59
variantlılığın təkcə dialekt və şivələrimizlə deyil, həm də türk dilləri ilə bağlılığı
var. Məsələn, qalaq//qalalım, oxuyaq//oxuyalım, gəlirik//gəliriz və s.
Görkəmli türkoloqun bəhs etdiyimiz mövzu ilə bağlı elmi fikirləri təbii ki,
bunlarla bitmir. Gələcək araşdırmalarımızda onun dilimzin qrammatik quruluşuna
həsr etdiyi digər məsələlər barəsində də ətraflı tədqiqatlarımızı davam etdirəcəyik.
ƏDƏBİYYAT
1.
Babayev A. Bəkir Çobanzadə. Bakı: Şərq-Qərb, 1998
2.
Çobanzadə B. Seçilmiş əsərləri. III cild. Bakı: Şərq-Qərb, 2007
3.
Çobanzadə B. Seçilmiş əsərləri. IV cild. Bakı: Şərq-Qərb, 2007
4.
Çobanzadə B. Seçilmiş əsərləri. V cild. Bakı: Şərq-Qərb, 2007
5.
Hacıyev T. Azərbaycan ədəbi dilinin tarixi. II hissə. Bakı: Elm, 2013
6.
Seyidov Y.Azərbaycan dilinin qrammatikası. Bakı: BDU, 2006
7.
Языки народов СССР, т.2. Тюркские языки. Mockвa, 1966.
8.
Дмитриев Н. Строй тюрскиx языков. Mockвa, 1969
9.
Грамматика азербайджанского языка. Баку, Элм, 1971
10.
Н.Нариманов. Самоучитель татарского языка для русских /
www.kavkazoved.info
11.
http://www.anl.az
12.
http://turkoloji.cu.edu.tr
Ləman Manaxova
BƏKİR ÇOBANZADƏNİN AZƏRBAYCANDA TƏDQİQİ
Görkəmli türkoloq alim, ədib, publisist B.Çobanzadə türk dünyasının
Mahmud Kaşğari və Mirzə Kazımbəydən sonra yetişdirdiyi ən istedadlı
türkoloqlarından biridir. Ömrünü bütövlükdə elmə, türk dünyasının milli və
mənəvi inkişafına sərf edən B.Çobanzadə 1893-cü il mayın 15-də də Kırımda,
Simferapol qəzasının Qarasubazar şəhərinin Arğın kəndində çoban Vahabın
ailəsində anadan olmuşdur. Qeyri-adi zəkaya malik olan Bəkir ilk təhsilini
Qarasubazarda almış, sonra təhsilini davam etdirmək üçün xeyriyyə cəmiyyətinin
təşəbbüsü ilə İstanbul sultaniyyəsinə − Qalatasaray liseyinə oxumağa
göndərilmişdir. O, burada türklçülük ideoloqlarının ən görkəmli nümayəndələri
Z.Göyalp, Ə.Hüseynzadə, İ.Qaspirali, F.Köprülüzadə və bunlar kimi digər
ziyalılarının turançılıq görüşlərini mənimsəmiş, İstanbulda “Müstəqil tatar Krımı”
ideyaları ilə yaşayan tələbə cəmiyyətinin yaradıcısı və rəhbəri olmuşdur. 1916-
1919-cu illərdə isə təhsilini Macarıstanın paytaxtında, Budapeşt Universitetinin
tarix-filologiya fakültəsində davam etdirmiş, namizədlik dissertasiyasını da elə
burada müdafiə etmişdir. Bir müddət Budapeşt Şərq Akademiyasında türk dili
müəllimi kimi fəaliyyət göstərmiş, daha sonra İsveçrəyə, İtaliyaya getmiş, sonra
Manaxova Ləman – Bakı Dövlət Universitetinin filologiya üzrə fəlsəfə doktorantı.
60
yenidən İstanbula qayıtmışdır. Axırda B.Çobanzadə öz elmi potensialını doğma
yurdunun övladlarına sərf etmək üçün sevimli vətəninə − Kırıma dönür. O, illərlə
qazandığı bilikləri, təcrübəni xalqının müstəqilliyi, savadlanması, rifahı yolunda
sərf etmiş, Kırım Universitetinin yaradılmasında böyük rol oynamışdır.
Ümumiyyətlə, B.Çobanzadə vətənə döndükdən sonra fəaliyyətinin böyük qismini
siyasətə həsr etmişdir. Müstəqil Kırım Respublikasının yaradılması ideyası
ətrafında birləşmiş Milli Firqənin öncüllərindən olan B.Çobanzadə bir müddətdən
sonra fikir ayrılığı üzündən ideya yoldaşlarından ayrılmalı olur.
B.Çobanzadənin bundan sonrakı kəşməkəşli həyatı və yaradıcılığının ən
məhsuldar dövrü Azərbaycanla bağlı olmuşdur. 1924-1937-ci illər arasında
Azərbaycanda yaşayıb yaradan alimin Bakıya gəlişində Azərbaycanın MİK-in
sədri Səmədağa Ağamalıoğlunun böyük rolu olmuşdur. 1923-cü il oktyabrın 20-də
imzalanan latın əlifbasına keçid haqqında dekreti gerçəkləşdirmək üçün
B.Çobanzadə kimi geniş profilli dilçi alimə xüsusi ehtiyac var idi. Belə ki,
ölkəsindəki siyasi hərc-mərclikdən, təqiblərdən yorulan alim S.Ağamalıoğlunun bu
təklifini qəbul edir.
B.Çobanzadə ömrünün sonuna kimi Azərbaycanda yaşamış, bu 12 il ərzində
elmi və bədii fəaliyyətini davam etdirməklə yanaşı, bir sıra vəzifələrdə çalışmışdır.
1924-25-ci illərdən etibarən Azərbaycan Dövlət Universitetinin şərqşünaslıq
fakültəsində əvvəlcə professor, daha sonra kafedra müdiri, 1927-ci ilədək isə dekan
kimi fəaliyyət göstərmişdir. Bundan başqa, B.Çobanzadə 1924-29-cu illərdə
Azərbaycan Baş Elmi İdarəsində Terminologiya Komitəsinin rəhbəri olmuş,
Azərbaycan Dövlət Elmi-tədqiqiat İnstitutunda şöbə müdiri vəzifələrində çalışmış,
1932-ci ildə SSRİ EA Azərbaycan filialının həqiqi üzvü seçilmişdir.
B.Çobanzadə Azərbaycan ziyalılarının daim diqqətini çəkən, sevilən, dəyər
verilən, haqqında qəzet və jurnallarda çoxsaylı məqalələr yazılan, fikirlər söylənən
ilk türk alimlərdən biridir. Bunun nəticəsidir ki, Çobanzadənin əsərləri 1966-cı ilin
iyulun 8-də Azərbaycan SSR Oktyabr İnqilabı və Sosializm Quruculuğu Mərkəzi
Dövlət Arxivindən Azərbaycan SSR Mərkəzi Dövlət Ədəbiyyat və İncəsənət
Arxivinə qəbul edilmiş və siyahısı tərtib edilmişdir. B.Çobanzadə fondunun II
siyahısına daxil olan 23 sənəd isə 10 iyun 2002-ci ildə S.Mümtaz adına
Azərbaycan Respublikası Ədəbiyyat və İncəsənət Arxivinə daxil edilmişdir. Bu
fonddakı materiallar alimin həyat və yaradıcılığını əks etdirir.
2007-ci ildə AMEA M.Füzuli adına Əlyazmalar İnstitutu “Şərq-Qərb”
nəşriyyatınada B.Çobanzadənin elmi əsərlərinin 5 cildliyini nəşr etdirmişdir.
Ancaq təəssüflə qeyd etmək lazımdır ki, uzun illər B.Çobanzadənin yalnız elmi
fəaliyyəti diqqət mərkəzində olmuş, bədii fəaliyyətinə isə ümumiyyətlə
toxunulmamışdır. Halbuki B.Çobanzadənin yaradıcılığında onun şeirləri,
hekayələri və publisistik məqalələri xüsusi əhəmiyyət kəsb edir. Əsarət altında
inləyən xalqının dərdi ürəyinə dağ olmuş şair onları bu iztirabdan xilas etmək,
xalqını müstəqilliyə qovuşdurmaq, maarifləndirmək, haqq və hüquqlarını
tanıtdırmaq yolunda şeirlərin rolunun müstəsnalığını dönə-dönə vurğulamışdır.
Dostları ilə paylaş: |