295
Məsihin təfərrüatlı bioqrafiyası olduğu məlumdur. Müsəlmanlıqda da “Tarixi-
ənbiya” janrı eyni xarakter daşıyır. XIX-XX əsrlərdə bioqrafik janr istər roman,
istər publisistik, istərsə elmi məzmun daşımaqla nəsrin aparıcı forması olaraq
qalır” ( 3, s. 60 ).
Yaradıcılıq , yazıb-yaratmaq yaradanın bəxş etdiyi ilahi vergidir. Hər
kəs bu gücə, qüdrətə malik deyildir. Onu bacaranlar isə tanrı tərəfindən
seçilmişlərdir. Yaradan əlinə qələm alan hər kəsə o nadir istedadı bəxş etmiş olsa
idi, Əbdürrəhim bəy Haqverdiyevin Mirzə Səfəri də məşhur şair olardı.
“ Ədəbi və bədii yaradıcılığın allahlardan ilham almış seçmə şəxslərlə
bağlılığı ideyası ədəbiyyat nəzəriyyəsinin tarixində qədimlərdən mövcuddur. Bu
konsepsiya dini ədəbiyyatşünaslıqdan irəli gəlir və ədəbi istedadın ilahi mənşəyini
ilk sıraya çəkir. Bioqrafik məktəb təxminən eyni konsepsiyanın materialist variantı
idi. Burada istedadın qeyri-adiliyi ideyası qalır, onun ilahi xüsusiyyətləri və
mənşəyi isə aradan çıxırdı. Bioqrafik məktəbin yarandığı XIX əsrin ortalarında
Qərbi Avropada və Fransada müəllif ədəbi yaradıcılığı kütləvi xarakter almış və
bədii kitab çapı biznesin sahələrindən birinə çevrilmişdi ” (3, s. 59 ).
Azərbaycan ədəbiyyatında da bu janrda yazılan əsərlər kifayət qədərdir.
Xüsusilə, müstəqillik dövründə müəlliflərin söz azadlığı, düşüncələrini sərbəst
şəkildə paylaşmaq imkanı əldə etməsi onlara yaxın keçmişdə paylaşa bilmədikləri
fikirləri paylaşmağa imkan verdi. Onlar bu azadlığı asanlıqla əldə etməmişdilər.
Qələm sahiblərimiz ədəbi dilimizin inkişafı naminə də mübarizə
meydanının ön sıralarında mücadilə aparmışlar. Onlar elmi, sənədli, bədii
əsərlərdə, məruzə və çıxışlarında doğma dilimizin saflığının qorunub saxlanması,
onun inkişafı, zənginləşdirilməsi məsələlərinə diqqətlə yanaşmış, dilin təəssübünü
çəkmişlər.
Dilimizin təəssübkeşləri qələmlərinin məhsulu olan əsərlərdə xalq danışıq
dilindəki koloriti, canlılığı, bədiiliyi, təbiiliyi elə ustalıqla əks etdirməyi
bacarmışlar ki, bununla da toxunduqları məsələlərə dair oxucuda tam təsəvvür
formalaşdırmağa müvəffəq olmuşlar. Gerçəklik, faktolojilik, əsərin dil-üslub
xüsusiyyətləri, bədii keyfiyyətləri , obrazlılıqla bərabər, gündəlik məişətdən, xalq
danışıq dilindən ona tanış olan ifadələrin məqamında işlədilməsi,folklor
nümunələrindən istifadə vasitəsilə fikrin təsdiqinin möhkəmləndirilməsi əsərin
dilinin bədii məziyyətini artırır. Bioqrafik əsərlərdə diqqətimizi cəlb edən müəllif
təhkiyəsi bütün sadalananları özündə birləşdirdiyi zaman əsərin poetik dilinin
məna zənginliyini daha da artırmış olur və beləliklə, həmin kriterilərə cavab verən
sənət nümunələri nəzəri cəhətdən də qiymətli mənbəyə çevrilir.
Ədəbiyyatımızda ötən əsrin tanınmış tarixi roman ustası, xalq yazıçısı
Əzizə Cəfərzadənin qələminin məhsulu olan əsərlər də bu qəbildəndir. Müəllif
əsərlərində müxtəlif dövrlərin ictimai-siyasi, mədəni-ədəbi hadisələri və bu
hadisələrin fonunda görkəmli şəxsiyyətlərin obrazlarını yaratmışdır.
Onun tədqiqata cəlb etdiyimiz “ Rübabə Sultanım” adlı əsəri yüksək
səviyyəli dil-üslub xüsusiyyətləri ilə də diqqəti cəlb edir. Müəllif XIX –XX
296
əsrlərdə Azərbaycanda baş verən mühüm ictimai-siyasi hadisələri bir nəslin tarixi,
həyatı fonunda təqdim etməklə, tarix, ədəbiyyat qarşısında borcunu yerinə yetirir.
Əsərin poetik xüsusiyyətlərinin mükəmməlliyi isə onun ədəbi dilimiz qarşısında
xidmətlərin bəhrəsidir. Bütün bunlar onu deməyə əsas verir ki, müəllif vətənpərvər
ziyalı olmaqla yanaşı, həm də güclü nəzəriyyəçidir.
Əsərdə çoxsaylı yaxınmənalı, çoxmənalı sözlər, frazeoloji birləşmələr,
canlı xalq danışıq dilinin qaynar çeşməsindən su içən ideomlar, folklor
nümunələrindən istifadə romanın dilinin poetizmini daha da artırmışdır.Müəllif
bəzən bir ifadənin cümlə daxilində təkrarına yol verir ki, bununla həm bədiiliyə,
həm də ahəngdarlığa nail olur. Beləliklə,fikri qüvvətləndirir , hadisələr daha
inandırıcı təsir bağışlayır.Məsələn, o, xalqımızın başına gətirilən müsibətlərdən
bəhs edərkən deyir: “ Düz bir həqiqət idi ki, rus bu torpaqları əlindən heç vaxt
buraxmayacaqdı, bu torpaqlarda qoy hələ bir özünə yer eləsin. “ qoy özümə bir yer
eləyim, gör sənə neyniyəcəyəm” məsəli yadımızdan çıxmayaydı gərək. Üz
verənlər əvvəldən üz verdilər, əsrin əvvəlində üz verdilər. Kürəkçaydan başladı
bəlamız, bircə-bircə yedi xanlıqları ” ( 1, s. 8 ).
Buradan göründüyü kimi, folklor nümunəsi olan məsəldən məqamında
istifadə , “ üz vermək” frazeoloji birləşməsinin cümlədə yaratdığı zəngin məna
çalarları, sitatın sonuncu cümləsində verilmiş bədii təsvir vasitəsi olan metafora –
bütün bunlar əsərin dilinin obrazlılıq göstəriciləri kimi onun dəyərini daha da
artırır.
Müəllif “ Nənəş dayə qızın başını dizi üstünə alıb qara qarğa qanadı kimi
qapqara, hamar və parlaq saçlarını oxşamağa başlayanda, Rübabə Sultan,
körpəliyində nağıl aşiqi olan qız başını bu qu tükündən də yumşaq, ana dizi kimi
mehriban dizin üstündə rahatlatdı” (1, s. 15) ; “ Tut çırpmışdı budaqlardan,
ağappaq, ağ qar dənələri kimi tökülmüşdü çadırın üstünə” ( 1, s.19 ) ; “ Onun son
nəfəsində Şamaxının büllur kimi havasını udmağa qoymadılar ” (1, s. 21) və s.
nümunələrdə müfəssəl bənzətmələr işlədərək maksimal obrazlılığa nail olmuş, həm
də oxucuda təsəvvür gücünü bədii sözün qüdrəti vasitəsilə artırmışdır.
Xalqımızın şifahi xalq ədəbiyyatı zəngin və dəyərli incilərlə bəzənmiş
xəzinədir. Elə bir xəzinə ki, insan ondan bəhrələnərkən mənən zənginləşir. Yazılı
ədəbiyyat nümunələrində xalqımızın zəngin söz çeşməsindən istifadə fikrin daha
effektiv çatdırılması üçün uğurlu vasitədir. İlk öncə ona görə ki,şifahi xalq
ədəbiyyatı yarandığı dövrdən xalqın həyatı, məişəti ilə bağlı olmuşdur. Özündə
xalqın məişətini, yaradıcı təfəkkürünü, bədii, etik, estetik, fəlsəfi, dini və s.
baxışlarını əks etdirmişdir.
Tədqiqata cəlb etdiyimiz əsərlərin hər birində bu zəngin xəzinədən səmərəli
istifadə diqqəti cəlb edir. Məsələn: Yazıçı Ağarəhim Rəhimovun “Yaddaşda yaşar
xatirələr” adlı xatirə-romanında yalnız hadisələrin nəqli zamanı deyil, həm əsərin
dilində, həm də sərlövhələrin adlandırılmasında atalar sözü və məsəllərdən istifadə
edilmişdir. Məsələn: “ Ot kökü üstündə bitər” ( 5, s. 11 ) , “ Daldan atılan daş
topuğa dəyər ” ( 5, s. 476 ) və s.
Dostları ilə paylaş: |