318
Gülər Hidayətova
DİLİN LEKSİK SİSTEMİ - TERMİNLƏR
Hər bir dilin leksikasının təşkil olunduğu söz qatları iki böyük qrupda
ümumiləşdirilir: ümumişlək olan və ümumişlək olmayan sözlər.
Ümumişlək olmayan sözlərə terminlər, dialektizmlər, arqo və jarqon sözlər,
arxaizmlər və s. daxildir.
Dünya dillərində terminoloji sisteminin formalaşması çox uzun sürən tarixi
bir prosesdir.
Elm, texnika, mədəniyyət, siyasət, iqtisadiyyat, idman və digər sahələrədə
daima inkişaf getdiyi üçün termin sahəsində də yeniləşmə, inkişaf qaçılmazdır.
Qlobal inkişaf şəraitində tələbat, zərurət əsasında meydana gələn hər hansı bir
söz, ifadə dilin leksik sistemində özünə yer tutaraq, digər dil vahidləri ilə əlaqədə
olur.
“Mürəkkəb proseslərin müxtəlif sahələri ilə bağlı linqvistik mövqedən
tədqiq olunası onlarca elmi-nəzəri məsələ və mövzu meydana gələrək nəzərləri
cəlb edir. Buna görədir ki, dilin lüğət tərkibinə dair çoxsaylı problemlər heç vaxt
dilçiliyin tədqiqat gündəliyindən tamamilə çıxmır.”
1
(A.Q. “ Azərbaycan dilçiliyi
problemləri” Ic. Bakı. 2004. s.65)
Dilin lüğət fondunun böyük bir qismini terminlər təşkil edir. Termin
xüsusiləşdirilmiş mənasi olan sözlərdir və konkret olaraq hər hansı bir sahəyə,
elmə aid olur. Terminləri elmlərin əlifbası adlandırırlar. Dünya praktikasında
elmlər müxtəlif qruplara bölündüyü üçün terminlər də müxtəlif qruplarda
ümumiləşdirilir:
1.
İctimai elmlərə aid terminlər
2.
Təbiət
elmləri terminləri
3.
Texnika elmləri terminləri
Eyni
zamanda
ictimai
elmlərə
fəlsəfə,
dilçilik,
pedaqogika,
ədəbiyyatşünaslıq da daxil olduğu üçün onlara aid olan terminlər də ictimai elmlərə
məxsus terminlərə daxil edilir.
Hər bir elm və həmin elmə aid terminin xüsusi yaranma tarixi, inkişaf tarixi,
səciyyəvi cəhətləri vardır. Həmin cəhətləri terminologiya sahəsi öyrənir.
Terminologiya terminlər haqqında nəzəri təlimdir. Ta qədimdən başlayaraq
bu günə qədər bütün elm sahələri üzrə elmi təfəkkürün ifadəçisi olan sonsuz sayda
termin yaranmış və yaranmaqdadır.
Terminlər sisteminin yaranması, formalaşması, inkişafı və s. terminoloji
problemlərin tədqiqi, həlli vacib məsələlərdən biridir. Terminlər müntəzəm,
intensiv şəkildə işlənməli və nəzarətdə saxlanmalıdır.
Hidayətova Gülər - Azərbaycan Dövlət Pedaqoji Universitetinin magistrantı.