200
2.
Tanrıverdi Ə. Kitabi-Dədə Qorqud”un söz dünyası. Bakı: 2006, 471
səh.
3.
Şükürlü Ə. Nizamidə türkçülük. Bakı: 2002, “kitab aləmi”, 247 səh.
4
.
جاﻭ .یرقاب یرهم
:نارهت ،یسراف نابز یخیرات یسانش
1831
رشن ،
«
هرطق
»
،
804
.ص
Nərgiz Nağıyeva
MUSTAFA ZƏRİRİN “YUSİF VƏ ZÜLEYXA” POEMASINDA
LEKSİK ARXAİZMLƏR
Uzun əsrlərdir ki, azərbaycanlılar Şərqi Anadolunu özləri üçün vətən etmiş,
bu qədim topağın yerli və köklü əhalisinə çevrilmişlər.
Şair M.Aslan yol qeydlərində yazır: “Dörd saatdan artıqdır ki, yol gəlirik.
Sağda, solda əhalisi Azərbaycan əsilli kəndlər səpələnib. Burada yaşayanların ulu
dədələrinin bu dağlara, bu torpaqlara haçan ayaq basıb, oba saldıqlarından xəbərləri
yoxdur” [4,150].
Azərbaycan dilinin Şərqi Anadoludakı nüfuzu onun yazılı ədəbiyyat, yazılı dil
sahəsində də üstünlüyünü, aparıcı mövqeyini təmin etmişdir. Bu dil tarixin müəyyən
mərhələlərində Şərqi Anadoluda yazıb-yaradan sənətkarların yaradıcılıq vasitəsi
olmuşdur. Prof. Ə.Dəmirçizadə yazırdı ki, Azərbaycan ədəbi dili XIII əsrin sonları
və XIV əsrdə Şərqi Anadoluda yetişən bir çox şairlərin şeir dili kimi işlənmiş və bu
dildə yazılan şeirlər osmanlı türk yazılı ədəbi dili üçün, demək olar ki, ilk örnək
olmuşdur [1,88-89].
Tarixən Şərqi Anadoluda Azərbaycan dilində yaranmış poeziya o dərəcədə
qol-qanad açmışdır ki, nəticədə onun təsiri başdan-başa Anadolunu bürümüş, şeir,
sənət onun təsiri altına düşmüşdür.
Şərqi Anadolu ədəbi məktəbini təmsil edən, yaradıcılığı bu mühitlə bağlı olan
şairlərimiz, onların ədəbi irsi, dili çox az öyrənilmişdir. Bu günə qədər ədəbi
ictimaiyyətimiz S.Fəqih, M.Zərir, Y.Məddah kimi XIV əsr şairlərimizlə yaxından
tanış deyil. Hələ də onların yaradıcılığı, dili dərindən öyrənilməmişdir. Bu şairlər
kimdir, hansı xalqa məxsusdur, onların yaradıcılığı hansı dilin tarixi inkişafını
izləmək üçün dəyərli mənbədir və s. suallar özünün tam elmi həllini gözləyir.
Şərq Anadolu ədəbi məktəbinin qüdrətli nümayəndələrindən biri XIV əsr
Azərbaycan şairi Ərzurumlu qazi Mustafa Zərirdir. Lakin təəssüflər olsun ki, yeni
istiqamətdə inkişaf edən anadilli ədəbiyyatımızın, yazılı ədəbi-bədii dilimizin ilk
yaradıcılarından biri olan M.Zəririn adı Azərbaycan oxucularına yaxşı bəlli deyil.
Halbuki şairin bədii irsi qədim qaynaqlara malik doğma ana dilimizin və başlanğıcı
Nağıyeva Nərgiz – Bakı Slavyan Universitetinin magistri.
201
səhvən XVI əsrə aparılıb çıxarılan nəsrimizin keçmiş olduğu uzun və mürəkkəb
tarixi inkişaf youlunu izləmək üçün ən etibarlı mənbədir.
“Yusif və Züleyxa”poeması M.Zəririn yaradıcılığında ilk əsərlərdən hesab
edilir. Poema 2120 beytdən ibarətdir.
Şərq ədəbiyyatında bir neçə məhəbbət mövzusu məşhurdur ki, onlar şeirin,
sənətin zirvəsində durmuş, sənətkarlar üçün yaradıcılıq imtahanı, ölməzlik vəsiqəsi
verən bir sınaq olmuşdur. Həmin mövzularda yaranmış əsərlər öz müəlliflərinə
dünya şöhrəti gətirmiş və bəşəri mədəniyyətin bəzəyi olmuşdur. “Leyli və Məcnun”,
“Xosrov və Şirin”, “Vərqa və Gülşah” və s. onlarca sənət nümunələri canlı sübutdur.
Bu əsərlər dünyəvi məhəbbətdən doğulmuşdur. Lakin elə məhəbbət mövzuları da
vardır ki, onların yaranışı, taleyi başqa cür olmuşdur. “Yusif və Züleyxa” mövzusunu
misal göstərmək olar. Məlumdur ki, bu mövzu “Tövrat”dan, “Quran”dan gəlmişdir.
Ona görə də bu mövzunu işləyən sənətkarlar ilk növbədə mövzunu dini-mistik
boyalardan təmizləyib, ona dünyəvi məhəbbət donu geydirməli, donuqluqdan
qurtararaq, din əlində silah olmaqdan xilas edib bəşər övladının xidmətinə verməli
idilər.
Orta əsrlərdə Şərq ədəbiyyatında ənənə xarakteri almış və klassik aşiqanə
dastanlarda olan bir sıra cəhətlər – dibaçə, tovhid, nət, meracnamə dövrün
hökmdarlarının şərəfinə söylənilmiş mədhlər yox dərəcəsindədir. Yalnız poemanın
başlanğıcında, təxminən iyirmi misralıq bir parçada Məhəmməd peyğəmbər və
ondan sonra gələn xəlifələrin şərəfinə xoş sözlər deyilir. Müəllif ulu tanrıdan kömək
diləyir, bu ağır işdə kömək olmasına ürəkdən dua edir. Bütün bunlar M.Zəririn
yaradıcılığının xalqla bağlılğına, geniş kütlənin zövqünə, dünyagörüşünə, düşüncə
tərzinə yaxından bələd olmasını göstərir. Poemanın dlinin sadə və anlaşıqlı olması
buna sübutdur.
Orta əsrlərdəki ərəb və fars dillərinin təsiri “Yusif və Züleyxa” poemasından
da yan keçməmişdir. Lakin buna baxmayaraq poemanın dilində türk mənşəli
sözlər
üstünlük təşkil edir.
“Yusif və Züleyxa” poemasının dilində işlənmiş lüğət vahidlərini mənşəyinə
görə şərti olaraq iki yerə ayırmaq olar:
1.
Türk mənşəli sözlər
2.
Ərəb mənşəli sözlər
Türk mənşəli sözlər əsərin lüğət tərkibində öz tutumu ilə diqqəti cəlb edir. Bir
qrup sözlərin böyük çoxluğu formaca və mənaca heç bir dəyişikliyə məruz
qalmadan bu gün də Azərbaycan dilində işlənir, digər qismi ədəbi dildən çıxsa da, öz
varlığını dialekt və şivələrimizdə, həmçinin danışıq dilində qoruyub saxlaya bilmiş,
başqa bir qismi isə şəkilcə və mənaca müəyyən dəyişikliyə məruz qalmışdır.
Türk mənşəli sözləri öz övbəsində iki yerə ayırmaq olar:
1.
Adlar: dügün, dişi, yazı, sin, nəsnə, kömlək, suç və s.
2. Fellər: ayıtmaq, bilmək, varmaq, tanımaq, toylamaq və s.
Abidənin dilindəki türk mənşəli sözləri tarixi inkişaf nöqteyi-nəzərdən bir
neçə yerə ayırmaq olar: