V.  V.  Radlov  lüğətində  koşu“bir  neçə  hissədən  təşkil  edilmiş  hər 
hansı bir əşya”, koşuk“bir - birinə bağlanmış, qoşulmuş”,koşukluk“bağlılıq, əlaqə” 
sözləri  qeydə  alınmışdır  (26,  II,  1,  640  -  641).  Bunlara  əsasən  Üç 
gündürqoşuluğumمغلشوقyoxcümləsinin  məzmunu  “Üç  gündür  igidlərimlə  əlaqəm 
yoxdur, onlardan ayrı düşmüşəm” kimi anlaşılmalıdır.  
     Yañal
 
لاکی “kənardakı,  qıraqdakı”.  Söz   abidədə  bir  yerdə,  Drezden  nüsxəsinin 
giriş hissəsində işlənmişdir; Vatikan nüsxəsində həmin sözün keçdiyi mətn parçası 
ixtisar olunmuşdur:Yañal ala ev yanında dikilsə, gərdək görkli...(D. 7). Nəşrlərdə 
لاکیqrafik kompleksi aşağıdakı şəkillərdə oxunmuşdur: 
      H. Araslı  (1962): Bunar ala ev yanında tikilsə gərdək görklü (s.14); 1978 - ci 
il nəşrində də eyni oxunuş təkrarlanmışdır. 
      Ş. Cəmşidov (1999): Yənal ələ ev yanında digilsə gərdək görklü... 
      O. Ş. Gökyay (2000): Yañal ala ev yanında dikilse gerdek görklü. Söz türk dili 
dialektlərində işlənən yañal  “parlak; kırmızı; bir tarafı kırmızı bir tarafı beyaz olan 
meyve; akşam güneşinin taşlar üzerine vuruşu”  leksik vahidi ilə eyniləşdirilir. 
      S. Özçəlik (2005): Yañal ala ev yanında dikilsə, gərdək görkli . 
      Mustafa  S.  Kaçalin  (2006):  Yanal    ala  ev  yanında  dikilse  gerdek  görklü. 
Mətndə yanal sözünün mənası “alaca” şəklində göstərilmişdir. 


Yüklə 4,33 Mb.

Dostları ilə paylaş:
1   ...   44   45   46   47   48   49   50   51   ...   158




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə