Görkəmli dilçi alim, ədib professor



Yüklə 4,33 Mb.
Pdf görüntüsü
səhifə46/158
tarix21.07.2018
ölçüsü4,33 Mb.
#57605
1   ...   42   43   44   45   46   47   48   49   ...   158

99 
 
dillərində geniş areala  malikdir. Lakin bu xüsusiyyət  türk, türkmən, uyğur və öz- 
bək dillərində də mövcuddur.  
Hal kateqoriyasında yiyəlik və təsirlik hallarda yalnız tam formaların (-nin, 
-ni
2
), yönlük-istiqamət halında -qa, -ka formalarının, yerlik və cıxışlıq hallarda kar  
variantlı şəkilçilərin işlənməsi qıpçaq xüsusiyyətlərinin üstünlüyünü gostərir.  
Mənsubiyyət  kateqoriyasının qrammatik vasitələri oğuz  dilləri ilə eyniyyət 
təşkil edir;  məs:  babam, baban, babası,  babamız, babanız, babası//babaları  və  s. 
Mənsubiyyətin analitik forması da bu dildə müşahidə olunur; məs.: sizin koy, bizim 
adam,  sizin  balalar  və  s.  Bu  xüsusiyyət  Azərbaycan  danışıq  dilində  məhdud 
dairədə (bizim küçə, sizin məhəllə), Dərbənd, Balakən, Qax, Cəlilabad, Lerik, Şəki 
və Təbriz şivələrində geniş yayılmışdır.  
Bu,  türk  dillərinə  xas  olan  qədim  xüsusiyyətdir.  Qədim  yazılı  abidələrdə-
Orxon-Yenisey  kitabələrində  (bizin su,  menin er),  «Dədə  Qorqud kitabı»nda ( bi- 
zim el), M.Kaşğarinin «Divanı»nda (bizin ev) da işlənmiş, muasir dovrdə karaiim, 
qaqauz, qumuq, başqırd, cuvaş, xakas, türk, qaracay-balkar və türkmən dilinin dia- 
lektlərində I və II şəxslərdə mühafizə olunmuşdur.  
Mənsubiyyət  şəkilcili  isimlərin  hallanması  oğuz  dillərinə  uyğun  şəkildə 
mey-dana  cıxır.  Oğuz  dillərində,  eləcə  də  Azərbaycan  dilindəki  hallanma  forması 
eynidir;  məs.:  babamın,  babama,  babamı,  babamda,  babamdan  və  s.  Krım-tatar 
dilində  oğuz  dillərində  olduğu  kimi,  III  şəxsdə  bitişdirici  ŋ  ünsüründən  istifadə 
olunur:  babasında,  babasından  və  s.  Karluq  dilləri  istisna  olmaqla,  digər  müasir 
türk dillərində  və  onların  şivələrində  mənsubiyyətli  hallanmada  məkani  hallardan 
əvvəl  -  ŋ  ünsürü  işlənir.  Bu  xüsusiyyət  tarixən  Orxon-Yenisey  (oğlınta,  yaşına), 
uyğur yazılı abidələrində (tenqri oğlanınqa), M.Kaşğarinin «Divanı»nda (közinde, 
oğlundan)  və  digər  yazılı  abidələrdə  mövcud  olmuş,  müasir  dövrdə  hər  iki  ədəbi 
dildə normalaşmışdır.  
Hər  iki  dildə  üçüncü  şəxs  mənsubiyyət  şəkilçili  isimlər  təsirlik  halda  ‐n 
şəkil-çisi  qəbul  edir;  məs.:  anasın,  kardaşın,  aşın  «yeməyin»  (krım-tatar),  atasın, 
babasın,  başın,  nəvəsin  (Azərb.)  Bu  xususiyyət  Azərbaycan  ədəbi  dilində  deyil, 
danışıq  dilində  və  şivələrin  əksəriyyətində  geniş  fəallığa  malikdir.  Türkoloji 
ədəbiyyatda ŋ şəkilcisi təsirlik halın qədim forması hesab olunur. Hazırda qıpcaq 
dillərində,  Tuva,  sarı  uyğur,  şor  dillərində  və  Qaraqalpaq,  türkmən,  qumuq,  türk 
dillərinin dialektlərində tarixi işləkliyini saxlamışdır. Yazılı mənbələrin və müasir 
şivələrin  materiallarından  aydın  olur  ki,  qədim  -in

şəkilçisi  tarixən  yiyəlik  və 
təsirlik  halla-  rın  funksiyasını  yerinə  yetirmişdir.  Hal  formalarının 
diferensiallaşması prosesində  ŋ şəkilcisi təsirlik halı bildirmək funksiyasını bəzi 
ədəbi dillərdə itirmiş, şivələrdə fəallığını saxlamışdır.  
Azərbaycan dilindən fərqli olaraq, Krım-tatar dilində qrammatik şəkilçilərin 
əksəriyyəti ikivariantlıdır. Şəkilçilərin damaq variantı dodaq variantının mövqeyin- 
də işlənir. Bəzi şəkilçilərin damaq variantının üstünlüyü (hal, mənsubiyyət və şəxs 
şəkilçilərində) şimal-şərq ləhcəsi üçün səciyyəvidir.  


100 
 
Krım-tatar  və  Azərbaycan  dillərində  əvəzliyin  məna  növləri  forma  və 
seman-  tik  baxımdan  oxşardır:  şəxs  əvəzlikləri  (men,  sen,  o,  biz,  siz,  olar),  işarə 
(bu, o, şu, mına, anna «ona», mınavitəyini  (er,  alay,  bytun,  cumle,  er  er  bir),  qeyri-muəyyən  (biri,  birevi,  bir  kimse, 
kimdir, nedir, bazı, kimi, kimisi), inkar (ic, ic kimse// ic birisi// ic kimse, ic bir şey), 
sual  (kim,  ne,  neday,  anqi,  kaysi)  və  s.  Şəxs  əvəzlikləri  hallanarkən  Azərbaycan 
ədəbi  dili  və  şivələri  ilə  oxşar  formalar  özünü  göstərir.  Birinci  şəxs  əvəzlikləri 
yiyəlik  halda  mənim,  bizim  şəklində,  yönlük  halda  mana//  bana,  sana,  ona 
formalarında  işlənir.  Krım-tatar  dilinin  cənub  dialektində  şəxs  əvəzlikləri  yönlük 
halda  ma:,  sa:,  şimal  dialektində  maqa,  saqa,  oqa  şəklində  istifadə  olunur. 
Əvəzliyin bu formaları Azərbaycan dilinin qərb ləhcəsində, şimal-qərb şivələrində 
(ma:, sa:), Zaqatala, Qax və ayrım şivələrində (maqa, saqa) muşahidə olunur.  
Krım-tatar dilinin cənub şivələrində bu, u, «o» işarə əvəzlikləri abu<ha bu
avu<ha  u  şəklində  təzahur  edir.  Abu  əvəzliyi  «Azərbaycan  dilinin  şimal-qərb, 
Dərbənd  və  Tabasaran  şivələrində  habu//habı//havı//havu  variantlarında  cox 
yaxındakı,  gözlə  görünə  bilən  varlığı  göstərmək,  nişan  vermək  üçün  işlədilməklə 
bərabər,  ondan  haqqında  danışılan  və  gələcəkdə  olacaq  hadisəni,  əşyanı,  varlığı, 
əlaməti və s. bildirmək üçün istifadə edilir. Məsələn: habu meniŋ qız mağa cox ko- 
mak eliyir (6, 93).  
Azərbaycan  dilində  olduğu  kimi,  Krım  –tatar  dilində  də  inkar  feillər-ma

şəkilçisinin  vasitəsilə,  bacarıq  feilləri-a,e  feili  bağlama  şəkilçisi  ilə  bil  feilinin 
köməyi ilə əmələ gəlir; məs.: ata bil, ala bil və s. Bacarıq feillərinin inkarı –alma, 
-ama, -eme feilləri ilə duzəlir; məs.: atalma// atama, alama və s.  
Şəxs şəkilciləri iki şəkildə təzahür edir: 1) feilin şühudi kecmiş zamanı və 
şərt  şəkli  ilə  işlənənlər:  aldım,  aldın,  aldı,  aldık.  aldız,  aldılar;  2)  feilin  digər 
şəkillərində işlənənlər: alırım, alırsın, alır, alırmız, alırsız// alırsınız, alırlar və s.  
Göründüyü  kimi,  Azərbaycan  dilindən  fərqli  olaraq,  Krım-tatar  dilində  II 
şəxs  təkdə  -sın
2
,  I  şəxs  cəmdə  -mız

şəkilçiləri  işlənir.  Azərbaycan  dilində  və 
şivələrində  I  şəxs  cəmdə  -mız

şəkilçisi  qeydə  alınmamışdır,  lakin  tarixən  yazılı 
abidələrdə iki forma (-q, -k və -mız) işlənmişdir. XVIII yüzildən başlayaraq ədəbi 
dildə -q, -k şəkilçisi normalaşmışdır. II şəxs təkdə  –sın şəkilçisi Gədəbəy və Qax 
(İlisu kənd şivəsi) şivələrində fəal işlənməkdədir.  
Turk dillərində II şəxs təkdə şəkilçinin həm acıq saitli, həm də qapalı saitli 
variantları (-san, -sın) mövcuddur. -San şəkilçisi Qaraqalpaq, qumuq, Tuva, özbək, 
uyğur  dillərində,  -sın

forması  isə  müasir  türk,  qazax,  karaim,  qırğız,  noqay  və 
Baraba  tatarlarının  dilində  eyni  vəzifə  daşımaqdadır.  Ümumtürk  arealında  –san

şəkilçisi  ilə  müqayisədə  qapalı  variant  üstünlük  təşkil  edir.  N.Hacıyeva  -sın 
izoqlossunun innovasiya mərkəzinin Orta Asiya türklərinin yayıldığı zonanın olma 
sı  qənaətindədir  (5,  178).  Orta  Asiyada  özbək  və  Qaraqalpaq  dilləri  istisna  ol- 
maqla, oğuz  və  qıpçaq mənşəli türk dillərində  –sın  şəkilçisi işlənir. Bu şəkilçinin 
ayrılıqda  oğuz  və  qıpçaq  xüsusiyyəti  olmasını  müasir  dil  faktları  ilə  təsdiqləmək 


Yüklə 4,33 Mb.

Dostları ilə paylaş:
1   ...   42   43   44   45   46   47   48   49   ...   158




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə