309
Standart Azərbaycan türkcəsində sifətin növlərinin adlandırılması ilə
Türkiyə türkcəsində sifətin növlərinin adlandırılmasında müəyyən fərqlər var. Biz
bu cüzi fərqləri müasir Azərbaycan dili ilə Qars Iğdır Azərbaycanlıları şivəsini
fərqləndirərək görürük.
Azərbaycan türkcəsində sifətlərin mənaca növləri:
1)
Rəng bildirənlər
2)
Dad bildirənlər
3)
Görkəm bildirənlər
4)
Keyfiyyət bildirənlər
5)
Həcm bildirənlər
6)
Forma bildirənlər [1, 150].
Türkiyə türkcəsində sifətlərin mənaca növləri:
1)
Niteleme sıfatları
2)
Bilirtme sıfatları
3)
İşaret sıfatları
4)
Sayı sıfatları
5)
Soru sıfatları
6)
Belirsizlik sıfatları [3, 23].
Qars və Iğdır Azərbaycanlıları şivəsində sifətlər, quruluş və istifadə
baxımından standart Azərbaycan türkcəsində istifadə olunan sifətlərdən çox da
fərqlənmirlər. Bölgə şivələrində sifət düzəldən şəkilçilər aşağıdakılardan ibarətdir:
-ca,-ce,-ça,-cah,-cağız,-cıh,-den,-ıncı,-inci,-isi,-lı,-li,-lu,-lü,-eh,-di,-nı,-ni,-
rı,-ri,-nüh,-sız,-siz,-agan,-ağ,-an,-en,-ıcı,-ıh,-iğ,-ü.
Standart Azərbaycan türkcəsi ilə Qars-Iğdır Azərbaycanlıları
şivəsinin oxşar
və fərqli cəhətinə baxarkən qrammatikada Türkiyə türkcəsinin adlandırmalarından
istifadə edəcəyik.
Niteleme sifətləri:
Standart Azərbaycan türkcəsində adi dərəcə adı ilə istifadə olunan, sadə
vədüzəltmə sifətlərdən ibarət olub, heç bir dərəcə şəkilçisi qəbul etmədən, əşyanın
xüsusiyyətlərini göstərən sifətlərdir. Bu baxımdan Qars və İğdır Azərbaycanlıları
şivəsində niteleme sifəti olaraq təsdiq etdiyimiz sifətlər, standart Azərbaycan
türkcəsində adi dərəcə olaraq qəbul edilən sifətlərin istifadəsi ilə bənzərlik
göstərməkdədir [4,157]. Bölgə şivəsində istifadə olunan niteleme sifətlərinin
bəziləri aşağıdakı kimidir.
Geşden bir oğlan
Vəzir bahdı ki o usgehde bir ucuren üstündə geşdən bir oğlan ezen verdi.
(Vəzir baxdı ki...yüksəkdən bir oda üzərində gənc bir oğlan əzan oxudu)
Saldı ipek yatağı, geldi gişinin golunnan tutdu.
(Yatağı ipəkdən açdı, gəldi, kişinin qolundan tutdu)
a)
İkiləmələrdən əmələ gələn nitələmə sifətlərinin nümunələri vardır:
Ufağ-ufağ sümbül
Bahırsan ufağ-ufağ sümbül vurdu. (yavaş-yavaş sünbül açdığını görürsən)