302
Hidəci şifahi xalq ədəbiyyatını dərindən bilən, öz elinə, dilinə, adət-
ənənələrinə bağlı olan bir şair kimi əsərlərində məharətlə atalar sözlərindən istifadə
etmişdir:
Artar işığı gər tökəsən yağ çırağa
Yalan danışma yalançi xüdayədir düşman
Biri sözün sənə tapşırdı sirrin eyləmə faş (3,səh 203)
Qramatik qaydaları
Müasir ədəbi dildə felin indiki zamanı
ikinci şəxs sonluğu, “san-sən”dir.
Məsələn:(Gəlirsən - qaçırsan).Lakin Zəncan ləhcəsində feldə “s” hərfi
düşür.Və
Hidəci isə çox beytlərində bu şivədən istifadə edir:Bu müddəanı şairin
bütün divanında və özəlliklə başlanqıcı belə olan şeirdə görmək olar:
“Saqi gətir! nədən? O meye xoşqovaridən.”
Kim vardı? neylirən?dura qəlyanı doldura . (3,səh 251)
Bəzən bu şairin şeirlərində indiki zamanda “L”hərfi “s” ilə bərabər “ir”ilə
dəyişilir.Misal üçün:
“ Billən nə var?-Nə var?Mənə vazeh olum missal”.
Burada bilirsən feli,“billən”şəklinə düşmüş və“s”ilə “ir” həzf olubdur.Qeyd
etmə lazımdır kı ədəbi dildə sual əvəzliklərindən biri “Nə”dir.Bu əvəzlik Zəncan
şivəsində“Nəmə”şəklində və ismin müxtəlif hallarında işlənir.Hidəci bu əvəzliyi,
ədəbi dili normaların bilə-bilə şeirin vəzninə uyqun Zəncan şivəsində işlədir.Yoxsa
yeri gəldikcə şerin vəzn ilə əlaqədar bu cur sozuləri ədəbi dil kimi isə işlədibdir.
baxın:
Qurtar məni .nədən?Bu qəme intizardən
Saldı məni bu kebr.Nədən? iqtidardən.
Deməliyə ki Hidəci “Nəmə”sözünü hallandırarkən onun müxtəlif
varyantların eyni şeirdə işlədir:
Zahir edər nəmənəməni ?kuzə öz suyun.
Bəlli olur Nəmə -Nəmədən ?il bahardən
Mən çox xoşum gəlir Nəməyə ?Bülbül -o- gülə
Konlum genə alındı.Nəmeyçün?şərardən.
Zəncan şivəsində Feinl qisalmasına nümünə olan misalları Həidəcini çoxlu
şerlərində yerbəyer görmək olar.Məsələn: yazırsiz (Yazırız) , yazdınız (yazdız),
yazmışsız (Yazmışız), yazacaqam (yazacam) yazarsan (Yazaran), yazasan (Yazan),
yazmalısan (Yazmalıyan),yazdıraram (Yazdırram), yazıldınız (Yazıldız) və s.
Əlbəttə Hidəcinin divanın, dil və üslüb cəhətindən ətraflı araşdırma üçün bir geniş
məqaləyə lazımdır.Və oxuduğunuz məqalə tədqiqatçılar üçün yalnız bir giriş kimi
sayıla bilər.
Söz təmizliyi
Bu arif,alım və ziyalı şair bütün yaradıcılığı boyu heç zaman sözünü yava,
yaman,və yalanla bələşdirməmişdir.O,həmişə,ədəb ,azadəlik,mərifət,insaf və dil
təmizliyi qaydalarını qorumuş, mənəvi-əxlaqi dəyərlərə sadiq qalmış, heç kəsə