321
Terminlər ümumişlək söz və söz birləşmələri kimi həm anlayışı, həm də
əşyanı adlandırmağa qabildir və “termin” anlayışını aydınlaşdırmaq üçün xüsusi,
elmi-texniki anlayışların məişət anlayışlarından nə ilə fərqləndiyini bilmək
lazımdır.
Anlayışda əşyaların mühüm və fərqləndirici əlamətləri əks olunur. Məişət
anlayışları ilə elmi anlayışların fərqi dəqiqliyin və fəaliyyətin səviyyəsindədir.
Ümumişlək söz terminləşdikdə öz funksiyasını dəyişir. O, nominativ
funksiya ilə yanaşı olaraq, deyinitiv funksiya da qazanır, yəni nəinki adlandırır,
həm də obyekti müəyyən edir. Terminləşmək həddinə çatan sözün funksional
deyişməsi, həmçinin onun mənasının xüsusiləşməsinə gətirib çıxarır. Əgər sözün
ümumişlək söz kimi bir neçə mənası varsa, terminləşdikdə o ya monosemik olur,
ya da monosemiyaya meyl edir.
Məlumdur ki, termin hansı dilə keçirsə, həmin dilin fonetik, qrammatik,
orfoepik normalarına uyğunlaşdırılaraq, assimilyasiyaya məruz qalaraq işlədilir.
Çox vaxt isə alınma termin onun fonetik tərkibindən asılı olaraq assimilyasiya
edilmədən dil tərəfindən ümumilikdə mənimsənilir. Məsələn, blok, alqoritm,
avtokod, elektrofaks, domen, kompleks, preprint və s.
Azərbaycan dili mövcudluğu ərzində ən müxtəlif dillərlə əlaqədə olub və bu
.dillərdən həm şifahi, həm də yazılı yolla gələn zəruri sözləri öz leksikasına daxil
edib, hətta bu xarici sözlərin əksəriyyəti dilimizin şəkilçilərini
qəbul edərək özünün
alınma söz olma xüsusiyyətini,libasını itirir. Dildə bu proses təbii şəkildə gedir.
Amma burada əsas problem mətbuatda alınma sözlərin və terminlərin mənalarının
dürüst dərk və izah olunmaması, onların yerli-yerində işlədilməməsidir.
Müasir dövrdə Azərbaycan dilciliyinin qarşısında duran mqhqm
problemlərdən biri də məhz terminologiyanın inkişafının təmin edilməsi,
terminlərin mənalarının dəqiqləşdirilməsi, terminologiya səhəsində özləşmə, milli
terminlərin yaradılması və s. məsələlər öz həllini gözləyir.
ƏDƏBİYYAT
1.
Qurbanov A. Müasir Azərbaycan ədəbi dili.
2.
Həsənov H. Müasir Azərbaycan dilinin leksikası. Bakı, 1987
3.
Səfərov M. Termin və bədii dil.Bakı, 1988
4.
Terminologiya məsələləri Bakı. AMEA.2008
5.
Nitq mədəniyyəti və terminologiyanın aktual problemləri. KM, 2011
6.
İsmayılova M. Azərbaycan dili terminologiyasının linqvistik təhlili. Bakı, 2001.
7.
Sadıqova S. Azərbaycan dili terminologiyasının nəzəri problemləri. Bakı, 2002.
8.
Sadıqova S. Müasir Azərbaycan ədəbi dilində termin yaradıcılığı prosesi. Bakı,
2010.
322
Gülnara Əliyeva
AZƏRBAYCAN VƏ İNGİLİS DİLLƏRİNDƏ MÜRƏKKƏB
CÜMLƏLƏRİN KOMPONENTLƏRİNİ BAĞLAYAN VASİTƏLƏR
İki və daha artıq sadə cümlənin birləşməsindən əmələ gələn cümləyə
mürəkkəb cümlə deyilir. Mürəkkəb cümləni əmələ gətirən sadə cümlələr bir-biri
ilə sintaktik cəhətdən iki cür bağlanır: tabesizlik yolu ilə, tabelilik yolu ilə.
Mürəkkəb cümləni təşkil edən sadə cümlələrin ya hamısı bərabər hüquqlu
olur, ya da tərkib hissələrindən biri qrammatik cəhətdən müstəqil, digəri ondan
asılı olur. Məsələn: “Günəş öz şüasını hər tərəfə saçırdı və ətraf nura boyanırdı” ;
“The Curtain parted and the Italian stepped out”– cümlələrində tərkib hissələri
bərabərhüquqludur (hətta bəzi belə cümlələrdə tərkib hissələrinin yerini dəyişsək
də məna dəyişmir). Mürəkkəb cümləni təşkil edən sadə cümlələr arasındakı bu cür
bağlılıq tabesizlik bağlılıqdır. Belə mürəkkəb cümlələr
tabesiz mürəkkəb
cümlələr adlanır. “O yerdə ki böyüyə hörmət olmadı,orada iş keçməz”; “Susan
was already there when I reached the Grand” – cümlələrində sadə cümlələrdən
ikincisi qrammatik cəhətdən müstəqil olduğu halda,birinci ikinciyə tabedir, çünki
birinci cümlənin tərkib hissəsi (O yerdə ki böyüyə hörmət olmadı) ikinci hissəni
(orada iş keçməz) aydınlaşdırır və tamamlayır.
Mürəkkəb cümlənin tərkibindəki sadə cümlələr arasında bağlılıq tabeli
bağlılıq adlanır. Belə mürəkkəb cümlələrə
tabeli mürəkkəb cümlələr deyilir.
Beləliklə Azərbaycan dilində olduğu kimi, ingilis dilində də mürəkkəb cümlələr
iki qrupa bölünür: 1) tabesiz
mürəkkəb cümlələr; 2) tabeli mürəkkəb cümlələr
Mürəkkəb cümlələrin bir qismində tərəflər bərabərhüquqlu olur. Tərkib
hissələr bir-birindən eyni dərəcədə asılı olur, fikrin ifadəsini də eyni dərəcədə,
bərabər şəkildə edir. Məsələn: “Arabir göy guruldayır, yağış güclənir. Birdən
Əlabbas kişi pəncərəni açdı, külək yağışı kişinin üzünə çırpdı.”və ya “The girl
passed on, and Aunt Ann looked after her slim little figure.”
Bərabərhüquqlu sadə cümlələrin birləşməsində əmələ gələn mürəkkəb
cümlələrə tabesiz mürəkkəb cümlələr deyilir. Tabesiz mürəkkəb cümlələrin
hissələri ya yalnız intonasiya ilə ya da intonasiya və tabesizlik bağlayıcıları ilə
əlaqələnir. Məsələn: “Elə özü deyir, özü də eşidilirdi. Doğrudur, babam sağlamdı,
lakin mən yenə də Allahdan əlimi üzmədim.” və ya “The hall was not dark,nor
yet was it lit.The night was black and dreamy too, and the moon was still well
down behind the mountains.” Bu tabesiz mürəkkəb cümlələrdən əvvəlki ikisinin
tərkib hissələri intonasiya ilə, sonrakıların tərkib hissələri və, lakin bağlayıcıları ilə
əlaqələnmişdir.
Tərkib hissələri intonasiya ilə əlaqələnən tabesiz mürəkkəb cümlələr
bağlayıcısız, bağlayıcıların köməyi ilə tabesiz mürəkkəb cümlələr bağlayıcılı
Əliyeva Gülnara - Azərbaycan Dövlət Pedaqoji Universitetinin magistrantı.