312
O
O böyüg oglan çehdi
goydu öz yerine, oldu padişah.
(O böyük qardaşı çıxarıb özü yerinə keçdi və padişah oldu)
O arığ atı getirem verem Muhammede
(O zəyif atı gətirim, verim Məhəmmədə)[4, 158].
4)
Sual sifətləri: Obyektlərə sual məqsədilə istifadə olunan sifətlərdir.
Standart Azərbaycan türkcəsində
Nə? Necə? Nə təhər? Hansı? Neçənci? Necə? Nə
qədər? Haralı? kimi sifətlər sual sifətləri olaraq istifadə olunmaqdadır. Bölgə
şivəsindədə
Gaş? Hansı? Ha? Hangi? Ne? Nice? kimi sözlərin standart
Azərbaycan türkcəsində olduğu kimi sual sifəti olaraq istifadə olunduğunu
görürük.
Gaş
Deyib “gaş” bacısınız?
(Deyib “necə” bacısınız?)
Hansı, he
Der “hansı camış?” Der “a orda ağ boynuzlu camışdı”
(Deyir “hansı camış?” Deyir “Odur ordakı, o buynuzlu camışdır”)
Hangi
Dedi “görətdəginən hangi ücüree girdi”
(Dedi “gözətlə, bax gör hansı otağa girdi”)
Ha
Ha yanda harb ediller? (Müharibə hansı tərəfdədi?)
Ne
“Bu qadın ne işin saabıydı ki bunu bele yapıplar?”
(Bu qadın nə günah işlədib ki, bunu bu hala salıblar?)
“Böyün nə iş görüpsən?”
(Bu gün nə iş görmüsən?)
Nice
Dedi “Nice kimin oğlusan? Da filan padişahın oğlusan”
(Dedi “Necə? Kimin oğlusan? Filan padişahın oğlusan”)[4, 161].
5)
Belirsizlik sifətləri: Obyekti belirsiz olaraq bildirən sifətlərdir. Bu sifətlər
obyektlərin xarici görünüşünü, onların sayını, miqdarını qeyri-müəyyən olaraq
bildirir, ancaq qeyri-müəyyən şəkildə ifadə edərlər. Standart Azərbaycan
türkcəsində
az, çox, xeyli, bir qədər, bir neçə, biraz, bəzi, hamı, başqa, hərbir, bir
çox, filan, hər cür qeyri-müəyyən sifətlər olaraq istifadə olunan sözlərdir. Bölgə
şivəsində isə standart Azərbaycan türkcəsində olduğu kimi
başqa, bir, bi, filan,
filen, pilen, her, nice, şağarama kimi isimlər qeyri-müəyyən sifətlər olaraq istifadə
olunur.
Başğa
“Başğa adam gələmməz”
(Başqa heç kim gələ bilməz)
313
Erkehler başqa odada qızın sağdıc solducu, onnar da başga odada hına
goarlar.
(Kişilər başqa otaqda, qızın sağdışı və soldışı başqa otaqda, onlar orada xına
çəkirlər)
Bir, bi
Bir dene şah varıdı
(Bir şah var idi)
Zamanın zamanında bi padişah varmış.
(Bir zamanlar bir padşah varmış)
Bahıfdı ki, bi keçel nenesiynen bir öküzü qoşup sürüb.
(Baxıb ki, bir keçəl nənəsi ilə birlikdə bir öküzü qoşub sürür)
Bahıblar, yoldan bir dəvə gidip.
(Baxdılar ki, yoldan bir dəvə keçir)
Filan, filen, fulen
Da filan padişahın oğlusan.
(O filan padşahın oğlusan)
Bu geldi
gördü ki, filen yerde filen hücree girdi.
(Bu gəldi gördü ki, filan yerde filan otağa girdi)
Deyib “pilen yerdedi”
(Deyib “filan yerdədir”)
Bütün
Her köyləri çağırdıh.
(Bütün kəndləri çağırdıq)
Şağarama
Yayın gününde, şağarama yayın günündebabası padişahmış.
(Yay günü, bir yay günü atası padşahmış)[4,168].
Və sair bu tipli nümunələrlə biz tək kökəndən yaranmış iki ləhcə arasındakı
fərqləri qısa nümunələr ilə də olsa aydınlaşdırmağa çalışdıq.
Eləcə də, əlavə olaraq qeyd etmək istəyirəm ki, Qars zonasında Azərbaycan
dili ilə türk dili arasında qarışıq xarakterli şivələr yerləşir. Həmin arealda dialekt
sistemlərinin təsirliliyi qarşılıqlıdır. M.Ergin bu barədə yazır: “Doğu Anadolunun
konuşma dili Azeri, yazı dili tabii, Türkiyə Türkcəsidir... Azeri türkcəsinin
hususiyyetleri ve tesiri Karsdan başlayarak Samsun-Sivas-İskenderun çizgisine,
bazan da, orta Anadolunun içlerine kadar hiss edilir. Fakat bu tesir doğudan batıya
doğru gittikce zayıflar. Anadolunun en koyu Azeri Türkcesi bölgesi Kars
vilayetidir” [5, 602].
Azərbaycanlılar Qars vilayətində başlıca olaraq Sürmeli çuxurunda,
Arpaçay qəzasında və mərkəzə bağlı bəzi kəndlərdə yerləşmişlər. Azərbaycanlılar,
sünni olan Qars yerliləri və tərəkəmələri tərəfindən daha çox “şic” adlandırılırlar.
Nadir halda “əcəm” təbiri də işlənir [5,720].