202
1.
Müasir Azərbayca dillində heç bir iz buraxmadan unudulmuş, müasir
Azərbaycan dili üçün ölmüş sözlər; məs: uçmaq (cənnət), əsən (sağlam), tamu
(cəhənnəm), tanuq (şahid), qaqımaq (acıqlanmaq), duş (yuxu), nəsnə (şey), sin
(məzar), din (sakit), yavuz (bəd, sərt);
Belə sözlərin ölməsini mübarizədə məğlub olmaq kimi başa düşmək lazımdır.
Bu sözlərin çoxu, başqa tayfa dilllərinə mənsub sözlər olaraq, ümumxalq dili halında
yenicə təşəkkül tapan Azərbaycan dilinin lüğət tərkibində başqa bir tayfa və ya xalqa
mənsub eyni mənalı sözlə paralel işlənmiş, mübarizə etmiş və nəticədə məğlub
olmuşdur. Buna görə də Azərbaycan dili üçün ölmüş olan bu sözərin bir qismi indi
mövcud digər türk dillərində canlı surətdə işlənir.
2.
Müasir Azərbaycan dilində eyni məzmun və eyni şəkildə ümumi surətdə
işlənməkdə olan sözlər; məs: görmək, gəlmək, oğlan, qız, su, olmaq, əl, yaxşı, sən,
isə, ötrü, üçün və s.
3.
Azərbaycan dilinə mənsub hesab edilən sözlərin müəyyən bir qismi isə
əsərdə geniş dairədə və ya eynən müasir Azərbaycan dilində işlənməsə də, müxtəlif
dəyişikliyə uğramış və ya məhdud şivədə öz izini saxlamaqdadır:
a). Bunlardan bəziləri atalar sözlərində, nağıllarda, bayatı və qoşmalarda və
ya ayrı-ayrı şivələrdə eyni məna, eyni şəkildə qalmaqdadır; məs:
Arı (təmiz, saf) –
Ağ qızım, arı qızım,
Dağların qarı qızım [1,144].
Yeg (yaxşı)
– Mən aşıq qalınca bağ,
Bar verməz qalınca bağ,
Veyrana qalsa yegdir,
Düşmənə qalınca bağ (bayatı) [1,144].
Yazı (çöl, səhra) –
Evdə gül, yazıda gül,
Gəlməsən, yaz dəgül (bayatı) [1,144].
Ağır (əziz, dəyərli, bahalı) –
Gec gələn qonaq ağır gələr (atalar
sözü) [1,145].
Varmaq (getmək) – Var get (Qazax şivəsi) [1,145].
b). Belə sözlərin bir qismi isə öz əvvəlki şəklini, fonetik tərkibini eynilə
saxlamaqla, mənaca dəyişərək əvvəlki mənaya yaxın başqa bir mənada
işlənməkdədir; məs: “yaraq” sözü poemanın dilində ümumən hər cür gərək, alət,
hazırlıq görmək mənalarında işləndiyi halda müasir Azərbaycan dilində ancaq
“silah” mənasını ifadə edən bir söz kimi işlənir. Yazıq – poemanın dilində “günah”,
“günahkar” mənasında işləndiyi halda müasir Azərbaycan dilində “aciz, kimsəsiz,
zəif ” mənalarında işənir. Qat – əsərdə qarşı, qabaq, yan mənasında işlənir, lakin
müasir Azərbaycan dilində əksərən “büküm”, bəzən isə “dəfə” mənasında
işlənməkdədir.
c). Bu qəbildən olan sözlərin müəyyən bir hissəsi isə öz müstəqil varlığını ya
tamamilə itirib, ya da müstəqil formasını mühafizə etməklə bərabər, başqa bir sözün
varlığında müəyyən iz buraxaraq yaşamaqdadır; məs: Al – hiylə (aldatmaq sözündə
qalır).
203
“Yusif və Züleyxa” poemasının dilindəki leksik arxaizimlərin bir qisminə
ayrı-ayrılıqda nəzər salaq.
Aqmaq – meyil etmək, könül vermək; məs:
Var ikən görüm, cəmalüm bağmadun,
Bir zəman bəndən yana heç aqmadun [4,296].
Ayıtmaq –
Ayıtdı, bizüm dəftərimizdə xəbər
Qıldı Yusif qissəsin mötəbər [1,214].
“Ayıtmaq” sözü Azərbaycan yazılı abidələrinin dilində aydır/aydur şəklində
“deyir, söyləyir” mənasını ifadə etmişdir; məs:
Ol qırq namərdlər aydılar [3].;
Aydım qaşına işvə qıl, aydır ki, göz üstə (Xətayi) [2,230].
Al – hiylə, yalan, məkr, kələk, biclik, fənd;
Al ilə Yusifi razı qıldılar,
Turdilər babalarına gəldilər [4,216].
Azərbaycan ədəbi dil nümunələrində də “al” sözü eyni mənada işlənmişdir;
Namərd tayın al eyləmiş [3].;
Alini gör nə al edər, kimsə irişməz
alinə(Nəsimi)[2,231].; müasir Azərbaycan dili şivələrində “al” sözü hiylə, yalan
mənsında işlənir; məs:
Məni al dilə tutma, nə sözün var mərdanə deynən (Bərdə)
[2,231].
Ari – təmiz, saf, duru; məs:
Çevrə yanin ari eylə, ey zülfunun [4,245].
Poemanın dilində “ari” və “təmiz” sözləri paralel işlənmişdir. “Ari” sözü
müasir Azərbaycan dilində “arıtmaq” felinin tərkibində, həmçinin atalar sözü və
məsəllərdə qalmışdır; məs:
Aydan arı, sudan duru.
“Ari” sözünə digər abidələrin dilində də rast gəlmək olar; məs:
Ari sudan
abdəst aldılar [3,50].
Bay – bəy, dövlətli , zəngin, xoşbəxt; məs:
Bəzədilər gərdəgü gümiş saray,
Ol dügünə gəldilər yoxsul, bay [4,228].
Digər abidələrimizin dilində də “bay”sözünə rast gəlmək olar; məs:
Dədəm
Qorqut gəlsün, bu oğlana ad qosun, biləcinə alıb babasına varsun. Babasından
oğlana bəglik istəsün, təxt alı versün – dedilər [3,36].
Müasir Azərbaycan ədəbi dilində “bay” sözü fonetik dəyişikliyə uğrayaraq
“bəy” kimi işlənməkdədir.
Bilmək – tanımaq; məs:
Bilmədi Yusif Züleyxa yüzini,
Kim, nə surətlüdür anun özini [4,236].
“Dədə Qorqud”un dilində də “bilmək” sözü eyni mənada işlənmişdir; məs:
Getdikdə yerin otlaqların keyik bilir.
Kənəz yerlər çəmənlərün qulan biliür.
Ayru-ayru yollar izin dərə bilür.
Yedi dərə qoxuların dilxü bilür [3,32].
Varmaq – getmək; məs: