305
çalışmışdılar. Dilçilik ədəbiyyatında jarqon terminin muxtəlif definisaları var.
M.Adilova görə, müəyyən məqsədlə öz fikrini geniş kütlədən gizlətmək üçün bəzi
qrup adamlarının yaradıb işlətdikləri uydurma, suni dilə jarqon deyilir (2, s.56).
S.Cəfərov jarqon leksikası ilə bağlı yazır: “Bəzi peşə sahibləri və ya bir qrup
adamlar, hətta bütöv bir kənd tərəfindən ancaq bir-birini başa düşmək,
başqalarından gizli danışmaq üçün ədəbi dildə işlədilən sözləri başqa mənada
işlətmək hallarına, süni yaradılmış sözə rast gəlmək olur. Belə leksika, jarqon
leksikası adlanır” (5, s. 81). Bu iki dilçinin fikri demək olar ki, eyni məna daşıyır.
Dünya dilçiliyində isə yuxarıda qeyd etdiyimiz kimi məsələyə bir az geniş formada
yanaşılmışdır. Dilin sosial diferensialaşması suni yolla yox, təbii yolla baş verən
bir prosesdir.
Jarqonların tədqiqinə həsr olunmuş əsərlərdə biz görürük ki, bəzən bu
termin arqo terminin sinonimi kimi də işlədilir. Azərbaycan dilində jarqonların
tədqiqatçısı Ə.Əliyev bu məsələyə belə münasibət bildirir: “...müxtəlif qruplar və
siniflər, hətta tək-tək adamlar tərəfindən yaradılıb bu və ya digər ictimai qrupa
xidmət edərək ictimai dil hadisəsi sayılan jarqonlar ayrı-ayrı dilçilər tərəfindən
müxtəlif şəkildə qəbul edilmişdir və bunun izahı öz əksini eyni formada
tapmamışdır. Hər şeydən əvvəl, bu vəziyyət jarqon ümumiliyindən, onun çox
geniş və müxtəlif söz kateqoriyalarını əhatə etməsindən, başqa-başqa ictimai qrup
nümayəndələrinin dilinin leksik tərkibində çıxış etməsindən, çoxlu törəmə
xüsusiyyətlərə malik olmasından və bir də ayrı-ayrı dilçilər tərəfindən xarakterinə
görə müxtəlif şəkildə təsnifləndirməsindən irəli gəlir. Bu sonuncu cəhətə, yəni
xarakterinə görə jarqonların təsnifindəki müxtəliflik nəticəsində “jarqon” terminin
mənası genişlənmiş və onun “arqo”, “peşə dili”, “loru dili”, “gizli dil”, “ictimai
danışıq ”, “ictimai dialekt”, “şərti arqo”, “süni dil”, “qarğa dili” və s. kimi
variantları yaranmışdır (6, s. 6). Həqiqətən də Azərbaycan dilçilində jarqon və
arqolar eyniləşdirilir. Bunu biz həm A.Axundovun, həm də A.Qurbanovun bu
haqda olan fikirlərdən də görürük. M.Adilov isə bu məsləyə bir az fərqli yanaşır.
O yazır: “Müəyyən təbəqənin və ya ictimai zümrənin jarqonuna arqo deyilir.
Jarqondan fərqli olaraq arqo hadisəsi mənfi hadisə hesab edilimir” (1, s. 31). Daha
sonra kitabında qeyd edir ki, bu iki termin fərqləndirilmir, onlar eyni və ya yaxın
mənada işlədilir. Bu onun öz fikri yox, jarqon və arqolara dilçilərin münasibətinə
görə göstərir. Əslində M.Adilovun fikri ilə razılaşmaq daha düzgün olardı.
Jarqonlar dildə müəyyən insan qrupları arasında işlədilən kobud ifadələrdir.
Bunların vulqar sözlərdən fərqi odur ki, ifadələrdir. Arqolar isə bu insan qrupları
arasında işlədilən mədəni ifadələrdir. Buna baxmayaraq, M.Adilov bölgüsundə
jarqonları və arqoları yenə də fərqləndirmir. Azərbaycan dilinə məxsus jarqonları
aşağıdakı kimi bölür: Oğru və cani(xuliqan) jarqonu, Qumarbaz jarqonu,
Korporativ jarqonu, Təriqət jarqonu, Kimyagərlik jarqonu, Ziyalı jarqonu, Ruhani
jarqonu, Falçılıq və cadugərlik jarqonu, Bazar jarqonu, Tələbə jarqonu. Göründüyü
kimi, bu bölgüdə dildə “mənfi” və “müsbət” ifadələrə fərq qoyulmamışdır.
306
Dilin ictimai diferensialaşmasına müxtəlif yanaşmaların nəticəsi olaraq
müxtəlif bölgülər vardır. Müxtəlif ictimai maraqların, müxtəlif psixologiyaların
təsiri nəticəsində dilin strukturunda diferensiallaşma baş verir. Fəaliyyətdə olan dil
müxtəlif parçalanmalara məruz qalır. Belə bölgülərdən biri aşağıdakıdır:
1.
Əraziyə görə diferensiallaşma. Burada məhəlli dialektlər və fərqlənmələr
nəzərdə tutulur.
2.
Nitqin material baxımından təcəssümünə görə diferensiallaşma. Burada
ümumxalq nitqin yazılı və şifahi formaları nəzərdə tutulur.
3.
Nitq prosesində dilin üsul və vasitələrinin biristiqamətli, yaxud
çoxistiqamətli olmasına görə diferensiallaşma. Fəaliyyətdə olan dilin dioloji və
monoloji tərəfləri nəzərdə tutulur. Monoloq zamanı dilin üsul və vasitələrinin
istiqaməti birtərəfli, dialoq zamanı ikitərəfli, poliloq zamanı isə çoxtərəfli olur. Bu
xüsusiyyətin nəticəsi olaraq fəaliyyətdə olan dilin strukturunda müxtəlif dil
variantları öz təsirini göstərir.
4.
Yazılı və şifahi nitq nümunələrinin janrına və tipinə görə
diferensiallaşma. Burada fəaliyyətdə olan dilin “variantlarının variantı” nəzərdə
tutulur. Mitinqdə siyasi nitq, hesabat məruzəsi, elmi məqalə, roman, dram və s.
Buna nümunə ola bilər.
5.
Sözlə yaradılan əsərlərin müəlliflərinə görə diferensiallaşma. Belə
diferensiallaşma bədii ədəbiyyatda özünü daha çox göstərir. Məsələn Nəsiminin,
Xətayinin, Füzulinin dilini misal göstərmək olar.
6.
Sosial
kollektivin,
yəni
cəmiyyətin
fəaliyyətinin
tipinə
görə
diferensiallaşma.
Bu prinsiplə diferensiallaşma adı altında dilin məlum funksional üslubları
(bədii, elmi, publisistik, rəsmi-işgüzarlıq, epistolyar üslublar) nəzərdə tutulur.
7.
Fəaliyyətdə olan dilin əhalinin sosial təbəqələrinə, insanların sosial
qruplarına görə diferensiasiyası. Burda dilin peşə və sinfi variantları nəzərdə
tutulur.
Bu bölgü dilçi Hüseyn Əsgərovun “Azərbaycan dilində maddi mədəniyyət
leksikası”mövzusunda yazdığı doktorluq işində verilmişdir. A.Axundov isə rus
dilçiliyinə əsaslanaraq demək olar ki, eyni diferensiallaşma bölgüsünü aparır.
A.Axundov həm də jarqonları sinfi dialektlərdən fərqləndirir. O yazır: “Dilin
ictimai insan qruplarına görə bölünməsi biləvasitə cəmiyyətin sosial
diferensiasiyası ilə bağlı olub, iki mühüm məsələni- sinfi dialektlər və arqolar
(jarqonlar) məsələsini əhatə edir” (1. s.97). A.Axundov yuxarıdakı bölgüdə axırıncı
bəndi – ictimai insan qruplarına, onların təbəqələrinə görə diferensiya sahəsi dil və
cəmiyyət problemi üçün daha mühümdür.
Nəticə olaraq belə bir qərara gəlmək olar ki, dünya dilçiliyində dilin sosial
diferensiyalaşması haqqında müxtəlif fikirlər olmuşdur. Onlar bu məsələyə daha
geniş formada yanaşaraq, müxtəlif sosial qruplara məxsus insanların “dillər”inin
bir-birindən fərqli olduğunu qəbul etmişdilər və tədqiqatlarını bu istiqamətdə
aparırlar. Onlar bunun yaş prinsipi ilə, dini düşüncə tərzi ilə, peşə-sənətlə, ideoloji
Dostları ilə paylaş: |