323
tabesiz mürəkkəb cümlələr adlanır. Tabesiz mürəkkəb cümlənin tərkib hissələrini
əlaqələndirmək üçün aşağıdakı bağlayıcılardan istifadə edilir.
1. Birləşdirmə bağlayıcısı: və
2. Qarşılaşdırma bağlayıcıları: amma, ancaq, lakin və s. Məsələn: Dərsi
öyrənmədim ,ancaq oxudum.
3. İştirak bağlayıcıları: həm, həm də ki, hətta, da, də. Məsələn: Yemək həm
isti, həm də dadlı idi.
4. İnkar bağlayıcıları: nə, nə də, nə də ki. Məsələn: Nə o bilirdi, nə də mən.
5. Bölüşdürmə bağlayıcıları: ya, ya da, gah, gah da, istər, istərsə də və s.
Məs: O, gah danışır, gah da susurdu.
6. Aydınlaşdırma bağlayıcıları: yəni, məsələn. Qiymət aldım, yəni beş
aldım.
Birləşdirmə, iştirak və inkar bağlayıcıları əsasən zaman əlaqəli tabesiz
mürəkkəb cümlələrdə işlənir.Qarşılaşdırma, iştirak, inkar və bölüşdürmə
bağlayıcıları tabesiz mürəkkəb cümlələrin arasında ki, yazıda vergül (,) qoyulur.
Tabeli mürəkkəb cümlələr iki və daha artıq sadə cümlənin mə’na və
qrammatik cəhətdən tabelilik yolu ilə vahid bir tam kimi birləşməsi nəticəsində
yaranan sintaktik vahiddir. Tabeli mürəkkəb cümlələr tərkib hissələri arasında
semantik və qrammatik əlaqənin möhkəmliyi ilə fərqlənir və buna görə də
mürəkkəb cümlə tipi kimi mütəxəssislər arasında heç bir şübhə doğurmur. Tabesiz
və tabeli mürəkkəb cümlələr struktur baxımdan çox yaxındır. Ona görə də bə’zən
mürəkkəb cümlənin tabesiz və ya tabeli olduğunu fərqləndirmək çətin olur. Bu hal
tabesiz və tabeli mürəkkəb cümlələrin struktur-semantik təkamülünün
yaxınlığından irəli gəlir. Hər ikisi eyni dil materialı əsasında formalaşır; hər
ikisinin komponentləri eyni cümlə formaları - cüttərkibli və təktərkibli cümlə
tipləri əsasında qurulur; hər ikisi iki və daha artıq sadə cümlənin birləşməsi yolu ilə
yaranır; hər ikisinin tərkib hissələri mə’na cəhətdən birləşərək vahid bir tam təşkil
edir; hər ikisinin tərkib hissələrini əlaqələndirmək üçün intonasiya və
bağlayıcılardan istifadə edilir; hər ikisinin tərkib hissələri arasında müəyyən
fərqlərlə zaman, qarşılaşdırma, səbəb, nəticə və s. kimi mə’na əlaqələri olur.
Tabesiz və tabeli mürəkkəb cümlələri vahid ad - “mürəkkəb cümlə” adı
altında birləşdirən bu xüsusiyyətlərdən əlavə, onların struktur oxşarlığının mühüm
bir səbəbi də tabeli mürəkkəb cümlələrin bir qisminin tarixən tabesiz mürəkkəb
cümlələrdən əmələ gəlməsidir. Hərçənd Hümmət az yazırdı, amma redaktor
demişkən, saz yazırdı (Ə.Vəliyev) - tipli cümlələrdə tərəflərin nisbətən zəif
əlaqələnməsi, tərkib hissələri əlaqələndirmək üçün hərçənd bağlayıcı sözü ilə
yanaşı, amma tabesizlik bağlayıcısından istifadə edilməsi bu cür tabeli mürəkkəb
cümlələrin tabesiz mürəkkəb cümlələrdən əmələ gəldiyini, tabeli mürəkkəb
cümlənin tabesiz mürəkkəb cümlə qəlibində formalaşdığını, lakin bu formalaşma
işinin hələ tam başa çatmadığını göstərir.
Tabesiz mürəkkəb cümlələrin tərkib hissələri arasında əlaqə tabelidə olduğu
qədər möhkəm olmur. Tabesiz mürəkkəb cümlədən tabeliyə keçid hallarında eyni
324
cümlədə hər iki bağlayıcı növünün (tabesizlik və tabelilik bağlayıcılarının)
işlənməsi, tərkib hissələr arasında bağlayıcıların dəyişməsi ilə mürəkkəb cümlə
növünün dəyişməsi də mürəkkəb cümlənin tabesiz və tabeli növlərinin yaxınlığı və
tarixi əlaqələri ilə bağlıdır: Bu sözü eşidəndə ürəyim bərk sancdı və özümü saxlaya
bilməyib yerə sərildim. (Ə.Vəliyev) -Bu sözü eşidəndə ürəyim bərk sancdı, ona
görə də özümü saxlaya bilməyib yerə sərildim - cümlələrindən birincisi tabesiz,
ikincisi tabelidir. Tərkib hissələr arasında ona görə də bağlayıcısının işlənməsi
səbəb-nəticə əlaqəli tabesiz mürəkkəb cümləni nəticə budaq cümləli tabeli
mürəkkəb cümləyə çevirmişdir . Beləliklə, cümlənin inkişafı: “sadə cümlə - tabesiz
mürəkkəb cümlə - tabeli mürəkkəb cümlə” istiqamətində olmuşdur.
Tabesiz və tabeli mürəkkəb cümlələri müstəqil mürəkkəb cümlə növləri
kimi fərqləndirən mühüm əlamətlər vardır. Ən mühüm fərqləndirici əlamət tərkib
hissələrin mə’na və qrammatik cəhətdən asılılıq dərəcəsi ilə bağlıdır. Tabesiz
mürəkkəb cümlələrin tərkib hissələri bərabərhüquqlu və bir-birindən eyni dərəcədə
asılı olduğu halda, tabeli mürəkkəb cümlələrdə bu asılılıq birtərəflidir - tərkib
hissələrdən biri (baş cümlə) qrammatik cəhətdən müstəqil, o biri (budaq cümlə)
ondan asılıdır. Buna görə də tabesiz mürəkkəb cümlələrin komponentləri fikrin
ifadəsində bilavasitə, birbaşa iştirak edir, tabeli mürəkkəb cümlələrdə isə tərkib
hissələrdən biri (budaq cümlə) dolayı yolla, baş cümlənin məzmununu izah edib-
aydınlaşdırmaq yolu ilə fikrin ifadəsinə xidmət edir. Tabesiz mürəkkəb cümlələrin
tərkib hissələri tabesizlik bağlayıcılarının, tabeli mürəkkəb cümlələrin tərkib
hissələri tabelilik bağlayıcılarının köməyi ilə əlaqələnir. Tabesiz mürəkkəb
cümlələrin komponentlərini əlaqələndirməkdə ortaqlı söz və birləşmələrin, tərkib
hissələrin paralelliyinin, zaman uyuşmalarının, əvəzliklərin, mənsubiyyət
şəkilçilərinin mühüm rolu vardır; tabeli mürəkkəb cümlələrdə isə tabelilik
bağlayıcıları ilə yanaşı, bağlayıcı sözlər, şəkilçilər, ədatlar, modal sözlər həlledici
gücə malikdir. Bağlayıcı sözlərin iştirakı ilə yaranan tabeli mürəkkəb cümlələr
budaq cümlələr silsiləsində analitik budaq cümlələrə paralel şəkildə böyük bir lay
təşkil edir, dilimizin sintetik-aqqlütinativ təbiətini daha bariz şəkildə üzə çıxarır,
əzəli milli keyfiyyətləri ilə diqqəti cəlb edir. İntonasiyanın tabesiz və tabeli
xarakterdə olması da mühüm fərqləndirici əlamət kimi çıxış edir. Bütün bu
vasitələrin birliyi əsasında tabesiz və tabeli mürəkkəb cümlələri fərqləndirə bilirik.
Qeyd etdiyimiz kimi, tabesiz mürəkkəb cümlələrdən fərqli olaraq, tabeli mürəkkəb
cümlələrin komponentlərindən biri qrammatik cəhətdən müstəqil, digəri ondan
asılı olur. Tabeli mürəkkəb cümlə tərkibində qrammatik cəhətdən müstəqil olan
hissəyə baş cümlə, baş cümlədən asılı olan, onu izah edib aydınlaşdıran hissəyə
budaq cümlə deyilir.
Baş və budaq cümlə müəyyənləşdirilərkən cümlənin mə’nası yox, forması,
quruluşu əsas götürülür. Mə’na yükü komponentlərdə müxtəlif şəkildə paylana
bilir: bə’zən mə’na yükü daha çox baş cümlənin, bə’zən budaq cümlənin üzərinə
düşür, bə’zən də baş və budaq cümlələr arasında bərabər şəkildə paylanmış olur.
Əgər mə’na yükü əsas götürülsə idi, onda, məsələn: Danışığından, sənəd və
Dostları ilə paylaş: |